Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1313/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Fikrət Əliyev) 1(060)-480/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz rayonu Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, mənzil 14-də qeydiyyatda olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi fərdi evdə yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəz açəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 27 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi «Metallurq» kafesində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Məhkum1 heç bir səbəb olmadan masanın üzərində olan silah qismində istifadə etdiyi 01 ədəd şüşə qab (butulka) ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuş, lakin o heç bir xəsarət almamış, ya nında dayanmış Zərərçəkmiş şəxs2 yumruqla sağ sifət nahiyəsindən vuraraq ona sağ almacıq sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinli fonunda əziyindən ibarət qəsdən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Məhkum2 heç bir səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs2 boyun nahiyəsinə vuraraq, sonuncuya ənsə nahiyəsinin sağ hissəsinin yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, hər ikisi «Metallurq» kafesinin masalarını, oturaca qlarını, qab-qacaqlarını, «Sony» markalı notbuku sındırmaqla kafeyə 2800 (iki min səkkiz yüz) manat, kafenin qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan güzgüsünə Məhkum1, sol yan güzgüsünə Məhkum2 təpiklə vurub qırmaqla, sol arxa yan qapıya isə hər ikisi hərəyə bir dəfə təpiklə vurub əzməklə avtomobilə təxminən 500 (beş yüz) manat, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat ziyan vurub qəsdən əmlakları zədələməklə xuliqanlıq etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 1(105)-133/2022 nömrəli 27 yanvar 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-c i il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməsi və təqsirləndirilən şəxsin barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəməsi iş üzrə bütün faktiki və hüquqi halları, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirilən halları nəzərə almamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnam ələrdən görünür ki, Məhkum1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum1 cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.14-cü və 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsi, ona dəymiş zərəri ödəməsi və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. İş üzrə olan bütün faktiki və hüquqi hallar təqsirləndirilən şəxs Məhkum1 barəsində CM-nin 70- ci maddəsinin tətbiqinə imkan olduğunu göstərir. Cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin etməlidir. Bu səbəbdən təqsirləndirilən şəxs Məhkum1 barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi ilə ona şərti cəzanın verilməsi mümkündür. Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu çıxış edərək, apellyasiya şikayətinə etiraz etmiş, əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, l(060)-480/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasmrxahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya ş ikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Nurlan Must afayevin kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlə r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum1 Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsi, ona dəymiş zərəri ödəməsi və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Bununla da, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən tö rədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etm əmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum1 cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Kral lığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli Məhkum1 barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1313/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1313/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver