Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1313/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi X3, məhkum Həsən-zadə Ruslan Lətif oğlu və müdafiəçisi Müdafiəçi Şəmşir oğlunun i ştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 1(103)262/2023 nömrəli qərarından Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Həsən-zadə Ruslan Lətif oğlu 23 fevral 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amışdır.
2. Həsən-zadə Ruslan Lətif oğluna verilmiş ittihama görə o, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra MMC) təsisçisi olub, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən, cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1. 1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1 və 218-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən, 224.078,10 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 448 saylı Sərəncamına əsasən, ünvan 5 ünvanda yerləşən 0.79 ha ərazini əhatə edən torpaq sahəsində kommersiya məqsədləri üçün podratçı cəlb etməklə 2016-cı ilin 1-ci rübündə təməli qoyulmuş 4 ədəd 2 girişli 7 və 8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli ümumi sahəsi 46.577,41 m2 olan yaşayış binasına görə, tikintinin vergiyə cəlb edilən yaşayış sahəsini 43967.41 m2, qeyri-yaş ayış sahəsini 2610.0 m2 göstərib, 2585650,14 manat hesablamalı olduğu halda, 2016-cı ilin 1ci rübü üzrə bəyannamə təqdim edib, tikintinin vergiyə cəlb edilən yaşayış sahəsini 46.577,11 m2 göstərib, 2515180.14 manat hesablayaraq, 70.470,0 manat bina tikintisi fəaliyyəti ilə məşğul olun şəxslərin sadələşdirilmiş vergisini; Bundan əlavə, o, 2015-ci ilin 1-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 147651,25 manat vəsaitdən, 20671,20 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda bəyannamə təqdim etməyərək, 20.671.20 manat; 2-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 125653,01 manat vəsaitdən 17.591,4 manat ödəmə mənbəy indən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 17.591,4 manat; 3-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 118.227,40 manat göstərib, 16.551,8 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 16.551,8 manat; 4-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslə göstərdiyi xidmətlərə görə onlara ödədiyi 119.310,93 manat göstərib, 16.703,5 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 16.703,5 manat; 2016-cı ilin 1-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 149.311,25 manat göstərib, 20.903,6 manat ödəmə mənb əyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20.903,6 manat; 2-ci rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 145.725,2 manat göstərib, 20.401,5 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20401,5 manat; 3-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 144.770,38 manat göstərib, 20.267,9 manat ödəmə mənbəyindən vergi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək 20.267,9 manat; 4-cü rübü üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara ödədiyi 146.551,25 manat göstərib, 20.517,2 manat ödəmə mənbəyindən ve rgi hesablamalı olduğu halda, bəyannamə təqdim etməyərək, 20.517,2 manat, cəmi 153.608,10 manat ödəmə mənbəyindən vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 224.078,10 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim H.E.Kamranov) 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmü ilə Həsən-zadə Ruslan Lətif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh Həsən-zadə Ruslan Lətif oğluna qarşı 224078,10 manat məbləğində ziyanın (ver gi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılmış, Həsən-zadə Ruslan Lətif oğluna cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) 26 yanvar 2023-cü il tarixli, 1(103)-262/2023 saylı qərarı ilə dövlət ittih amçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Həsən-zadə Ruslan Lətif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(005)-22/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən kassas iya şikayəti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən, sübutlar qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, ittiham tərəfinin təqdim etdiyi dəlillərin tədqiqindən əsassız olaraq imtina edilmişdir. Belə ki, iş materiallarında da öz əksini tapan 2.610 kv.m. zirzəmi sahəsinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilm əsini istisna etmir. Eyni zamanda, qanunvericilikdə qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə ilə şərtləndirilməmişdir. Bundan başqa, vergi orqanı tərəfindən əlavə hesablama Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlara görə ödəmə mənbəyində vergi olmuşdur. Mülki cavabdehin təqdim etdiyi bəyannamələr və ödədiyi vergi növü isə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində əks edilib və vergi orqanı tərəfindən həmin ödənişlər nəzərə alınmışdır. Həmçinin, hər iki məhkəmə instansiyasının ödəmə mənbəyində tutulan verginin əsassızlığı ilə bağlı nəticəyə gələrkən əsaslandığ ı xx.xx.2022-ci il tarixli 9/5442 saylı ekspert rəyi ilə bağlı qeyd olunmalıdır ki, rəydə VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud olmadığından ÖMV-nin hesablanmasının düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Ekspertin qeyd edilən yanaşması yanlışdır. Belə ki, aydın olduğu kimi müəssisə tərəfindən yerinə yetirilən işlərə görə VÖEN təqdim etməyən fiziki şəxslərə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumatın iş materiallarında olmaması, yəni görülmüş işlərə görə həmin şəxslərə ödənilmiş məbləğlərin rəsmiləşdirməməsi və ya gizlədilməsi vergi ödəyicisini ödəmə mənbəyində tutulan verginin ödənilməsindən azad etməməlidir. Bu cür yanaşma ümumiyyətlə səyyar vergi yoxlaması məqsədlərinə z iddir. Halbuki işçilərlə hər hansı rəsmiləşdirmə işləri həyata keçirilmədiyi üçün yoxlama zamanı mütəxəssis rəyi alınmışdır. Ekspertlər qarşısında müəssisənin ÖMV üzrə nə qədər vergi borcunun olması barədə sual qoyulsa da, rəydə yalnız Vergi Məcəlləsinin 150-ci maddəsinə istinad etməklə və VM-də ödəmə mənbəyində verginin SVY aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənmiş, nəticədə ÖMV üzrə nə qədər vergilərin hesablanmalı olduğunu qeyd etməyərək dolayı yolla tədqiqat aparmaqdan imtina etmişdir. Ümumiyyətlə, müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərində əmək tutumunun müəyyən edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat predmetini təşkil etmir və bu məsələ yalnız məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqat obyektidir. Buna görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ÖMV-ə aid hissədə iş üzrə heç bir halı müəyyən etmədiyi üçün sübut qismində qəbul edilə bilməz. Bundan əlavə, hər iki məhkəmə instansiyasının müvafiq olaraq hökm və yekun qərarında bəraətə dair əsaslandıqları digər məsələ isə səyyar vergi yoxlaması ilə yoxlanılan dövrün vergi orqanı tərəfindən yoxlanıla bilən 3 illik müddətdən artıq dövrü əhatə etməsi ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Həmçinin, məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********138481 nömrəli qərar ı ilə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi burada hökmdə qeyd olunduğu kimi vergilərə 3 illik yoxlama müddəti keçməmişdir, sadəcə “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” **********183645 nömrəli Qərar xx.xx.2019-cu il tarixdə çıxarılmışdır. Bundan başqa, səyyar vergi yoxlamasının keçirilməsi zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixləri aralığında müvəqqəti dayandırma haqqında qərarlar qəbul edilməklə səyyar vergi yoxlamasının aparılması müvafiq olaraq 31, 34, 30, 30, 30, 32 gün müddətinə dayandırılmış, 2 dəfə hər dəfə 30 gün olmaqla müddət uzadılmış, bundan əlavə 30 gün əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. Ekspertlər tərəfində n 3 illik müddətin hesablanması zamanı yoxlamanın dayandırıldığı və uzadıldığı müddətlər nəzərə alınmamışdır. Səyyar vergi yoxlamasının obyektivliyini, hərtərəfliliyini və tam aparılmasını təmin etmək məqsədilə dayandırma aparılmış və dayandırmaya səbəb olmuş hallar aradan qalxdıqdan sonra yoxlama davam etdirilmişdir. Bununla da, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmamışdır. Belə ki, dayandırmanın və uzadılmanın həyata keçirildiyi müvafiq dövrlər 3 illik müddətə daxil edilməməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində ekspert komissiyası səlahiyyətlərinə aid olmayan Vergi Məcəlləsinin və Mənzil Məcəlləsinin müvafiq maddələrinə şərh etməyə çalışması, hüquqi rəy verməsi qanunaziddir. Məhkəm ənin də öz növbəsində həmin rəyləri sübut kimi qiymətləndirməsi və ekspert rəyində göstərilmiş fikirlərə istinad etməsi qəbul edilmiş qərarın əsassızlığını göstərir.
8. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdir.
9. Zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayətində iddia irəli sürülmüşdür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən yekun qərar ədalətsiz olmuşdur. Belə ki, iş üzrə iş üzrə əlavə vergi məbləği hesablanan 2.610 kv.m. zirzəm inin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Həmçinin, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi ekspertiza rəylərində Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edən ekspertlər mübahisə edilən sahənin sahibkarlıq məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu sahələrin sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalı olduğunu qeyd etmişlər. Ekspertlər işin bu halına Mənzil Məcəlləsinin 35.1-ci maddəsini tətbiq edir, halbuki həmin maddi hüquq norması ekspertlər tərəfindən müəyyən olunmuş işin halına tətbiq edilməli olmayan maddi hüquq normasıdır. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququnu müəyyən edir və həmin hüququn obyektlərini sadalayır. Məlumat üçün bildirir ki, həmin norma zirzəmi olaraq yalnız mühəndis qurğuları olan zirzəmiləri, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlığı (texniki zirzəmi) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus hesab edir. Belə olan halda qaraj üçün istifadəyə yararlı olan sahənin vətəndaşların ümumi istifadəsinə verilməsi həm ümumi təcrübə baxımından inandırıcı deyil, həm də qanunvericilik baxımından mümkün deyildir. Bundan başqa, vergi orqanı tərəfindən əlavə hesablama Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlara görə ödəmə mənbəyində vergi olmuşdur. Mülki cavabdehin təqdim etdiyi bəyannamələr və ödədiyi vergi növü isə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində əks edilib və vergi orqanı tərəfindən həmin ödənişlər nəzərə alınmışdır. Ekspertlər qarşısında müəssisənin ÖMV üzrə nə qədər vergi borcunun olması barədə sual qoyulsa da rəydə yalnız Vergi Məcəlləsinin 150-ci maddəsinə istinad etməklə və VM-də ödəmə mənbəyində verginin SVY aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənmiş, nəticədə ÖMV üzrə nə qədər vergilərin hesablanmalı olduğunu qeyd etməyərək dolayı yolla tədqiqat aparmaqdan imtina etmişdir. Ümumiyyətlə, müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərində əmək tutumunun müəyyən edilməsi məhkəməmühasibatlıq ekspertizasının tədqiqat predmetini təşkil etmir və bu məsələ yalnız məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqat obyektidir. Buna görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ÖMV-ə aid hissədə iş üzrə heç bir halı müəyyən etmədiyi üçün sübut qismində qəbul edilə bilməz. Yalnız mühəndis-texniki ekspertizası ilə görülmüş işlərin həcminə uyğun olaraq nə qədər işçi qüvvəsinin cəlb edildiyi müəyyən etmək mümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən dəlilə hər hansı münasibət bildirilməmiş, iş üzrə mühəndis-texniki ekspertizasının keçirilməsi üçün vəsatətin verilməsinə şərait yaradılmamışdır. Bundan əlavə, səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 70.470,0 manat sadələşdirilm iş vergi, 71.517,9 manat ÖMV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində ekspert komissiyası səlahiyyətlərinə aid olmayan Vergi Məcəlləsinin və Mənzil Məcəlləsinin müvafiq maddələrinə şərh etməyə çalışması, hüquqi rəy verməsi qanunaziddir. Məhkəmənin də öz növbəsində həmin rəyləri sübut kimi qiymətləndirməsi və ekspert rəyində istinad edilmiş fikirlərlə razılaşması qəbul edilmiş qərarın əsassızlığını göstərir. Belə ki, iddiaçı X1 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2-1 (102)-1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah e tmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olubolmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə (mötəbərlik üzrə qiymətləndirmə) toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir.
10. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. III.Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-pro sessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələr inin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti müəyyən olunmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsir sizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 1(103)-262/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbi t olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Cinayət-Prosessual Məcəllənin 42.1.3-cü maddəsinə əsasən təqsirləndirilənşəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
20. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Həsən-zadə Ruslan Lətif oğlu ittiham aktında müəyyən olunmuş miqdarda ziyan vurmaqla vergiləri ödəməkdən yayınması cinayət əməli sübuta yetirilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, verilmiş ittihamın həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza rəylərinin mötəbərlilik baxımından qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir. Sadalananlardan aydın görünür ki, məhkəmə bəraət hökmü çıxararkən 3 dəfə keçirilmiş ekspertiza rəylərinə əsaslanmışdır. İttiham isə yalnız bir ekspertiza rəyinə əsaslanmışdır. Bu ekspertiza rəyi Səyyar vergi yoxlaması aktına və mütəxəssis rəyinə əsaslanmışdır. Səyyar vergi yoxlamasını və istintaqı aparan orqanlar Dövlət Vergi Xidmətinə tabe qurumlardır. Məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizaları daha ətraflı və obyektiv keçirilməsi, eləcə də qeyd edilənlər baxımından kollegiya birinci instansiya məhkəməsinin bu rəylərin ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyindən daha mötəbər sübutlar hesab edilməsi barədə mövqeyini əsaslı və qanuni hesab edir.
22. Bundan başqa, apellyasiya məhkəmə kollegiyası mübahisələndirilən “qeyri-yaşayış sahəsi” məsələsi ilə bağlı bildirmişdir ki, işdə olan sübutlara əsasən həmin sahənin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsi təsdiq edilmir. Vergi orqanı özü də bu halı etiraf edir. Vergi qanunvericiliyinin mahiyyəti gəlir əldə edilən şəxslərdən vergilərin tutulmasıdır. Vergi orqanının həmin sahənin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istif adə edilməməsi halının vergiyə cəlb etməni istisna etməməsi mövqeyi vergi qanunvericiliyinin ruhuna, məqsədinə ziddir. Vergi orqanının bu mövqeyi həmin sahədən gəlir götürülməməsini təsdiq edir
23. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********183645 saylı qərarı ləğv edilməsi qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edildiyindən həmin hal hazırki cinayət işi üzrə nəzərə alınmalıdır və bu fakt aparılan yoxlama zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasını bir daha təsdiq edir. Məhkəmə kollegiyası ekspertlərin hüquqi rəy verməsi barədə mövqe ilə razılaşmır. Ekspertlə r iş üzrə ətraflı araşdırma aparmış, qanunvericiliyin tələblərinə istinad etmişlər. Ekspertlər iş üzrə hüquqi rəy verməmişlər. Hüquqi məsələlərə sonda müşavirə otağında məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.
24. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən Həsən-zadə Ruslan Lətif oğlu ittiham olunun cinayət əməli üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq bəraət hökmü çıxarılmış, apellyasiya məhkəmə kollegiyası isə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.
25. Mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin rəis müavini Nümayəndə2 kassasiya şikayətində mülki iddianın təmin edilmədiyi üçün məhkəmə qərarlarının qanunsuz və əsass ız olduğunu iddia etməklə, məhkəmələrin mülki iddianın həllinə dair cinayət prosessual qanunun tətbiqi üzrə mövqelərini mübahisələndirmişdir.
26. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir.
27. Həmin Məcəllənin 383.1.6-cı maddəsi mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarı nın) yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır.
28. Müvafiq olaraq, Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda hallarda dəyişdirir.
29. Kassasiya şika yətinin müəllifi hesab edir ki, apellyasiya məhkəməsi mülki iddiaçının apellyasiya şikayətinə baxılması nəticəsində mülki iddianı tam təmin etməli idi.
30. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, birinci instansiya məhkəməsi tərəfindən faktiki hallar, o cümlədən büdcədən yayındırılmış verginin məbləği məhkəmədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu əsasında, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmişdir.
31. Digər tərəfdən, kassasiya şikayətinin müəllifi ekspert rəylərinin əsassız olması haqda iddia irəli sürsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-nin 269.3.2-ci maddəsinə görə ekspert bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır. Digər tə rəfdən, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 noyabr 2019-cu il tarixli, 1709VQD saylı Qanunla “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə edilmiş dəyişikliklə məhkəmə ekspertizalarının özəl hüquqi şəxslər, habelə özəl məhkəmə eksperti tərəfindən keçirilməsi imkanları yaradılmışdır.
32. Bununla belə, kassasiya şikayətinin müəllifi ekspert rəylərinin əsassız olması haqda iddialarını apellyasiya instansiyası məhkəməsi qarşısında hər hansı obyektiv sübutla, kassasiya instansiyası məhkəməsi qarşısında isə hər hansı yetərli dəlillə əsaslandırmamış, rəyləri tərtib etmiş müxtəlif ekspertlər barəsində hər hansı formada araşdırmanın aparılması haqda məlumatı, ya xud irəli sürülən iddiaları təsdiq etmək üçün özünün təşkil etdiyi alternativ ekspertiza təhqiqatının nəticəsini təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələri ilə razılaşaraq, kassasiya şikayətini əsassız hesab edir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsaslanan qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mü mkündür.
34. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur.
35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 1(103)262/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.