Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1314/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib: İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi- Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi- Müdafiəçi Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: X5) Məhkum- xx xxxxxx 1990-cı ildə Xocavənd rayonu, Kuropatkin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, *************** kəndində qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə 01 il müddətinə azadlıq dan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını talama məqsədilə 18 oktyabr 2017- ci il tarixdə saat 17:50 radələrində ünvan 1 ünvanın qarşısında yerləşən "X9"un paltar asılan yerinə girərək vətəndaş Zərərçəkmiş şəxs1 məxsus qəhvəyi r əngli pencəyin sağ iç cibinə qoyduğu 665 manat pulun 535 manatını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 535 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqəsədi ilə 22 aprel 2018- ci il tarixdə saat 22:30-da ünvan 2 ünvanda yerləşən «Federasiya» kluba gəlmiş, cibində pul olmadığı halda 12 manat dəyərində kofe sifariş vermiş, kofeni içdikdən sonra klubda ofisiant işləyən Zərərçəkmiş şəxs2 kofenin hesabını istəmiş, pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirmiş və birlikdə klubun qarşısına çıxmışlar. Orada yalandan üzərində 50 manat olduğunu bildirib qalıq kimi 37 manat verməsini istəmiş, Zərərçəkmiş şəxs2 ona 37 manat pulu vermiş və o həmin pulu alaraq taksidən pul götürmək adı ilə oradan qaçmış, Zərərçəkmiş şə xs2 arxasınca düşüb qovmuş və pulun qaytarılmasını tələb etmiş və həmin yerdə olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Şahid görüb əlində olan pulu yerə atmış, polis əməkdaşı Şahid tərəfindən yaxalanaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirildiyindən cinayəti özündən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək soyğunçuluq cinayətini etməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi X4 və Müdafiəçi Əjdər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və R.M.Abdulovdan ibarət tərkibdə) 10 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək hımin qərarın ləğv olunaraq Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əjdər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, əsasən zərərçəkmiş şəxslərin ifadələri əsas götürülmüş lazımi şahidlər dindirilməmiş, vüdeokamerada Məhkum tərəfindən götürülmüş pulun məbləği görünməmiş, Məhkum etiraf etdiyi cəmi 90 manat götürməsi barədə ifadələri nəzərə alınmamış zərərçəkmiş şəxsin ifadəsinə üstünlük verilərək 535 manat götürüldüyü nəticəsinə gəlinmişdir. Məhkumun Azərbaycan Respublikası CM-nin 29,180.2.2-ci maddəsi ilə məhkum edilməsinə gəldikdə onun zərərçəkmiş şəxsə hər hansı müqavimət göstərmədiyini və soyğunçuluq cinayət əməlinin açıq talama ilə həyata keçirildiyini nəzərə alaraq ona bəraət verilməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçi Əjdər oğlunun kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi, əsasən zərərçəkmiş şəxslərin ifadələrinin əsas götürülməsi, lazımi şahidlər dindirilməməsi, Məhkum etiraf etdiyi cəmi 90 manat götürməsi barədə ifadələri nəzərə alınmaması, CM-nin 29,180.2.2-ci maddəsi ilə məhkum edilməsinə gəldikdə onun zərərçəkmiş şəxsə hər hansı müqavimət göstərmədiyi və soyğunçuluq cinayət əməlinin açıq talama ilə həyata keçirildiyini nəzərə alaraq ona bəraət verilməli olması göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Məhkum Bakı Şəhər Nəsimi rayon məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Resp ublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 01 il 02 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən və oğurluq nəticəsində vurulmuş ziyan 500 manatdan az olduğundan cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qanunla Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 1-ci bəndində dəyişiklik edilərək təsbit edilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs1 535 manat pul vəsaitinin oğurlanmasının videogörüntülərdə qeydə alındığını bildikdən sonra ilk dafə şahid qismində 18 aprel 2018-ci il tarixdə dindirilmiş və “Coral” klubda zərərçəkmiş şəxsin cibindən 90 manat oğurladığını etiraf etmişdir. Zərərçəkmiş şəxs1 isə ilkin ifadələrindən başlayaraq bütün ifadələrində onun cibində olan 665 manatdan 535 manatın oğurlandığını göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində ona dəymiş ziyan tam olaraq ödənildiyindən zərərçəkmiş şəxsə qarşı şikayətinin və tələb inin olmadığını bildirmişdir. Göstərilən hallar ona dəlalət edir ki, Məhkum oğurluq əməlinin videogörüntülərdə qeydə alındığını və qanunvericilikdə olan dəyişiklikləri (cinayət məsuliyyəti yaratmayan məbləği) bildikdən sonra məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişdir. Digər tərəfdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam həcmdə ödəmişdir. Bu hallar kassasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir və Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum CM-nin 29,180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə tam uyğun olan cinayət əməlini törətdiyini birinci instansiya məhkəməsindəki ifadəsində göstərmişdir. Kassasiya şikayətibdə təqsirləndirilən şəxs in heç kəsə təzyiq göstərmədiyini əsas götürərək ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində soyğunçuluq, yəni özgənin əmlakını açıq talama kimi nəzərdə tutulmuşdur. Soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə isə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkum isə CM-nin 180.2.4-cü maddəsi ilə ittiham verilməmiş, ona verilmiş ittiham CMnin 29,180.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum narkomanya xəstəliyinin aşkar edilməsi ilə bağlı ekspertiza rəyinin də əsassızlığı göstərilmişdir. Cinayət işinin materiallarından müəyyən ed ilir ki, ibtidai istintaq müddətində narkoloji ekspertizanın rəyi müdafiəçinin iştirakı ilə Məhkum təqdim edilmiş və o, müdafiəçisi ilə birlikdə hər hansı şikayətin və tələbin olmaması barədə tərtib edilmiş protokolda qeyd edərək imza etmişlər. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlili əsassız hesab edilir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunları pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416c ı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi- Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,180.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1314/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1314/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver