Məhkəmə qərarları › İş №1(102)-1314/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1314/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1314/2021 13.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X15, Məhkum1 müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, Məhkum2 müdafiəçiləri - “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X16, zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum1, Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2, zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 4 yanvar 1957-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonunda yerləşən "xxxx" MMC-in Ozon klinikasında həkim-rentgenoloq və baş həkim vəzifəsində işləmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamışdır.

2. Məhkum1 9 oktyabr 1955-ci il də Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Masallı rayonunda yerləşən "xxxx" MMC-in təsisçisi və direktoru, həmin cəmiyyətin balansında olan “Ozon” klinikasının icraçı direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamışdır. 3. 14 dekabr 2016-cı il tarixdə Masallı Rayon Polis X5 müstəntiqi, Məhkum1 və qeyrilərinin onun əmlakını ələ keçirdikləri haqda Musayev Ruslan Həmdulla oğlunun müraciəti üzrə toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.

4. Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 14 dekabr 2016-cı il tarixli qərar ləğv edilərək material araşdırılma aparılması üçün rayon prokurorluğuna göndərilmişdir.

5. Masallı rayon prokuroru X10 Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarından protest verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Masallı Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qərarı ilə rayon prokurorunun protest vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmiş, buraxılmış müddət bərpa edilməmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qərarı protestə əsasən dəyişdirilmədən saxlanılmışdır.

8. Musayev X7 rayon Prokurorluğuna müraciət edərək "xxx x" MMC-in direktoru Məhkum1 ondan “Ozon” klinikasının təmiri üçün aldığı pul vəsaitlərini hüquqi şəxsin hesabına mədaxil etmədiyini, həmin vəsaitlərin dövriyyəsi ilə bağlı məlumatları vergi orqanına verməməsini, həmin klinikanın təmirində işlətdiyi fəhlələrlə əmək müqaviləsi bağlamadığını, həmçinin güzəştli şərtlərlə aldıqları külli miqdarda dövlət kreditindən təyinatı üzrə istifadə etməməsini göstərmişdir.

9. Masallı Rayon Prokurorluğunun stajoru Hüseyn Mustafayevin 1 iyun 2017-ci il tarixli qərarı ilə toplanılmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən və Məhkum1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.

10. Masallı Rayon Prokuroru Allahverdi Novruzovun 9 avqust 2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi ba rədə 1 iyun 2017-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir.

11. Masallı Rayon Prokurorunun müavini İlham Səlimovun 7 sentyabr 2018-ci il tarixli qərarı ilə Məhkum1 əməlində cinayət tərkibi əlamətləri müəyyən olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.

12. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 5 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın ləğv olunması haqqında qərarına əsasən Masallı rayon prokurorunun müavininin cinayət işinin başlanmasının rədd edilməsi barədə 7 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmişdir.

13. Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən 7 mart 2019-cu il tarixli cinayət işinin başlanması haqqında qərara əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2 və 308.1-ci maddələri ilə cinayət təqibi başlanılmışdır.

14. Cinayət işinin başlanmasına səbəb Məhkum2, Məhkum1 və qeyrilərinin onlara etibar edilmiş özgənin əmlakını ələ keçirmələri barədə Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli xüsusi qərardadı, əsas isə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olmuşdur.

15. İbtidai istintaq dövründə Məhkum2, Məhkum1 Aydın oğlu və zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu arasında üzləşmələr aparılmışdır. Həmin üzləşmələrdə zərərçəkmiş şəxs istintaqa verdiyini ifadəsini təsdiq edərək hər iki şəxsin ona məxsus pul vəsaitini ələ keçirdiklərini bildirmişdir. 16. 25 oktyabr 2019-cu il tar ixdə Məhkum2, Məhkum1 Aydın oğlunun barələrində olan cinayət işi Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. 17. 20 noyabr 2019-cu il tarixdə ittiham aktı təsdiq edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 18.10 yanvar 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışı təyin olunmuşdur.

19. Məhkəmə baxışında Məhkum2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ruslan Musayevdan aldığı bütün pulları Məhkum1 vermiş, təmir-tikinti xərclərini Salamat tərəfin dən aparılmış, işləyən fəhlə və ustalar Salamatın tanışları olmuş, onların pullarını da Salamat vermiş, tibbi avadanlıqları da Salamat seçərək behini vermişdir. Ruslan Musayevin 163.978 ABŞ dolları məbləğində pul vəsaitinin ələ keçirilməsində onun günahı yoxdur. Ruslanın heç bir pul vəsaiti heç kəs tərəfindən ələ keçirilməmişdir. Klinikada təmir işlərinin görülməsinə xərclənmiş 160.000 manat pul vəsaiti təyin edilmiş ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. Ruslan yalnız onun vasitəsi ilə sözügedən işlərə cəmi 330.000 ABŞ dolları məbləğində pul ayırdığı halda, Salamat tərəfindən hansı səbəbdən 448.270 ABŞ dolları pul vəsaitinin xərclənməsini qeyd etməsini bilmir. O, Ruslandan icazə alaraq 30.000 dolları Salamata borc vermiş, Salamat həmin pula rentgen aparatı almışdır.

20. Məhkəmə baxışın da Məhkum1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilkin müqavilə onunla Məhkum2 arasında bağlandığı üçün o özü binanın təmiri ilə bağlı hər hansı bir öhdəlik götürməmiş, yalnız razılaşma müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyi üzərinə götürmüşdür. Ruslan Musayevin pul vəsaitini klinikanın sahibləri olan İlqar Abdullayev və Şahin Abdullayevin rəhbərliyi altında xərcləmiş, vəsaitin bir hissəsinin təyinatı üzrə sərf olunmadığını, həmin halın gizlədilməsi üçün həqiqətə uyğun olmayan hesabatlar tərtib etdiyini və həmin pul vəsaitini İlqar və Şahindən alıb Ruslana ödəyəcəyini deməmiş, Ruslanla bu məzmunda söhbət etməmişdir. 21 sentyabr 2018-ci il tarixli ekspertiza rəyi natamamdır və həmin rəydə tibbi avadanlıqlara və liftlərə ödəni lmiş vəsaitlər nəzərə alınmamışdır.

21. Məhkəmə tikinti-texniki ekspertizasının 22 yanvar 2018-ci il tarixli rəyindən görünür ki, aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikintitəmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 160830,5 manat məbləğində müəyyən olunmuşdur. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən təklif olunmuş lift iki ədəd olmaqla ümumi dəyəri 109900,0 manat məbləğində müəyyən olunur.

22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 və Məhkum1 öz qulluq mövqelərindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdırlar. Belə ki, Məhkum2 hüquqi ünvanı Masallı rayonu Ərk ivan qəsəbəsi kimi göstərilmiş 9 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış Məhkum1 təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-in balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasında 25 aprel 2015-ci il tarixli 10 nömrəli əmrlə həkim-rentgenoloq və 11 iyun 2015-ci il tarixli 17 nömrəli əmrlə baş həkim vəzifəsinə təyin edilməklə 2017-ci ilədək həmin vəzifədə işləyərkən, bacısı oğlu Musayev Ruslan Həmdulla oğlu tərəfindən həmin klinika 11 iyun 2015-ci il tarixli özü ilə Məhkum1 arasında, habelə sonuncu ilə Musayev Ruslan Həmdulla oğlu aralarında eyni tarixdə bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə icarəyə götürüldükdən sonra ümumi sahəsi -1047 kv.m olan 2 və 3 -cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə ona Ruslan Musayev tərəfindən 7 iyun 2015-ci il tarixdən 4 avqust 2015-ci il tarixədək olan müddət ərzində özünün yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və Masallı rayonunda yerləşən istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda verilmiş 1500 (bir min beş yüz) manat və 146.000 (yüz qırx altı min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 153,030 (yüz əlli üç min otuz) manat məbləğində, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 42.460 (qırx iki min dörd yüz altmış) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 44.583 (qırx dörd min beş yüz səksən üç) manat, 07 sentyabr 2015-ci il tarixdən 2 8 sentyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 4000 (dörd min) manat və 75.000 (yetmiş beş min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 78750 manat, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 30.000 (otuz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manat, 20.10.2015-ci il tarixdən 12.11.2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda isə 38.050 (otuz səkkiz min əlli) manat məbləğində, yəni 7 iyun 2015-ci il tarixdən 12.11.2015-ci il tarixədək olan müddət ərzində yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda ümumilikdə 35 1.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat, həmin dövrün məzənnəsi ilə 334.679,04 (üç yüz otuz dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 4 sent) ABŞ dolları məbləğində pulu Ruslan Musayevdən şəxsən aldıqdan sonra, həmin vəsaitin sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə baş həkim işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla Masallı rayon sakini, "xxxx" MMC-nin direktoru Məhkum1 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 129.447,5 (yüz iyirmi doqquz dörd yüz qırx yeddi əlli) manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 21.000 (iyirmi bir min) manat, bundan başqa X25.Ltd şirkətinə məxsus X24 Elevator (yataq lifti) X8 elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 2 ədəd liftin alınması və qurlaşdırılması ilə bağlı 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat, daha sonra fotosel qapıların alınması ilə bağlı 18.923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30.000 (otuz min) ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manatı Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289.768,50 (iki yüz səksən doqquz min yeddi yüz altmış səkkiz manat əlli qəp ik) manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 351.413 ( üç yüz əlli bir min dörd yüz on üç) manat vəsaitdən 58.709 (əlli səkkiz min yeddi yüz doqquz ABŞ dolları 4 sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdırlar. 23. 20 noyabr 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)66/2020 saylı hökmü ilə (sədrlik edən hakim Mehdixan Abdullayev, hakimlər Müşfiq Məmmədov və Cəlil Nəbiyevdən ibarət tərkibdə) Məhkum2 Azərbaycan Respublikas ı CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Məhkum1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəza çəkmələrinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onlara təyin edilən cəzanın icrasının Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, Məhkum2 zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlunun xeyrinə tutularaq depozit hesabında saxlanılan 30.822 (otuz min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pul, Məhkum1 zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlunun xeyrinə tutularaq depozit hesabında saxlanılan 15.000 (on beş min) manat məbləğində pul, ümumilikdə 45.822 (qırx beş min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğdə pulun depozitdən çıxarılaraq Ruslan Musayevə ödənilməsi, zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğluna dəymiş 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) məbləğində ziyandan qalıq qalmış 15.822 (on beş min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun Məhkum1 və Məhkum2 tutularaq Ruslan Musayevə ödənilməsi hökm edilmişdir. Məhkum2 və Məhkum1 cinayətin törədilməsində təqsirini müəyyən edən sübutlar: özlərinin ifadələri ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyi, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları əsasında təsdiqini tapmış hesab edilmişdir.

24. Hökmdən Məhkum2 müdafiəçisi apelyasiya şikayəti verərək, S,Məmmədovun özünü təqsirli bilmədiyini, R.Musayevdən aldığı bütün pulları təmir-tikinti işlərinə sərf etdiyini, bununla bağlı vəsatətlər versə də təmin edilmədiyini, məcburiyyət qarşısında qalaraq 30.822 manatı R.Musayevin adına açılmış depozit hesabına ödədiyini, hökmün ləğv edilməsini, Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

25. Məhkum1 müdafiəçisi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqının kobud pozuntularla aparıldığını, verdiyi vəsatətlərin əsassız olaraq təmin edilmədiyini, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilmədiyini, Məhkum1 özünü təqsirli bilmədiyin i, müstəntiq tərəfindən vurulmuş ziyan müəyyən edilərkən pul vəsaitlərinin düzgün hesablanmadığını, məhkəmənin iki məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etsə də, əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı onun tərəfindən verilmiş vəsatəti əsassız olaraq təmin etmədiyini, hökmün ləğv edilməsini, Məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

26. Hökmdən həmçinin zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu apelyasiya şikayəti verərək, cinayət nəticəsində ona vurulmuş ziyanın ödənilmədiyini vurğulayaraq məhkəmənin əsassız olaraq azadlığın məhdudlaşdırılması cəzasını təyin etdiyini qeyd etmişdir. 27. 21 aprel 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-253/2021 saylı qərarı ilə (sədrlik edən hakim El şad Əliyev, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) zərərçəkmiş şəxs R.Musayev, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

28. X11 Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum1, Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2, zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və şikayətlərə qarşı etirazlar

29. Məhkum1 kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı kobud prosessual pozuntularla aparılmış, məhkəmə istintaqı gedişində müda fiə tərəfinin əsaslı vəsatətləri heç bir əsas göstərilmədən rədd edilmiş, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tərkibinə edilmiş etirazlar səbəb göstərilmədən baxılmamış saxlanılmış, ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntuları müdafiə tərəfindən tam sübuta yetirilsə də qəbul edilmiş yekun qərarda bunlara düzgün hüquqi qiymət verilməmiş, həm ibtidai istintaq zamanı dindirilmiş şahidlərin, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında dindirilmiş şahidlərin ifadələri təhrif edilmiş, ittiham aktındakı ifadələr hökmə köçürülmüş, şahidlərin ifadələri arasındakı ziddiyyətlərə diqqət edilməmiş, həmçinin müdafiə tərəfinin verdiyi ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətin əsassız rədd edilmiş, müstəntiq tərəfindən vurulmuş ziyan müəyyən edilərkən pul vəsaitləri düzgün hesablanmamış, açıq riyazi səhvlərə yol verilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işinin istintaqı aparılarkən heç bir məhkəmə ekspertizası təyin edilməmiş, müstəntiq yalnız mülki iş üzrə təyin edilmiş iki məhkəmə əmtəəşünaslıq ekspert rəylərinə istinad etmişdir. Hansı ki, həmin ekspert rəyləri ilə birlikdə müstəqil ekspert rəyi də mülki işdə mövcud olmuş, bu rəylər arasında kəskin ziddiyyətlər mövcuddur. Lakin, müstəntiq işin bu hallarına heç bir hüquqi qiymət verməmişdir. Müstəntiqin mühasibatlıq sahəsində xüsusi biliyi olmadığından, 8460 ABŞ dolları verilmiş pulu iki dəfə hesablamış, məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi şahidlər X12 və onun atası X6 ifa dələrini təhrif etmişdir. Hər iki şahid məhkəmə istintaqı zamanı verdikəri ifadələrində istintaq zamanı verdikləri izahatlarını təsdiq etməmişlər. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyasından apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

30. Məhkum2 müdafiəçiləri də eyni mövqedən çıxış edərək kassasiya şikayətində göstərmişlər ki, apelyasiya instansiyası məhkəməsi işə məhkəmə istintaqı aparmadan, iş materiallarında olan sübutlar əsasında baxmış, məhkəmə istintaqının gedişində müdafiə tərəfinin əsaslı vəsatətləri heç bir əsas göstərilmədən rədd edilmiş və əsaslandırılmamış, məhkəmə tərkibinə edilmiş etirazlar səbəb göstərilmədən hakim tərəfindən baxılmamış və münasibət bildirilməmiş, faktlara düzgün hüquqi qiymət verilməmiş, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında dindirilmiş şahidlərin ifadələri təhrif edilmiş, ittiham aktındakı şahid ifadələri eynilə hökmə köçürülməklə şahid ifadələri arasındakı ziddiyyətlərə diqqət edilməmiş, müdafiə tərəfinin məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı verdiyi vəsatət əsassız rədd olunmaqla ibtidai istintaqı aparmış müstəntiqin ibtintaq zamanı açıq riyazi səhvlərinin aradan qaldırılması mümkünsüz olmuş, müstəqil audit və qiymətləndirmə rəyi ilə, məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizası arasında ziddiyyətlər nəzərə alınmamış və bu ziddiyyətlərin aradan qaldırılması üçün prosessual addımlar atılmamışdır, mülk i mühakimə icraatı zamanı müəyyən edilən rəqəmlərlə cinayət işi arasında olan rəqəmlər arasında fərqi məhkəmə aydınlaşdırmamış, sifariş əsasında görülmüş bəzi işlərə dair ödənilmiş məbləğlər ümumiyyətlə nəzərə alınmamış və istintaq və məhkəmə qərəzli olaraq mübahisədə cinayət görüntüsü yaratmaq üçün bunları tədqiq etməmişdir.Hər iki halda şahidlərin əksəriyyətinin ifadələri bilərəkdən saxtalaşdırılmış və məhkəmə də bu faktı nəzərə almayaraq araşdırmamışdır. Saxtalaşdırılan ifadələrin bariz nümunələri şahidlər X12 və atası X6 ifadələridir. İş materiallarında olan ekspert rəyindən başqa müstəqil ekspert rəyi də olmuş, bu ekspert rəyləri arasında ziddiyyətlər mövcud olmasına baxmayaraq müstəntiq bu ziddiyyətləri araşdırmadan ittiham aktı tərtib etmişdir. Havalandırma işləri üzrə rəylər arasın da 10 383 AZN fərq və Liftlərin alınması üzrə isə 26 602 AZN fərq olmuşdur. Bundan başqa, istintaq orqanı A.K.Salman qızına məxsus qeyri-yaşayış obyektində Razılaşma müqaviləsinə əsasən Cərrahiyyə blokunun yaradılması üçün faktiki olaraq layihə əsasında aşağıda qeyd olunan 3 növ xərci qərəzli şəkildə nəzərə almamışdır. Hazırki iş mahiyyətinə görə tamamilə mülki işdir və Mülki Məcəllənin müqavilələr, öhdəliklər, tapşırıq, podrat-sifariçi münasibətlərini özündə ehtiva edir. Hazırki işdə cinayət məsuliyyətinə cəlb olunanların eyni əməllərinə qarşı daha öncə qüvvədə olan qərarlar mövcuddur və həmin qərarlar heç bir yuxarı orqan tərəfindən ləğv edilməmişdir və cinayət işi materiallarında, ittiham aktında bu qərarın ləğv olunmasına dair qeyd mövcud deyildir. Belə ki, Masallı Rayon Polis X5 müstə ntiqi tərəfindən 14 dekabr 2016-cı il tarixində cinayət işinin başlanması rədd edilmişdir və müəyyən edilmişdir ki, iş mülki xarakterlidir, Masallı Rayon Polis Şöbəsinin 14 dekabr 2016-cı il tarixli qərarı Masallı rayon Məhkəməsinin 11 may 2018 tarixli qərarı ilə ləğv edilmiş, materiallar Masallı Rayon prokurorluğuna göndərilmişdir. Masallı Rayon Prokurorluğu 07 sentyabr 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması bir daha rədd edilmişdir. Həmin qərar qüvvədədir və yuxarı prosessual şəxs tərəfindən və ya məhkəmə tərəfindən ləğv edilməmişdir. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyasından apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. 3

1. Zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu kassasiya şikayətində göstərmişdir ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam ödənilməsə də, məhkəmə məhkumların barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Kassasiya şikayətində göstərilənlərə əsasən kassator məhkəmə kollegiyasından apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, məhkumların barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə etiraz vermişdir. Etirazda qeyd etmişdir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti əsassızdır, şikayətin təmin edilməsi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş edir. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

33. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş məhkum edilmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətlərinə baxılmasını mümkün saymışdır. 34.Məhkum1 müdafiəçi X4 çıxışında bildirdi ki, kassasiya şikayətini müdafiə edir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyasından tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının lə ğv edib, təqsirləndirilən şəxslərə bəraət verilməsini, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir.

35. Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 çıxışlarında bildirdilər ki, kassasiya şikayətini müdafiə edirlər. Məhkəmə kollegiyasından tərəflərindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının ləğv edib, Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işinə bəraətverici əsaslarla xitam verilməsi haqda qərar çıxarılmasını, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edirlər.

36. Zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu və onun nümayəndəsi X9 çıxışla rında bildirdilər ki, tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edirlər. Məhkəmə kollegiyasından tərəflərindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının ləğv edib, Məhkum1 və Məhkum2 ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə daha ağır cəzanın təyin edilməsini, həmçinin Məhkum1 və Məhkum2 oğlunun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş edirlər.

37. Dövlət ittihamçısı X23 çıxışında bildirdi ki, kassasiya şikayətlərini əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkumlar barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətlərinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV. İşə aid qanunvericilik

38. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə

21. Təqsirsizlik prezumpsiyası “21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində arada n qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Maddə

28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi “... 28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; 28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; 28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;... 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır....” Maddə

33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi “33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.... 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.4. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.” Maddə

121. Vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi “... 121.2. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz....” Maddə

416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar “416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.4. məhkəmə bu Məcəllənin 391.6-cı maddəsinin müddəalarını yerinə yetirmədikdə; 416.1.5. məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.7. məhkəmə təqsirləndirilən şəxsin əməllərinin qanunun daha yüngül maddəsi ilə yenidən tövsif edilməsi halları istisna olmaqla, məhkuma ittiham elan edilməmiş əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda; 416.1.8. məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda; 416.1.9. məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda; 416.1.10. məhkəmə qanuni qüvvəyə minmiş hökmlə şəxsin barəsində əvvəllər məhkum edildiyi əməlin törədilməsinə görə ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.12. məhkəmə yeni cinayət qanunu ilə ləğv edilmiş cəzanı tətbiq etməklə, yaxud amnistiya aktını tətbiq etməməklə ittiham hökmü çıxardıqda; 416.1.13. məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət qanunu ilə nəzərdə tutulmadığına əsasən səhvən bəraət hökmü çıxardıqda; 416.1.14. məhkəmə cinayət işi üzrə icraata, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata bu iş üzrə məhkəmənin qüvvəyə minm iş yekun qərarı, cinayət təqibini istisna edən halların və ya cəzanın tətbiqinın yeni cinayət qanunu, habelə amnistiya aktı ilə aradan qaldırması üçün əsaslar olmasına baxmayaraq səhvən xitam verdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.16. məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda; 416.1.17. məhkəmə etirazlar və məhkəmə tərkibi barəsində bu Məcəllənin 107-109, 112-118, 308 və 309-cu maddələrinin tələblərini kobud surətdə pozduqda; 416.1.18. məhkəmə bu Məcəllənin müddəalarına müvafiq olaraq dövlət ittihamçısının, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və ya tərcüməçinin iştirakı məcburi olduğu halda cinayət işinə, məhkəməyədək sadələş dirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin şəxslərin iştirakı olmadan baxdıqda; 416.1.19. məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə; 416.1.20. məhkəmə bu Məcəllənin 391.3.2—391.3.5, 391.3.7—391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; 416.1.22. məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə....” Maddə

419. Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması “419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.... 419.10. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar:... 419.10.2. məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxıl masını təyin etmək;...” Maddə

353. Məhkəmə hökmünün məzmunu “... 353.2. Məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:... 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri;... 39. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanı “...

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsa n Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar....” V. Hüquqi məsələlər

40. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir (bax, paraqraf 33).

41. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

42. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

43. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi (bax, paraqraf 38) müəyyən edir. Məhz həmin maddədə tə sbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

44. Müdafiə tərəfi kassasiya şikayətlərində eyni mövqedən çıxış edərək məhkəmə istintaqının kobud prosessual pozuntularla aparıldığını, məhkəmə istintaqı gedişində müdafiə tərəfinin vəsatətlərinin əsassız olaraq təmin edilmədiyini, məhkəmə tərkibinə edilmiş etirazların səbəb göstərilmədən baxılmamış saxlanıldığını, məhkumlara istinad olunan ittiham üzrə ləğv edilməmiş rədd qərarının olduğunu, şahid ifadələrinin təhrif edildiyini, ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətin əsassız rədd edildiyini, vurulmuş ziyanla bağlı pul vəsaitlərinin düzgün hesablanmadığı və açıq riyazi səhvlərə yol verdiyini vurğulayaraq nətic ədə məhkumların barəsində cinayət tərkibinin əlamətləri olmadan və cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə, mülki-hüquq münasibətlərinə görə səhvən ittiham hökmünün çıxardığını iddia edərək, cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.6 və 416.1.8-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

45. İş üzrə zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu kassasiya şikayətini məhkəmənin məhkumların barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsi ilə əsaslandırmışdır. Bununla da o, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

46. Məhkəmə kollegiyası müdafiə tərəfinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 kassasiya şikayətində göstərmişlər ki, iş üzrə məsuliyyətə cəlb olunan şəxslərin eyn i əməlləri üzrə Masallı rayon prokurorluğunun 7 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qüvvədə olan ləğv edilməmiş qərarı vardır. Lakin cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 5 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın ləğv olunması haqqında qərarından görünür ki, Masallı rayon prokurorunun müavininin cinayət işinin başlanmasının rədd edilməsi barədə 7 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Odur ki, kassasiya şikayətinin müəlliflərinin bu barədə dəlili əsassızdır.

48. Bundan başqa, Məhkum1 və Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 kassasiya şikayətlərində göstərmişlər ki, iş üzrə şahid ifadələri təhrif edilmiş, məhkəmə isə bunu araşdırmamışdır. Ba riz nümunə olaraq şahidlər İ.İmanov və Ə.İmanovun ifadələrinə istinad olunmuşdur. Lakin şikayətlərdə təhrif olunmanın nədə əks olunduğu qeyd olunmamışdır ki, kassasiya şikayətləri müəlliflərinin bu hissədə dəlilləri əsaslı deyildir.

49. Məhkum1 və Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 kassasiya şikayətlərində həmçinin göstərmişlər ki, iş üzrə ekspert rəyləri arasında ziddiyyətlər olmasına baxmayaraq, hesabatlar üzrə pul vəsaitlərinin dəqiq məbləğini və xarici valyutada verilən pul vəsaitlərinin həmin dövrə manata münasibətdə dəqiq məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi üçün verdikləri vəsatətlər təmin edilməmişdir. Həmçinin görülmüş işlər ilə əlaqədar çəkilmiş xərclərin məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün verdiyi vəsa tətlər təmin edilməmişdir.

50. Kassasiya şikayətləri müəlliflərinin hazırki dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, mülki iş üzrə alınmış və cinayət işinə əlavə edilmiş ekspert rəyləri arasında bəzi ziddiyyətlər olmuşdur. Həmçinin məhkumların taladığı ittiham edilən pul vəsaiti hesablanarkən riyazi səhvə yol verilmişdir. Belə ki, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək zərərçəkmiş tərəfindən verilmiş pulun məbləği 42.460 ABŞ dolları olaraq qəbul edilsə də həmin məbləğin 8460 ABŞ dollarının əvvəlki dövrdə verildiyi və bu dövrdən qalıq qaldığı müəyyən edilir ki, bu da həmin məbləğin iki dəfə verilmiş pul kimi hesablanması ilə nəticələnmişdir. Bu hesablamada olan fərq işin faktiki hallarına və əməlin tövsifinə əhə miyyət kəsb etsə də, ekspertizanın keçirilməsi üçün müdafiə tərəfinin verdiyi vəsatətlər rədd edilmiş və rədd etmə qərarı kifayət qədər əsaslandırılmamışdır. Eyni zamanda, müvafiq dəlil apellyasiya şikayətlərində qaldılırsa da, apellyasiya instansiya məhkəməsi bu məsələyə münasibətini bildirməmişdir.

51. Halbuki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir (bax, paraqraf 38).

52. Bununla yanaşı, Azərbaycan Respublikası CPM- in 121.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz (bax, paraqraf 38). 53.Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (X17rşı, №№ 29084/07 və 1191/08, § 126, 27 oktyabr 2020). “Ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edil diyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020).

54. Odur ki, müvafiq ekspertiza təyin edilməyərək iş üzrə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edə bilən sübutların tədqiq edilməməsi hissəsində Məhkum1 və Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 kassasiya şikayətləri əsaslı hesab edilməli və bu pozuntular səbəbindən yenidən işə apellyasiya qaydasında baxılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir.

55. Məhkum1 və Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan və cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə ittiham hökmü çıxarmasına dair iddialara (Azərbaycan Respublikası CPM-in 416.1.6 v ə 416.1.8-ci maddələri) və zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlunun məhkumlara məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmadan yüngül cəza təyin edilməsinə dair iddialara (Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi), yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddəsində təsbit olunmuş əsaslara görə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, sübutların yenidən araşdırılması, təqsirlilik və cəzanın təyin edilməsi kimi məsələlərə apellyasiya məhkəməsi tərəfindən münasibətin bildirilməsini labüd etdiyindən, kollegiya hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya şikayətinin təmin olunmasını mümkün hesab etmir.

56. Beləliklə, məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, şər h edilən əsaslara görə hesab edir ki, Məhkum1 və Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 kassasiya şikayətləri qismən təmin edilməli, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1, Məhkum2 müdafiəçiləri X22 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Zərərçəkmiş şəxs Musayev Ruslan Həmdulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ləğ v edilsin, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar