Məhkəmə qərarları › İş №1(102)-1314/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1314/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1314/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X20 və X3 ibarət tərkibdə) 20 avqust 2028-ci il tarixli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 aprel 2020-ci il tarixdən hesablanması, seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X12 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunması və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xah iş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunması və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunması və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə) 08 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-650/2020 saylı, 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə endirilmiş, "Azərmaş” MMC-nin mülki iddia tələbi üzrə icraata tələbdən imtina etməsinə görə xitam verilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qər ara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (X10 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə) 15 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 aprel 2021-ci il tarixli, 1(105)-72/2021 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-650/2020 saylı, 28 avqust 220-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə endirilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 aprel 2020-ci il tarixdən hesablanması, məhkəmə iclas zalında dərhal həbs edilməsi, "Azərmaş” MMC-nin mülki iddia tələbi üzrə icraata tələbdən imtina etməsinə görə xitam verilməsi qərara alınmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri qismən təmin edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 03 noyabr 2019-cu il tarixdə, saat 12:10 radələrində idarə etdiyi «Ravon» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba- Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsi ərazisindən keçən 34-cü kilometrliyində Dağıstan sərhəddi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurm amalı olduğu halda göstərilənlərə əməl etməmiş və bununla da hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, həmin yolun sağ hərəkət zolağı ilə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mitsibusi» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan, yəni, «Mitsibusi» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, «Ravon» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 hadisə yerində ölümlərinə, «Mitsibusi» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs6 xx.xx.2019-cu il tarixdə, saat 09:20-də Bakı Baş Səhiyyə İdarəsinin KTM-nin RİTŞ-də, Zə rərçəkmiş şəxs5 xx.xx.2019-cu il tarixdə, saat 10:10-də, Bakı Baş Səhiyyə İdarəsinin KTM- nin RİTŞ-də ölümlərinə səbəb olan, «Mitsibusi» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, «Ravon» markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs7 QKBT, sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, habelə Zərərçəkmiş şəxs2 məxsus olan «Mitsibusi» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 (beş min) manat məbləğində, Zərərçəkmiş şəxs8 MMC-nə məxsus «Ravon» markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə 8107 (səkkiz min yüz yeddi) manat məbləğində maddi ziyan vurulmasına s əbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Məhkum təyin edilən cəza ədalətsizdir, törədilmiş əməlin xarakterinə və ağırlıq dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun deyildir, təyin olunmuş cəza sərtliyinə görə həddindən çox ağırdır. Ona görə də cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan hesab edilməli, cəzanın sərtliyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməli və məhkuma CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməklə, həmin cəza şərti hesab edilməli, əlavə cəzanın həddi azaldılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinin tələblərini pozar aq sübut edilməli hal kimi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirilən və ağırlaşdıran halları tam araşdırmamış, nəticəsinə düzgün hüquqi qiymət verməmiş, cəza təyin edərkən fərdiləşdirmə prinsipinə əməl etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinin tələblərini və Məhkum barəsində ağırlaşdırıcı halların olmamasını, yüngülləşdirən halların isə mövcudluğunu nəzərə almamışdır. İşin bütün halları, məhkəmədə toplanmış sübutlar, təqsirləndirlən şəxsin cinayəti törətməmişdən əvvəl və sonrakı davranışları, hadisə yerindən qaçmayaraq vicdanlı hərəkətləri ilə zərərçəkmişlərə tibbi yardım göstərməsini, onlarla barışaraq dəymiş maddi zərəri tam ödəməsi, səmimi peşmançılığı, istintaqın gedişinə köməklik göstərməsi, işlətdiy i əməli könüllü olaraq etiraf etməsi, ibtidai həbs yerində və məntəqə tipli cəzaçəkmə müəssisəsində müsbət davranışları, gələcəkdə cinayətə meyilli olmaması və sair yüngülləşdirən hallar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış, ona sərt cəza təyin etmişdir. Hesab edir ki, ehtiyatsızlıqdan cinayət törətmiş, sadalanan xüsusiyyətlərə malik belə şəxslərin ağır cəzalara məhkum olması heç vaxt effektli olmamış, cəmiyyət tərəfindən müsbət qarşılanmamışdır. Məhkum zərərçəkmişlərlə və hüquqi varisləri ilə barışmış, onlara dəymiş maddi zərəri ödəmiş, zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin hamısı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünü qanunsuz və ədalətsiz hesab etmiş və təqsirləndirlən şəxs ə CMnin 263.3-cü maddəsilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə endirilməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs ilk dəfədir cinayəti törədir, əvvəllər yol hərəkəti qaydalarını pozmağa görə barəsində inzibati qaydada tənbeh tədbiri almamış, təqsirləndirilən şəxsin qardaşı da hadisə zamanı həlak olmuşdur, təqsirləndirlən şəxsin özü də mənəvi və psixoloji sarsıntı və zərər çəkmişdir, atası vəfat etmişdir, ailənin yeganə oğludur. Anası onkoloji xəstədir, təqsirləndirlən şəxsdən başqa onun qayğısını çəkən, müalicəsi ilə məşğul olan yoxdur, hadisəni törədərkən ayıq olmuşdur. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsilə 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixlii qərarını dəyişdirib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, həmin cəzanın şərti hesab edilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunması ilə əlaqədar təyin olunmuş əlavə cəzanın həddinin azaldılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şika yətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər ha nsı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən əsas cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o c ümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cina yət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli b ilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi v ə baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar kimi müsbət xarakterizə olunmasını, ilk dəfə c inayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını qeyd etmiş və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasıı cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Apellyasiya Məhkəməsi Məhkum ibtidai araşdırma mərhələsindən cinayət əməlini səmimi etiraf etməklə onun sübuta yetirilməsinə kömək etməsini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, qanunun müddəlarını rəhbər tutaraq hesab etmişdir ki, Məhkum cəzasının təqsili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azaldılması qanunun tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59, 60-cı maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum təyin edilmiş cəzanı Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azaltmışdır ki, cəzanın göstərilən həddi islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qey d edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah ol unmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Bu baxi mdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəz ası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir və onun cəzanı real çəkməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraq larının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkuma təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi əlavə cəzasının həddinin azaldılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, əlavə cəza müstəqil tətbiq edilməyən, yalnız əsas cəzaya qoşulan cəza olmaqla cəzanın tənbeh təsirinin güsləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısını alınması, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilir. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə qanunda əlavə və müddətli cəza növü kimi hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkum edilən şəxslərə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin məhkum olunduğu maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi əlavə cəzasının həddi qanuni, əsaslı və ədalətlidir, bu səbəbdən sözügedən əlavə cəzanın həddinin azaldılması məqsədəmüvafiq d eyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş əsas və əlavə cəzanın həddinin azaldılması, əsas cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar