Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1314/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, X8 və X10 ibarət tərkibdə) 3 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi ev 186-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təq sirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci madəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin 20 senytabr 2016-cı il tarixli hökmü ilə 07 (yeddi) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə təyin edilmiş 02 (iki) il şərti sınaq müddəti ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 29 mart 2017-ci il tarixdən 31 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona t əyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və qəti olaraq Məhkum üzərində 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, X13 və X12 ibarət tərkibdə) 12 yanvar 2 022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 03 sentyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istif adə edib sonuncunun tanışı X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2014-cü ilin aprel ayının sonunda Bakı şəhəri Nəsimi rayonu ərazisində 4.000 manat və 27 may 2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Neapol” yol dairəsi yaxınlığındakı kafedə 5.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, şəxsiyyəti istintaqla araşdırılan "Əli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikasının Nazirlər K abinetində işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin aprel ayının təxminən 20-22-də ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının arxa tərəfində həmin dövrün məzənnəsi ilə 45.384 manat təşkil edən 30.000 ABŞ dolları, 2016cı ilin aprel ayının axırlarında Bakı şəhəri Yasamal rayonu "20 Yanvar” küçəsində yerləşən "Ailə sağlamlıq mərkəzi”nin qarşısında həmin dövrün məzənnəsi ilə 4.521,6 manat təşkil edən 3000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 49.905,6 (qırx doqquz min doqquz yüz beş manat altı qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid16 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 İnstitutuna şöbə müdüri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid16 vasitəsilə 03 may 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospekti 92N ünvanında yerləşən «X21» klinikasında həmin dövrün məzənnəsi ilə 15.066 manat təşkil edən 10.000 ABŞ dolları, həmçinin Zərərçəkmiş şəxs3 atası Şahid11 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası «Kurort» qapalı səhmdar cəmiyyətinin «Bilgəh» kardioloji sanatoriyasının baş həkimi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid16 vasitəsilə həmin ünvanda 16 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 31.162 manat təşkil edən 20.000 ABŞ dolları, 18 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.600 manat təşkil edən 10.000 ABŞ dolları və 25 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.724 manat təşkil edən 10.000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 77.552 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, əvvəllər törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmə cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cə zasına 2 il şərti sınaq müddəti tətbiq edilməklə məhkum edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, Şahid9, şəxsiyyəti istintaqla araşdırılan "Elçin", "Vüqar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X15 və nəvəsi X11 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsində istintaqı aparılan cinayət işinin icraatına xitam veriləcəyi və onların həbsdən azad etdiriləcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin may ayının sonunda Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsi Zabrat- Kürdəxanı şossesinin yaxınlığında yerləşən "Göyqurşağı” yaşayış massivində olan "Araz” marketin qarşısında 70.000 manat, 2016-cı ilin avqust ayında ünvan 3 ünvanda yerləşən "Kapital Bank” ASCnin "Bakıxanov” filialının qarşısında həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir cüt qızıl sırğa və həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, 2016-cı ilin sentyabr ayında ünvan 5 ünvanında yerləşən zərgərlik mağazasında 28.000 manat, həmin günü ünvan 6 ünvanında yerləşən "Mərkəzi Univermağ”ın qar şısında X5 2.000 manat, 2016-cı ilin sentyabr ayının axırlarında ünvan 5 ünvanında yerləşən zərgərlik mağazasında 8.000 manat, 2016-cı ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları Kürdəxanı- Nardaran şossesində olan dairəvi yolda həmin dövrün məzənnəsinə ilə 75.352,6 manat təşkil edən 46.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi ilə 44.228,7 manat təşkil edən 27.000 ABŞ dolları dəyərində safir və brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi İlə 19.657,2 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd üzük, həmin dövrün məzənnəsi ilə 39.314,4 manat təşkil edən 24.000 aBş dolları dəyərində təbii və brilyant qaşları olan bir ədəd qızıl qolbaq və 15 dekabr 2016-cı ildə ünvan 3 ünvanda yerləşən "Kapital Bank” ASC- nin "Bakıxanov” filialının qarşısında Şahid3 20.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 794.952,9 (yeddi yüz doxsan dörd min doqquz yüz əlli iki manat doqquz qəpik) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətləinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin materiallarına əsasən məhkəmə istintaqı zamanı Məhkum verilmiş dörd epizoddan ikisi öz təsdiqini tapmamışdır. Yəni Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi epizodunun Məhkum aid olmadığı halda bu epizod üzrə guya onun təqsiri iş materialları, şahid ifadələri, dindirmə protokolları özünün qismən etirafedici ifadəsi və s. sübuta ye tirilməsi barədə nəticəyə gəlinmişdir. Bundan əlavə, hökmdə Məhkum guya Xanımbacı İsmayilovaya 794.952.9 manat zərər vurmaqla dələduzluq etdiyi göstərilir ki, məhkəmə burada da yanlışlığa yol vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı Məhkum tanımadığını, ona pul vermədiyini, Natiqin ona heç bir vəd verib nəticədə onu aldatmadığını bildirmişdir Eyni zamanda Zərərçəkmiş şəxs1 ona qarşı dələduzluq etməsi, pulun ondan alınaraq ona Şahid1 zərər vurmasına görə sonuncu dələduz kimi tanınaraq səkkiz il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şahid1 tərəfindən Məhkum verilmiş 70000 manatdan 40000 manatın Şahid1 qaytarılması faktını təsdiq etmiş şəxsin məhkəmə iclasında dindirilməsi barədə vəsatətləri məhkəmə tərəfi ndən təmin olunmamışdır. Bu barədə ittiham verməsə də cinayət işinin materiallarından görünür ki, Məhkum həm Şahid1 aldığı 70000 manatdan 40000 manat qaytarmasını, eləcə də Şahid1 daha 20000 manat almamasını təkzib edən başqa sübut nə istintaq orqanı, nə də məhkəmə tərəfindən araşdırılmışdır. Məhkəmələr sübutların araşdırılmasında kobud qanun pozuntusunu yol vermiş, həmçinin sübutun tədqiqindan əsassız imtina etmiş, qərar yolverilməz “sübutlarla” əsaslandırımış, sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək əməlinin CM-in 178.2-ci maddəsinə tövsif olun ması və bu maddənin sanksiyası daxilində cəza təyin olunması və ya CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti cəza verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, istintaq zamanı qərəzli şəkildə əlavə edilən epizodları ittihamdan xaric edilməsinə, zərərçəkmiş şəxs qismində tanınan, lakin onun tanımadığı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ilə üzləşmə prosedurunun həyata keçirilməsinə dair vəsatətləri təmin edilməmişdir. Bir-birinə uyğun gəlməyən şahid ifadələrinin ətrafında əməliyyat tədbirləri həyata keçirmədən bitərəf qərar verilərək cinayət işi qısa müddət ərzində məhkəməyə göndərilmişdir ki, bu da əsassız və qanunsuzdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ifadəsində onu tanımadıqlarını v ə pul almadıqlarını bildirmişlər. Məhkum olunmuş Ş.Şükürov yalan ifadələr vermişdir. Onun guya 20.000 manat pul göndərməsi digər şahidlərin ifadəsi ilə inkar edilmişdir. İstintaq orqanın hazırladığı qondarma ittiham məhkəmələr tərəfindən təsdiq edilmişdir. Kassasiya şikayətində cinayət işinin yenidən istintaq aparılması üçün istintaq orqanına qaytarılması və ya həyat yoldaşının şəhid bacısı, öz qardaşının qazi, himayəsində azyaşlı uşağı və yaşlı anasının olmasını nəzərə alaraq həbsdə olduğu müddəti əhatə edən cəza və ya alternativ cəza təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətlər inin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsa s verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-c u maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hans ı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqi q edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi i lə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Müdafiəçi və məhkum edilmiş şəxs kassasiya şikayətlərində məhkum edilmiş şəxsin CM-in 178.3.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək, təqsirlilik və əməlin hüquqi tövsifini mübahisələndirmiş, Məhkum barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası q eyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam təsdiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haq da işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Kassasiya şikayətlərində Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Məhkum tanımadığını, ona pul vermədiyini bildirməsini qeyd edilsə də, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaqda və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid8 və Şahid9 ifadələri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs4 tanımadığını, onun pulunu ümumiyyətlə ələ keçirmədiyini, Zərərçəkmiş şəxs3 pulunun dələduzluqla ələ keçirilməsində iştirak etmədiyini, zərərçəkmiş şəxs Xanımbacı İsmyılovaya məxsus olan Şahid1 aldığı 75.000 manat puldan 35.000 manatını sonuncuya geri qaytarmasını bildirərək bu hissələrdə verdiyi ifadələr məhkəmələr tərəfindən haqlı olaraq özünü müdafiə etmək, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmək kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum törətmiş olduğu əməl zərərçəkmiş şəxsləri tanıyıb-tanımamasından asılı olmadan, həmçinin Zərərçəkmiş şəxs1 məxsus olan 75.000 manat pulu Şahid1 aldığı andan cinayət bitmiş sayılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. Apellyasiya məhkəməsi Məhkum birinci instansi ya məhkəməsi tərəfindən təqsirliliyinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Məhkum tərəfindən cinayət əməlinin törədilməsi məhkumun özünün qismən etiraf etməsinə baxmayaraq, zərərçəkmiş şəxslər və şahidlər ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif et miş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünü n törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əm lak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real mali yyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən ist ifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda ə məl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində məhkumun göstərilən zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməli törətməməsi qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Şahid16, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli və külli miqdarda əmlaklarını ələ keçirməklə təkrarən dələduzluq etməkdə özünü qismən təqsirli bilməməsini aşağı instansiya məhkəmələri tərəfindən düzgün olaraq zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirilmişdir. Məhkum kassasiya şikayətində cinayət işinin ibtidai istintaqa qaytarılması barədə tələb irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsində məhkəmənin hazırlıq iclasının yekununda qəbul edilən qərarlardan birinin- cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsi qaydası və əsasları təsbit edilmişdi r. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qanunvericiliyin şərh olunan maddəsinin məzmunundan aydın olur ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi məhkəmənin hazırlıq iclasının predmeti olmaqla işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntularının aşkar olunduğu halda həll edilir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarından və məhkəmə iclas protokolundan görünür ki, cinayət işi üzrə göstərilən tarixdə hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxs Məhkum məhkəməyə verilmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında CPM-in 303-cü maddəsində təsbit olunmuş kobud pozuntular müəyyən edilməmiş, proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs və ya müdafiəçi tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilməmişdir. Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdı ğı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin yol verdikləri prosessual pozuntuları aradan qaldıraraq vahid məhkəmə təcrübəsini formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq edilməsinə zəmin yaratmalıdır (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarı nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarı). Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qa ydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin cinayət işinin istintaq orqanına qaytarılması ilə bağlı dəlilləri hər hansı hüquqi əsasa söykənən dəlillər deyil və bu baxımdan təmin oluna bilməz. Cinayət işinin istintaq orqanına qaytarılması birinci instansiya məhkəməsində hazırlıq iclasının predmeti olmaqla həmin iclasda işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntular aşkar olunmamış və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs məhkəməyə verilərək cinayət işi baxılmağa təyin edilmişdir. Kassasiya şikayətinin məhkum tərəfindən təqdim edilən sübutların araşdırılmaması və o byektiv hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkild ə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə düzgün olaraq təqsirli bilinmişdir. Məhkum barəsində Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs ha qqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngü lləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübə si haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilmə si və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaş dıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institu tunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59, 65-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçin in cəzasını yüngülləşdirilən halları (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyandan bir qisminin ödənilməsini), cəzanı ağırlaşdıran hal kimi residivin olmasını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına v ə məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinini cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini nəzərə alaraq məhkum edilmiş şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunmasını mümkün hesab etməməklə müdafiəçinin kassasiya şikayətində istinad etdiyi yüngülləşdirici halların məhkum edilmiş şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas olmadığı qənaətinə gəlir. Kassasiya məhkəmə kollegiyası əməlində residivin olmasını, hazırki cunayət işi üzrə əməli sınaq müddəti ərzində törətdiyini nəzərə alaraq qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətb iqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən, cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Belə ki, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması və ya ona azadlıqdan məhrum etmə ilə əlaqə dar olmayan cəza təyin edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1314/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1314/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver