Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1315/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13, Məhkum iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2. 4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Məhkəməsinin (hakim: X25) 11 iyun 2020-ci il tarixli hökmü ilə 02 iyul 1974-cü il tarixdə Naxçıvan MR Babək rayonu Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə, təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkum Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edimiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X38 (sədrlik edən və mə ruzəçi), X32 və X14 ibarət tərkibdə) Məhkum Novruz oğlu və zərərçəkmiş şəxs X26 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan Z1un oğlunun alimentlə bağlı problemini həll edəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra Z1un "xxxx" MMC-nin Masallı rayon filialından 14.09.2018-ci il tarixdə Məhkum adına göndərdiyi 710 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından, 18.09.2018-ci il tarixdə isə göndərdiyi 110 manat pulu Beyləqan rayonu ərazisində yerləşən poçt filialından götürmüş, bununla da, o Z1un etibarından suiistifadə edib onu aldadaraq ümumilikdə 820 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs X5 820 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan X2 pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, Z2nın "xxxx" MMC-nin Masallı rayon filialından 25.09.2018ci il tarixdə onun adına göndərdiyi 200 manat pulu Füzuli rayonu ərazisində yerləşən poçt filialından, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X29 Z3ya məxsus 21.09.2018-ci il tarixdə göndərdiyi 100 manat pulu, 24.09.2018-ci il tarixdə göndərdiyi 500 manat pulu, 27.09.2018-ci il tarixdə göndərdiyi 140 manat pulu, 28.09.2018-ci il tarixdə isə göndərdiyi 160 manat pulunu vahid niyyətlə Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından götürmüş, bununla da, o Z2nın etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1100 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs X2 1100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan X6 pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X39 məxsus Azerp oçt” MMC-nin Masallı rayon filialından 13.10.2018-ci il tarixdə göndərdiyi 1500 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından götürmüş, bununla da, o Z3nın etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1500 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs X6 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan X1 pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X23 Z3ya məxsus Azerpoçt” MMC-nin Masallı rayon filialından 13.10.2018-ci il tarixdə göndərdiyi 1500 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından götürmüş, bununla da, o Güldərən Z3nın etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1500 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs X1 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı Z5un oğlunu Bakı şəhəri ərazisində yeləşən Sədərək ticarət mərkəzində işə düzəldəcəyini yalan vd verib aldatmaqla, 10.11.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında üzbəüz 5000 manat pulu ələ keçirmiş,bununla da, o, Z5un etibarından sui-istifadə edib onu aldadaraq ümu milikdə 5000 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs X19 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 tanışı olan X3 pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X40 Z6 məxsus 2018-ci ilin noyabr ayında göndərdiyi 1300 manat pulu və qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X24 Z6 məxsus 2018-ci ilin noyabr ayında göndərdiyi 200 manat pulu Füzuli rayon poçt filialından götürmüş, bununla da, o Z6 Fərzullayevin etibarından sui-istifadə edib onu aldadaraq, ümumilikdə 1500 manat pulunu qəs dən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs Z6 Z6 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 tanışı olan X33 oğluna pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, Z7in "xxxx" MMC-nin Cəlilabad rayon filialından 01.11.2018-ci il tarixdə onun adına göndərdiyi 200 manat pulu, Masallı rayon ərazisində yerləşən Kapital bankdan 09.10.2018-ci il tarixdə onun adına göndərdiyi 500 manat, 03.12.2018-ci il tarixdə isə 350 manat pulu götürmüş, bununla da, o Z7in etibarından suiistifadə edib onu aldadaraq ümumilikdə 1050 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs X9 1050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan Z8un oğlunu Masallı rayonuda mühafizə polisinə işə düzəldəcəyini yalan vəd verib aldatmaqla, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi Z5un verdiyi Z8a məxsus olan 3000 manat pulu 2019-cu ilin yanvar ayında üzbəüz Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında ələ keçirmiş, bununla da, o, Z8un etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 3000 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs Z8a 3000 manat məbləğində maddi ziyan vurmaqla dələdu zluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 tanışı olan X31 oğluna pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi X18 Z9a məxsus Azerpoçt” MMC-nin Cəlilabad rayon filialından 2019-cu ilin yanvar ayında göndərdiyi 400 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından, Z9un 2019-cu ilin yanvar ayında göndərdiyi 600 manat pulu Bakı şəhərində götürmüş, bununla da, o, Z9un etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1000 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs Z9a 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 qohumu olan X4 pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra Z10un "xxxx" MMC-nin Masallı rayon filialından göndərdiyi 20.01.2019-cu il tarixdə 150 manat pulu, 21.01.2019-cu il tarixdə 500 manat pulu, 15.02.2019-cu il tarixdə 400 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından, 11.02.2019-cu il tarixdə 600 manat pulu Azerpoçt” MMC-nin Füzuli rayon filialından götürmüş, bununla da, o Z10un etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1650 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs X4 1650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 tanışı olan X34 oğluna qohumunu həbsdən azad edəcəyini etibarından sui-istifadə edərək tamah niyyəti ilə sonuncunun tanışını azadlığa buraxacağını yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi Z11un tanışı X8 28.01.2019-cu il tarixdə Bakı şəhəri ərazisində yerləşən poçt filialından göndərdiyi 5030 manat pulu, Z11un Bakı şəhəri ərazisində yerləşən “Kapital bank”dan göndərdiyi 28.01.2019-cu il tarixdə 780 manat, 30.01.2019-cu il tarixdə 1008 manat, 21.02.2019-cu il tari xdə 202 manat pulu götürmüş, bununla da, o, Z11un etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 7020 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxs Z11a 7020 manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bunda əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı X15 tanışı olan X11 pensiya, dövlət hesabına ev və maşınla təmin edəcəyini yalan vəd verib aldatmaqla, telefonla razılaşdıqdan sonra, Z12un "xxxx" MMCnin Masallı rayon filialından və Kapital bankdan göndərdiyi 29.10.2018-ci il tarixdə 130 manat, 04.10.2018-ci il tarixdə 300 manat, 24.11.2018-ci il tarixdə 220 manat, 11.01.2019cu il tarixdə 300 manat, 14.01.2 019-cu il tarixdə 300 manat, 26.01.2019-cu il tarixdə 200 manat, 08.01.2019-cu il tarixdə 200 manat, 24.02.2019-cu il tarixdə 1000 manat, 21.02.2019-cu il tarixdə 100 manat, 11.03.2019-cu il tarixdə 605 manat, 15.03.2019-cu il tarixdə 2000 manat, 18.03.2019-cu il tarixdə 500 manat,14.03.2019-cu il tarixdə 1414 manat, 22.03.2019-cu il tarixdə 150 manat, 25.03.2019-cu il tarixdə 760 manat, 29.03.2019-cu il tarixdə 200 manat, 27.03.2019-cu il tarixdə 500 manat, 01.04.2019-cu il tarixdə 3000 manat, 03.04.2019-cu il tarixdə 1200 manat,09.04.2019-cu il tarixdə 1700 manat, 16.04.2019-cu il tarixdə 250 manat, 11.01.2019-cu il tarixdə 300 manat, 18.04.2019-cu il tarixdə 154 manat, 08.04.2019-cu il tarixdə 500 manat, 12.04.2019-cu il tarixdə 300 manat, 19.04.2019-cu il tarixdə 1500 manat pulu poçtda n və Kapital bankdan götürmüş, bununla da, o Z12un etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 17683 manat qəsdən vahid niyyətlə pulunu ələ keçirib, zərərçəkmiş şəxs X11 17683 manat məbləğində xeylir miqdar maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayının 10-15 aralığında Bakı şəhəri ərazisində yerləşən “Əlillər Cəmiyyəti” adlı yerdə tanış olduğu Masallı rayonu Boradigah qəsəbə sakini X16 üçün əlilliyə görə pensiya düzəldəcəyini yalan vəd verib aldatmaqla aralarında olan şifahi razılaşmadan sonra Z13dən 500 manat, daha sonra Z13in "xxxx" MMC-nin Masallı rayon filialından Məhkum adına 23.03.2018- ci il tarixdə 308 manat, 26.04.2018-ci il tarixdə 408 manat, 04.05.2018-ci il tarixdə 308 manat, 11.05.2018-ci il tarixdə 307 manat 80 qəpik, 15.05.2018-ci il tarixdə 509 manat 60 qəpik, 02.06.2018-ci il tarixdə 204 manat 70 qəpik, 13.06.2018-ci il tarixdə 307 manat 80 qəpik, 15.06.2018-ci il tarixdə 258 manat, 19.06.2018-ci il tarixdə 204 manat 90 qəpik, 28.06.2018-ci il tarixdə 150 manat, 05.07.2018-ci il tarixdə 102 manat 70 qəpik, 19.07.2018-ci il tarixdə 307 manat 80 qəpik, 21.07.2018-ci il tarixdə 102 manat 70 qəpik, 24.07.2018-ci il tarixdə 102 manat 70 qəpik, 26.07.2018-ci il tarixdə 102 manat 90 qəpik, 30.06.2019-cu il tarixdə 102 manat 70 qəpik göndərdiyi pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından götürmüş, bununla da, o Z13in etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 4,288 manat 30 qəpik pulunu qəsdən vahid niyyətlə ələ keçirdib zərərçəkmiş şəxs X12 4,288 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, məhkəmələr tərəfindən işin bütün hallarının dərindən araşdırılmadığını, barəsində olan yüngülləşdirici halların nəzərə alınmadığını və nəticədə ədalətsiz qərar qəbul edildiyini vurğulamışdır. Məhkum kassasiya şikayətində ilk dəfə məhkum olunmasını, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı və əlil uşaqlarının olmasını qeyd edərək, barəsində humanist qərar qəbul edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüq uqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyəti nə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən h ansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhl ükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv mə zmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iş üzrə on üç nəfər zərərçəkmiş şəxsdən heç birinə dəymiş maddi ziyan ödənilməmiş, zərərçəkmiş şəxslərlə razılıq əldə e dilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qər ara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1315/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1315/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver