Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1315/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum (mərhum) Məhkum1 hüquqi varisi X5 nümayəndəsi Müdafiəçi4, bəraət almış şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3 və bəraət almış şəxs Məhkum3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, məhkum (mərhum) Məhkum1 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mirzə Xankişiyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Faiq Qəniyev) 01 oktyabr 2021-ci il tarixli, 1(101)898/2021 nömrəli hökmü ilə 20 oktyabr 1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş, 23 dekabr 2020-ci il tarixdə vəfat etm iş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinmiş, lakin vəfat etdiyindən ona cəza təyin edilməmiş, xx xxxx 1961-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı Dövlət Universitetinin hüquqşünası, Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Hacıbəyli döngəsi, ev 24-də yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 178.3.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat məbl əğində cərimə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 9.000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14.000 (on dörd min) manat məbləğində cərimə cəzası təyin edilmiş, 03 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin baş metodist vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, CM-in 32.4,312.2-ci maddəsi ilə 9.000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən, Hümbətov X21 Aqrar Universitetin Biologiya kafedrasının müdiri vəzifəsində işləyərkən, əvvəlcədən tanıdığı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin baş metodisti Məhkum3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2009-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhər sakini Şahid2 övladı Şahid1 ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul olunması üçün Məhkum3 edilən müraciətə əsasən, sonunc u özlərinin Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində olan ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını Eldar Abuşova bildirərək, eləcə də təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edib Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2009-cu ildə keçirilmiş qəbul imtahanında müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq, Şahid1 Rusiyanın Moskva şəhərində yerləşən ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul etdirib, sonra köçürmə qaydasında Bakı Dövlət Universitetinə köçürərək təhsil almasını təmin edəcəklərini yalandan vəd verib Şahid2 Şahid1 şəxsiyyət vəsiqəsini və orta təhsil haqqında attes tatının surətlərini, bir neçə ədəd fotoşəklini götürüb özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib həmin məsələnin müsbət həllinə, yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxsə verilməsi üçün birbaşa yolla 5.000 manat pulun zəruri olmasını bildirib onunla razılaşmış, bundan sonra Eldar Abuşov 2009-cu ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə ünvan 2 ünvanında Məhkum3 yaşadığı evin yaxınlığında, 5.000 manatı Məhkum1 verilməsi üçün Məhkum3 vermiş, lakin vəd verilmiş məsələ öz həllini tapmadığından, 2010-cu ilin yay aylarında istintaqla müəyyən edilməyən gündə, Məhkum3 müraciət edib Məhkum1la görüşmüş, sonuncu Şahid2 məsələnin onlardan asıl ı olmayan səbəblərdən alınmamasını, lakin hər şeyin qanuni şəkildə həll olunmasının mümkün olacağını və həmin işin müsbət həllinin şəxsən özünün həyata keçiriləcəyini bildirib, Şahid2 özünə yönləndirilməsinə nail olaraq 2010-cu ilin yay aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri Yasamal rayonu Qələbə dairəsi yaxınlığında sonuncu ilə şəxsən görüşüb Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən «Viktoriya» şirkəti ilə əməkdaşlıq etdiyini, şirkət vasitəsilə Şahid1 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirməklə Rusiya vətəndaşı olmasına dair pasportu və Rusiyada orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, bu sənədlər əsasında xarici vətəndaş kimi Bakı Dövlət Universitetinə tələbə qəbul olunacağını yalandan vəd etdikdən sonra şəxsən həmin məsələnin müsbət həllinə eyni niyyətlə yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətin) icrası ilə bağlı Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan vətəndaşı olan şəxsin əcnəbilər üçün nəzərdə tutulan prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla əlavə olaraq 1.000 manat pulun verilməsinin zəruri olmasını Şahid2la görüşü zamanı bildirərək onunla razılaşmış, 2010-cu ilin iyul ayında dəqiq müəyyən edilməyən gündə ünvan 2-də Məhkum3 yaşadığı evin yaxınlığında 1.000 manatı sonuncu vasitəsilə Şahid2 almış, həmin vaxtdan 2011-ci ilin oktyabr ayına kimi istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid1 Moskva şəhər Təhsil Departamentin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümum təhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib müəyyən edilməyən şəraitdə qanunsuz hazırlanan və içində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazılan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan xx.xx.2009-cu il tarixli ** AA ***7160 nömrəli attestatı qanunsuz hazırlamış, eyni niyyətlə 2010-cu ilin iyul ayından 2011-ci ilin oktyabr ayına kimi olan dövrdə qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən ş əxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədilə Rusiya vətəndaşının pasportunu qanunsuz tərtib edərək məzmununa rus dilində Şahid1 Rusiya Federasiyası vətəndaşı olması, eləcə də pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Kurqan vilayəti Karqonpol rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu ildə verilib 3709 356760 nömrəli olmasına dair bilə-bilə yalan məlumat daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz hazırladıqdan sonra, həmin sənədlərin surətini Gəncə şəhəri H.Əliyev küçəsi ev 1 mənzil 35-də yaşayan cinayətdən xəbərsiz olan tərcüməçi Şahid3 Azərbaycan dilinə tərcümə etdirmiş, xx.xx.2011-ci ildə həmin sənədlərin surətlərini cinayətdən xəbərsiz olan Gəncə şəhəri 1 nömrəli dövlət notariusu X24 tərəfindən təsdiq olunmasına nail olaraq pasportun və attestatın saxta olmasını bilə-bilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ondan qanunsuz istifadə edərək, 2011-ci ilin oktyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə həmin saxta sənədləri və sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Məhkum3 vermiş, sonuncu həmin sənədləri istintaqla müəyyən edilməyən vaxtda Şahid2 vermiş və Şahid2 tərəfindən həmin saxta sənədlərin xx.xx.2011-ci ildə ünvan 3 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olmaqla yenidən cəmi 6.000 manat pulu vahid niyyətlə ələ keçirməklə qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Məhkum3 vasitəsi ilə Şahid2 rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə işləyərkən, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui- istifadə yolu ilə özgə əml akını ələ keçirmə məqsədilə 2010-cu ilin aprel-may aylarının sonlarında istintaqla müəyyən edilməyən gündə X11 övladı Şahid4 Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul olunması üçün köməklik göstərilməsinə dair qayınatası X9 vasitəsilə ona müraciət etdiyinə görə Aydın Vəliyevə özlərini təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını, münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010-cu ildə keçirilən imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq Şahid4 Bakı Dövlət Universitetin Hüquq fakültəsinə tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd verib inandırmaq üçün Şahid4 şəxsiyyət vəsiqəsinin və orta təhsil haqqında attestat ın surətlərini, bir neçə ədəd foto şəklini götürüb etibardan sui-istifadə etməklə, Aydın Vəliyevə bu məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə bağlı Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanda müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz ali məktəbə qəbul olunmasına görə vəzifəli şəxsə verilməsi üçün külli miqdarda 60.000 manatı 2010-cu ilin iyul-avqust aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə şəxsiyyəti istintaqla müəyyən edilməyən Arif adlı şəxsin vasitəsi ilə Aydın Vəliyevdən aldıqdan sonra, 2010-cu ilin sentyabr ayında Aydın Vəliyevin övladı Şahid4 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasının baş tutmaması ilə bağlı ona müraciət etdiyi vaxt Aydın Və liyevə məsələnin onlardan asılı olmayan səbəbdən alınmamasını, lakin hər şeyin qanuni şəkildə həll olunmasının mümkün olacağı və işin müsbət həllinin şəxsən özü tərəfindən həyata keçiriləcəyini yalandan deyib Aydın Vəliyevin özünə yönləndirilməsinə nail olaraq, 2010-cu ilin dekabr ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri Nərimanov rayonu “Tofiq Bəhramov” adına Respublika Stadionun yaxınlığındakı kafedə görüşərək, növbəti tədris ilində Şahid4 Bakı Dövlət Universitetinə hüquqşünaslıq ixtisası üzrə tələbə kimi qəbul olunacağını yalandan vəd verib ondan əlavə 30.000 manatı 2011-ci ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilməyən gündə şəxsiyyəti müəyyən edilməyən Arif adlı şəxs vasitəsilə almış, bundan sonra həmin vaxtdan 2011-ci ilin oktyabr ayına kimi istin taqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslərlə birlikdə Şahid4 Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 230 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 230 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq etməklə, hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***5116 №-li attestatı qanunsuz təkrarən hazırlamış, eyni niyyətlə 2011-ci ilin yanvaroktyabr aylarında qabaqcadan əl bir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz tərtib edib məzmununa rus dilində Şahid4 Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Moskva vilayəti Troitsk şəhəri üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu ildə verilərək 4608 671202 №-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz təkrar hazırladıqdan sonra, xx.xx.2011-ci ildə sənədlərin surətlərini cinayətdən xəbərsiz olan Gəncə şəhəri 01 nömrəli dövlət notariusu X24 tərəfindən təsdiq olunmasına nail o laraq pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz təkrar istifadə edib 2011-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə həmin saxta sənədləri və sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Məhkum2 vasitəsi ilə xx.xx.2011-ci ildə ünvan 3-də olan Bakı Dövlət Universitetin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim edib təkrar saxta rəsmi sənədlərdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə edərək cəmi 90.000 manatı vahid niyyətlə ələ keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədil ə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Aydın Vəliyevi təkrarən təhrik etmişdir. Bundan əlavə, Məhkum1 həmin vəzifədə işləyərkən təkrar tanışları X25, Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girməklə, 2010-cu ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Şahid6 övladı Şahid 5 Azərbaycanda olan ali təhsil müəssisələrdən birinə tələbə kimi qəbul edilməsi üçün kömək göstərilməsinə dair Amin İmanov vasitəsilə Məhkum2 etdiyi müraciətinə əsasən, sonuncu Şahid6 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirib özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərin olmalarını və həmin münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2008 və 2009-cu illərdə keçirilmiş imtahanlarda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq, Şahid5 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirib Rusiya Federasiyasının vətəndaşı olmasına dair qanuni sənədlər əldə edərək sonuncunu Rusiya vətəndaşı əcnəbi kimi Azərbaycan Tibb Universitetinə tələbə qəbul etdirəcəklərini yalandan vəd verib inandırmaq üçün Şahid5 şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatının surətlərini, bir neçə ədəd fotoşəklini götürüb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib sonuncuya həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanında müvəffəqiyyət həddini keçməyən Azərbaycan Respublikası vətəndaşının əcnəbilər üçün nəzərdə tutulmuş prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla maddi nemət olan həmin dövrün məzənnəsi ilə 4.836 manat təşki l edən 6.200 ABŞ dollarını rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşmaqla sövdələşmiş, həmin adla 2010-cu ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri Nərimanov rayonu Nəriman Nərimanov metrosu yaxınlığındakı kafedə həmin dövrün məzənnəsi ilə 3.900 manat təşkil edən 5.000 ABŞ dollarını Amin İmanovun vasitəsi ilə Şahid6 almış, bir neçə gün sonra isə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 936 manat təşkil edən 1.200 ABŞ dollarını Amin İmanovun vasitəsi ilə Şahid6 aldıqdan sonra, həmin vaxtdan 2010-cu ilin sentyabr ayına kimi olan müddətdə istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil barədə attestatını qabaqcadan əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhər lərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid5 Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz hazırlanan içində rus dilində «Moskva şəhər Təhsil Departamentin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək, hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***2834 №-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010cu ilin avqust-sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla müəyyən edilm əyən şəxslərlə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində Şahid5 Rusiya Federasiyasının vətəndaşı olması, habelə pasportun Rusiya Federal Miqrasiya Xidmətin Moskva vilayətin Krasnoselsk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2010-cu ildə verilərək 4510 442060 №-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz təkrarən hazırladıqdan sonra, pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz təkrarən istifadə edərək 2010-cu ilin sentyabr ayının istintaqla dəqiq m üəyyən edilməyən gündə həmin saxta sənədləri və sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Amin İmanovun vasitəsi ilə Şahid6 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2010-cu ildə Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi 23-də Azərbaycan Tibb Universitetinin inzibati binasında Azərbaycan Tibb Universitetin Xarici tələbələrlə iş üzrə dekanlığına təqdim olunmasına nail olub 4.836 manatı vahid niyyətlə ələ keçirib qulluq mövqeyindən istifadə edib təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz təkrar hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsm i sənədlərdən təkrar istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmişdir. Bundan sonra, Məhkum1 təkrarən istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə, 2010cu ilin yay aylarında Şahid8 övladı Şahid7 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasına köməklik göstərilməsinə dair Məhkum2 etdiyi müraciəti ilə bağlı onun vasitəsilə Şahid8 Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəssisələr inə qəbul olunmaları ilə məşğul olduqlarını bildirib özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətinin olması və münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2010-cu ildə keçiriliş imtahanda müvəffəqiyət balını toplaya bilməməsinə baxmayaraq, Şahid7 Rusiya Federasiyası vətəndaşlığına qəbul etdirib Rusiyanın vətəndaşı olmasına dair qanuni sənəd əldə edərək sonuncunu Rusiya vətəndaşı qismində əcnəbi kimi Bakı Dövlət Universitetinə tələbə qəbul etdirəcəklərini yalandan vəd verərək, 2010-cu ilin yay aylarından 14 oktyabr 2011-ci il tarixə kimi olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslər lə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək üçün tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində Şahid7 Rusiya Federasiyasının Moskva şəhər Təhsil departamentinin Mərkəz dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 124 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edərək, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içində rus dilində “Moskva şəhər Təhsil Departamentin Mərkəz dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 124 saylı orta ümumtəhsil məktəbi” yazıları olan möhürlə təsdiq edərək, hüquq verən rəsmi sənəd olan 77 AA-1897132 nömrəli xx.xx.2009-cu il tarixli attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010-cu ilin yay aylarından 14 oktyabr 2011-ci il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədilə Rusiya vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edib məzmununa rus dilində Şahid7 Rusiya vətəndaşı olması, habelə pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Omsk vilayəti Çerlaksk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu ildə verilərək ********** saylı olmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək, hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlayaraq Şahid7 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2011-ci ildə ünvan 3 ünvanın da olan Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmuşdur. Daha sonra, Məhkum1 həmin vəzifədə işləyərkən, təkrar Məhkum2 və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girib 2012-ci ilin iyul ayının əvvəlində istintaqla müəyyən edilməyən tarixdə Şahid9 övladı Şahid10 Azərbaycanda olan ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul olunması üçün köməklik göstərilməsinə dair Məhkum2 müraciətinə əsasən onun Şahid9 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində yerləşən ali təhsil müəs sisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirərək Şahid9 özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətinin olmasını və münasibətlərindən istifadə edib Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2011-ci ildə keçirilən imtahanda müvəffəqiyyət balı toplaya bilməməsinə baxmayaraq Şahid10 Rusiya vətəndaşlığına qəbul etdirməklə vətəndaşı olmasına dair pasportu və Rusiyada orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, qeyd olunan sənədlər əsasında xarici vətəndaş kimi Bakı Dövlət Universitetinə tələbə qəbul etdirəcəklərini yalandan vəd verməklə, inandırmaq üçün Şahid10 şəxsiyyət vəsiqəsinin və orta təhsil haqqında attestatın surətlərini, bir neçə ədəd foto şəklini götürərək, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətin) icrası ilə bağlı Şahid10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanda müvəffəqiyyət həddini keçməyən Azərbaycan Respublikası vətəndaşının əcnəbilər üçün nəzərdə tutulmuş prosedurlara uyğun ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla maddi nemət olan həmin dövrün məzənnəsi ilə 25.921,5 manat təşkil edən 33.000 ABŞ dollarının rüşvət kimi verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşmış, həmin adla 2012-ci ilin iyul ayının əvvəlində istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində Bakı Dəniz Va ğzalının yaxınlığında olan kafedə həmin dövrün məzənnəsi ilə 25.921,5 manat təşkil edən 33.000 ABŞ dollarını şəxsən Şahid9 aldıqdan sonra, həmin ilin iyul ayının ortalarında övladının Bakı Dövlət Universitetinə qəbul olunması üçün əlavə xərcləri ödəmək adı ilə Şahid9 Məhkum2 vasitəsilə sonuncunun yaşadığı ünvan 5 ünvanın yaxınlığında 5.600 manat, həmin dövrün məzənnəsi ilə 1014 manat təşkil edən 1300 ABŞ dolları və 600 manat, ümumilikdə isə həmin dövrün məzənnəsi ilə 7.214 manatı aldıqdan sonra 2012-ci ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Şahid10la Yasamal rayonu Akademik Zahid Xəlilov küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasının yaxınlığında görüşərək Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən «Viktoriya» şirkəti il ə əməkdaşlıq etdiyini, həmin şirkət vasitəsi ilə sonuncunun adına Rusiya Federasiyasının vətəndaşı olmasına dair pasportu və Rusiyada orta təhsil alması barədə attestatı qanuni yolla əldə edəcəyini, həmin sənədlər əsasında əcnəbi kimi Bakı Dövlət Universitetinə tələbə kimi qəbul ediləcəyini yalandan vəd verdikdən sonra, şəxsən həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətin) icrası ilə bağlı Şahid10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni ali məktəbə qəbul imtahanda müvəffəqiyyət həddini keçməyən şəxsin qanunsuz ali məktəbə qəbul olunmasına görə özləri vasitəsilə vəzifəli şəxs üçün birbaşa yolla əlavə olaraq həmin dövrün məzənnəsi ilə 2.356,5 manat təşkil edən 3.000 ABŞ dollarının rüşvət kimi verilməsinin zəruri olmas ını Şahid10la görüşü zamanı aldatmaqla yalandan bildirib onunla razılaşmaqla sövdələşmiş və 2012-cu ilin iyul ayının sonunda istintaqla dəqiq müəyyən edilməyən gündə Məhkum2 vasitəsi ilə sonuncunun yaşadığı ünvan 5-də həmin dövrün məzənnəsi ilə 2.356,5 manat təşkil edən 3.000 ABŞ dollarını Məhkum2 vasitəsilə Şahid10 almış, bundan sonra həmin vaxtdan 2012-ci ilin sentyabr ayına kimi müddətdə istintaqla müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil barədə attestatı qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədilə tərtib edib məzmununa kompüterdə rus dilində Şahid10 Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin təhsil idarəsi nin 629 saylı orta ümumtəhsil məktəbi dövlət təhsil müəssisəsini 2012-ci ildə bitirməsinə dair biləbilə yalan məlumatları daxil edib istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz hazırlanan və içində rus dilində “Moskva şəhər Təhsil Departamentin Cənub dairəsinin təhsil idarəsinin 629 saylı orta ümumtəhsil məktəbi” yazıları olan möhürlə təsdiq etməklə hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2012-ci il tarixli ** AB ***4187 nömrəli attestatı qanunsuz olaraq təkrar hazırlamış; eyni niyyətlə 2010-cu ilin avqust-sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhərlərdə istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək üçün Rusiya Federasiyası vətəndaşı pasportunu qanunsuz tərtib edib məzmununa rus dilində Şahid10 Ru siyanın vətəndaşı olması və pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Moskva vilayətinin Lenin bələdiyyə rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2011-ci ildə verilərək 4611 572786 nömrəli olmasına dair bilə- bilə yalan məlumat daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya vətəndaşı pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrar hazırladıqdan sonra, pasportun və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz təkrarən istifadə edib 2012-ci ilin sentyabr ayında həmin saxta sənədləri və sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini şəxsən Şahid10 vermiş, sonuncu tərəfindən xx.xx.2012-ci ildə Yasamal rayonu Akademik Zahid Xəlilov küçəsi 23 ünvanında Bakı Dövlət Universitetin inzibati binasında Bakı Dövlət Universitetinin beyn əlxalq departamentinə təqdim edilməsinə nail olaraq, saxta rəsmi sənədlərdən təkrar istifadə edib cəmi 35.492 manatı vahid niyyətlə ələ keçirib qulluq mövqeyindən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs kimi etibardan suiistifadə etmə və aldatma yolu ilə özgəyə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, qabaqcadan əlbir bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə üçün qanunsuz təkrar hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən təkrar istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs kimi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə edib maddi nemət olan pulu rüşvət kimi verməyə Şahid9 təkrarən təhr ik etmişdir. Bundan başqa, Məhkum1 təkrarən Məhkum2, Məhkum3 və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə 2012-ci ilin yay aylarında X2 nəvəsi Şahid11 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasında köməklik göstərilməsinə dair Məhkum3 və Məhkum2 etdiyi müraciəti ilə əlaqədar sonuncuların vasitəsilə Asiya Məhərrəmovaya Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkədə olan ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirib Asiya Məhərrəmovaya özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasibətlərinin olmasını və münasibətlərindən istifadə etməklə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyas ı tərəfindən keçirilmiş imtahanda ümumiyyətlə iştirak etməsə də, Şahid11 Rusiya vətəndaşlığına qəbul etdirib Rusiyanın vətəndaşı olmasına dair qanuni sənəd əldə edib onu Rusiya Federasiyasının vətəndaşı kimi xarici vətəndaş olaraq Bakı Dövlət Universitetinə tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd verib 2012-ci ilin yay aylarından həmin ilin sentyabr ayına kimi müddətdə istintaqla müəyyən edilməyən şəraitdə Rusiyanın orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhərlərində istintaqa məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək məqsədi ilə tərtib edib məzmununa kompüterdə rus dilində “Şahid11 Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamentin Şimal-şərq dairəsinin təhsil idarəsinin dövlət ümumtəhsil müəssi səsinin 951 nömrəli orta ümumtəhsil məktəbini 2012-ci ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz hazırlanan və içində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Şimal-şərq dairə idarəsinin dövlət ümumtəhsil müəssisəsinin 951 nömrəli orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq etməklə hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2012-ci il tarixli ** AB ***4124 nömrəli attestatı qanunsuz təkrar hazırlamış, eyni niyyətlə 2012-ci ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində qabaqcadan əlbir olduğu və istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək üçün Rusiya vətəndaşının pasportunu qanunsuz tər tib edib məzmununa rus dilində Şahid11 Rusiyanın vətəndaşı olması və pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Moskva vilayətinin Ruzskiy rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilərək 4608 274689 nömrəli olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz istifadə edərək Şahid11 vermiş, sonuncu tərəfindən saxta sənədlər xx.xx.2012-ci ildə Yasamal rayonu Akademik Zahid Xəlilov küçəsi 23-də Bakı Dövlət Universitetin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olub qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənə dləri vahid niyyətlə istifadə etmə üçün qanunsuz təkrar hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Bundan əlavə, Məhkum1 təkrar eyni niyyətlə istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edib 2013-cü ilin yay aylarında Şahid14 övladı Şahid13 Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olunmasında köməklik göstərilməsinə dair ona etdiyi müraciəti ilə bağlı sonuncuların vasitəsilə Şahid14 Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrdə təhsil almaları və əcnəbilərin ölkə ərazisində olan ali təhsil müəssisələrinə qəbul olunmaları ilə məşğul olduqlarını bildirib Şahid14 özlərinin təhsil sahəsində yüksək səlahiyyətli şəxslərlə çox yaxın münasi bətlərinin olmasını və münasibətlərindən istifadə edərək, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013-cü ildə keçirdiyi imtahanda müvəffəqiyyət balını toplaya bilməməsinə baxmayaraq, Şahid13 Rusiya vətəndaşlığına qəbul etdirib Rusiya vətəndaşı olmasına dair qanuni sənəd əldə edib sonuncunu Rusiya Federasiyası vətəndaşı olaraq əcnəbi kimi Bakı Dövlət Universitetinə tələbə olaraq qəbul etdirəcəklərini yalandan vəd verərək, 2013-cü ilin yay aylarından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil barədə attestatı qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək üç ün tərtib edib məzmununa kompüterdə rus dilində “Şahid13 Rusiya Federasiyası Surqut şəhər bələdiyyəsinin ümumtəhsil müəssisəsinin 19 saylı orta məktəbi 2013-cü ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz hazırlanan və içərisində rus dilində “Surqut şəhər bələdiyyəsinin ümumtəhsil müəssisəsinin 19 saylı orta məktəbi” yazıları olan möhürlə təsdiq edib hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2013-cü il tarixli ** AB ***4178 nömrəli attestatı qanunsuz təkrar hazırlamış, eyni niyyətlə 2013-cü ilin yay aylarından həmin ilin sentyabr ayına kimi müddətdə qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz istifadə etmək üçün Rusiya və təndaşının pasportunu qanunsuz tərtib edib məzmununa rus dilində Şahid13 Rusiya vətəndaşı olması və pasportun Rusiya Federal Miqrasiya Xidmətinin Tümen vilayəti üzrə şöbəsi tərəfindən xx.xx.2013- cü ildə verilərək 62№2315479 saylı olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmə məqsədilə qanunsuz təkrarən hazırladıqdan sonra, pasport və attestatın saxta olmasını bilə-bilə ondan qanunsuz istifadə edib Şahid13 vermiş, sonuncu tərəfindən həmin saxta sənədlər xx.xx.2013-cü ildə Yasamal rayonu Akademik Zahid Xəlilov küçəsi 23 ünvanında Bakı Dövlət Universitetinin inzibati binasında Bakı Dövlət Universitetinin beynəlxalq departamentinə təqdim olunmasına nail olub qabaqcadan əlbir olan bir qrup şəxs qismind ə hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrar hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədov) 20 aprel 2022-ci il tarixli 1(103)-131/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 1(101)-898/2021 nömrəli hökmü təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 münasibətdə ləğv edilmiş, onların təqsirləri sübuta yetirilmədiyindən hər iki barəsində bəraət verilmiş, məhkum (mərhum) Məhkum1 ittihamından Məhkum2 və Məhkum3 ilə onun «qabaqcadan əlbir olan bir qrup şəxs halında» tövsifedici əlamət ittiham hök mündən xaric edilmişdir. Mərhum (mərhum) Məhkum1 hüquqi varisi X6 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum2 tərəfindən və Məhkum3 tərəfindən verilmiş apelyasiya şikayətləri və sonuncunun müdafiəçisi Müdafiəçi1 tərəfindən apelyasiya şikayətinə edilmiş əlavə təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum (mərhum) Məhkum1 hüquqi varisinin nümayəndəsi vəkil Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum1 bər aət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum2 və Məhkum3 əsassız olaraq bəraət verilmiş və Məhkum1 İsrəfil oğlunun əməli əsassız olaraq tövsif edildiyi üçün apelyasiya instansiyası məhkəməsi sübutları Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən qərar ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, (mərhum) Məhkum1 İsrəfil oğlu, Məhkum2 və Məhkum3 törətdikləri cinayət əməlləri özlərinin tam və qismən etirafları, habelə iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmə protokolları, səs yazılarına baxış protokolu, məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə-texniki ekspertizasının rəyləri, istintaq hərəkətlərinə dair protokollar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Bakı Apelyasiya Məhkəməsinin hökmündə göstərilmişdir ki, “Göstərilənlərdən əlavə, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzası təyin etməklə yanaşı onun və Məhkum3 Cinayət Məcəlləsinin 178.3,2 və 32.4,312.2-ci maddələri ilə törətdikləri əməllərin ağır cinayətlər sırasına aid olmasına baxmayaraq, hər birinə cərimə cəzaları təyin etmişdir, Lakin, dövlət ittihamçısı tərəfindən bununla bağlı hökmdən apelyasiya protesti verilməmişdir. Qeyd edilən hal is ə birbaşa cinayət işi üzrə toplanmış sübutların kifayət etməməsinə dəlalət edir.” Bakı Apelyasiya Məhkəməsi CM-in 62-ci maddəsinin tətbiqindən apelyasiya protestinin verilməməsini təqsirləndirilən şəxslərin təqsirliliklərini təsdiq edən sübutların kifayət etməməsi ilə əlaqələndirmişdir. Halbuki CM-in 62-ci maddəsi törədilmiş cinayət əməlinin sübuta yetirilibyetirilməməsini deyil, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini nəzərdə tutur. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsi Məhkum2 və Məhkum3 bəraət verərkən sübutlara deyil, absurd mülahizəyə əsaslanmışdır. Kassatorun fikrincə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 ittiham olunduqları cinayət əməli tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsi yekun hökm çıxararkən sübutları Cin ayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Məhkum1 İsrəfil oğlu, Məhkum2 və Məhkum3 barələrində qanunsuz və əsassız hökm çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum (mərhum) Məhkum1 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəmələrinin hökmləri qanunsuz və əsassız olduğundan məhkum (mərhum) Məhkum1 bütün bəndlər üzrə bəraət verilməlidir. Belə ki, iş üzrə dələduzluğun qurbanı kimi qələmə verilən heç bir şəxs Məhkum1 pul tələb etməmiş, bununla bağlı ona qarşı şikayət ərizəsi verməmiş, bu günədək də, pul tələbi ilə bağlı hər hansı bir formada şikayətinin və tələbinin olduğunu bildirməmişdir. Həmin şəxslərin hər biri övladlarının cinayət məsu liyyətinə cəlb ediləcəyindən qorxaraq istintaq orqanının diktəsi ilə dolayı yolla Məhkum1 adını çəkməklə, bütün təzyiqlərə baxmayaraq cinayətə aidiyyəti olmayan günahsız şəxs olan Məhkum1 qarşı birbaşa pul və sair maddi neməti verməyi göstərməkdən çəkinmişlər. Yüzlərlə elmi işi və yetirməsi olan professor Məhkum1 ölümündən sonra belə absurd ittihamlar əsasında onun təqsiri bilinməsi ona qarşı cinayət təqibinin qərəzli şəkildə aparılmasının aşkar göstəricisidir. Bunun daha bir göstəricisi, ittihamın bütün bəndləri üzrə Məhkum1 qabaqcadan əlbir olduğu göstərildiyi Məhkum2 və Ulduzə Səfərzadəyə tam bəraət verilməsidir ki, bu halda Məhkum1 nədə ittiham olunması ümumiyyətlə aydın olmur və apelyasiya məhkəməsinin öz hökmü ilə Məhkum1 qarşı verilmiş ittihamla bağlı hansı halları müəyyən etməsi bə lli olmamaqla ona istinad edilən əməllərdən hər hansı birinə apelyasiya məhkəməsi öz fikrini bildirməmişdir. İttihamın bütün epizodlarına və bununla bağlı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı toplanılması iddia edilən sübut kimi təqdim edilməyə cəhd edilən sənədlərə nəzər yetirsək mərhum Məhkum1 verilmiş ittihamların nə qədər əsassız olması birinci və apelyasiya instansiyası məhkəməsinin cinayət qanunvericiliyinin maddi və prosessual normalarını düzgün tətbiq etmədiyi, sübutları birtərəfli tədqiq edərək onlara düzgün hüquqi qiymət vermədən ittiham hökmünün çıxarılması aşkar görünür. Nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı mərhum Məhkum1 təqsiri ittihamın heç bir epizodu üzrə sübuta yetirilməmişdir. Belə ki, 1-ci Epizod üzrə ittihamın gəldiyi nə ticəyə görə hər iki halda Şahid2 tərəfindən Məhkum1 pul verilməmiş 5.000 və sonradan 1.000 manat pul hər iki epizod üzrə Şahid2 tərəfindən məhz Ulduzə Səfərzadəyə verilmişdir. İttihamın həmin epizodu üzrə saxta pasport və attestatın məhz Ulduzə Səfərova tərəfindən əldə edilərək təqdim olunması onun Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail rayon məhkəməsini xx.xx.2017-ci il tarixli hökmü ilə də təsdiq olunur. Həmin hökmlə müəyyən olunmuşdur ki, Ulduzə X1 aldadaraq onun ümumilikdə 7.000 manat pulunu talamış və ona saxta pasporta attestat təqdim etmişdir. Halbuki izahat və ifadələrində bunları da Məhkum1 tərəfindən verildiyini əvvəllər qeyd etmişdir. Bu xüsusatlara da istintaq orqanı qiymət verməmişdir. 2-ci epizod üzrə əlaqə dar ittihamda göstərilən Arif adlı şəxs hələdə müəyyən edilməmiş, nə X35 Hümbətova pul verdiyini demiş, nədə ki, Məhkum2 bunu təsdiq etmişdir. İstintaq orqanı Aydın Vəliyevdən 90.000 manat pulun dələduzluq yolu ilə alınması üzrə epizodun digər epizodlar kimi açıq-aşkar Məhkum1 aidiyyətinin olmadığını bildiyi halda ona görə Məhkum1 ittiham vermişdir ki, bütün epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmiş və istintaq orqanına Məhkum1 əməlinin ağır cinayət kimi tövsif edərək cəlb etmə müddətini bərpa etmək zərurəti yaranmışdır. Ümumiyyətlə istintaq orqanı pulu Ulduzə Səfərovaya verdiyini deyən Şahid2 və pul verdiyini iddia edən Şahid9 başqa heç bir digər pul verdiklərini iddia edən şəxslərlə Məhkum1 arasında üzləşdimə keçirməmişdir. Şahid9la Məhkum1 arasında üzləşdirmə ke çirilərkən o, qarşısında oturan Məhkum1 tanımadığını və övladının universitetə qəbul olunmas üçün pulu başqa şəxsə verdiyini demişdir. Bundan sonra, istintaq orqanı Məhkum1 qarşı ifadə verən heç bir şəxslə onun arasında üzləşdirmə keçirməmişdir. 3-cü epizod üzrə əlaqədar 2013-2014-cü illər ərzində öldüyü göstərilən istintaqla müəyyən olunmamış X26 adlı mifik bir şəxsin adını Məhkum1 qarşı verilən ittihamda göstərmişdir ki, Məhkum1 pul verməyən Şahid6 qızının işini Məhkum1la əlaqələndirsin. 4-cü epizod üzrə Şahid7 və atası Şahid8 ifadələrində Məhkum1 pul vermədiklərini, onu tanımadıqlarını və ümumiyyətlə Şahid7 universitet düzəlməsi ilə bağlı Məhkum1la əlaqələrinin olmadığın bildirsələr də, bu epizodla bağlı da istintaq orqanı şəxsi fərziyyələr əsasında Məhkum1 ittiham vermişdir. İstintaq o rqanı bir daha hüquq elmində və istintaq praktikası “nonsens” edərək bir şəxsin digər şəxsə pul vermədiyini bildirdiyi halda ikinci şəxsə pul alması ilə bağlı ittiham vermişdir. 5-ci epizod üzrə ilkin olaraq ifadə verən Şahid10 Məhkum1 tanımadığını və ona pul vermədiyini bildirmişdir. Epizodun Məhkum1 qarşı ittiham verilməsini yaramadığını görən müstəntiq Şahid10 atası Şahid9 Səmə oğlunun ifadəsini alır və sonuncu, ifadəsində Zaur adlı şəxslə bulvarda görüşərək ona 33.000 ABŞ dolları məbləğində pulun verilməsin deyir. Daha sonra Məhkum1la üzləşdirilməsi zamanı 10 oktyabr 2020-ci il tarixdə Şahid9 Məhkum1 tanımadığını, onunl heç vaxt görüşmədiyini və ona 33.000 ABŞ dolları pul vermədiyini göstərmişdir. Şahid10 Məhkum1 qarşı həqiqətə uyğun olmayan hadisələr barədə ifadənin alınmasına nail ol an müstəntiq Şahid10 Məhkum1la üzləşdiməmək üçün sağ olan şəxsi üzləşdirməyə çağırmır və Məhkum1 əlamətləri barədə dindirmə aparmadan foroşəkillər əsasında Məhkum1 Şahid10 tanınmaya təqdim edir. Çünk müstəntiq bilirdi ki, Şahid10 da atası Şahid9 kimi Məhkum1 üzünə qarşı heç nə deyə bilməyəcəkdir. Bundan başqa, istintaq orqanının Şahid10la Şahid9 Məhkum1la aralarında telefon danışığının belə olma müəyyən etmədən, hansı əsasla Məhkum1 pul verilməsi qənaətinə gəlməsi məlum deyildir. 6 və 7-ci epizodlar üzrə Şahid11 instituta qəbul edilməsi məsələsi ilə Şahid12 qayınanası Asya Məhərrəmova məşğul olmuşdur. 2016-cı ildə isə Asya Məhərrəmova ölmüşdür. Bu epizod üzrə də istintaq orqanı yenə də ölmüş şəxsin adından istifadə etməklə ümumiyyətlə sübut olmadan Məhkum1 ittiham vermişdir. İstintaq zaman ı dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, qayınanası Asiya Mövludu çox istədiyindən onun universitetə qəbulunu təşkil etmişdi, qayınanasının bunun kimin vasitəsi ilə etməsini bilmir. O, Məhkum2 və X12 şəxsən tanımasa da, bu şəxslərin universitetdə işlədiyini bilir. O, Məhkum1 isə ümumiyyətl tanımır. Şahid14 da ifadəsində Məhkum1 tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını göstərməkl qeyd etmişdir ki, övladı Turalın adına olan Rusiya ilə bağlı sənədləri Rusiya Federasiyasında Sergey adlı şəxs düzəltmişdir. İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-texniki və məhkəmə-xətşünaslıq eskpertizalarının rəylərindən də görünür ki, saxta sənədlərin heç birində Məhkum1 imzası və əlyazması olmamış, bu sənədlərin Məhkum1 tərəfindən düzəldilməsini təsdiq e dən heç bir dəlil olmamışdır. Göründüyü kimi, nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı mərhum Məhkum1 təqsir ittihamın heç bir epizodu üzrə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmü məhkumlar Məhkum3 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkum (mərhum) Məhkum1 hüquqi varisi Svetlana Nadirovanın nümayəndəsi (vəkili) Müdafiəçi4 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarix li hökmü məkhum (mərhum) Məhkum1 aid hissədə ləğv edilməli və cinayət işi məhkum (mərhum) Məhkum1 aid hissədə yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinc i və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum3 və Məhkum2 onlara qarışı irəli sürülmüş ittiham üzrə təqsirli olmaları cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq onların barələrində bəraət hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nə zərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində - dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və yaxud əmlak hüquqlarını əldə etmə başa düşülür. Göstərilən Məcəllənin 178.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə görə, eyni əməllər - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddələrin tərkibini yaradır. Həmin Məcəllənin 178.3, 178.3.1 və 178.3.2-ci maddələrinin tərkibinin yaranması üçün, bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda ziyan vurmaqla törədilməsi tələb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.1-ci maddəsində - rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina edilməsi müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi hesab edilir. Həmin Məcəllənin 312.2-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə başa düşülür. Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək üçün saxtalaşdırma və ya qanunsuz hazırlama, ya bu cür sənədi satma, eyni məqsədlə Azərbaycan Respublikası saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma; həmin Məcəllənin 320.2-ci maddəsində isə həmin göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icr aat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi Bakı Apelyasiya Məhkəməsi Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onların özlərinin ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, ekspertiza rəylərinə və işin digər materiallarına istinad etmişlər. Apelyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum3 aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını və onların ayrı-ayrılıqda elan edilmiş ittiham üzrə təqsirliklərinin sübuta yetirilmədiyini bildirmiş və öz mövqeyini hökmündə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticələri ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə onu Korrupsiyaya qarşı mübarizə idarəsinə dəvət etmiş, işdə adı keçən tələbələrlə bağlı sual cavab etmişlər. Bundan sonra cinayət işinin icraatı dayandırılmış və uzun müddət istintaq aparılmamış, lakin 2020-ci ildə onu yenidən istintaqa dəvət edib eyni suallar təkrar soruşulmuşdur. İşdə qeyd edilən məsələlərlə bağlı özünü təqsirli bilməmiş, hazırda da bilmir. Ayrı-ayrı tələbələrin sənədləri notar ius tərəfindən təsdiq edilməklə ona verilmiş və sənədlərə baxdıqdan sonra xaricdə təhsil aldıqlarına əmin olmuş, həmin sənədləri qəbul edib dekanlıqda xarici tələbələr təhsil alan şöbəyə yönləndirmişdir. Təqdim edilmiş sənədlər, notarius tərəfindən rəsmi qaydada təsdiq edildiyindən, sənədlərin qanuni olmasına şübhəsi yaranmamış və bu barədə rəhbərlik qarşısında əlavə sorğu verilməsinə dair məsələ qaldırılmasına ehtiyac duymamışdır. Həmin tələbələr bir qayda olaraq müsabiqədən keçmiş və 1100 manat təhsil haqqı köçürülüb oxumağa başlamışlar. Aradan uzun müddət keçməsinə baxmayaraq, tələbələrdən biri, Şahid4 bir qədər davamiyyətsiz tələbə olmuş, ondan xahiş etmişlər onun davamiyyəti ilə maraqlansın, maraqlananda bilmişdir ki, çox sayda qayıbları vardır. Ona görə ailəsinə zəng etmiş və anası m əktəbə gəlmiş, anası ilə söhbət aparmışdır. Sadəcə anasının xahişi və rəhbərliyin göstərişi ilə Orxanın davamiyyətinə nəzarət etmişdir. Oğlu Türkiyədə uzman həkimdir, 44 günlük müharibədə gəlib könüllü iştirak etmiş, onun oğlu orada Elçinin oğlu Eminlə tanış olmuş, Məhkum1 Ukraynada Zəfər kursları olmuş, restoranda onun oğlu ilə görüşüb söhbət zamanı demişdir ki, onu bura gətiriblər, rus dilini bilmir, evə də deyə bilmir, çarəsiz qalmış, Zaur müəllim demişdir istəyirsə onu Bakıya perevod etsinlər. Emin gəlib ona demişdir ki, Zaur müəllim onu Bakıya perevod edəcəyini bildirmiş, həmişə Emini perevod kimi bilib, lakin perevod kimi deyil xarici tələbə kimi qəbul etmişdir. Sonra ona Emin demişdir ki, onu dekanlığa xarici tələbə kimi qəbul etdiriblər. Zaur müəllimdən soruşanda ona demişdir ki, o nların Ukrayna ilə təhsil nazirliyində müqavilələri olmuş, 03 ay müddətində vətəndaşlıq verilə bilir, ona görə onun sənədləri bu yolla vermişdir. Şahid7 atasının Gəncədə böyük mağazası olmuş, həmişə bacıları ilə həmin mağazadan paltar almış, münasibətləri yaxşı olmuş, lakin Sakitin işindən xəbəri olmamış, Sakit xarici tələbə kimi qəbul edilmiş, Aytəni oğluna almaq istəmiş, lakin aralarında söhbət olmamış, yalnız ondan yol göstərməyi xahiş etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Məhkum3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 1987-ci ildən 2016-cı ilədək Bakı Dövlət Universitetində həm dekanlıqda və həm metodist müəllimə kimi işləmişdir. Bu məsələ ilə bağlı Korrupsiyada iş açılandan sonra Səbail Rayon Məhkəməsinə göndərilmiş və iş üzrə 3 000 manat cərimə edilmişdir. Səadətin epizodu üzrə iş açılmışdır. Baxışova Səadət onun yaxınlarının tanışı olmuş, ondan xahiş etdiklərindən onları Məhkum1la tanış etmişdir. Səadət Baxışova özü də məhkəmə baxışında verdiyi ifadəsində hadisənin necə olduğunu bildirmişdir. Təqsirləndirilən Məhkum1 təqsirləndirilən şəxs kimi cəlb edilməmişdən əvvəl vəfat etdiyindən, təqsirləndirilən şəxs qismində ifadə verməmiş, lakin şahid qismində verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən müəyyən edilmişdir ki, o 1977-ci ildən Dövlət Aqrar Universitetində əmək fəaliyyətinə başlamış, eyni zamanda 2013-cü ildən Gəncə şəhərində xaricdə təhsil almaq istəyən şəxslərə köməklik göstərən “Zəfər” şirkətini işlətmişdir. Məhkum2 ümumi tanışları vasitəsilə tanımış, 10 ildən artıq müddət onunla münasibəti olmuşdu r. Məhkum2 Bakı Dövlət Universitetində hüquqşünas işləyir, normal münasibəti olmuşdur. Ulduzə Səfərzadəni isə Məhkum2 vasitəsilə tanımış, BDU-da beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində metodist işləmişdir. Ulduzənin evinə bir neçə dəfə Gəncə şirniyyatı apardığından onun anası ilə münasibəti yaranmışdır. 2008-ci ilin avqust ayında Ulduzənin anası Kəbirə yaxın qohumlarının ali məktəbə qəbul üçün imtahan versə də keçid balı toplamadığından kəsildiyini demiş və ondan xaricdə qiyabi təhsil alması üçün, ona kömək etməyini xahiş etmişdir. Həmin ərəfələrdə tez-tez işgüzar səfərlərlə bağlı Moskvaya gedib-gəlmiş, Kəbirə ondan çoxsaylı xahişlər edəndə bununla maraqlanacağını demiş, Moskva şəhərinə gedən ərəfədə Kəbirə ona Şahid1 xarici pasportunu, foto şəkli və orta təhsili olması barədə attestatı vermişdir. Kəbirə ona Ulduzənin yanında pul vermək istəsə də işin birdən alınmayacağını deyib pulu qəbul etməkdən imtina etmişdir. Moskva şəhərinə gedəndə distant təhsil verən təhsil müəssisələri və şirkətlərlə maraqlanmış, sonradan Moskva şəhərində Taqanskaya metrosu çıxışında vətəndaşların qeydiyyatını həyata keçirən, notariat xidmətləri göstərən, distant təhsil almaqda vasitəçilik edən, “Viktoriya" adlı bir şirkətin olduğunu görmüş, şirkətin qarşısında Samux rayonundan olan Xaliq adlı şəxslə tanış olmuş, Xaliq onu şirkətin meneceri ilə tanış etmiş, şirkətdə menecerdən distant təhsillə maraqlanarkən, adını xatırlamadığı meneceri distant təhsil almağın yollarını izah etmiş, şirkətin ofisində lisenziyalar və sertifikatların olmasını görüb şirkətin qanuni yolla distant təhsil məs ələsini həll edəcəyinə inanmışdır. Şahid1 sənədlərinin əslini bu şirkətə vermiş, 03 gün sonra həmin şirkətə gedib Səadətin adına sənədlərin əslini geri götürmüşdür. Şirkətdən ona distant təhsillə bağlı dərslərin diskləri, X31 Universitetinə qəbul olunması barədə tələbə bileti və qiymət kitabçası verilmişdir. Sənədləri götürüb Azərbaycana qayıdaraq Kəbirə ilə Ulduzə Səfərzadəyə təqdim etmişdir. Moskvada distant təhsil üçün ödədiyi xərclərin çekini təqdim edərək dollarla hesablayıb pulunu Ulduzədən almışdır. Ulduzə ona əlavə 500 dollar vermək istəsə də, pulu qəbul etməmişdir. Diskləri verərkən qızın distant təhsil almaq üçün hazırlaşmasını və oxumasını tapşırmışdır. Ulduzə Səadətin bir il oxuduqdan sonra Bakıda universitetlərdən birinə köçürüləcəyini demiş, sonradan bir il ərzində Şahid1 dis tant təhsil alıb-almaması ilə maraqlanmamış, bir ildən sonra Ulduzənin anası Səadətin Moskvada təhsil alması barədə akademik arayış alıb gətirmiş və Səadətin Bakıya köçürüləcəyini demişdir. Moskvaya gedərək Şahid1 adına akademik arayış almış, bir müddət sonra Ulduzə Səadəti Bakıya köçürə bilmədiyini demiş, ondan təqdim etdiyi sənədlərdə qeyd olunan Səadətin orta təhsil alması barədə attestatını və Rusiya pasportunu istəmişlər. Həmin şirkətlə telefonla əlaqə saxlamış və Səadətin orta təhsil haqqında attestatı ilə Rusiya vətəndaşı olması barədə pasportunu istəmiş, telefona cavab verən qadın pasportun hazır olmasını desə də, onu göndərə bilməyəcəyini demişdir. Bundan sonra ondan yaxınlıqda olan azərbaycanlılardan xahiş etməsini və onlara hörmət edəcəyini demiş, şirkətin işçisi sonradan ona zə ng edərək bir azərbaycanlı ilə danışmış, adını bilmədiyi azərbaycanlıdan sənədləri Bakıya göndərməsini xahiş etmiş və buna görə Moskvaya gedəndə ona hörmət edəcəyini demiş, həmin şəxs də razılaşdığından sənədləri hansısa şəxsə verib Bakıya yola salmış və sənədləri Ulduzə kiminsə vasitəsi ilə götürmüşdür. X15 Abışovanı Universitetə qəbul etdirib-etdirmədiyini bilməmiş, hazırda da, bu barədə məlumatı yoxdur. Səadətin adına tərtib olunmuş pasportu və attestatı alan zaman pasportun və attestatın saxta olmasını ağlına gətirməmiş, «Viktoriya» firmasının lisenziyasının olduğunu görüb onun həqiqətən vətəndaşlıq verəcəyini düşündüyündən bunu etmiş, “Viktoriya” şirkəti Moskva şəhərində «Taqanski» metrosunun qarşısında olmuş, bu şirkətin hüquqi ünvanını bilməmiş və hal-hazırda orada fəaliyyət göstə ribgöstərməməsi barədə onun məlumatı yoxdur. İttihamın başqa epizodlarla bağlı hallar barədə vermiş olduğu ifadələrdə Məhkum1 İsrəfil oğlu nə tək, nə Məhkum3 və Məhkum2 ilə birlikdə hər hansı bir cinayətin törətməməsini bildirmişdir. Göründüyü kimi məhrum Məhkum1, habelə bəraət almış şəxslər Məhkum2 və U.Səfərzadənin ifadələrindən Məhkum2 və U.Səfərzadənin Məhkum1la qabaqcadan əlbir olması və bir qrup halında birinci instansiya məhkəməsinin hökmündə göstərilən cinayətlərin törətməsi müəyyən olunmur. İttiham tərəfi qeyd edir ki, Məhkum2 və U.Səfərzadənin onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirləri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla - Şahid1, Şahid2, Şahid3, X11, Şahid4, Şahid5 oğlunun, Şahid6, Şahid7 Şahid8, Şahid9, Şahid10, X4, Şahid13 və Şahid14 ifadələri, sənədlərin baxı ş protokolları, məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri, bəraət almış şəxslərin istifadəsində olan mobil telefonlara daxil olan və çıxan zənglərin cədvəllərinə baxış protokolları və digər sübutlarla təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid5, Şahid1, Şahid2, Şahid7, Şahid8, Şahid10, X7, Şahid12, Şahid14, Şahid13 ifadələrində göstərmişlər ki, onların və ya onların qohumlarının ali təhsil müəssisələrinə daxil olması ilə əlaqədar onlar Məhkum3 və Tamilla Cələbiyeva ilə heç bir danışıqlar aparmamış, ali təhsil müəssisəsinə daxil olması ilə əlaqədar sonunculara pul verməmişlər. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində X20 da göstərmişdir k i, o, oğlu Orxanın Bakı Dövlət Universitetə qəbul edilməsi barədə Arif adlı tanışı vasitəsi ilə Zaurla danışmış və Arifin vasitəsi ilə Zaura 90.000 manat məbləğində pul vermişdir. Məhkum3 və Tamilla Cələbiyevanı tanımır, onlarla oğlu Orxanın işi ilə əlaqədar danışmamış və onlara pul verməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid4 X11 ifadəsində göstərilən halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid3 öz ifadəsində göstərmişdir ki, o Məhkum1 xahişi ilə Şahid1, Şahid4, Şahid5 və Şahid7 adına olan Rusiya Federasiyasının pasportları və Rusiya Federasiyasında orta təhsil alınmasına dair attestatları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və təsdiq edilməsi üçün Gəncə ş əhəri 1 saylı dövlət notariat kontoruna təqdim etmişdir. Şahid3 öz ifadəsində Məhkum3 və Tamilla Cələbiyeva haqqında heç bir ifadə verməmişdir. Cinayət işi üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri ilə Şahid1, Şahid4, Şahid5, Şahid10, X4, Şahid13 və Şahid7 adına tərtib edilmiş Rusiya Federasiyasının orta təhsil haqqında attestatların saxta olması müəyyən edilsə də, həmin ekspertiza rəyləri ilə saxta sənədlərin Məhkum3 və Məhkum2 tərəfindən hazırlanması müəyyən edilmir. İşdə olan məhkəmə-xəttşünaslıq ekspertizasının 02 dekabr 2020-ci il tarixli rəyində Şahid1, Şahid4, Şahid10, Şahid13 adından tərtib edilmiş ərizələrdə və müqavilərdə xarici tələbə qrafasındakı imzalar həmin şəxslər tərəfindən icra olunması müəyyən edilmişdir. Lakin həmin ekspertiza rəyi Məhkum3 və Məhkum2 cinayət törədilməsinə aidiyyətini müəyyən etmir. Cinayət işinə əlavə edilmiş bəraət almış şəxslərin istifadəsində olan mobil telefonlarına daxil olan və çıxan zənglərin cədvəllərinə baxış protokollarından görünür ki, Məhkum2 istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan mobil telefon nömrəsi arasında 21 sentyabr 2011-ci il tarixdən 19 may 2015-ci il tarixədək, Şahid8 istifadəsində olan mobil telefon nömrəsi arasında 21 yanvar 2009-cu il tarixdən 20 avqust 2016-cı il tarixədək, Şahid9 istifadəsində olan mobil telefon nömrəsi arasında 22 iyun 2011-ci il tarixdən 11 aprel 2016-cı il tarixədək, Məhkum3 istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid12 istifadəsində olan mobil telefon nömrəsi arasında 15 mart 2015-ci il tarixdən 27 mart 2016-cı il tarixədək mütəmadi olaraq telefon danışıqlar olmuşdur. Cinayət işinə əlavə edilmiş digər sübutlar da – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət komissiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Rusiya Federasiyasının Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin məktublarından da Məhkum3 və Məhkum2 cinayət törədilməsinə aidiyyəti müəyyən olunmur. Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan heç biri Məhkum2 və Məhkum3 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən şəxsləri rüşvət verməyə təhrik etməsini, onlardan pul alaraq ələ keçirməsini, sənədlərin saxtalaşdırmasını və saxta sənədlərin istifadə etməsini birbaşa müəyyən etmir. H əmin sübutlarla Məhkum2 və Məhkum3 həm Məhkum1 İsrəfil oğlu ilə, həm də ali tədris müəssisələrinə saxta sənədlər əsasında daxil olmuş şəxslərin və onların qohumlarının əksəriyyəti ilə tanış münasibətlərinin olmasını və cinayət törədilən dövrdə həmin şəxslərdən bəziləri ilə telefon əlaqələrinin saxlamasını müəyyən edir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara deyil, həmin sübutlardan irəli gələn ehtimallara əsaslanaraq Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum3 isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilmiş və barələrində ittiham hökmü çıxarmışdi r. Buna görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum2 və Məhkum3 CM-in yuxarıda qeyd edilən maddələri üzrə təqsirli olmalarına dair gəldiyi nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin hökmü Məhkum2 və Məhkum3 aid olan hissədə ləğv edilmiş və onların barələrində təqsirlikləri sübuta yetirilmədiyindən bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hökmünün Məhkum2 və Məhkum3 bəraət verilmələri hissəsi, məhkum (məhrum) Məhkum1 İsrəfil oğlunun ittihamından Məhkum2 və Məhkum3 ilə onun «qabaqcadan əlbir olan bir qrup şəxs halında» tövsifedici əlamətin xaric edilməsi hissəsi ilə tam razılaşır. Belə ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bili nməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qald ırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün kifayət etməsinə qiymət verərək hesab edir ki, M əhkum2 ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri və Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxslərin təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4 -cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin kassasiya protestinə münasibətdə Məhkum1, Məhkum3 və Məhkum2 barəsindəki hökmün ləğv olunmasına və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkum (mərhum) Məhkum1 hüquqi varisinin nümayəndəsi Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum1 İsrəfil oğlunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması müəyyən edilmədiyi halda onun barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kas sasiya şikayətinin bu dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci və apelyasiya instansiyası məhkəmələri məhkəmə iclasında tədqiqi edilmiş sübutlar - şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri və işin digər materialları əsasında nəticəyə gəlmişlər ki, Məhkum1 İsfəfil oğlunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri təsdiq edilmiş və barəsində cəza təyin etmədən ittiham hökmü çıxarmışdır. Yuxarıda göstərildiyi kimi Məhkum1 İsrəfil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməmişdən əvvəl vəfat etdiyindən, təqsirləndirilən şəxs qismində nə ibtidai istintaq zamanı, nə məhkəmə iclasında ifadə verməmiş, onun şahid qismində verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. Şahid qismində dindirilərkən Məhkum1 ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri onun tərəfindən törədilməməsini göstərmişdir. Məhkum1 Şahid1 ali təhsil müəssisəsinə qəbulu ilə əlaqədar yuxarıda göstərilən məzmunda ifadə vermişdir. İstintaq materiallarına əlavə olunmuş ərizəsində Məhkum1 2009-cu ildə Şahid1 xaricdə ali məktəbə qəbul olunaraq sonra Azərbaycan Respublikasında universitetlərdən birinə köçürülməsi barədə məsələ alınmadıqdan, Şahid1 əcnəbi vətəndaş kimi ali məktəbə qəbul olunması üçün onun xaricdə orta məktəbi bitirməsi barədə attestat və Rusiya Federasiyasının vətədaşının pasportu Moskva şəhərində yerləşən “Viktoriya” şirkəti vasitəsilə Rusiyadan əldə olunmasına nail olduğunu qeyd etməklə, saxta sənədlərin hazırlanması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə barə sində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa, Məhkum1 İsrəfil oğlu ifadəsində göstərmişdir ki, Şahid9 və onun övladı Şahid10 tanımır və onlarla heç bir münasibəti olmamış, heç vaxt Şahid9la görüşməmişdir. Məhkum2 kiminləsə görüşüb pul alıb-almaması barədə heç nə deyə bilmir. Tamilla başqa Zaur adlı şəxslə və ya özünü Zaur kimi təqdim edən şəxslə birlikdə kiminlə isə görüşmüş, ancaq bu barədə məlumatı olmamışdır. İstintaqa verdiyi əvvəlki ifadələrdə Məhkum2 özünü məsuliyyətdən qurtarmaq üçün vətəndaşlara onun adını çəkmələrini demişdir. Onun Məhkum2 qanunsuz əməllərində iştirakı olmamışdır. Həmçinin Məhkum1 İsrəfil oğlu öz ifadəsində bildirmişdir ki, Şahid13 və Şahid14 tanımamış, onlarla onun heç bir münasibəti olmamış, həmin şəxslərlə telefon danışıqların olmasını onların təhsil məsələləri ilə maraqlanmaq üçün, ona zəng etmələri ilə izah etmiş, onlarla telefonda konkret olaraq nə barədə danışdığını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun adına Rusiya Federasiyasının pasportu və attestatı Məhkum1 alıb ona vermişdir. Buna görə də Məhkum1 2009-cu ildə pul verilib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rəşad oğlu ifadəsində göstərmişdir ki, Məhkum1 ona qızı Səadətin Rusiya Federasiyası vətəndaşı kimi Universitetinə daxil olmasını və bunun üçün Səadətin Rusiya Federasiyası vətəndaşı olması və orada orta təhsil alması barədə sənədlərin düzəldilməsini təklif etmişdir. Lakin o, bu təklifi ilə razılaşmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsind ə şahid X20 göstərmişdir ki, oğlu Orxanın Bakı Dövlət Universitetinə qəbul olunması üçün o, Arif adlı tanışı ilə Zaura çıxmış, Zaur Arif vasitəsi ilə ondan bu məsələnin həlli üçün iki dəfə cəmi 90.000 manat pul istəmiş və Arifin vasitəsi ilə o, həmin pulu Zaura vermişdir. Şahid qismində dindirilmiş Şahid4 atası X11 ifadəsində göstərilən halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, qızı X19 xarici vətəndaş kimi qəbul edilməsi üçün Amin adlı tanışı vasitəsi ilə Məhkum1la tanış olmuş və onunla danışmışdır. Buna görə Aminə 5000 ABŞ dolları məbləğində pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Ukrayna universitetindən Bakı universitetinə köçürmək üçün Məhkum1 ondan müəyyən sənədləri və 3000 ABŞ dolları tələb etmiş və 3000 ABŞ dolları Zaura vermişdir. Bu məsələnin həlli üçün o atasından 33.000 ABŞ dolları almış, həmin pullardan yalnız 3000 ABŞ dolları Zaura vermiş, qalan 30.000 ABŞ dollara özünə avtomaşın almış və xaricdə istirahət etmişdir. Məhkəmədə Şahid9 Şahid10 ifadəsində göstərilən halları təsdiq etmiş və bu barədə məhkəməyə ərizə yazmışdır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid3 göstərmişdir ki, o 2002-ci ildən 2013-cü ilədək Gəncə şəhərində 1 saylı notariat kontorunun yanında ofis icarəyə götürüb tərcümə və kompüter xidmətləri göstərmişdir. O, Məhkum1 xahişinə əsasən Şahid1, Şahid4 və Şahid7 Rusiya Federasiyasının pasportları və həmin ölkədə orta təhsil alması barədə attestatları rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş və 1 sayla notariat kontorunda təsdiq edərək Məhkum1 vermişdir. O, Şahid1, Şahid4 və Şahid7 tanımır. Həmin işə görə ona tərcümənin haqqı ödənilmişdir. Şahidlər Şahid7, Şahid8, X7 və Şahid12 Məhkum1 İsrəfil oğlunu tanımadığını və onunla hər hansı bir söhbət aparılmadığını bildirmişlər. Cinayət işində olan sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, Şahid1, Şahid4 və Şahid7 adına olan Rusiya Federasiyasında orta təhsil alınması barədə attestatların blanklarının və üzlüklərinin hazırlanmasında istifadə olunan kağız materialları kimyəvi tərkiblərinə və fiziki xüsusiyyətlərinə görə öz aralarında fərqlənmir, eyni üsuldan istifadə edərək hazırlanmışlar. Həmçinin həmin rəyə əsasən Şahid13, Şahid10 və X4 adına olan Rusiya Federasiyasında orta təhsil alınması barədə attestatların bla nklarının və üzlüklərinin hazırlanmasında istifadə olunan kağız materialları kimyəvi tərkiblərinə və fiziki xüsusiyyətlərinə eyni üsuldan istifadə olunaraq hazırlandığını müəyyən edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 və Məhkum3 barələrində bəraət hökmünün çıxarılması Məhkum1 İsrəfil oğlunun da barəsində bəraət hökmünün çıxarılmasını şərtləndirə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlara əsaslanaraq nəticəyə gəlir ki, Məhkum1 İrəfil oğlunun təqsirliyinin sübuta yetirilməməsi əsası ilə barəsində olan hökmün ləğv edilməsi və cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar yoxdur, bu barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmələr tərəfindən Məhkum1 İsrəfil oğlunun təqsirini müəyyən edən sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması barədə dəlili ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən sübutların araşdırılması barədə Azərbaycan Respublikası CPM-in 144-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin qərarında Məhkum1 Şahid9 q arşı dələduzluq və rüşvət verməyə təhrik etmə cinayətlərin törətməsi hallarını təsvir edərkən göstərilmişdir ki, Məhkum1 Şahid9 oğlu Eminin universitetə daxil olması ilə əlaqədar ilk dəfə 33.000 ABŞ dolları tələb edərək almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq göstərmişdir ki, o atasından Məhkum1 verilməsi adı ilə 33.000 ABŞ dolları pul almış, lakin həmin puldan yalnız 3000 ABŞ dolları Məhkum1 vermişdir. Qalan 30.000 ABŞ dollarına özünə avtomaşın almış və xaricdə istirahət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 da oğlu Şahid10 məhkəmə iclasında verdiyi ifadədə göstərilən halları təsdiq etmiş və bu barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifad ənin məhkəmə iclasında tədqiq edilməsi barədə proses iştirakçıları tərəfindən vəsatət verməmiş, məhkəmə də öz təşəbbüsü ilə həmin ifadəni tədqiq etməmişdir. Buna baxmayaraq məhkəmələr Şahid10 və Şahid9 məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında tədqiq etmədən Məhkum1 tərəfindən digər pul məbləğləri ilə yanaşı 33.000 ABŞ dollarının da dələduzluq yolu ilə ələ keçirilməsi barədə nəticəyə gəlmiş, lakin bunu təsdiq edən hər hansı sübut və ya dəlil müvafiq olaraq hökm və ya qərarda göstərməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin qərarında Məhkum1 Şahid2 qarşı dələduzluq və rüşvət verməyə təhrik etmə cinayətlərini törətməsi hallarını təsvir edərkən qeyd edilmişdir ki, Məhkum1 Şahid2 qızı Səadətin universitetə da xil olması ilə əlaqədar 6.000 manatı tələb edərək almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 onun universitetinə daxil olması ilə əlaqədar atası tərəfindən Məhkum1 pul verilməsi göstərmişdir. Lakin məhkəmə iclasında verdiyi ifadədə Şahid2 Məhkum1 qızının universitetə qəbul edilməsi üçün Səadətin adına Rusiya Federasiyasının pasportu və orta təhsil alınması barədə attestatı hazırlamaq təklifindən imtina edilməsini göstərmişdir. Məhkəmələr tərəfindən Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində olan ziddiyyətli məqamların araşdırılması üçün heç bir tədbir görülməmiş, bununla əlaqədar ona heç suallar da verilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Məhkum1 İsrəfil oğlu istintaq orqanına 09 mart 2017-ci il tarixdə ərizəsi ilə müraciət edərək onun Şa hid1 adına Rusiya Federasiyasının saxta pasportu və orta təhsil attestatının əldə edilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq həmin hissədə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində azadlıqdan məhrum etmə cəzasının müddəti müvafiq olaraq 2 ilədək və 1 ilədək həddində müəyyən edildiyindən həmin maddələrlə nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlərə addir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsindən görünür ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkum1 qarşı irəli sürülmüş ittihamdan görünür ki, Şahid1 adına Rusiya Federasiyasının pasportu və attestat onun tərəfindən 2011-ci ildə saxtalaşdırılmışdır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Lakin istintaq orqanı yuxarıda qeyd edilən normaların tələblərinə zidd olaraq Məhkum1 09 mart 2017-ci il tarixdə cinayət işinin Şahid1 adına Rusiya Federasiyasının saxta pasportu və orta təhsil attestatın saxtalaşdırılmasına dair hissəsinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsi barədə ərizəsinin mövcud olmasına baxmayaraq, həmin epizod üzrə də 23 dekabr 2020-ci il tarixdə Məhkum1 tə qsirləndirilən şəxs qismində cəld edilməsi barədə qərar çıxarmış və istintaqı davam edərək həmin və digər epizodlar üzrə cinayət işi üzrə ittiham aktı tərtib edib cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələri də cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq Məhkum1 barəsində cinayət işi üzrə icraata Şahid1 adına Rusiya Federasiyasının saxta pasportu və orta təhsil attestatının saxtalaşdırılması və istifadə etməsinə dair hissəsinə xitam verməmiş, ittihamın həmin epizodu üzrə onu Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafi q olaraq sübutları tədqiq etmədikdə; CPM-in 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmünü çıxarıldıqda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilməməsi, məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsinə dair kassasiya şikayətinin dəlilləri isə qismən əsaslı olduğundan şikayətin qismən təmin edilməsini, Məhkum1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin edilməsini əsaslı və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apelyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü qabaqcadan həll edə bilməz. Ona görə də yeni apelyasiya baxışı zamanı cinayət işi üzrə sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblə rinə uyğun olaraq tədqiq edilməli və nəticədən asılı olaraq cinayət işi üzrə qanuna müvafiq qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmü məhkum (mərhum) Məhkum1 İsfəfil oğlu barəsində kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1315/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1315/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver