Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1315/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3,iştirakı ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(103)-135/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əla vəyə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 1(101)-1403/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin ə vvəlinin 23 mart 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan maddi sübutlar, Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,699 qram narkotik vasitə heroinin, 19,160 qram psixotrop maddə metamfetaminin, 40,003 qram narkotik vasitə tiryəkin və 10,099 qram qurudulmuş marixuananın məhv edilməsi, iş üzrə digər maddi sübutlar, Məhkum yaşadığı evə keçirilən baxış prosesini əks etdirən üzərində “Kodak DVDR” yazıları olan diskin, həmçinin "xxxx" MMC-dən və “Azerfon" MMC-dan daxil olmuş CD disklərin iş materiallarında saxlanılması, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 196,46 (yüz doxsan altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcinin Məhkum tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir.
3. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir
4. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(103)-135/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 1(101)-1403/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
5. Hazırda Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(103)-135/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasi ya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(103)-135/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(103)-135/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.