Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1315/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəç isi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 28 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən ir əli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum və tanışı olan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1 fevral 2022-ci il tarixdə, saat 10:00-da “9333” taksi xidməti vasitəsi ilə sifariş əsasında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, “Araz Market” adlanan mağazanın qarşısına gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində Təqsirləndirilən şəxs qabaq sağ oturacaqda, özü isə arxa sol oturacaqda əyləşib Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Qaraçuxur q əsəbəsi istiqamətində hərəkət etdirərək onları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Xəzər Universitetinin yaxınlığına aparmasını bildirdikdən sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “ATEF” şirkətinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə təyinatı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi üzərində gəzdirdiyi bıçağı çıxarıb sürücü zərərçəkmiş şəxsin sağ ayaq nahiyəsinə dirəyib pul tələb etmiş, həmin vaxt o, naqili sonuncunun boynuna arxadan keçirib zərəçəkmiş şəxsə boyun nahiyəsinin qançır və sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib eyni tələblə üzərində olan pulları istəmiş, bundan sonra Təqsirləndirilən şəxs əlini zərə rçəkmiş şəxsin sağ yan cibinə salaraq 10 manat pulu çıxarmaqla talayıb ələ keçirməklə quldurluq etmiş, daha sonra isə Bakı şəhəri, Nizami rayonu ərazisinə gedərək Xəzər Universitetinin yaxınlığında avtomobildən düşüb qaçaraq getmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1598/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddə ləri ilə təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu, eləcə də digər Təqsirləndirilən şəxs müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1598/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən ayrı-ayrılıqda kas sasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum quldurluq cinayət əməlini törətməməsinə dəlalət edən kifayət qədər dəlillər olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlilləri tam, hərtərəfli və obyektiv yoxlamadan sonuncunun Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair hökmü qüvvəsində saxlamışdır. İttihamın əsasını zərərçəkmiş şəxsin ifadəsi təşkil etmiş, onun verdiyi ifadələri arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur, bu səbəbdən həmin ifadənin mötəbər sübut kimi nəzərə alınması istisna edilir. Bundan əlavə, zərərçəkmiş şəxs notarial qaydada ərizə təqdim edərək, Məhkum ona qarşı hər hansı bir cinayət əməli törətmədiyini bildirmi şdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən məhkəməyədək və məhkəmə istintaqı zamanı toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş, ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilməmiş, zidiyyətli ifadələr əsasında qərar qəbul edil mişdir. Kassasiya şikayətində proses iştirakçılarının ifadələrində göstərdiklərinə, çoxsaylı maddi və prosessual hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarının onun təqsirli bilinməsinə dair hissəsində ləğv edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya şikayətlərində Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişlər.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəll ə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fo rmalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, §§ 10 və 15, 03 mart 2005-ci il).
24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
25. Belə ki, məhkumun, onun müdafiəçisinin, eləcə də baxılan cinayət işi üzrə məhkum edilmiş digər şəxsin müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolları, “şəxsi tanınmaya təqdim edilməsi barədə” protokol və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Kassasiya şikayətlərində xüsusilə zərərçəkmiş şəxsin ifadəsinin ittihamın əsasını təşkil etdiyi, sonuncunun məhkəmədək və məhkəmə istintaqı dövründə ziddiyyətli ifadələr verdiyi, onların mötəbər olmadığı vurğulanmışdır.
27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Zə rərçəkmiş şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan o, apellyasiya icraatı zamanı təkrarən dindirilmiş və ifadəsində göstərdiyi xüsusatlar əsasında həmin zidiyyətlər tamamilə aradan qaldırılmışdır.
28. Belə ki, apellyasiya icraatı zamanı yenidən ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü 3 nəfər kişi onun avtomobilinə müştəri kimi əyləşmiş, həmin şəxslərdən biri, yəni sonradan adını bildiyi Arif onun yanında qabaq sərnişin oturacağında, digər ikisi isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Yolda gedərkən müştərilərlə söhbət etmiş, söhbət zamanı qabaq oturacaqda oturan təxminən 3540 yaşında olan tanımadığı şəxs ondan yaşadığı ərazini soruşaraq tanışlıq ve rmiş, yoluna davam edib “Suraxanı Dairəsi” adlanan avtomobil yolundan Qaraçuxur qəsəbəsi istiqamətində dönərək, Hövsan-Suraxanı avtomobil yolu Günəşli istiqamətində hərəkətinə davam etmiş, yolda gedərkən “ATEF” adlanan şirkətin qarşısına çatanda qabaq sərnişin oturacağında əyləşən şəxs ondan 5-6 manat pul istəmiş, həmin şəxsə “siz mənə ödəniş etmək əvəzinə məndən pul istəyirsiniz?” demiş, bu zaman həmin şəxs əlində qəfildən qatlanan bıçağı sağ ayaq nahiyəsinə söykərəyək “sən kimsən mənimlə belə danışırsan, elə etmə ki, bıçağı yuxarı qaldırmayım, yoxsa böyrünə soxacam” demiş, həmin vaxt avtomobili yolun kənarına doğru istiqamətləndirib saxlamaq istəmiş, bu zaman arxa sərnişin oturacağında onun əyləşdiyi oturacağın arxasında əyləşən şəxs boğaz nahiyəsinə qəhvəyi rəngli naqillə sıxmağa başlam ış və demişdir ki, “sür dayanma, cibində nə varsa mənə ver”, həmin şəxsə “məni burax, hərəkətimə davam edim, cibimdə pulum yoxdur” bildirmiş, bu zaman qabaq sərnişin oturacağında əyləşən şəxs əlini sağ yan cibinə salaraq orada qazandığı 1 ədəd 10 manatlıq pul əskinazı götürərək cibinə qoymuş, bundan sonra həmin şəxs boğazından naqili çəkmiş və sakitcə maşını sür, yoluna davam et” demiş, eyni zamanda qabaq sərnişin oturacağında əyləşən şəxs avtomobilinin salonunda şitinin üzərinə qoyduğu “Lenovo” markalı mobil telefonunu, eləcə də sürətlər qutusunun üzərində qoyduğu 1 ədəd “Samsung Galaxy J3 ” markalı smartfon telefonunu da götürmüş və ona “yoluna davam et, heç kimə zəng etmə” ona görə telefonu götürürük demiş, avtomobil ilə yoluna davam etmişdir. Həmin şəxslər Xəzər Universiteti yaxınlığın da düşmüşlər.
29. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, hadisə əslində apellyasiya instansiyası məhkəməsi qarşısında verdiyi ifadəsində bildirdiyi kimi baş vermiş, birinci instansiya məhkəməsində fərqli ifadə verməsinin səbəbi Məhkum qohumları tərəfindən barışmaqla bağlı gələn xahişlər olmuşdur.
30. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Mə hkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
32. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayə tləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.