Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1315/2025 04.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1970-ci il tarixində Cəlilabad şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 5-də qeydiyy atda olan və ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-278/2024 nömrəli 24 aprel 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-180/2024 nömrəli 28 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər H.Əliyev (sədrlik edən), F.Hümbətov və A.Rzayeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkm əsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 14 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)278/2024 nömrəli 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər E.M.Əhmədov (sədrlik edən), Ə.M.Rzayev və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-180/2024 nömrəli 28 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum barəsində ittiham hökmü çıxarmışdır on a görə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, kimyəvi komponent tərkiblərinə görə eyni olan, külli miqdarda, ümumilikdə 2509,152 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və əl çantasında saxlamış, 14 fevral 2023-cü il tarixdə saat 18:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, Corat abidəsinin yanında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə 1,152 qram, əlində olan üzərində “Adidas” yazılmış əl çantasının içərisindəki göy rəngli sellofan torbanın içərisindən 4 ədəd qara rəngl i bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 658,6 qram, 660,4 qram, 610,2 qram, 578,8 qram, ümumilikdə, 2509,152 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr saxta ittiham əsasında hökm çıxarmışdır. İş üzrə əhəmiyyət kəsb edəcək hallar araşdırılmamışdır. Onun barəsində saxta sübutlar əsasında ittiham hökmü çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin ed ilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsu liyyəti nəzərdə tutulur və həmin əməl beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu i sə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya m əhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət e dir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə ci nayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumun tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında əksini tapmış Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində o, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan heroin ve metamfetamin qəbul edir, narkomandır. Əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hal-hazırda da məhkumluğu ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə axşam tərəfi Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığından keçiddən 1 ədəd göy rəngli selefon torba tapmış va həmin torbanın içərisinə baxdıqda içərisində 1 ədəd balaca sellofan bükümün və 4 ədəd qara rəngli iri sellofan bağlama olduğunu görmüşdür. Həmin bükümə və bağlamalara baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu bilmişdir. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitə olan heroini götürüb kirayədə yaşadığı ünvan 1-ə gəlmişdir. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində anadan olduğu Cəlilaba d rayonuna getmək istəmişdir. Bir gün əvvəl tapdığı narkotik vasitələrdən balaca bükümü əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş, 4 ədəd bağlamadakı narkotik vasitə olan heroini tapdığı həmin sellofan torbada paltarlarını yığdığı üzərində «adidas» sözləri yazılmış göy rəngli idman çantasının içərisinə qoyaraq orada saxlamışdır. Bundan sonra o, kirayədə qaldığı evdən çıxmışdır. Taksiyə minmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat abidəsinin yanına gəlmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat abidəsinin yanında olduqda 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşlan olduqlarını, üzərində və əl çantasında narkotik vasitə saxlamada şübhəli bilindiyini bildirərək onlarla Sumqayıt ŞPİ 1-ci PB-nə getməli olduğunu demişlər. O da razılaşmış və bi rlikdə polis bölməsinə getmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda ona vəkillərin siyahısı təqdim olunaraq hamin siyahıda olan vəkillərdən birini hüquqlarını müdafiə etmək üçün seçməyini dedilər. O da təqdim olunan vəkillərin siyahısından Sumqayıt 1 saylı hüquq bürosunun vəkili X2 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkilə telefonla məlumat verilmişdir. Sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi izah edilmiş və buna etiraz etməmişdir. Videogörüntü ilə şəxsi axtarış başladıqda vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və bununla bağlı bildiriş ona verilmişdir. Sonra təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və hər hansı qanunsuz əşya olub-olmaması, vardırsa təqdim etməyi bildirilmişdir. O da əyni ndə olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə saxladığı qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra ona məxsus olan və əlində saxladığı, içərisinə paltarlarını yığdığı üzərində «Adidas» sözləri yazılmış çantada saxladığı içərisində 4 ədəd bağlamada narkotik vasitə heroin olan göy rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra həmin sellofan torbada olan 4 ədəd qara rəngli sellofan bağlamadakı narkotik vasitə sellofandan çıxarıb masanın üzərinə qoyulmuşdur. Bundan sonra üzərindən aşkar olunan 1 ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 1,25 qram olduğu, çantadan aşkar olunan 4 ədəd bağlamada olan narkotik vasitə heroin tərəzidə çəkildikdə ayn-ayrılıqda İ bağlamada 712 qram, İİ bağlam ada 686 qram, İİİ bağlamada 604 qram, İV bağlamada 585 qram ümumi 4 ədəd bağlamada cəmi çəkinin 2,585 kq olduğu məlum olmuşdur. Bundan sonra üzərindən aşkar olunan 1 büküm 1 ədəd zərfə qablaşdınlıb üzəri möhürlənmişdir. Çantadan aşkar olunan 4 ədəd bağlama tapdığı həmin göy rəngli sellofan torbaya qablaşdırılıb üzəri möhürlənmişdir. O, cibindən aşkar olunan 1 bükümü, eləcə də çantadan aşkar olunan 4 ədəd bağlamada olan narkotik vasitə heroini bir gün əvvəl 20 Yanvar metrosunun yanından keçiddən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində və çantasında şəxsi axtarış aparılmışdır. Lakin üzərindən və çantasından başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Çantasından aşkar edilmiş geyim əşyaları çantası ilə birlikdə özünə qaytarılmışdır. Nə saxlanılan zaman, nə də şəxsi axtarış zamanı ona qarşı hər-hansı bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlələrdən heç kimə satıb hədiyyə vermədiyini, özünün narkoik vasitə istifadəçisi olduğu üçün həmin kütlələri özünün istifadə edəcəyini fikirləşdiyi üçün gizlətdiyini, narkotik vasitənin çoxluğunun onu qorxutduğunu və bu səbəbdən gizlətmək üçün Cəlilabad rayonuna getmək istədiyini, əvvəllər kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” 14 fevral 2023cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Məhkum əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirdikdən sonra əlində olan içərisinə paltarlarını yığdığı, üzərində “adidas” sözləri yazılmış göy rəngli idman çantasını göstərib həmin çantanın içərisində də narkotik vasitə olan heroin olduğunu bildirərək çantanı masanın üzərinə qoyub içərisindən göy rəngli sellofan torbada olan 4 ədəd bükümü çıxarıb həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, görüntünün ilk saniyəsində polis mayoru rütbəsində olan şəxs özünü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edib, Rəşad Məhərrəmov olduğunu bildirir. Sonra yanında duranlar özlərini təqdim edərək Sum qayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkiləri polis baş leytenantı Şahid1, polis leytenantı Şahid3, polis mayoru Şahid2 olduqlarını bildirdilər. Təhqiqatçı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yzərində və əl çantasında narkotik vasitənin olması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, Corat abidəsinin yanında saxlanılmasını, üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Pİ-nə gətirildiyini bildirir. Sonra müdafiəçi özünü təqdim edərək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunu vəkili Qoşqar Abbasov olduğunu bildirir. Pİ-də hüquq və vəzifələrinin izah edilməsi ilə bildiriş təqdim edilir və ona bir daha tanış olması bildirilir. Bundan sonra X7 Q uliyev əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü, daha sonra isə əlində olan içərisinə paltarlarını yığdığı, üzərində “Adidas” sözləri yazılmış çantanı təqdim etdi. Həmin çanta açıldıqda içərisində 4 ədəd qara rəngli bağlamalar olan 1 ədəd göy rəngli sellofanın olduğu müəyyən edildi. Həmin 1 ədəd sellofan bükümə və 4 ədəd qara rəngli bağlamalar açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə “heroin”ə bənzər maddənin olduğu aşkar edildi. Sorğu zaman Məhkum həmin bağlamanın içərisindəki maddənin “kakos”, yəni narkotik vasitə “heroin” olduğunu bildirdi. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs həmin bükümü və bağlamaları bir gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yanında yeraltı keçid dən tapdığını bildirdi. Məhkum götürülmüş 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildi və çəkisinin 1,25 qram olması müəyyən edildi. Sonra Məhkum əlindəki çantanın içərisindən aşkar edilmiş 4 ədəd qara rəngli bağlama elektron tərəzidə çəkildi və çəkilərinin ayrı-ayrılıqda İ bağlamada 7,12 qram, İİ bağlamada 686 qram, İİİ bağlamada 604 qram, İV bağlamada 585 qram olması, ümumilikdə 2585 qram çəkidə olması müəyyən edildi. Aşkar edilmiş həmin büküm və bağlamalar Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkum üzərinə daha sonra şəxsi axtarış davam etdirildi, sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar edilmədi. Sonra çəkiliş dayandırıldı. “Şəxsi axtarışın keçirilmə si barədə”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsin in Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli m iqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri sat an şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik ə lamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumun əməlində CM-in 234.4.3-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 234.4.3-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində ir əli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qa nunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsi ndə toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanla rın vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilə n qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-278/2024 nömrəli 24 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1315/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1315/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver