Məhkəmə qərarları › İş №1(102)-1316/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1316/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1316/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Mehdixan Abdullayev və Asim Hacıyevdən ibarət tərkibdə) 1(089)122/2018 nömrəli 20 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 144.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 144.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 noya br 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X6 və X4 da təqsirli bilinib məhkum olunmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Ələsgər Novruzov və Rafiq Cəfərovdan ibarət tərkibdə) 1(106)-366/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-122/2018 nömrəli 20 aprel 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Ə.Ə.Əzimovun apellyasiya şikayəti təmin edilməmişdir. 09 aprel 2021-ci il tarixdə Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə Şirvan Apell yasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-366/2018 nömrəli 27 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 27 aprel 2021-ci tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırır ki, o ilk də fə məhkum olunmuş, ağır cəza təyin olunması onu sarsıtmışdır. Daha sonra o, şikayətində COVİD-19 virus infeksiyasının yayılması, 2-ci Qarabağ Müharibəsinin başlaması, həmin müharibədə qardaşının şəhid olması səbəbi ilə vaxtında kassasiya şikayətinin verməsi müddətini ötürmüş və bu səbəblərdən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə onun şikayət vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məh kumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti verilir. İş materiallarında olan sənədlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qərarı Məhkum və onun müdafiəçisinə göndərilmişdir. Göründüyü kimi, məhkum həmin qərardan qanunla nəzərdə tutulmuş müddətdə, yəni qanunvericilikdə göstərilən müddəti ötürməklə bir ilə yaxın müddət keçdikdən sonra, yəni yalnız 09 aprel 2021-ci il tarix də kassasiya şikayətini vermiş və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatət qaldırmışdır. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkum tərəfindən irəli sürülmüş dəlillər onun bir il ərzində kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 27 apre l 2021-ci qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 27 aprel 2021-ci tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Q eyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-366/2018 nömrəli 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar