Məhkəmə qərarları › İş №1(102)-1316/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1316/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1316/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ələkbər-zadə Faiq Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmiş, əvvəllər məhkum olun mamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Bağ Massivi, “Təzə Sahələr” deyilən ərazidə nömrəsiz evdə yaşamış, CM-nin 179.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.4-cü maddəsi ilə 10 (on) il müddətə, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 308.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzalarına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 44.2.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Hökmlə həmçinin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin mülki iddiası təmin edilmiş, Məhkum mülkiyyətində olan, üzərinə həbs qoyulmuş ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 528.458,05 manat məbləğində maddi ziyanın və 920 ma nat məbləğində dövlət dövlət rüsumunun ödənilməsinə ybnəldilməsi bundan sonra mülki iddianın təmin olunmayan hissədə, yəni ziyanın qalıq hissəsinin Məhkum tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan m ühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 25 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 24 iyul 2018-ci il tarixli qərarla 01 may 2003-cü il tarixdə, 0103-P13-37680 saylı Şəhadətnamə nömrəsi ilə dövlət qeydiyyatına alınan "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 10 avqust 2018-ci il tarixdə ********** № ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmaya n bütün fəaliyyət növləri ilə məşğul olan "xxxx" MMC-nin direktorunun xx.xx.2016-cı il tarixli əmri ilə Cəmiyyətin baş mühasibi vəzifəsinə təyin edilib xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”nda “mühasib” vəzifəsinin tələblərinə əsasən, müəssisəyə daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini təmin etmək, eyni zamanda müəssisəyə pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanması və xərclənməsini, habelə pul, maddi vəsaitlərin, debitor borcların silinməsi, həmçinin debitor və kreditorlarla hesablaşmaları qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində Cəmiyyətin kreditorlar ına olan borcunu ödəmək üçün əvvəlcə Cəmiyyətin kassasından direktor, xəzinədar və özü tərəfindən imzalanmış kassa-məxaric orderləri əsasında müvafiq məbləğin xəzinədar tərəfindən sayılıb ona təqdim edildikdən sonra həmin məbləği "xxxx" ASC-nin Dərnəgül filialında "xxxx" MMC-nin AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li və "xxxx" MMC-nin AZ66 CAPN 0000 0000 0093 6130 0001 №-li hesablaşma hesabına köçürməklə Cəmiyyətə məxsus hesablaşma hesabı vasitəsilə müvafiq kreditorlara nağdsız qaydada pul vəsaiti köçürülməli olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmçinin "xxxx" MMC və "xxxx" MMC-yə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq möv qeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin bir sıra kreditorlarına olan borclarını ödəmək məqsədi ilə bank çıxarışlarını kompüter proqramlarının imkanlarından istifadə edib vəzifə saxtakarlığı yolu ilə hesabda pulun olmadığı görüntüsünü yaradaraq, Cəmiyyətin direktorunu və kassirini inandırıb Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 4a ünvanında yerləşən ofisində cinayətdən xəbərsiz xəzinədar Xdan kassa-məxaric qəbzini şəxsən imzalayaraq bank hesabına mədaxil etmək adı ilə pul vəsaiti götürərək banka təhvil verməyib, bir sıra hallarda isə kassadan təhvil aldığı nağd pul vəsaitinin az hissəsini Cəmiyyətin bankdakı hesabına mədaxil edərək t örətdiyi əməli gizlətmək məqsədi ilə rəsmi sənəd hesab edilən "xxxx" ASC-nin hesabdan çıxarışlarını və ödəniş tapşırıqlarını istintaqa məlum olmayan şəraitdə və yerdə saxtalaşdıraraq, həmin sənədlərə guya Cəmiyyətin kassasından götürdüyü məbləğdə pulu Cəmiyyətin həmin bankda olan hesabına köçürməsi barədə bilə bilə yalan məlumatları tamah niyyətilə daxil edərək, həmin orderləri xəzinədara təhvil verməklə xəzinədən götürdüyü pulları tam qaydada banka ödəməsi görüntüsünü yaradıb banka köçürmədiyi pul vəsaitlərini, o cümlədən, "xxxx" MMC-nin "xxxx" ASC-nin Dərnəgül filialındakı AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2017-ci il tarixli 006357 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 41.000 manat pul vəsai tinin 25.000 manatını hesaba mədaxil edib qalan 16.000 manatı, xx.xx.2017-ci il tarixli 006676 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 38.000 manat pul vəsaitinin 23.721 manatını hesaba mədaxil edib qalan 14.279 manatı, xx.xx.2017-ci il tarixli 006678 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 2.000 manat pul vəsaitini, xx.xx.2017-ci il tarixli 006734 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 10.000 manatını hesaba mədaxil edib qalan 20.000 manatı, xx.xx.2017-ci il tarixli 006981 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 91.500 manat pul vəsaitinin 40.000 manatını hesaba mədaxil edib qalan 51.500 manatını, xx.xx.2017-ci il tarixli 006992 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.000 manat pul vəsaitinin 15.047 manatını hesaba mədaxil edib qalan 9.953 manatını, xx.xx.2017-ci il tarixli 007277 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 35.000 manat pul vəsaitinin 2.200 manatını hesaba mədaxil edib qalan 32.800 manatını, ümumilikdə 2017-ci il üzrə cəmi 146.532 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018-ci il üzrə "xxxx" MMC-nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 007937 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 18.000 manat pul vəsaitinin 13.356,7 manatını hesaba mədaxil edib qalan 4.643,3 manatı, xx.xx.2018-ci il tarixli 007949 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.700 manat pul vəsaitinin 6.440,57 manatını hesaba mədaxil edib qalan 4.259,43 manatını, xx.xx.2018-ci il tarixli 008033 №-li xəzinə məx aric orderi əsasında götürdüyü 11.400 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008082 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 37.000 manat pul vəsaitinin 30.500 manatını hesaba mədaxil edib qalan 6.500 manatını, xx.xx.2018-ci il tarixli 008131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 9.800 manat pul vəsaitinin 7.000 manatını hesaba mədaxil edib qalan 2.800 manatını, xx.xx.2018-ci il tarixli 008416 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 36.000 manat pul vəsaitinin 29.275,65 manatını hesaba mədaxil edib qalan 6.724,35 manatını, xx.xx.2018-ci il tarixli 008429 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 12.000 manat pul vəsaitinin 6.255,25 manatını hesaba mədaxil edib qalan 5.744,75 manatını, xx.xx.2018-ci il tarixli 008486 №-li xəzinə məxaric orderi əsasında götürd üyü 5.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, xx.xx.2018-ci il tarixli 008643 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 48.000 manat pul vəsaitinin 38.000 manatını hesaba mədaxil edib qalan 10.000 manatını, xx.xx.2018-ci il tarixli 008662 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 80.000 manat pul vəsaitinin 69.000 manatını hesaba mədaxil edib qalan 11.000 manatını, xx.xx.2018-ci il tarixli 008707 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.000 manat pul vəsaitinin 1.800 manatını hesaba mədaxil edib qalan 8.200 manatını, xx.xx.2018-ci il tarixli 008809 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 104.600 manat pul vəsaitinin 95.500 manatını hesaba mədaxil edib qalan 9.100 manatını, xx.xx.2018-ci il tarixli 008834 №-li xəzinə məxaric or deri əsasında götürdüyü 51.500 manat pul vəsaitinin 40.000 manatını hesaba mədaxil edib qalan 11.500 manatını, xx.xx.2018-ci il tarixli 008904 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 11.000 manat pul vəsaitinin 6.996 manatını hesaba mədaxil edib qalan 4.004 manatını, xx.xx.2018-ci il tarixli 008953 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 6.200 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008990 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 45.000 manat pul vəsaitinin 35.981 manatını hesaba mədaxil edib qalan 9.019 manatını, xx.xx.2018-ci il tarixli 009021 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 55.000 manat pul vəsaitinin 48.100 manatını hesaba mədaxil edib qalan 6.900 manatını, ümumilikdə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 3 halda mədaxil etd iyi cəmi 8.494,4 manat çıxılmaqla "xxxx" MMC-yə məxsus cəmi 111.500,43 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018-ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 008036 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 20.840 manat pul vəsaitinin 12.940,38 manatını hesaba mədaxil edib qalan 7.899,62 manatını, xx.xx.2018-ci il tarixli 008810 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.400 manat pul vəsaitinin 25.000 manatını hesaba mədaxil edib qalan 400 manatını, xx.xx.2018-ci il tarixli 008832 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.600 manat pul vəsaitinin 3.470 manatını hesaba mədaxil edib qalan 1.130 manatını, xx.xx.2018-ci il tarixli 008952 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 68.600 manat pul vəsaitinin 18.500 manatını hesaba mədaxil edib qalan 50.100 manatını, xx.xx.2018-ci il tarixli 009168 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 009490 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 8.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə isə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba mədaxil etdiyi 200 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 94.329,62 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2019-cu il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2019-cu il tarixli 009587 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009743 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009790 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009841 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.200 manat pul vəsaitinin 10.200 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010045 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 60.000 manat pul vəsaitinin 52.000 manatını hesaba mədaxil edib qalan 8.000 manatını, xx.xx.2019-cu il tarixli 010144 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 22.061 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 010263 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 26.500 manat pul vəsaitinin 22.500 manat ını hesaba mədaxil edib qalan 4.000 manatını, xx.xx.2019-cu il tarixli 010330 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 118.000 manat pul vəsaitinin 110.750 manatını hesaba mədaxil edib qalan 7.250 manatını, xx.xx.2019-cu il tarixli 010400 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 50.000 manat pul vəsaitinin 41.300 manatını hesaba mədaxil edib qalan 8.700 manatını, xx.xx.2019-cu il tarixli 010425 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 32.000 manat pul vəsaitinin 22.500 manatını hesaba mədaxil edib qalan 9.500 manatını, xx.xx.2019-cu il tarixli 010589 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 100.000 manat pul vəsaitinin 93.200 manatını hesaba mədaxil edib qalan 6.800 manatını, xx.xx.2019-cu il tarixli 010664 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 200.000 manat pul vəsaitinin 195.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010703 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 61.000 manat pul vəsaitinin 44.500 manatını hesaba mədaxil edib qalan 16.500 manatını, xx.xx.2019-cu il tarixli 010868 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 46.000 manat pul vəsaitinin 33.100 manatını hesaba mədaxil edib qalan 12.900 manatını, xx.xx.2019-cu il tarixli 010947 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 75.000 manat pul vəsaitinin 53.300 manatını hesaba mədaxil edib qalan 21.700 manatını, xx.xx.2019-cu il tarixli 011065 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 140.000 manat pul vəsaitinin 135.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 011131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 54.000 manat pul vəsaitinin 39.000 manatını hesaba mədaxil edib qalan 15.000 manatını, xx.xx.2019-cu il tarixli 011198 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 23.000 manat pul vəsaitinin 15.600 manatını hesaba mədaxil edib qalan 7.400 manatını, xx.xx.2019-cu il tarixli 011577 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 011870 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 23.800 manatını hesaba mədaxil edib qalan 6.200 manatını, xx.xx.2019-cu il tarixli 013035 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 14.000 manat pul vəsaitinin 9.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 6 halda mədaxil etdiyi cəmi 17.45 5 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 159.956 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2020-ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2020-ci il tarixli 004196 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 42.500 manat pul vəsaitinin 30.900 manatını hesaba mədaxil edib qalan 11.600 manatını, xx.xx.2020-ci il tarixli 003385 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.400 manat pul vəsaitinin 860 manatını hesaba mədaxil edib qalan 2.540 manatını, xx.xx.2020-ci il tarixli 003402 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.000 manat pul vəsaitinin 13.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, ümumilikdə 2020-ci il üzrə "xxxx" MMC-yə məxsus cəmi 16.140 manat məbləğində pul vəsaitini mənimsəməklə, ümumilikdə qeyd edilən qaydada xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 528.458,05 manat (beş yüz iyirmi səkkiz min dörd yüz əlli səkkiz manat beş qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə həmin Cəmiyyətlərə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talayıb şəxsi ehtiyaclarına sərf etmiş, vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəa liyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Məhkum müdafiəçisi F.Z.Ələkbər-zadə və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətl əri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən həmçinin maraqlı şəxs - "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü mülki iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmiş, Məhkum mülkiyyətində olan, üzərinə həbs qoyulmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 528.458.05 manat məbləğində maddi ziyanın və 920 manat məbləğində dövlət rüsumunun öd əinlməsinə yönəldilməsi barədə müddəalar hökdən xaric edilmiş, hökm həmin mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.Z.Ələkbər-zadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, CPM bir sıra müddəalarına, iş üzrə toplanmış sübutlara istinad edən müdafiəçi F.Z.Ələkbər-zadə kassasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin hazırki iş üzrə təqsirli bilindiyi cinay əti törətməsini təsdiq edən mötəbər sübutlar olmadığı halda, hökmdə qeyd olunmuşdur, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törətməkdə təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünən həm də odur ki, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəyə tənqidi yanaşaraq şahidlər Şahid1 və Şahid2 biri-birini təkzib edən ifadələrinə daha üstün münasibət bəsləmiş, Məhkum tərəfindən xüsusilə külli miqdarda özgə əmlakını mənimsəməsi toplanmış və araşdırılmış başqa sübutlarla, o cümlədən tərtib olunmuş cədvəllərlə və məhkəmə ekspertizalarının rəyləri ilə təsdiq ed ilməmişdir. Qeyd olunan sübutların təhlili göstərir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən əldə olunmuş sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, belə natmama araşdırma nəticəsində isə Məhkum əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətində bunlarla bağlı daha geniş dəlillərə əsaslanaraq həmin müraciətin müəllifi hesab edir ki, hazırki iş üzrə daha ətraflı araşdırmanın aparılmasına ehtiyac var, buna görə də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməklə cinayət işi yeni yeni apellyasiya baxışına təyin olunmalıdır. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi F.Z.Ələkbər-zadə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və məhkumun müdafiəçisi F.Z.Ələkbər-zadə məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmişdir. Məhkəmə kollegiyası həm bununla bağlı, həm də Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi haqqında ərizəsinin daxil olmasını və dövlət it tihamçısı H.B.İmranovun rəyini dinləyərək Məhkum və müdafiəçisi F.Z.Ələkbərzadənin ərizələrinə məhkumun özünün, müdafiəçisi F.Z.Ələkbər-zadənin və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Belə ki, Məhkum müdafiəçisi F.Z.Ələkbər-zadənin kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli iclasına təyin edilmiş və kassasiya şikayətlərinə məhkəmə baxışı iclası keçirilməzdən əvvəl Məhkum müdafiəçisi F.Z.Ələkbər-zadə 01 fevral 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə Ali Məhkəməyə ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etdiyi Məhkum xahişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022- ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin baxışdan çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Eyni ilə Məhkum da 01 fevral 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək müdafiəçisi F.Z.Ələkbər-zadə tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılmasını və həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı cəzaçəkmə müəssisəsi rəisinin 01 iyul 2024-cü il tarixli 3-16-17/20-2/1316/2024 nömrəli məktubu ilə müşaiyət edilmiş və həmin sənədlər poçt vasitəsilə Ali Məhkəməyə göndərilmişdir. Məhkum və müdafiəçisi F.Z.Ələkbər-zadənin həmin ərizələri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 414.1-ci mad dəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Mhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kas sasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi F.Z.Ələkbər-zadənin ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından müdafiəçisi F.Z.Ələkbər-zadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi F.Z.Ələkbər-zadənin ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından onun müdafiəçisi F.Z.Ələkbər-zadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar