Məhkəmə qərarları › İş №1(102)-1317/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1317/2018

20.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1317/2018 20.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR 20 sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi-Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinə baxı lması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci iltarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər T.X.Nəsrullayeva və N.A.Kərimov) Məhkum (xx xx 1980-cı ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Nizami rayonu, ev1 yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X10 oğlu da məhkum edilmişdir. Mə hkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o,tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1040,016 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib xx xx 2016-cı il tarixdə qrupun digər üzvü olan X1 birgə “X11 Scale” markalı elektron tərəzidə çəkdikdən sonra xx xx 2016-cı il tarixdə idarə etdiyi “xxx” markalı, ** TL *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsində gizlətməklə saxlayıb Abşeron rayonu ərazisinə qanunsuz da şımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xx 2016-cı il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində E və Məhkum Bakı-Quba magistral yolunun 9-cu kilometrliyində, Abşeron rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün 712 saylı postunun yaxınlığında sonuncunun idarə etdiyi “xxx” markalı, ** TL *** qeydiyyat nişanlı avtomobildə saxlanılmış, həmin avtomobilə keçirilən baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları külli miqdarda narkotik vasitə heroinin 1040 qram olan hissəsi avtomobilin qabaq sağ oturaca ğının ayaqaltı hissəsindən bir ədəd polietilen torbada, qalan 0,016 qram olan qalıq hissəsi isə avtomobilin arxa yük yerində saxlanılan bir ədəd elektron tərəzinin üzərində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X5 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1040,016 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx xx 2016-cı il tarixdə sonuncu ilə birgə “X11 Scale” markalı elektron tərəzidə çəkdikdən sonra xx xx 2016-cı il tarixdə Məhkum idarə etdiyi “xxx” markalı, ** TL *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsində gizlətməklə saxlayıb Abşeron rayonu ərazisinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xx 2016-cı il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində E və Məhkum Bakı-Quba magistral yolunun 9-cu kilometrliyində, Abşeron rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün 712 saylı postunun yaxınlığında sonuncunun idarə etdiyi “xxx” markalı, 90 TL686 qeydiyyat nişanlı avtomobildə saxlanılmış, həmin avtomobilə keçirilən baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları külli miqdarda narkotik vasitə heroinin 1040 qram olan hissəsi avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd polietilen torbada, qalan 0,016 qram olan qalıq hissəsi isə avtomobilin arxa yük yerində saxlanılan bir ədəd elektron tərəzinin üzərində aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər E.M.Əhmədov və F.G.Zeynallıdan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmiş. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində müdafiəçi Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Məhkum verilmiş kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək xx xx 2018ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinin xx xx2018-ci il tarixli 17/33-4127 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx x x 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Hakimlər: Düzdür. Ali Məhkəmənin hakimi: imza imzalar Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar