Məhkəmə qərarları › İş №1(102)-1317/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1317/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1317/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103 )-433/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 19 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimov küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ona görə məhkəməyə verilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə, Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə, Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum özünün 30 aprel 2022-ci il tarixli müraciəti əsasında təsərrüfat və məişət xidməti işi üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasının Təsərrüfat xidmətində kitabxanaçı vəzifəsində cəza çəkərkən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 11.1 və 11.4-cü maddələrinin tələblərinə əsasən cəmiyyətdə qəbul edilmiş müvafiq davranış norma larına riayət etməli, digər məhkumlara qarşı nəzakətlə davranmalı olduğu halda, özünü onunla Təcridxananın 10-cu korpusunun 4 nömrəli kamerasında saxlanılan məhkumlar Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 üstün tutaraq saxlandıqları kameranı növbəlik əsasında təmizlənməsinin və digər məişət işlərinin yerinə yetirilməsinin onun əvəzindən də görülməsini onlardan tələb etmiş, 2022-ci ilin avqust ayının 23-də saat 10:20-də həmin kamerada məhkum Zərərçəkmiş şəxs yenə də kamerada təmizlik işləri görməsi barədə bildirdikdə, sonuncu bundan imtina etdiyindən, şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, birgəyaşayış və davranış qaydalarına etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadan kamerada olan 1 ədəd masanı və 2 ədəd stulları, eləcə də masanın üzərində olan ərzaq məhsull arını əli və təpiyi ilə vurub aşıraraq, sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsini sıxdıqdan və yaxasından tutub kənara itələyib sağlamlığa zərərvurmayan boyun nahiyəsinin qançırları xəsarətlərini yetirmiş, daha sonra hərəkətlərini davam etdirib kameranın pəncərəsinin yanındakı digər masanın üzərində olan boş şüşə bankasını götürüb Zərərçəkmiş şəxs sağ yan tərəfindən baş nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona baş beyin silkələnməsi ilə müşayiət olunan sağ alın cibinin xarici sümük səhifəsi hüdudunda məhdudlaşan, yerdəyişməyən xətti sınığı, sağ təpə nahiyəsinin əzilmiş yarası və dərialtı hematomasından ibarət xəsarətləri yetirərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim A.Şahid5) 22 noyabr 2022-ci il tarixli, 1(008)-843/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzas ına qismən birləşdirilməklə Məhkum üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

4. Hökmdən məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən E.E.Rəhimov, hakimlər F.İ.Əyyubov və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) 25 yanvar 2023-cü il tarixli, 1(103)-433/2023 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətiləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz və əsassız olmuşdur. Belə ki, birinci instansiya və apellyasiya məhkəməsində iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Müdafiə tərəfinin həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışında irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv tədqiqinə yönələn bir sıra vəsatəti təmin edil məmişdir. Bundan başqa, ittiham tərəfinin şahidləri ziddiyyətli, bir-birini təkzib edən ifadələr vermişdir və ittiham hökmünün əsasına qoyulmuş maddi sübutların götürülməsi haqqında protokolun yolverilməz sübut olduğu təsdiq edilmişdir. Həmçinin, məhkuma qarşı irəli sürülmüş ittiham hər hansı sübutla təsdiq edilməmişdir və hökmün əsasını mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlar təşkil etmişdir. Bundan əlavə, məhkum təqsirləndirildiyi maddədə qeyd edilən cinayət əməlini törətməmiş və o, Zərərçəkmiş şəxs vurmamışdır.

8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını və həmin hökmlə Məhkum İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avrop a Konvensiyasının 6-cı və 14-cü maddələri ilə nəzərdə tutulan hüquqlarının qanunsuz məhdudlaşdırılması və 18-ci maddəsinin pozulmasının tanınmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Məhkum cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlah iyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(103)433/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

16. Müdafiəçinin Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellya siya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tu tulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü ilə tövsif edilməsi, onun bu madd ə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

19. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktl ar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 verdiyi k assasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(103)-433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(103)-433/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar