Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1317/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla, X-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçi lmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 1(103)-1887/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.Məcidov (sədrlik edən), Z.Ağayev, S.Hüseynov) 07 oktyabr 2020-ci il tarixli, 1(101)-719/2020 saylı hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, c əzaçəkmə müddətinin əvvəli 27 fevral 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 1(103)-1887/2023 nömrəli qərarı ilə, (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(101)-719/2020 saylı hökmü məhkuma təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 1(103)-1887/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkumun cinayət işinin ibtidai istintaqı zamanı cinayətin açılmasına və digər iştirakçıların ifşa ediləməsinə fəal kömək etməsi məhkəmə tərəfindən nəzərə alınmamış ona ədalətsiz və ağır cəza təyin edilmişdir. Bu səbəbdən Məhkum apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və barəsində aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublika sı Ali Məhkəməsinə müraciət edərək ozü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etira zlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 1(103)-1887/2023 nömrəli qərarından məhkumun kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1317/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1317/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver