Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1318/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 2 37.2.3.-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər X3 və X6 ibarət tərkibdə) 27 sentyabr 2021-ci il tarixli hökmü ilə 1986-cı il martın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, əkinçiliklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşamış Məhkum Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ilə 6 (altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-in 237.2.3.-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsi əsasında Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlinin 2020-ci il iyunun 25-dən hesablanması, narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunması, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə) 13 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)355/2021 saylı hökmü Məhkum barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə və dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmışdır. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 Samir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkməklə, yetişdirməklə və onları (onların hissələrini) toplamaqla kultivasiya edib sa tış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə etdikdə 2020-ci ilin aprel ayında X5 məxsus icarə əsasında götürdüyü, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahədə əkmiş, onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin həyətyanı torpaq sahəsində əkməklə 2020-ci il iyunun 25-dək külli miqdarda tərkibində narkotik maddələr olan 391 ədəd çətənə (kannabis) bitkisinə və tərkibində narkotik maddələr olan 740 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, göstərilən çətənə (kannabis) bitki kollarından kustar üsulla hazırladığı külli miqdarda, yəni 18.015 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 24.155 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı satış məqsədi ilə qeyd edilən ünvandakı həyətyanə sahədə yerləşən tikilidə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəyə Məhkum razılığı və iştirakı ilə baxış zamanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bit kisi və 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, həmçinin sonuncunun həyətdəki girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi, kustar üsulla hazırlanan ümumilikdə 10 ədəd torbada olmaqla külli miqdarda, yəni dörd ədəd sintetik torbada 18.015 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və altı ədəd sintetik torbada 24.155 qram təmiz çəkidə narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində o saxlanılmış, sonra yaşadığı ünvanda həyətyanı sahədə iştirakı ilə keçirilən baxış zamanı əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş külli miqdarda 391 ədəd yaş vəzi yyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi və 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hamısı kökündən çıxarılaraq yerə səpilmiş vəziyyətdə aşkar edilmişdir. Əməlindən peşimandır və bütün bitkiləri yandırmaq üçün torbalara yığmışdır. Həmin bitkiləri yandırmaq üçün benzin də gətirmişdir. Aşkar edilən 10 ədəd torbada olmaqla külli miqdarda, yəni dörd ədəd sintetik torbada 18.015 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və altı ədəd sintetik torbada 24.155 qram təmiz çəkidə narkotik vasitə qurudulmamış marixuananı könüllü təqdim etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edib, onun əməlini CM-in 30, 234.4.3 və 30, 237.2.3cü maddələrinə tövsif edib cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hü quqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıl arı qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkumun təqsirlilik məsələsi mübahisələndirilməklə onun Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini başa çat dırmaqdan imtina etdiyi üçün cinayət işi üzrə icraata xitam verilməsi iddia edilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkumlar Məhkum Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində tədqiq edilmiş: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 25 iyun tarixli raportundan, Baş Mütəşəkkil Cinayətkarlı qla Mübarizə İdarəsinin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsinin eyni tarixli raportundan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 25 iyun tarixli Ə-87-007-20 №-li əmrinin kserosurətindən, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 27 iyun tarixli qərarının surətindən görünür ki, Məhkum Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyataxtarış qrupu yaradılmış və həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmiş, 2020ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ü nvanında yerləşən həyətyanı sahəyə baxış zamanı 391 ədəd böyük ölçüdə, 740 ədəd kiçik ölçüdə narkotik tərkibli çətənə kollarına oxşar bitki və 10 ədəd kisədə narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür; 2020-ci il 25 iyun tarixli ərizədən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin eyni tarixdə tərtib etdiyi protokoldan və «Maştağa» kənd təsərrüfatı məhsulları istehsalı müəsssisəsinin aqronomiki rəyindən görünür ki, Məhkum razılığı və iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən həyətyanı sahəyə videoçəkilişlə keçirilən baxış zamanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi, 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitili, həmçinin sonuncunun həyətdəki girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi 10 ədəd torbada narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüş, bir ədəd CD diski protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 26 iyun tarixli 7/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən dörd ədəd sintetik torbadakı ümumi təmiz çəkisi 18.015 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə ümumi təmiz çəkisi 24.155 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır, müvafiq qaydada səkkiz ədəd polietilen bağlamadakı 391 ədəd və iki ədəd sintetik bağlamadakı 740 ədəd yaş vəziyyətdə bitki nümunələri və şitilləri aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinə aiddir, qurudulmuş və qurudulmamış marixuananın tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram olmaqla ekspertiza tədqiqatının dəyəri 69,82 manat təşkil edir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutla ra birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlinmiş və onların həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edir və Məhkum ona ittiham olunmuş cinayət əməlini törətməkdən könüllü imtina etmə barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirirərək qeyd edir ki, CMnin 30.1-ci maddəsinə görə cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törə tməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. CM-in 30.2-ci maddəsində təsbit edilmişdir ki, cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. CM-in 30.3-cü maddəsinə əsasən, cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. Yuxarıda göstərilən normanın məzmunundan göründüyü kimi, cinayət törətməkdən könüllü imtina etmənin əsas təyinatı başlanmış, lakin başa çatdırılmamış cinayəti dayandırmağa nail olmaq, onun qarşısını almaqdan ibarətdir. Başqa sözlə, qanunverci belə stimullaşdırıcı normanın köməyi ilə şəxsi başlamış olduğu, lakin başa çatdırmadığı cinay ətdən könüllü əl çəkməyə vadar etmək məqsədi güdür. Lakin, araşdırılmış sübutlara əsasən müəyyən edilmiş hazırki işin faktiki halları Məhkum ona ittiham olunmuş cinayət əməlini başa çatdırmaqdan könüllü imtina etməsinə dair nəticəyə gəlmək üçün əsas vermir və məhkəmə kollegiyası bu baxımdan kassasiya şikayətinin göstərilən dəlilini də əsaslı və inandırıcı hesab edilməsi üçün əsaslar görmür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qan unsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmənin (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qa nunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin tox umlarını əldə edərək icarə əsasında götürdüyü, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahədə əkmiş, onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin həyətyanı torpaq sahəsində əkməklə 2020-ci il iyunun 25-dək külli miqdarda tərkibində narkotik maddələr olan bitki və onun şitillərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, göstərilən bitki kollarından kustar üsulla hazırladığı külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qeyd edilən ünvandakı həyətyanı sahədə yerləşən tikilidə saxlamış, yəni onun tərəfindən CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi başa çatmışdır. Məhkum polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı üm umilikdə 10 ədəd torbada olmaqla külli miqdarda narkotik vasitələri polis əməkdaşlarına təqdim etməsi onun tərəfindən cinayətin törədilməsindən könüllü imtina kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yus ifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər han sı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məh kəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət t ərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şik ayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunma sı barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1318/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1318/2023
26.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver