Məhkəmə qərarları › İş №1(102)-1318/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1318/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1318/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun nümayəndəsi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Rza oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2023-cü il tarixli, 1(103)-2446/ 2023 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi3 Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 23 noyabr 2023cü il tarixli, 1(001)-710/2023 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilən şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.

3. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 apellyasiya şikayəti verm işdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən, məruzəçi hakim), X9 və X1 ibarət məhkəmə tərkibində) 26 dekabr 2023-cü il tarixli, 1(103)2446/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin olunması, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materialların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tari xli, 1(103)-2446/2023 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi3 Rza oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmişdir ki, verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməməsi səbəbindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və xüsusi ittiham qaydasında verilmiş şikayətin qəbul edilməsindən imtina etmişdir. Apellyasiya məhkəməsi isə əsassız qərar qəbul etmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2023-cü il tarixli, 1(103)-2446/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

7. Ka ssasiya şikayətinə qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Müdafiəçi1 yazılı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2023-cü il tarixli, 1(103)2446/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

8. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Müdafiəçi3 Rza oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından ş ikayətinin təmin edilməsini xahiş etdi.

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiq inin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

15. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.

16. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır.

17. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük i ctimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı ş ahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası.

18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməkdə haqlı olmaması nəticəsinə gəlmiş və bu qənaətini aşağıdakı hallarla əsaslandırmışdır: - Vəfa Novruzovanın şikayətində İvtixar Piriyevin xx.xx.2 023-cü il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyət göstərdiyi Hökümət evi, 3-cü mərtəbə, 329 saylı otaqda Mədəniyyət Nazirliyinin digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə müzakirələr aparılan zaman "Vəfa bunlar sənin işindir", "Sən qəsdan o xidməti malumata qida xərclərini də əlavə etmisən ki, məbləğ çoxalsın və nazir etiraz etsin" kimi bilə-bilə onu nüfuzdan salan yalan məlumatları yayaraq ona qarşı böhtan cinayət əməlini törətdiyini iddia etməklə, CPM-in 293.3.2-ci maddəsinin tələblərinə əməl edilmiş törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi) göstərilmişdir. - X6 Nazirliyinə ünvanladığı məktubun özündə həmin məktubun imzalandığı tarixi və yer göstərilmədiyindən, xüsusi itti ham qaydasında şikayət vermiş şəxsdən şikayətdə göstərilməsini tələb etdiyi məlumatların əldə edilməsi və yeni şikayətdə göstərilməsi faktiki olaraq mümkün görünmür. - xüsusi ittiham qaydasında şikayət vermiş şəxsdən mümkün görünməyən tələblərinin icrasını istəmək prosessual qənaət prinsipi ilə də uzlaşmır. - Vəfa Novruzovanın təhqir olunduğunu iddia etdiyi paylaşımları İvtixar Piriyev sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində etmiş, bu da öz növbəsində xaricdə qeydiyyata alınan kütləvi informasiya vasitəsi olduğundan xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəm ə tərəfindən baxılır. - birinci instansiya məhkəməsi şikayətin aidiyyəti üzrə verilmədiyi qənaətinə gəldiyi halda, bu şikayətin icraata qəbulundan imtina üçün yox, aidiyyəti üzrə göndərilməsi üçün əsas ola bilərdi.

19. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində qeyd olunan məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən Mədəniyyət Nazirliyinə ünvanlanmış məktubda (hansı ki məktubun özünün imzalandığı tarix və yer göstərilməmişdir) və əsasən kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılmışdır. Həmin internet informasiya ehtiyatlarında olan çıxarışları xüsusi ittihamçı öz şikayətinə əlavə etmiş və məhkəmə yə də təqdim etmişdir. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə verilən təhqir və böhtan xarakterli məlumatlar üzrə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi məsələsi həll edilərkən ilkin sübutların təqdim edilməsi məsələsini araşdıraraq birinci instansiya məhkəməsinin şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında formal əsaslara istinad olunmaqla gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət hesab edilə bilməz.

20. Belə ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, böhtan xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdəkütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləv i çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

21. Şərh olunanlara əsasən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün qiymətləndirməməsi, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, xüsusi ittiham qaydasında şikayət ərizəsi və toplanmış materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi qənaətinə gəlmişdir.

22. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmu ş əsaslar mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir.

23. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tarixli, 1(103)2446/2023 nömrəli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.

24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 26 dekabr 2023-cü il tarixli, 1(103)-2446/2023 nömrəli qərarı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi3 Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar