Məhkəmə qərarları › İş №1(102)-1319/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1319/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1319/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri X10 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassas iya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynov) 08 iyul 2022-ci il tarixli, 1(101)-1023/2022 nömrəli hökmü ilə 14 iyun 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər dəfələrlə məhkum olmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Respublikası CM-in 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 09 ay 21 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 avqust 2021-ci il tarixində əlav ə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görəbəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X11 təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqa məlum olmayan «Natiq» adlı şəxslə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuzolaraq satışını həyata keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək sonuncudan istintaqla müəyyən edilməyən vaxt və şəraitdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,601 qram, 0,991 qram, 0,883 qram və 0,984 qram, ümumi təmiz çəkisi 4,459 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,723 qram və 22,688 qram, ümumi təmiz çəkisi 24,346 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə edib, üzərində daşımaqla saxlamış və 16 iyul 2021-ci il tarixdə, saat 21:35 radələrində Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,601 qram, 0,991 qram, 0,883 qram və 0,984 qram, ümumi təmiz çəkisi 4,459 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,723 qramvə 22,688 qram, ümumi təmiz çəkisi 24,346 qram olan külli miqdarda narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzovdan) 24 noyabr 2022-ci il tarixli 11(103)-1704/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Faiz Rzayev tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dö vlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Əhliman Məmmədovun bədəni üzərində xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Mətləb Məmmədzadə tərəfindən 108C-22 saylı araşdırma materialı üzrə 07 aprel 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müvafiq yuxarı prokurorlar və məhkəmə nəzarətini həyata ke çirən məhkəmə tərəfindən ləğv edilməmişdir. CPM-in 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi şəxsin cinayət təqibini istisna edən qərarlar ləğv edilmədiyi halda məhkəmə üçün də məcburi qüvvəyə malikdir. Buna baxmayaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərarı ləğv edilmədiyi və məhkəmə üçün preyudisial əhəmiyyətə malik olduğu və həmin qərarla Əhliman Məmmədovun polis bölməsində zorakılığa məruz qalması hadisəsinin baş verməməsi müəyyən edildiyi halda məhkəmə hökmündə həmin xüsusatla əlaqədar "Ə.Məmmədov ibtidai araşdırmanın ilkin mərhələsində təs ir və təzyiqlərə məruz qalmışdır" kimi qüsurlu ifadəyə yol verilmişdir. Qeyd olunan qüsurlu ifadə həm də, ifadə vermiş polis əməkdaşlarının ifadələri ilə də təqsirsizlik prezumpsiyası aspektindən təhlil edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Pandi Belçikaya qarşı” işi üzrə 21 sentyabr 2006-cı il tarixli qərarının 43-cü paraqrafına əsasən, hakimlər tərəfindən verilən bəyanatlar istintaq orqanlarının bəyanatları ilə müqayisədə daha ciddi təhlil edilir. "Minelli İsveçrəyə qarşı” işi üzrə 25 mart İ983-cü il tarixli qərarının 37-ci paraqrafına görə, şəxslə bağlı məhkəmə qərarı təqsiri qanuna uyğun olaraq sübut olunmamışdan əvvəl həmin şəxsin təqsirli olduğuna dair rəy ehtiva edərsə, təqsirsizlik prezumpsiyası pozulmuş olur. "Nestak Slovakiyaya qarşı” işi üzrə 27 fevral 2007-ci il tarixli qərarın 88-ci paraqrafına görə, məhkəmənin özü tərəfindən belə rəyin vaxtından əvvəl ifadə olunması bu prezumpsiyanı mütləq surətdə pozur. Göründüyü kimi, məhkəmənin hökmündə” Əhliman Məmmədovun ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır” kimi qüsurlu ifadədən istifadə edilməsi polis əməkdaşları barəsində həmin xüsusat üzrə müvafiq ittiham verilmədən və ittiham hökmü çıxmadan hökmlə müəyyən edilən hal olduğundan polis əməkdaşlarının təqsirsizlik prezumpsiyası hüququnu kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmə yibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət işi üzrə toplanmış materiallarından görünür ki, X11 istintaqa şəxsiyyəti məlum olmayan Natiq adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək üçün əvvəlcədən razılaşmış, əvvəllər də Natiq adlı şəxsdən narkotik vasitə və psixotrop maddə almış və həmin maddələrin satışını həyata keçirməklə satış məqsədi ilə qeyd olunan maddələri üzərində saxlamışdır. Cinayət işi materiallarından da görünür ki, X4 əvvəlcədən razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan “Natiq” adlı şəxsdən əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin narkotik vasitələrin və psixotrop maddələrin külli miqdar ilə bağlı siyahısına əsasən külli miqdar təşkil edir. Nəzərə alınmalıd ır ki, Ə.Məmmədovun üzərindən bir neçə ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması sonuncunun məhz həmin maddələri satış məqsədi ilə üzərində saxlamasına dəlalət edir. O cümlədən iş üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubunda da Ə.Məmmədovun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması qeyd olunmuşdur. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Əhliman Məmmədovun üzərinə video çəkilişlə şəxsi axtarış aparılarkən və maddi sübut götürülərkən müdafiəçisi X21 iştirak etməkdən imtina etmiş, təqsirləndirilən şəxsin özü isə müdafiəçisi Zakir Qafarovun iştirak etməməsinə etiraz etməmiş, onun əvəzinə həmin vaxt müdafiəçi kimi işə buraxılmış X12 həmin protokolu imzalamışdır. Bununla bağlı bu barədə protokol tərtib olunmuş, protokola iştirakçılar tərəfindən imza olunmuşdur. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci Polis bölməsində X4 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən beş ədəd sellofan paket bükümdə, bir ədəd gümüşü rəngli kağız bükümdə və bir ədəd qara rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Ə.Məmmədovun üzərinə narkotik vasitə qoyulmuşdusa o şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman bunu açıq şəkildə bildirmək imkanına da malik idi. Məhkəmə kollegiyası həmin işi qeyri-obyektiv, birtərəfli şəkildə apa raraq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş Əhliman Məmmədov cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya sı məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda birinci instansiyası mə hkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanı X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X4 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində şəxsi axtarış keçirilməsi barədə 16 iyul 2021-ci il tarixli protokolunu, şəxsi axtarışda iştirak etmiş şəxslər Şahid1 və Şahid2 Əbülfəz oğlunun şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya insta nsiyası məhkəməsi sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, X4 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X7 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiy ası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunu r. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət iş i üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək və zifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişdir. Belə ki, X4 üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa digər hallarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. X1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilən ittihamın əsasında məhz 16 iyul 2021-ci il tarixdə saxlanılarkən üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin aşkar edilməsi dayanır. Bakı şəhəri, Nəsimi rayon 21-ci Polis bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, saat 23:58-də əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis X13 iştirakları ilə şübhəli şəxs X4 üzərinə videoçəkilişdən istifadə olunaraq baxış keçirilmiş onun üzərindən 7 ədəd bükülülər aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Yalnız bu protokolla müəyyən edilən hallar, axtarış nəticəsində əldə edilmiş maddi sübutlar üzrə keçirilmiş məh kəmə-kimyəvi ekspertizasının rəyi, şəxsi axtarışda iştirak etmiş əməliyyat müvəkkillərinin şahid qismində ifadələri, eləcə də, aşkar edilmiş narkotik vasitənin maddi sübut kimi tanınması ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilməsi üçün X8 cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün istinad edilən yeganə sübutlardır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs X4 barəsində ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X4 üzərində şəxsi axtarış nəticəsində üzərində narkotik vasitənin tapılmasına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə s übutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, 16 iyul 2021-ci l tarixdə saat 22:35-də X11 şübhəli şəxs qismində tutulmuş və onun ərizəsinə əsasən ona təhqiqatçısının qərarı ilə dövlət hesabına müdafiəçi qismində 14 saylı Vəkil bürosunun vəkili X21 təyin edilmişdir. Müdafiəçi X21 Ə.Ə.Məmmədova təqdim edilmiş və sonuncunun razılığı ilə müdafiəçi qismində işə buraxılmışdır. X4 təhqiqatçı tərəfindən tutulması (tutulma haqqında protokolun tərtib edilməsi) müdafiəçi X14 iştirakı ilə saat 22:35-dən saat 22:50-dək keçirilmişdir. Bundan sonra Bakı şəhəri, Nə simi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən şübhəli şəxs X4 üzərində şəxsi axtarış aparılması haqqında qərar çıxarılmış və həmin qərar Ə.Ə.Məmmədova və onun müdafəçisi Z.Y.Qafarova təqdim edilmişdir. Həmin qərarın əsasında təhqiqatçı İ.Nəbizadə 16 iyul 2021-ci il tarixdə saat 23:58dən 17 iyul 2021-ci il tarixdə saat 00:50-dək (tutulma protokolunun tərtib edilməsindən 8 dəqiqədə sonra) şübhəli şəxs üzərində şəxsi axtarış aparmış, lakin müdafiəçi Z.Y.Qafarov axtarışda iştirak etməmişdir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs X4 üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə olunaraq keçirilmiş, onun üzərindən 7 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetami nə oxşar maddələr aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Şübhəli şəxs X4 müdafiəçisinin iştirakı olmadan axtarışın aparılması barədə ərizəsi işə əlavə edilməmişdir. Azərbaycan Respublikası CM-in 92.3.1 və 92.3.9-cu maddələrinin tələblərinə görə şübhəli şəxs tələb etdikdə və ya şübhəli şəxs tutulduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxs X4 üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın aparılması həm qanun tələblərinin kobud pozulması, həm də anlaşılmayan haldır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 göstərmişdir ki, 16 iyul 2021-ci il tarixdə üzərində ş əxsi axtarış aparma zamanı onun xahişlərinə baxmayaraq, müdafiəçinin iştirakı təmin edilməmiş, təhqiqatçı tərəfindən ona çap olunmuş vəziyyətdə onun adından guya vəkilin iştirakı olmadan üzərində axtarış aparılmasına etiraz etmədiyi barədə ərizə imza edilməsi üçün təqdim olunmuş, lakin həmin ərizəni o, imza etməkdən imtina etmişdir. Beləliklə cinayət işinin materiallarından görünür ki, şübhəli şəxs X4 üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin kobud qanun pozuntusu – müdafiə hüququnun pozulması ilə keçirilmiş şəxsi axtarış nəticəsində aşkar edilmiş və götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş X11 onun üzərindən narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsini təkzib edərək, narkotik vasitənin və psixotrop maddənin ona polis işçiləri tərəfindən qoy ulmasını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi səbəbindən protokolun imzalamasını və videoçəkiliş zamanı narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması barədə deməsini göstərmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi X9 18 iyul 2021-ci il tarixdə saat 10:50-də X7 müdafiəçi X14 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələr, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndində göstərilən hüquqları izah edilmiş, təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, ittiham elan edilməsi haqqında qərarın surəti verilmişdir. Həmçinin, müdafiəçi X14 iştirakı ilə təqsirləndirilən şəxsə müstəntiqə və prokurora etiraz etmək hüququ izah edilmiş və bu barədə protokollar tərtib etmişdir. Lakin təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, 18 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs X4 elan olunmuş ittiham üzrə dindirmə müdafiəçi X14 iştirakı ilə deyil, sonradan müdafiəçi kimi işə buraxılmış X5 iştirakı keçirilmişdir. Buna baxmayaraq, dindirmə zamanı təqsirləndirilən şəxs X4 ifadəsi vəsatət kimi qəbul edib, vəsatətə baxılması haqqında qərarın surəti məlumat üçün dindirmədə iştirak edən vəkil Qeybulla Cavadova yox digər müdafiəçi X17 göndərilmişdir. 18 iyul 2021-ci il tarixdə müdafiəçi X14 cinayət işində iştirakına xitam verilməsi cinayət işinə əlavə edilmiş k ompüterlə yazılmış təqsirləndirilən şəxsin ərizəsinə əsasən olmuşdur. Lakin məhkəmə iclasında dindirilmiş Ə.Ə.Məmmədov göstərmişdir ki, o, müdafiəçi Z.Y.Qafarovdan imtina etməmişdir. Polis əməkdaşları onu ərizəyə imza etməyə məcbur etmişlər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, hazırki cinayət işi üzrə ittihamın əsasını təşkil edən “şəxsi axtarış və götürmə haqqında” 16 iyul 2021-ci il tarixli protokol şəxsi axtarışın şübhəli şəxsin müdafiə hüququnun pozulması ilə keçirilməsi səbəbindən şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsin in 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası CM-in 92.3.1 və 92.3.9-cu maddələrinin tələblərinə görə şübhəli şəxs tələb etdikdə və ya şübhəli şəxs tutulduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 92.4.1 və 92.4.6-cı maddələrinin tələblərinə görə cinayət prosesində müdafiəçinin iştirakı bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi, 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda isə şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhk əmədə baxıldığı andan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsinin təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir. Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Bununla da, məhkəmələr əsaslı olaraq «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 16 iyul 2021-ci il tarixli protokolu və təqsirləndirilən şəxs Ə.Ə.Məmmədovun təqsirləndirilən şəxs dindirməsi 18 iyul 2021-ci il tarixli protokolunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatlar kimi hesab edərək, həmin sənədləri cinayət işi üzrə mötəbər sübut kimi qəbul etməmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Bakı şəhəri, Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokolda qeyd edilmişdir ki, axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilərək videoçəkiliş aparılmışdır. Lakin aparılmış videoçəkilişi əks etdirən CD disk cinayət işinin materiallarına əlavə edilməmiş və istintaq orqanı həmin videoçəkilişə baxış aparmamışdır. Həmin CD disk yalnız məhkəmənin sorğusuna əsasə n Nəsimi rayon prokuroru tərəfindən 01 iyun 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, diskdə olan fayllar isə 16 iyul 2021-ci il tarixli protokolda qeyd edilən vaxtdan əvvəl, yəni 16 iyul 2021ci il tarixdə saat 22:51-də diskə yazılmışdır. Buna baxmayaraq ibtidai istintaq araşdırmasını aparan müstəntiq Anar İbrahimovun sübutların qiymətləndirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli qərarında və digər müstəntiq Murad Mustafayevin 07 aprel 2022-ci il tarixli eyni adlı qərarında həmin “CD” disk mötəbər sübut kimi qiymətləndirilmişdir. Bakı şəhəri, Nəsimi rayon prokurorluğundan daxil olmuş video çəkilişin olduğu CD diskdə olan görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılması və maddi süb utun götürülməsini həyata keçirən təhqiqatçı saxlanılan şəxsə müraciət etməklə «narkotik vasitələri kimdən əldə etmisən» sualına kənardan müdaxilə edilərkən yönəldici «Natiq» sözü aydın olaraq işlədilir, məhz bundan sonra Əhliman Məmmədov həmin şəxsin adını bildirir. Bundan başqa video çəkilişin hansı tarixdə, harada, saat neçədə aparılması ilə bağlı məlumat verilmir. Azərbaycan Respublikası CPM-in 247-ci maddəsində qeyd edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt göstərilməlidir. Həmçinin, video çəkiliş zamanı saxlanılan şəxs Əhliman Məmmədov Azərbaycan Respublikası CM-in 297 və 298-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina edilməyə görə xəbərdar olunur. Göründüyü kimi, faktiki olaraq şübhəli şəxs statusuna malik olmuş Əhliman Məmmədov şübhəli şəxsə aid olan hüquq-müdafiə vasitələri ilə təmin edilmədən, həqiqi prosessual vəziyyətinin ziddinə olaraq ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməklə kamera qarşısında özünə qarşı ifadə verməyə məcbur edilmiş, bununla da X20 Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cımaddəsində nəzərdə tutulmuş susmaq və özünə qarşı ifadə verməmək hüquqları pozulmuşdur. Belə ki, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində şübhəli və ya təqsirləndirilən şəxsin susmaq və özünə qarşı ifadə verməmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmələr tərəfindən 16 iyul 2021-ci il tarixdə tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” protokol və axtarış keçirilməsinə dair videoçəkiliş kobud pozuntularla aparıldığından mötəbər sübut kimi qəbul edilməməsi də əsaslı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 öz ifadələrində iş üzrə müəyyən olunmuş hallara uyğun gəlməyən məlumatlar vermişlər. Belə ki, onlar ifadələrdə göstərmişlər ki, X4 üzərində şəxsi axtarış müdafiəçinin iştirakı ilə keçirilmişdir. Lakin, cinayət işində olan protokoldan görünür ki, vəkil X21 şübhəli şəxs Əhliman Məmmədovun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs Əhliman Məmmədov dindirilərkən bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə onu saxlayan şəxslər polis əməkdaşları Seymur Məmmədov və Rasim və ya Ramiz adlı şəxslər olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Şahid1 iştirakı ilə xatırlamadığı avtomobildə Əhliman Məmmədovu polisə dəvət edib, gətirmişlər. Digər şahid, polis əməkdaşı Şahid1 göstərmişdir ki, o, Seymur Məmmədov və Rasim Alıyevin iştirakları ilə qara “Prado” markalı avtomaşınında Əhliman Məmmədovu saxlamışlar və bu zaman Əhlimanın anası onlara müqavimət göstərmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 və X22 bildirmişlər ki, 16 iyul 2021-ci il tarixdə evdə olarkən Əhliman Məmmədovun qışqırıq səsinə bayıra çıxaraq, bir ayağı olmayan Əhlimanın əlləri arxadan qandallanmış vəziyyətdə üzü üstə asfaltda uzandığını və mülki geyimdə olan polis əməkdaşları tərəfindən sərt rəftar edərək, sürüyə-sürüyə qara rəngli “Cip” avtomobilin arxa oturacağına atılmasını müşayiət etmişlər. Birinci instansiya məhkəməsi iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-də əməliyyat müvəkkili X23 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Əhliman Məmmədovu tanımır, onu birinci dəfə görür. 16 iyul 2021-ci il tarixdə o, Əhliman Məmmədovun saxlanmasında iştirak etməmişdir. Onun özünə məxsus qara rəngi «PRADO» avtomobili var, nömrəsi SS-409-dur. Tədbirlərə gedəndə elə olmuşdur ki, onun maşını ilə getmişlər. Nəsimi RPİ-nin 21-ci PB-də əməliyyat müvəkkili işləmiş Şahid1 tanıyır. Deyə bilmir nəyə görə Şahid1 təqsirləndirilən şəxsin saxlanılması tədbirində onu n da iştirakının olmasını demişdir. Göründüyü kimi şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələri bir-biri ilə və işin digər halları ilə ziddiyyətli olduğundan şübhə doğurur. Bundan başqa, təqsirləndirilən şəxs Əhliman Məmmədov məhkəmədə dindirilərək göstərmişdir ki, ona məxsus «Tofaş» markalı **-OE-*** dövlət qeydiyyat nömrəli avtomaşından oğurluq faktını lazımı səviyyədə araşdırmadığından, onunla Nəsimi rayonu 21-ci Polis Bölməsinin əməkdaşı Seymur adlı əməkdaşla qərəzli münasibətlər yaranmış və sonuncu onu tutduracağını açıq bildirmiş və məhz bundan sonra 16 iyul 2021-ci il tarixdə onu Seymur adlı şəxs anası və qohumlarının yanında saxlayaraq «Land Cruiser» markalı qara rəngli avtomobilin arxa oturacağındakı ayaq altına uzadaraq, ayaqlarını onun belinə qoymuş, 21-ci Polis Bölm əsində isə Seymur və digər əməkdaşları onu döymüşlər. Birinci instansiya məhkəməsi iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Əhliman Məmmədovu tanıyır, onun məhəllədə narkotik vasitənin satışı ilə, istifadəsi ilə məşğul olması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılması əməliyyatında o, iştirak etməmişdir. Səhv etmirsə işlədiyi Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nə belə bir məlumat daxil olmuşdur ki, Əhliman Məmmədova məxsus avtomobilindən oğurluq olmuşdur. Sonra o, araşdırıb öyrənmişdir ki, Əhlimanın evinə narkomanlar girib-çıxır. Təqsirləndirilən şəxs oğurluq barədə telefon vasitəsilə 102 xidmətinə müraciət etmişdir. O, təqsirləndirilən şəxs 102-yə zəng edəndən sonra araşdırmağa gəl mişdir. Əhliman Məmmədov özü ona demişdir ki, avtomobilindən oğurluq olmuş, şifahi şikayət etmişdir. 16 iyul 2021-ci il tarixdə o, Əhliman Məmmədovu görməmişdir. Onun saxlanılması əməliyyatında onların əməliyyatçıları Orxanla Emil olmuşlar. O, həmin gün Əhlimanı PB-də görmüşdür. O, təqsirləndirilən şəxsi yerə uzanmış vəziyyətdə görmüşdür. Yanında çəliyi yox imiş. O, Əhliman Məmmədovu döyməmiş, polisdə heç kimi döymürlər. Təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə onun məlumatı olmuşdur. Onun əmisi oğlu var Kənan, sonra Orxan var, onlar da narkotik vasitənin satışı ilə məşğuldurlar. Təqsirləndirilən şəxsə heç bir fiziki zor tətbiq olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olan 26 iyul 2021-ci il tarixli 17/38 saylı məktubdan görünür ki, 19 iyul 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş X11 tibbi müayinədən keçirilən zamanı «sağ bilək nahiyəsində, hər iki dirsək nahiyəsində, sağ saidin arxa tərəfində və sağ baldırın ön tərəfində qərtməkli yara xəsarətləri» aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi rayon prokurorluğunun müstəntiqi X3 qərarından görünür ki, X4 bədəni üzərində xəsarətlərin Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X16 publik hüq uqi şəxsinin 26 mart 2022-ci il tarixli, 259 nömrəli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş və xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbisanitar Hissəsində baxış keçirilərkən qeyd olunan xəsarətlər – alın nahiyəsinin səthi əzilmiş yarası, sağ mil bilək oynağı, hər iki dirsək oynağı nahiyələrinin səthi əzilmiş-cırılmış yaraları, sağ saidin, sağ baldırın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, məhkəmə-tibbi müayinədən 6 aydan 1-1,5 ilə qədər əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ saidin və sağ baldırın əzilmiş-cırılmış yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvu rmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Ə.Ə.Məmmədovun bədən səthində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkən şəxsin göstərdiyi şəraitdə, yəni, insan bədəninin hissələri ilə endirilmiş zərbələrin (yumruq, təpik və.s) təsirindən əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət müh akiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə al araq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X7 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlər Şahid1 və Şahid2 ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilməd ikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfl i və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X4 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X11 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsi rləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2022ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar