Məhkəmə qərarları › İş №1(102)-132/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-132/2019

14.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 14 fevral 2019-cu il Bakı şəhəri Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Kazım oğlu Əliyev və Ənvər Əhməd oğlu Şadiyevdən ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində övlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rauf Əliyev, hakimlər Mirzə Xankişiyev və Faiq Qəniyevdən ibarət tərkibdə), Təqsirləndirilən şəxs xx xxxxxxx 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü madd əsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2016-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 1.020 qram çəkidə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını əldə edib, yaşadığı Lənkəran şəhərindən daşımaqla, Bakı şəhəri, ***************************** nömrəli binanın yanında torpağın altına basdırmaqla gizlədib saxlamışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 24 iyun 2016-cı il tarixdə, saat 01 radələrində, ünvan 2 ünvanının yaxınlığında saxlanılarkən, baxış zamanı əlindəki bir ədəd qara rəngli polietilen torbada 1.020 qram çəkidə narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, hakimlər Mirpaşa Hüseynov və Həsən Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş, hökm Təqsirləndirilən şəxs barəsində qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarından məhkum Təqsirlə ndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq araşdırması zamanı öz ilkin ifadəsində, həmçinin məhkəmələrdə narkomaniyadan əziyyət çəkdiyini, üzərində saxlanılan narkotik vasitənin tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını etiraf etmişdir. Belə ki, məhkəmə tərəfindən onun barəsində ittiham hökmü çıxarılan zaman cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Məhkəmələr ona cəza təyin edərkən, sərtliyinə görə ağır cəza təyin etmiş və yalnız ağırlaşdırıcı halları nəzərə almışlar. Kassator yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işini obyektiv və ədalətli araşdırmaqla, ona qismən yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısı K6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı dəyişdirilməli və onun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin iş üzrə onun cəzasını yüngülləşdirən və digər halları nəzərə almadan ona ağır cəza təyin etdiyini vurğulayaraq, ədalətli və humanizm prinsiplərini rəhbər tutaraq ona təyin olunmuş cəzanın qismən yü ngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bir sıra dəlillərə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr məhkum Təqsirləndirilən şəxs barəsində işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və apellyasiya instansiya sı məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarında göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymə t verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Apellyasiya məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-c ü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halların olmamasını, onun cavanlığını, ilk dəfə cinayət törətməsini və törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli b ilib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddətini 08 (səkkiz) ilə endirilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında “birinci instansiya məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs cavanlığını, ilk dəfə cinayət törətməsini və törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini, ağırlaşdırıcı halın olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları hökmdə qeyd etsə də, məhkumun barəsində onun törətdiyi cinayət əməlinin xara kteri və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun və ədalətli olmayan sərt cəza təyin etmişdir”-qənaətinə gələrək onun cəzasını yüngülləşdirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir, lakin bununla yanaşı aşağıdakılara əsasən məhkəmənin məhkuma təyin edilən cəzanın müddəti ilə bağlı qənaətini ədalətli hesab etmir: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır. Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlar dan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda cəzanın məqsədinə nail olmaq üçün ədalət prinsipinə əməl edilməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7- ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Həmin qərarda daha sonra göstərilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında ( “Delcourt Belçikaya qarşı” işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” işi üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Kollegiya qeyd edir ki, cəza sitəm xarakteri daşımamalı və şəxsin islah olunaraq yenidən tam yararlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Sərt cəza heç də həmişə cəzanın qanunla müəyyən olunmuş məqsədinə çatmağa xidmət etmir. Cəza təyin edilərkən iş üzrə bütün hallar müzakirə edilərək nəzərə alınmalı və nəticədə ə dalətin təntənəsi aşkar görünməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından müəyyən olunur ki, məhkum istər istintaq zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və narkotik maddəni əldə etdiyi mənbə barədə ətraflı ifadələr vermiş və narkotik maddəni öz istifadəsi üçün əldə etdiyini göstərmişdir. Cinayət işinin materiallarındakı Məhkəmə-narkoloji ekspertizasının 01.08.2016-cı il tarixli 1271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınma sı məsləhət görülür. Kollegiya vurğulamağı zəruri hesab edir ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlini etiraf edərək peşmançılığını bildirməsi, əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir. Cəza insanlarda vahimə yaratmaq xarakteri deyil, təqsirkarın islah olunaraq tam yararlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kollegiya qe yd edir ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ Siyahiya əsasən kokainin 1 (bir) qramı, heroinin 2 (iki) qramı, həşiş qətranının isə 40 (qırx) qramı külli miqdar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 1.020 qram çəkidə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını əldə edib, yaşadığı Lənkəran şəhərindən daşımaqla, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsindəki kirayədə yaşadığı 56 nömrəli binanın yanında torpağın altına basdırmaqla gizlədib saxlamışdır. Kollegiyanın qənaətinə görə, göstərilən Qanun müddəalarının tələbləri və Ali Məhkəmənin Plenum qərarının tövsiyyələri baxımından, həmçinin yuxarıda şərh edilənlərin fövqündə yanaşdıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti ədalətli görünmür. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdiriməsi əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, məhkumun şəxsiyyətini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzan ı yüngülləşdirən hallar kimi, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab edir və bu nəticənin qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməsi, göstərilən qərarın isə dəyişdirilməsi və məhkumun cəzasının yüngülləşdirilməsi əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Fərhad Əliyev Ənvər Şadiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar