Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum1 və Məhkum2, Məhkum2 müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Elmira Xandəmir qızının iştirakları ilə Göy göl Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarından Məhkum1, onun müdafiəçisi Seyidli Səadət Mərhəmət qızı və Zərərçəkmiş şəxs Firuddin oğlunun nümayəndəsi Heydərov Nadim Nadir oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abbasov Qələmdar Ələmdar oğlu) xx xxxxxx 1973-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhk um olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən ona Göygöl Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 70-ci maddələrinə əsasən 02 il sınaq müddəti ilə təyin olunmuş şərti məhkum etmənin ləğv olunması və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxxxxx 1975-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətən daşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Göygöl rayonu, Qızılca kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Göygöl Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti iləözgənin əmlakını gizli olaraq ələ keçirmək üçün tanışı, X6 və qohumu, Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2018-ci il tarixdən 11 may 2018- ci il tarixə keçən gecə qardaşı X2 Göygöl rayonu, Qızılca kəndində yerləşən yaşayış evindəki otaqda, çantada saxlanılan digər qardaşı Zərərçəkmiş şəxs məxsus, özgə əmlakı olan 4300 manat pulu gizli olaraq talayıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Həmin hökmlə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək üçün tanışı, X6 və qohumu, Məhkum1 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2018-ci il tarixdən 11 may 2018-ci il tarixə keçən gecə X2 Göygöl rayonu, Qızılca kəndində yerləşən yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq həmin evdəki otaqda, çantada saxlanılan Zərərçəkmiş şəxs məxsus, özgə əmlakı olan 4300 manat pulu gizli olaraq talayıb, yaşayış sahəsinə qanunsu z daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Çingiz Böyükxan oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Əliyeva Şəfiqə Musa qızından ibarət tərkibdə) 03 sentyabr 2019-cu il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum1 və onun müdafiəçisi Seyidli səadət Mərhəmət qızının apellyasiya şikayətləri təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarından Məhkum1, onun müdafiəçisi Seyidli Səadət Mərhəmət qızı kassasiya şikayətləri verərək Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilməsini, Zərərçəkmiş şəxs Firuddin oğlu nümayəndəsi Heydərov Nadim Nadir oğlu ilə birlikdə kassasiya şikayəti verərək Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilməsi, Məhkum2 isə təqsirli bilindiyi 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç bir cinayət əməlindən xəbəri olmamış, törətmədiyi əmələ görə məhkum olunmuş, barəsində aparıl mış cinayət işi qeyri-obyektiv araşdırılmışdır. Törətmədiyi əmələ görə cəza çəkməsini ədalətsiz hesab edir, odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində ədalətli qərar qəbul edilməsini və azadlığının bərpa olunmasını məhkəmədən xahiş edir. Məhkum1 müdafiəçisi Seyidli Səadət Mərhəmət qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki,apellyasiya məhkəməsinin qərarı ədalətsiz, qanunsuz, qeyri-obyektiv və qərəzlidir. Belə ki, apellyasiya məhkəməsində həyata keçirilən məhkəmə istintaq zamanı Məhkum1 onun yaşadığı evdə oğurluq olduğunu və oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini, əmisi oğlu olan digər Məhkum2 ona iş qurmaq üçün pul lazım olduğunu, qardaşı Zərərçəkmiş şəxs pulunun olub-olmamasını soruşmuş, o da öz növbəsində qardaş ı Zərərçəkmiş şəxsdən istəməsini bildirmişdir. Məhkum2 onu kafedə qoyub çıxandan təxminən yarım saat sonra kafedən əmisi ilə birgə çıxmış, sərxoş olduğundan əmisi onu özü evə gətirmiş və evə gələndən sonra öz otağında uzanıb yatmışdır. Səhər evdən oğurluq olduğunu biləndə oğurluğun əmisi oğlu Məhkum2 tərəfindən törədildiyini başa düşmüşdür. Çünki Məhkum2 ondan Zərərçəkmiş şəxsin pulunun olub-olmaması barədə maraqlanmışdır. Məhkum1 onun barəsində cinayət işi başlanıldığını birinci instansiya məhkəməsində tutulana qədər bilməmişdir. Özünün ruhiəsəb dispanserində qeydiyyatda olması, savadsız olması, müdafiəçisinin olmaması, habelə qardaşı Zərərçəkmiş şəxs yalnız Məhkum2 şikayətçi olmasına dair birinci instansiya məhkəməsində ərizə verməsi təsdiq edir ki, həqiqətən də Məhkum1 alınan etirafedic i ifadələr saxta olmaqla, həqiqəti əks etdirmir və həmin ifadələr Məhkum1 tərəfindən verilməmişdir. Hadisədən də göründüyü kimi, Məhkum2 evə oğurluğa girən zaman Məhkum1 evdə olmamış, həmin vaxt kafedə olmuşdur. Məhkum2 evə daxil olmaq üçün pəncərəni söküb evə daxil olması da təsdiq edir ki, Məhkum1 evdə olmamışdır. Əgər Məhkum1 evdə olmuş olsaydı, o zaman Məhkum2 niyə pəncərəni sökürdü?! Bundan başqa, oğurlanan pulun iki yerə bölünməsi, həmin puldan Məhkum1 payının ayrılmaması da təsdiq edir ki, Məhkum2 oğurluq hadisəsini Məhkum1 ilə əlbir olaraq törətməmişdir. Həmçinin, Məhkum1 oğurluq hadisəsinin baş verdiyi evdə yaşayır. Onun oğurluq etməsi üçün kiminləsə əlbir olmasına ehtiyac yox idi. Pulu oğurlanan qardaşı Məhkum1 hirnayəsindədir və onun Məhkum1 qulluğuna ehtiyacı var. Belə ki, Məhk um1 əlil olan qardaşları ilə birlikdə yaşayır və onlara qulluq edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bundan başqa, Zərərçəkmiş şəxsin nümayəndəsi Heydərov Nadim Nadir oğlu ilə birlikdə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsinin qərarını Məhkum2 və Məhkum1 münasibətdə təyin edilmiş cəzaya aid hissədə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasını dəyişdirilmədən saxlamaqda, Məhkum1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına endirməkdə haqlı olmamış, qanunun tələblərini pozmuşdur. Məhkəmə həmin cinayətin əsas iştirakçısının (icraçısının) Məhkum2 olmasını nəzərə almamış və ona yüngül cəza təyin etmişdir. Məhkum1 isə cinayət əməlindən ümumiyyətlə xəbəri olmaması və cinayət hadisəsi törədilərkən evdə sərxoş vəziyyətdə yatmasına baxmayaraq ağır cəzaya məhkum etmişdir. Məhkum1 yalnız Məhkum2 pul lazım olduğu üçün qardaşı Zərərçəkmiş şəxs pul olmasını və ondan borca pul istəməsini bildirmiş və Zərərçəkmiş şəxsin pulu harada saxlamasını demişdir. Məhkum1 gedib Zərərçəkmiş şəxsin pulunun oğurlaması barədə Məhkum2 heç nə deməmiş, hətta hadisədən sonra Məhkum2 pulu yalnız X6 ilə yarı bölmüşdür, Məhkum1 isə heç bir manat pul verməmiş və bu onu göstərir ki, Məhkum1 oğurluqdan heç bir xəbəri olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarını Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 01 ay azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməsi və Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirərək, Məhkum2 təqsirli bilindiyi 177.2.1 və 177.2.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum1 isə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət koll egiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum1 kassasiya şikayətlərinin təmin edilməsi, Məhkum2, onun müdafiəçisi E.X.Həsənova və dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin olunmaması, apellyasiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 14 3-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum1 və Məhkum2 törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Məhkum1 münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.1, Məhkum2 münasibətdə isə 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilinməsi və əməllərinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayə tlərinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərində işin hərtərəfli araşdırılmaması və ədalətsiz cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinyət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin, Məhkum1 və onun müdafiəçisini n apelyasiya şikayətləri təmin edilməməli, məhkum X6 müdafiəçisinin apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü məhkumlar Məhkum1 və X6 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkum1 və onun müdafiəçisi S.Seyidli tərəfindən verilmiş apelyasiya şikayətlərində, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətində işin faktiki hallarının Məhkum1 münasibətdə düzgün qiymətləndirilmədiyi, təqsirlilik məsələləri mübahisə edilir, cinayət hadisəsinin Məhkum1 tərəfindən törədilməməsi qeyd olunmuş, bu səbəbdən də Məhkum1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Bunanla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təq sirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; (CPM-in 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 42.2.2) cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 42.2.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 42.1.4). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Lakin yuxarıda göstərilən halların heç biri Məhkum1 hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apelyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla-məhkumun özünün həm ibtidai istintaq, həmdə birinci instansiya məhkəməsində verdiyi, digər məhkumların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla tamamilə təkzib edilmişdir. Gəncə Apelyasiya Məhkəm əsinin Cinayət Kollegiyası tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə məhkumlar yenidən dindirilmiş və işdə olan sübutlar tədqiq edilmişdir. Apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 CM-in 177.2.1-ci maddəsinin dispozisiyasmda əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apelyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət- mühakimə ic raatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM- in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət hadisəsinin Məhkum1 tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə tənqidi yanaşır və vurğulayır ki, sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum1 ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şik ayətlərinin müvafiq dəlillərini əsaslı hesab etməyərək təmin olunmasını mümkün hesab etmir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Məhkum1 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi normalar təqsirkarın əməlinə düzgün şamil edilmiş və o, həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan cinayət əməlinin Məhkum1 tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin, eləcə də özünün etirafedici ifadələri, maddi sübut, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum1 istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək törətdiyi əməllərindən peşman olmuşdur. Məhkum özü tərəfindən verilmiş apelyasiya şikayətində isə həmin ifadələrini inkar etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin iddia etdiyi məhkumun özünü təqsirli bilməsinin onun müdafiə hüquqlarının pozulması ilə əlaqədar olmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, cinayət işinin materialları ilə tam sübut olunur ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Məhkum1 müdafiəçisi cinayət işinin öyrənilməsinə müəyyən vaxt sərf etmiş, cinayət işinin materialları ilə tam tanış olmuş və məhkumun vəziyyətinin yüngülləşdirilməsi üçün bütün zəruri hərəkətləri etmişdir. Hazırki halda məhkumun müdafiə hüquqlarının pozulmasından söz gedə bilməz və bununla bağlı da məhkum və onun müdafiəçisi məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin apelyasiya şikayətinin həmin dəlilinə tənqidi yanaşır və məhkumun etirafedici ifadələrini onun təqsirini təsdiq edə cək sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum1 təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilm əz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də, işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum1, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apelyasiya şikayətlərinin dəlillərini əsas sız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apelyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Daha sonra məhkəmə kollegiyası Məhkum1 təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiyası məhkəməsi Məhkum1 əməlinin sübuta yetirilməsi və tövsifi məsələlərində düzgün hüquqi nəticəyə gəlsə də, ona təyin edilmiş cəza məsələsində CM-in 8, 41 və 58-ci maddəsinin tələblərini kifayət qədər nəzərə almamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, məhkum istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində törətdiyi əməli səmimi etiraf etmiş və zərərçəkmiş tərəfin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından göründüyü kimi Məhkum1 məsuliyyətini ağırlaşdıran yeganə hal əməlində cinayətin sadə residivinin olmasıdır. Birinci instansiya məhkəməsi də Məhkum1 barəsində olan yüngülləşdirici və ağırlaşdırıcı halı nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin etmiş, lakin CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın həddini müəyyən edərkən bir qədər sərt cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum1 apelyasiya instansiya məhkəməsində öz müdafiə hüququndan istifadə edərək Qanunda göstərilən üsul və vasitələrlə özünü müdafiə etməsi, özünün şüurunda özünü təqsirsiz hesab edərək, bu məqsədlə bəraət almaq üçün cəhdlər etməsi heç bir halda həmin şəxsin özü üçün hər han sı ağır nəticə ilə yekunlaşmamalı, bu müdafiə üsulunu seçdiyi üçün ona qarşı qərəzli davranılmamalı, bu mövqe heç bir halda həmin şəxs üçün ağır nəticələrə səbəb olmamalı, həmin şəxsə ağır cəzann təyin edilməsinə gətirib çıxarmamalıdır. Məsələyə bu mövqedən yanaşaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 özünü CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilməməsi və həmin maddə ilə ona bəraət verilməsini xahiş etməsi heç bir halda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə mane ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "CM-in 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2004-cü il tarixli qərarında göstərildiyi kimi cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət- hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətlilıyi, mütənasibliyi və fərdi ləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin dairəsi ilə əlaqəlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təh lükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhz edən cinayət məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, c əzanın məqsədinə xidmət etməli, cəmiyyətinin maraqlarının açıqaşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş cəzanın həddi aşağı endirilməlidir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2, 58 və 59-cu maddələrinin tələblərini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlil ik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və əməlində cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə, yəni azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələr ində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquq i nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasmdan ibarətdir. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Zərərçəkmiş şəxs nümayəndəsinin apelyasiya şikayətində Məhkum2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi iddia edilmişdir. Bununla bağlı kollegiyası aşağıdakıları qeyd edir. Cinayət hadisəsinin Məhkum2 tərəfindən törədilməsi özünün, digər məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanm ış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2, 58 və 59-cu maddələrinin tələblərini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və əməlində cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun c əzasının daha ağır cəza ilə, yəni azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və hə m məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasınd an və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasmdan ibarətdir. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə a lınan yüngülləşdirici halı, həm də apelyasiya instansiyasında müəyyən edilən halları təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını, yəni azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsi n nümayəndəsinin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarətdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında Məhkum1 və onun müdafiəçisinin, Zərərçəkmiş şəxs nümayəndəsi ilə birlikdə verdiyi apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni (o cümlədən Məhkum1 təyin edilmiş cəzanın endirilməli olduğu mövqeyini) işin faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum Qərarlarına və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum1 və Məhkum2 verilmiş ittihamın təsdiq edilmiş hesab olunması, təyin edilmiş cəzaların əsaslı sayılması üçün kifayət edir, ape llyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Məhkum1 və onun müdafiəçisi Seyidli Səadət Mərhəmət qızının kassasiya şikayətlərində Məhkum1 bəraət verilməli olduğu və barəsində cinayət təqibinə xitam verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri v ə kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, Məhkum1 bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələlərin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Şikayətlərdə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulmasına istinad edilsə də, bunun nədə ifadə olunduğu açıqlanmamışdır. İş materiallarından isə görünür ki, məhkəmələr tərəfindən qanun pozuntusuna yol ve rilməmişdir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2-ci bəndindəki izahı da nəzərə alır. Həmin bəndə izah olunmuşdur ki, “... şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır...”. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsasl ı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Məhkum1 və müdafiəçisi S.M.Seyidli tərəfindən verilmiş kassasiya şikayətləri və Zərərçəkmiş şəxs nümayəndəsi N.N.Heydərov ilə birlikdə verdikləri kassasiya şikayətinə münasibətdə), kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarı Məhkum1 və müdafiəçisi S.M.Seyidli tərəfindən verilmiş kassasiya şikayətləri və Zərərçəkmiş şəxs nümayəndəsi N.N.Heydərov ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-132/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-132/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver