Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X1 Məhkumun müdafiəçisi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran rayonunun Port-lliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi işlə məşğul olan, məhkum olunmamış,xxxx xxx oğlunun Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən və məruzəçi hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılov) xxx oğlu CM-in 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci in stansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi2 Əliyedər oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkib) apellyasiya şikayəti təmin edilməmiş. Apellyasiya protesti təmin edilmiş. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş. xxx oğlunun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş. xxx oğlu CM-in 204.2-ci-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. CM- in 69.3-cü maddəsinə əsasən xxx oğlunun 17 dekabr 2018-ci il tarixdən 28 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət 1 (bir) il 11 (on bir) gün müddət hazırki qərarla ona təyin edilən cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xxx oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 17 iyun 2020-ci il tarixdən hesablanması qarara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən xxx oğlu istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə xarici valyuta olan saxta pul əskinazlarını əldə edib satılması barədə şəxsiyyəti istintaqla araşdırılan «Apo» ləqəb li Ersan Arslan adlı şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, aralarında olan cinayətkar razılaşmaya əsasən Türkiyə Respublikasının İstanbul şəhərində olarkən sonuncudan 2 dekabr 2018-ci il tarixdə ofset çap üsulu ilə hazırlanmış, həqiqi 500 avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etməyən 84 ədəd saxta 500-lük, cəmi 42.000 avro məbləğində saxta pul əskinazlarını əldə edib Bakı şəhərinə gətirərək icarə əsasında işlətdiyi ofisdə saxlamış, 5 dekabr 2018-ci il tarixdə qeyd olunan puldan 34 ədəd saxta 500-lük, cəmi 17.000 avro məbləğində saxta pulu götürüb saat 16:15-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Binə» ticarət mərkəzində fəaliyyət göstərən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 1 saylı şöbəsinə gələrək orada pulun saxta olmasını bilməyən tanışı X2 vasitəsi ilə 1 saylı şöbənin əməkdaşı X3 həmin günün məzənnəsi ilə təşkil edən 32.606 manata dəyişdirərək satmaqla zərərçəkmiş şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra 8 dekabr 2018-ci il tarixdə pulların saxta olmasını bilən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin təklifi ilə Məhkum Asəf Novruzovun vasitəsi ilə 7 ədəd 500-lük, cəmi 3.500 avro məbləğində saxta pulu geri götürüb həmin günün məzənnəsi ilə 6.713 manat təşkil edən pulu Cəmiyyətin 1 saylı şöbəsinə qaytarmış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 dekabr 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 15:40-da Məhkum icarəyə götürdüyü ün van 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə baxış keçirilərkən onun şəxsi kabinetində olan masanın rəfindən çıxararaq təqdim etdiyi xarici valyuta olan saxta 57 ədəd 500-lük, cəmi 28.500 avro məbləğində saxta pul əskinazları aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarın ləğv edilərək, cinayət işini yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum xxx oğlunun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayət ini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı Müdafiəçi2 və dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məc əllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum xxx oğlunun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq QƏRARA ALİR: Məhkum xxx oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarından məhkumun müdafiəçiləri tə
Məhkəmə qərarları › İş №1(102)-132/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-132/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver