Məhkəmə qərarları › İş №1(102)-132/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-132/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2018-ci il tarixli qərarınd an məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Faiq Qəniyev və Mirzə Xankişiyevdən ibarət tərkibdə) 1(101)-1142/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1964-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsində аnаdаn оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, ailəli, оrtа təhsilli, Füzuli rayonu, Horadiz şəhəri 2 saylı orta məktəbdə gözətçi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda da yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilinərək, оnа Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin еdilmiş, Аzərbаycаn Rеspublikаsı CM-in 66.3-cü mаddəsinə əsаsən, təyin olunmuş cəzаlаrı qismən tоplаmаq yolu Təqsirləndirilən şəxs qəti оlаrаq, 7 (yeddi) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzаsına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin əvvəli 28 fevral 2017-ci il tаriхdən hеsаblanmışdır. X2 və X5 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2017-ci il tarixdə Füzuli rаyоnu ərаzisində оlаrkən, tеlеfоn vаsitəsi ilə İran İslam Respublikası ərazisində yаşаyаn bаşqа şəхslə sаtış məqsədi ilə külli miqdаrdа müхtəlif çеşidli nаrkоtik vаsitələri əldə еdib qаçаqmаlçılıq yоlu ilə Аzərbаycаn Rеspublikаsınа gətirmək hаqqındа qabaqcadan əlbir olan bir qrup şəxs halında rаzılığа gələrək, 25 fevral 2017-ci il tarixdə Аzərbаycаn Rеspublikаsının Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük keçid məntəqəsindən İran İslаm Rеspublikаsının ərazisinə keçib orada bаşqа şəхslə görüşüb külli miqdarda, yəni təmiz çəkisi 289,25 qram narkotik vasitə olan tiryəki və 10,57 qram qurudulmuş marixuananı Аzərbаycаn Rеspublikаsınа gətirib bаşqа şəхsə vеrməsi üçün оndаn qəbul еdib nаrkоtik vаsitələri gömrük nəzаrətindən gizlətmək üçün bаşqа şəхsin еvinin hаmаm оtаğındа daxili orqanlarında yerləşdirib gizlədərək, 26 fevral 2017-ci il tarixdə qаçаqmаlçılıq yоlu ilə, yəni Аzər bаycаn Rеspublikаsının Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük keçid məntəqəsinin ərаzisindən gömrük nəzаrətindən gizli Azərbaycan Respublikasının ərazisinə keçirib Bəhramtəpə-Biləsuvar yolunda daxili orqanlarından хаric еdib qanunsuz оlаrаq, Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 30 sаylı ünvаndа yеrləşən еvinə daşıyıb saxlamış, sоnrа isə qrupun İrаn İslаm Rеspublikаsındа оlаn digər üzvünün tаpşırığı ilə 28 fevral 2017-ci il tarixdə «Horadiz-Bakı» marşrutu ilə işləyən avtobuslа qanunsuz olaraq, Bakı şəhərinə daşımış, Bаkı şəhərində isə Bədəlоv Əhməd Rаmiz оğlunun təklifi ilə həmin tarixdə, saat 14 radələrində sаtış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 289,25 qram narkotik vasitə olan tiryəki və 10,57 qram qurudulmuş marixuananı Bakı şəhəri, Nizami rayonu, “Qa ra Qarayev” metrostansiyasının çıxışının yaxınlığında yerləşən “Panda” geyim mağazasının qarşısına gətirib Bədəlоv Əhməd Rаmiz оğlunа vеrmək istəyərkən, оnlаr Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar, bu səbəbdən də Bədəlоv Əhməd Rаmiz оğlu öz irаdəsindən аsılı оlmаyаn səbəblərdən sаtış məqsədi ilə külli miqdаrdа nаrkоtik vаsitəni əldə еdə bilməmişdir. Dövlət Təhlükəsizliyi Хidmətinin əməkdаşlаrının dаvаm еtdirdikləri əməliyyаt tədbirləri nəticəsində Həşimоv Vüqar Tofiq oğlu Bədəlоv Əhməd Rаmiz оğlunа həmin tаriхdə 110 (bir yüz оn) mаnаt pul vеrib sifаriş еtdiyi şəхsi istehlаk miqdarından аrtıq, yəni 10 qrаm çəkidə nаrkоtik vаsitə оlаn tiryəki Bədəlоv Əhməd Rаmiz оğlundаn аlmаq məqsədi ilə sааt 14 rаdələrində sоnuncunu Bakı şəhəri, “Kоmsоmоlski dаirəsi” аdı il ə tаnınаn yеrin yахınlığındа qurаşdırılmış sааtın yаnındа gözləyərkən, saxlanılmış, bu səbəbdən də о, öz irаdəsindən аsılı оlmаyаn səbəblərdən cinayət əməlini törətməyə yönəlmiş qəsdini bаşа çаtdırа bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Namiq Məmmədov, hakimlər Əflatun Qasımov və Əmir Bayramovdan ibarət tərkibdə) 1(103)330/2018 nömrəli, 11 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanmış, məhkum Təqsirləndirilən şəxs barəsində apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 11 may 2018-ci il tarixli qərarı ləğv edilsin və ona təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində müəyyən olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq hökm və qərarı çıxararkən, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, Birinci Qarabağ müharibəsi veteranı olması, həyat yoldaşının əlil olmasını, şəkər xəstəliyindən əziyyət çəkməsini, yaşadığı yerdən və iş yerindən müsbət xarakterizə olunması nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını din ləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəmə sinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçü n həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyəti ilə bağlı kassasiya şikayətində sadalanan halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhk umun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qa nunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olması, iş yerindən və yaşayış yerində müsbət xarakterizə olunması, cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, N nömrəli hərbi hissənin yaranmasının N illiyi münasibəti ilə fəxri fərmanla təltif olunması, “şəkərli diabet İİ tip orta ağır gedişli forma” diaqnozu ilə Füzuli Mərkəzi rayon Xəstəxanasında qeydiyyatda olması yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət əməllərini törətməkdə təqsirli bilinərək, оnа Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) i l müddətinə azadlıqdan məhrumetmə cəzası təyin еdilmiş, Аzərbаycаn Rеspublikаsı CM-in 66.3-cü mаddəsinə əsаsən, təyin olunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə Təqsirləndirilən şəxs qəti оlаrаq, 7 (yeddi) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayə tin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Məhkum Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, onun əvvəllər məhkum olunması onun şəxsiyyətini səciyyələndirən əlamətdir. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 ma y 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının 11 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar