Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Salmanov Elnur Nizami oğlunun iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Salmanov Elnur Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), İ.A.Mahmudov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən), R.M.Abdulov və Q.X.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya şikayətinə əlavə isə təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum törətmiş olduğu cinayət əməli Az ərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM- in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 1 (bir) il 10 (on) ay həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddətə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin müddət təyin olunmuş cəzasından çıxılmış və üzərində son cəza 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilmiş və o, təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin ç əkməkdən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib, məhkum olunmuşdur ona görə ki, o, əvvəldən tanıdığı digər şəxsə məxsus ünvan 2 ünvanında yerləşən evdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satışını aralarında razılaşdıqdan sonra, sonuncu tərəfindən Məhkum verilmiş sellofan kəsiyi bükümlərində hər birinin çəkisi ayrı-ayrılıqda 0,378 qram, 0,383 qram 0,362 qram və çəkisi 0,055 qram olan siqaretin gümüşü kağızına bükülmüş halda dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 1,178 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlayaraq daşıyarkən, 3 yanvar 2019cu il tarixdə saat 17:20 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsində B inəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmam ış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə həmçinin qeyd olunur ki, Məhkumlə cinayət əlaqəsinə girməkdə ittiham olunan və barəsində cinayət işi ayrılmış X1 barəsində istintaq orqanı tərəfindən əməlində cinayət tərkibi olmaması əsası ilə 11 noyabr 2019-cu il tarixli qərarla cinayət təqibinə xitam vertildiyindən Məhkum əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsinin əsassız olmasına dair məhkəmənin gəldiyi nəticə doğrudur, lakin həmin nəticə təqsirləndirilən şəxs Məhkum üzərində aşkar edilən narkotik vasitələri satış məqsədi ilə əldə etməməsi nəticəsinə gəlinməsi üçün əsas ola bilməz. Dövlət ittihamçısının fikrincə, məhkəmə Məhkum əməlini CM-in 234.2-ci maddəsi ilə tövsif etməli idi. Protest müəllifinin hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi Məhkum barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi zamanı da səhvə yol verilmişdir. Belə ki, qeyd olunan Qərarın 36-cı bəndinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq olunmasına dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmin tələbləri pozaraq səlahiyyət həddini aşmaqla E.Hümbətəliyevi cəzanın çəkilməmiş hissəsindən azad etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçi si tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum barəsində olan cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla istintaq aparılmış, ona görə də toplanmış sübutlar mötəbər hesab edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi barədə Məhkum və müdafiəçi E.Salmanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi və amnistiya aktının müddəalarının düzgün tətbiq edilməməsi mübahisə edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırı lır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictima i təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtl ərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və pros essual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamam lığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünün etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid6, Şahid5, Şahid3, Şahid1, Şahid7, Şahid4 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2019-cu il tarixli, 94 saylı rəyi, məhkəmənarkoloji ekspertizasının 20 fevral 2019-cu il tarixli, 359 saylı rəyi, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sübutlar ın məcmusu ilə tam sübuta yetirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». "Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına əsasən narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılm ası hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhə rli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarından hər hansı biri müəyyən edilmir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərkən bununla bağlı geniş şərh verildiyindən, məhkəmə kollegiyası təkrar geniş şərhə zərurət görməyərək hesab edir ki, kassasiya protestinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum narkotik vasitələrini satış məqsədi ilə əldə etməsinə dair protestinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, istintaq orqanı tapılıb istintaqa təqdim edilmədən, qanunla nəzərdə tutulmuş qaydada dindirilmədən (15 iyun tarixli qərarla barəsində ayrıca icraatda cinayət işi ayrılmışdır) Məhkum aşağıdakı məzmunda ittiham elan etmişdir: “... Məhkum tanışı X4 məxsus ünvan 2 ünvanında yerləşən evdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satışını aralarında razılaşdıqdan sonra, sonuncu tərəfindən Məhk um verilmiş sellofan kəsiyi bükümlərində hər birinin çəkisi ayrı-ayrılıqda 0,378 qram, 0,383 qram 0,362 qram və çəkisi 0,055 qram olan siqaretin gümüşü kağızına bükülmüş halda dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 1,178 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlayaraq daşıyarkən, o, 03 yanvar 2019-cu il tarixdə saat 1720 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsind ə nəzərdə tutulan cinayət əməlini törətmişdir...”. Birinci instansiya məhkəməsi də həmin ittihamla razılaşmışdır (X10 hökmün cinayətin təsviri hissəsində digər şəxs kimi göstərməklə). Məhkəmə kollegiyası qeyd edir ki, həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, X10qabaqcadan cinayət əlaqəsinə girməklə bu barədə sövdələşmələri ilə əlaqələndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin baş müstəntiqinin 11 noyabr 2019-cu il tarixli qərarından görünür ki, X10 əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə barəsində cinayət təqibinə xitam verilmişdir. Həmin qərarda həmçinin geyd edilmişdir ki, “...cinayət işinin materiallarından görünür ki, X2 Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satışını aralarında razılaşması xüsusatı kifayət qədər sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş sellofan kəsiyi bükümlərində hər birinin çəkisi ayrı-ayrılıqda 0,378 qram, 0,383 qram 0,362 qram və çəkisi 0,055 qram olan siqaretin gümüşü kağızına bükülmüş halda dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,178 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini o, satış məqsədi ilə üzərində saxlayaraq daşıması təsdiq olunsa da, lakin həmin narkotik vasitələrin X10 tərəfindən ona verilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsX11 həmin narkotik vasitələri X10 birlikdə satışını təşkil etməsi sonuncunun ifadəsindən savayı he ç bir sübutla təsdiq olunmamışdır...”. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının özünün gəldiyi həmin nəticə kassasiya protestinin dəlillərində iddia olunan mövqenin əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Həmçinin, məhkəmə kollegiyası kassasiya protestinin amnistiya ak tının düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü maddələrinin tələblərinə görə bu Qərarın 2.2-ci və 2.3-cü hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan Qərarın 36-cı bəndinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxs lər barəsində amnistiya tətbiq olunmasına dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş və Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınının 16 noyabr 2021ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli hökmü protestə əsasən ləğv edilmiş və c inayət işinin yenidən baxılması təyin edilmişdir Ona görə də Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı qəbul edilərkən, o, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş və hökm qanuni qüvvəyə minmədiyi üçün təyin olunmuş narkomaniyadan məcburi müalicə icra edilmədiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs barəsində 05 noyabr 2021-ci il tarixli amnistiya aktını tətbiq edərək, məhkuma təyin edilmiş cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə d əlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-132/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-132/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver