Məhkəmə qərarları › İş №1(102)-1320/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1320/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1320/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1989-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşamış, hal-hazırda həbsdə olan Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(124)-160/2022 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), A.T.X10yeva və H.Şahid2) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikas ı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 5 avqust 2021-ci il tarixindən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli 1(105)-68/2023 nömrəli qərarı ilə (hakimlər: M.Ə.X10yev (sədrlik edən), E.M.Əhmədov və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilmə miş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(124)160/2022 nömrə hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan X10 adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin, tiryəkin, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin qoyulduğu ərazidən götürüb deyilən yerə çatdırması və əvəzində həmin narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini özünə qazanc kimi götürməsi müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmişdir. Bu məqsədlə 05 avqust 2021-ci il tarixdə saat 11 radələrində X10 adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirdiyi psixotrop maddə və narkotik vasitələrin əldə edilməsinə köməklik etməklə, bunları Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetinin yaxınlığında yolun kənarında qoyulduğu yerdən selofan bağlamada götürməklə, 1 ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 352,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 62,256 qram, 65,594 qram, 263,849 qram və 19,056 qram, ümumi təmiz çə kisi 410,755 qram ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə 2 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkisi 172,908 qram və 180, 675 qram, ümumi təmiz çəkisi 353,583 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki və təmiz çəkisi 660 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, həmin psixotrop maddə metafetaminin 62,256 qram çəkidə bir bükümünü əynindəki qara rəngli şalvarın sağ yan cibində, qalan narkotik vasitələri və psixotrop maddələri isə yaşadığı ünvan 2 ünvanında mətbəxin girişin dəki dolabda idman çantasının içərisində saxlamışdır. Daha sonra həmin tarixdə, saat 15:30 radələrində Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksinin ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 62,256 qram çəkidə psixotrop maddə metamfetamin, bundan sonra əməliyyat tədbirlərinin davamı kimi onun yaşadığı ünvan 2-ə baxış keçirilən zaman evin mətbəxinin girişindəki dolabda idman çantasında saxladığı bir ədəd bükümdə kü lli miqdarda 352,525 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd bükümdə 2 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkisi 172,098 qram və 180,675 qram, ümumi təmiz çəkisi 353,583 qram tünd qəhvəyi rəngli qətranabənzər, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, üç ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 365 qram, 195 qram və 100 qram, cəmi 660 qram çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 65,59 qram, 263,89 qram və 19,056 qram ümumi təmiz çəkisi 348,499 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiy a şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, barəsində olan cinayət işi kobud qanun pozuntuları ilə aparılmış, tutulan zaman polis işçiləri tərəfindən döyülmüşdür. Məhkum həmçinin hesab edir ki, onun əməlində qaçaqmalçılıq cinayətinin tərkibi yoxdur. Belə ki, onun telefon nömrələrində hər hansı bir şəxslə əlaqəsinin olması təsdiq olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmiş dir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində olan cinayət işinin ibtidai istintaqının və məhkəmə baxışlarının qanun pozuntuları ilə aparıldığı bildirilir və ittihamının CM-in 32.5, 206.2-ci maddəsi ilə olan hissəsinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onl arın prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gö mrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə; Azərbaycan Respublikası CM-in 234.3-cü maddəsində “Narkotik vasitələrin və ya psixo trop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı dəlillərlə qismən razılaşaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əs asən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum özünü ona elan edilmiş ittihamda qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilsə də, iş materiallarına əlavə edilmiş şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 avqust 2021-ci il tarixli protokol, “mənzilə baxış və götürülməsi haqqında” 5 avqust 2021-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 6 avqust 2021-ci il tarixli, 6/3330 saylı rəyi, məhkəməbioloji ekspertizasının 6 avqust 2021-ci il tarixli 7/747 saylı rəyi, ambulator məcburinarkoloji tibbi yoxlamanın 9 oktyabr 2021-ci il tarixli 3849 saylı ekspert rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində toplanmış sübutlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və həmin maddələrlə təqsirli bilinmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur və məhkumun qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, məhkə mələr Məhkum həmin narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində köməkçi qismində iştirak etməsi nəticəsinə gələrək onun əməlini CM-in 32.5, 206.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosia l və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyni ləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, Məhkum işin halların da təsvir olunan qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitələrini və psixotrop maddələrini əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi cinayətinin icrasında rolu olmamış, yalnız külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, daşıma və satması cinayətində iştirak etmişdir. Belə ki, Məhkum verilmiş ittihamdan görünür ki, o telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan X10 adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin, tiryəkin, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin qoyulduğu ərazidən götürüb deyilən yerə çatdırması və əvəzində həmin narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini özünə qazanc kimi götürməsi müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum İran İslam Respublikasının vətəndaşı olan X10 adlı ş əxslə hər hansı bir əlaqənin (o cümlədən telefon əlaqəsi) olmasını təsdiq edən sübut yoxdur. Belə ki, mobil telefonun yaddaşına baxış keçirilməsi haqqında 12 noyabr 2021-ci il tarxili protokoldan görünür ki, Məhkum məxsus “Samsung” markalı mobil telefonunun yaddaşında kontaktların siyahısında xarici ölkələrə məxsus nömrə aşkar edilmədi. Mobil telefonun yaddaşına baxış keçirildikdə telefondan çıxan və daxil olan zənglər arasında xarici ölkələrə məxsus nömrələr, həmçinin iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. (cild 1, v 169) İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi Abşeron Rayon Polis İdarəsinin 3 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Abşeron RPİ-nin istintaq Şöbəsində aparılan ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq bil dirilmişdir ki, Məhkum qeyd olunan narkotik vasitən haradan və nə məqsədlə əldə etməsinin, eləcə də onun istifadəçisi olub-olmaması, narkotik maddələrin satışı ilə məşğul olub-olmamasının, “X10” adlı şəxsin şəxsiyyəti və yerinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, Məhkum İİR-dan daxil olan narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilsə də, “X10” adlı şəxsin şəxsiyyəti və olduğu yer barədə müsbət nəticə əldə edilməmişdir. (cild 1, v.145) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin narkotik vasitələrin və psixotrop maddalərin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək na rkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 6-cı bəndində qeyd edilir ki, “narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorla rı) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıla rın rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Nəzərə almaq lazımdır ki, CM-in 206.2-ci maddəsinin dispozisiyasında bu normada göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən “gömrük nəzarətindən kənar”, “gömrük nəzarətindən gizli”, “sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə”, “bəyan etməməklə” keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Məsələn, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittih amın faktiki məzmununu narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük nəzarətinin həyata keçirildiyi xüsusi yerlərdən kənarda (sərhəd-gömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi hərəkətlər təşkil etdiyi halda, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırılmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) qaçaqmalçılığı cinayətini törətməsi barədə ittihamın və bu ittiham üzrə şəxsin təqsirli bilinməsinə dair məhkə mə hökmünün CPM-in 7.0.20, 223.3.2 və 353.2.1-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün ittihamın (ittiham üzrə məhkəmə qənaətinin) konkret olması, cinayətin hansı üsulla törədilməsini, məkan və zaman barədə məlumatlar da daxil olmaqla müvafiq üsulu təşkil edən hərəkətləri və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə ilə uzlaşan sübutları əks etdirməsi tələb olunur.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən Məhkum aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ümumiyyətlə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirilib-gətirilməməsi aydınlaşdırılmamışdır. İşdə Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadəsindən başqa bununla ba ğlı heç bir sübut yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında məhkəmələrə tövsiyə olunur ki: “23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayə tin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsi n təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.

24. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rəd d edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-in 32.5, 206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli, Məhkum CMin 32.5, 206.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən, cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum üzərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxs lərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uy ğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirs izlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanu na müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir hald a məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilsin və təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə cinayət işinə xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci və 66.3-cü maddələri ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar