Məhkəmə qərarları › İş №1(102)-1321/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1321/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1321/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi ilə xx xxxxxxx 1958-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından məhkum edilmiş şəxs tə rəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə (hakim M.İsayev) Məhkum Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən xüsusi ittihamçı və məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Əliyev və E.Ə.Camalov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2020ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci insta nsiya məhkəməsinin hökmünə əsasən X4 yalan olduğunu bilə-bilə qəsdən xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, onu ağır cinayətlərdə ittiham etməklə böhtan ataraq, həmin yalan məlumatları kütləvi informasiya vasitəsi olan internet informasiya ehtiyatlarında yaymışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə xitam verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti pozulmaqla işə baxılmışdır. Məhkum hesab edir ki, xüsusi ittiha mçının haqqında məlumatlar kütləvi informasiya vasitəsi olan “Kanal 13” və “Kanal 24” internet televiziyalarında yayıldığından həmin televiziyalara yerləşdiyi ərazinin məhkəməsi tərəfindən işə baxılmalı idi. Bundan başqa, məhkumun fikrincə, birinci və apelyasiya instansiyası məhkəmələri onun xüsusi ittihamçının təqdim etdiyi diskdə əks olunmuş çıxışını əsas tutaraq onu məhkum edərkən həmin çıxışın hansı üsulla və kimin tərəfindən yayılmasını, çıxışın yayılmasında onun rolunun olub-olmamasını araşdırmamışlar. Halbuki, o, sözügedən internet kanallarına müraciət etməmiş, kanalın əməkdaşı özü onunla əlaqə yaratmışdır. Məhkum həmçinin qeyd edir ki, məhkəmə ekspertizasının rəyindən görünür ki, təqdim olunan diskdə xüsusi ittihamçının şərəf və ləyaqətini alçaldan söz və ifadələrdən istifadə olunm amışdır. Bu da onu göstərir ki, onun hərəkətlərində CM-nin 147-ci maddəsinin tərkibi yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cin ayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları il ə xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin İX hissəsində təsbit edilmişdir ki: “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.” Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütlə vi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin dispozisiyası ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməklə böhtan atmanı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan “Böhtan” cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qanunun mənasına görə təqsirkar şəxsin bilavasitə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yalan olduğunu bilməsi zəruridir və o, həmin yalan məlumatları məhz digər şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti ilə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığını dərk etməli və bunu arzu e tməlidir. Təqsirli şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığı məlumatların həqiqiliyinə inanırsa, yalan olduğunu bilmirsə və ya həmin məlumatları yayarkən başqa şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti güdmürsə CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Ona görə də hər bir halda, məlumatları yayan şəxsin birbaşa qəsdinin müəyyən edilməsi onun əməlində CM-nin 147-ci maddəsinin əlamətlərinin olub-olmaması nəticəsinə gəlinməsi üçün zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittiham ın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən “Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə;” CPM-nin 293.3-cü maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilməlidir: “293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyad ı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. c inayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası.” Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən: “Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etm əklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün t ətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz q ərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan ol duğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böh tan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət gö stərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyəl ər nəzərə alınmaqla hazırki işin materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Xüsusi ittihamçı X1 Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış şikayətində ünvan 1 sakini Məhkum ittihamı belə təsvir olunur: “Məhkum informasiya vasitələrində, yəni 31 dekabr 2019-cu il tarixdə,01-07 yanvar 2020-ci il tarixlərində Kanal 13 TV və Kanal 24 TV-də əsassız olaraq məni (yəni X2) ağır cinayətdə ittiham etmişdir. Belə ki, mənim XXXXX kənd bələdiyyə vəzifəsinə seçilməyimlə bağlı 12 min manat Lənkəran rayon İcra başçısına rüşvət verməyimlə əlaqədar yalan məlumat vermişdir. Mən heç vaxt Məhkum belə bir ifadə işlətməmişəm. Məhkum informasiya vasitələrində narkotik vasitələrin onun evinə və maşınına atacağım barədə yalan məlumat yaymışdır. Məhkum atam X10la torpaq mübahisələri olduğu na görə mənim şərəf və ləyaqətimi alçaldaraq rüşvət verməkdə və digər ağır cinayətdə ittiham etmişdir. Narkotik vasitələrin daşınması, gəzdirməsi, saxlanması və satması cinayətdir. Məndə belə maddə hardandır?” Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması, xüsusi ittiham qaydasında verilmiş şikayətin Lənkəran Rayon Məhkəməsinə aid olub-olmaması barədə qanunvericiliyin tələblərinə əməl edilməmiş və kifayət qədər əsaslandırma aparılmadan şikayət icraata qəbul edilərək baxılmışdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətindən internet kana llarının qeydiyyatının aparılmamasına dair arayış almaqla kifayətlənmiş, Məhkum müraciətinin yayıldığı ”Kanal 13 TV” və “Kanal 24 TV”-nin Azərbaycan Respublikasında hüquqi ünvanının olub olmamasını aydınlaşdırmamışdır. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Məhkum xüsusi ittihamçının rüşvət verdiyini deyil, rüşvət verməsi barədə ona danışdığını bildirməsi, söylənmiş fikirlərin ittihamda yazılanlarla eyni məzmunlu olmaması nəzərə alınmamış, Məhkum həmin cinayəti tək deyil, başqa şəxslərin təhriki ilə törətdiyi yazılsa da, həmin faktların hansı sübutlara əsasən yazıldığı, habelə Məhkum narkotiklərlə bağı dedikləri fikirlərin hansı cinayətin tərkibini yaratdığı göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mə nsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən qanunvericiliyin bu tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə-linqvistik ekspertizasının 01 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, xüsusi ittihamçı tərəfindən şikayətə əlavə edilərək məhkəməyə təqdim edilmiş diskdəki video görüntülərdə Məhkum dövlət tərəfindən şəxsinə və ailəsinə verilən pay torpağında əkin-biçin, tikinti kim i heç bir işlə məşğul ola bilmədiyini, torpağa tökdüyü 5000 daşın gecə vaxtı X11 və qardaşları X12, X13 tərəfindən çaya töküldüyü, hətta X10 və qardaşları tərəfindən dəfələrlə öldürülməklə, onun və oğlunun maşınına narkotik maddələr atılması ilə hədələndiyini bildirmiş, barəsində Azərbaycan Respublikasının dövlət rəhbərlərinə müraciət etdiyini, lakin həmin müraciətlərin Lənkəran rayon İcra hakimiyyətinə yönləndirildiyini, X10un özünün dediyinə görə icra başçısına 12000 manat pul verdiyini, buna görə də ona qarşı heç bir tədbir görülmədiyini qeyd etmişdir. Məhkum Daxili İşlər Nazirliyinə, Lənkəran rayon polisinə, Əmlak Komitəsinə, 102 xidmətinə məsələ ilə bağlı müraciətlər etsə də, heç bir qanuni tədbir görülmədiyini söyləmiş videogörüntü vasitəsi ilə bu qeyri-qanuniliklərə son qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-linqvistik ekspertizasının rəyi ilə müəyyən edilir ki, xüsusi ittihamçının şikayətində Məhkum irəli sürülən ittihamlarla onun sübut kimi təqdim etdiyi diskdə aşkar edilən görüntülər arasında olan ziddiyyətlər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, video görüntüdən görünür ki, Məhkum pozulduğunu hesab etdiyi hüquqlarının bərpa edilməsi və həmin pozuntulara yol vermiş vəzifəli şəxslər barəsində (həm də təkcə X11 deyil) tədbir görülməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edir. “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dö vlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.” Həmin Qanunun 3.0.5-ci maddəsinə əsasən “şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət”dir. Həmin Qanunun 12.4-cü maddəsinə görə “Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və mü dafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.” Həmin Qanunun 15-ci maddəsində vətəndaşların teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə müraciət etmək hüquqları da nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qanunla qorunan hüquqlarının vəzifəli şəxs tərəfindən pozulduğu nəticəsinə gələrək kütləvi informasiya vasitələrinə müraciət etməklə səlahiyyətli dövlət orqanlarına və ya vəzifəli şəxslərə şikayət edilməsi zamanı məlumatları yayan şəxsin (hazırkı iş üzrə Məhkum) birbaşa qəsdinin müəyyən edilməsi onun əməlində CM-nin 147-ci maddəsinin əlamətlərinin olub-olmaması nəticəsinə gəlinməsi üçün zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən qanunun bu tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülən dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil etməklə və qanunvericiliyin yuxarıda istinad edilən normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrini rəhbər tutmaqla müzakirə edərək hesab edir ki, Məhkum xüsusi ittihamçı X2 ağır cinayətlərdə ittiham etməklə böhtan atması məhkəmələr tərəfindən kifayət qədər əsaslandırılma aparılmadan icraata qəbul edilərək baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən e dərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Yuxarıda şərh olunanların araşdırılmasını zəruri hesab edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli ilkin baxış qərarı və 04 mart 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi apelyasiya instansiya məhkəməsinin ilkin məhkəmə baxışına təyin olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il t arixli ilkin baxış qərarı və 04 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə ilkin məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar