Məhkəmə qərarları › İş №1(102)-1321/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1321/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1321/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə CM -nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2700 (İki min yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olmaqla,Bakı şəhəri, Biləcəri qəsəbəsi, döngə 1 ünvanında yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 yanvar 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 5 (beş) ay 22 (iyirmi iki) gün təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 8 (sə kkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhərinin Böyükşor qəsəbəsi ərazisində sökülən evlərin alınaraq həmin evlərin ölçülərini Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artırıb sonradan həmin evləri baha qiymətə satacağına dair yalan məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanda ye rləşən metronun «Əhmədli» stansiyasının yaxınlığında 10.000 (on min) manat pulunu, 2016-cı ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında 10.000 (on min) manat pulunu, 2016-cı ilin dekabr ayının ortalarında ünvan 3 ünvanda yerləşən «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında 10.000 (on min) manat pulunu, 2017-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən metronun «Əhmədli» stansiyasının yanında 10.000 (on min) manat pulunu, 2017-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında 10.000 (on min) manat pulunu, 2017-ci ilin iyul ayının ortalarında ünvan 4 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 13.000 (on üç min) manat pulunu, 2017-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasmın yaxınlığında 8.000 (səkkiz min) manat pulunu, 2017-ci ilin noyabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 10.000 (on min) manat pulunu, 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 8.000 (səkkiz min) manat pulunu, 2018-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında 10.000 (on min) manat pulunu, 2018-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanda yerləşən «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında 11.000 (on bir mi n) manat pulunu, 2019-cu ilin yanvar ayının ortalarında ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 9.000 (doqquz min) manat pulunu və 25 oktyabr 2020-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında yerləşən parkda 2.000 (iki min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda-121.000 (bir yüz iyirmi bir min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 29 aprel 2022-ci il tarixli qərarı ilə apellya siya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv olunaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülən ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı prosessual pozuntularla müşahidə olunmuşdur. Həmçinin məhkum kassasiya şikayətində zərər çəkmiş şəxslə barışıq əldə etməsi, gənc olması nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs məhkəməyə naməlum səbəblərdən gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xid mətinin 13 saylı cəzaçəkmə müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum ərizəsi 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin 19 oktyabr 2022-ci il tarixli xx/xx-4123 saylı məktubu ilə müşaiyət olunmuşdur. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imt ina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar