Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1321/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 17 avqust 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və Yusifov Şahin Yaşar oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən v erilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1962-ci il tarixdə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 12 mart 2020-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 204.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 avqust 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Nübarəli oğlu 2019-cu ilin avqust ayında tanışları - Şirvan şəhər sakini olan Təqsirləndirilən şəxs6, Astara rayon sakini olan Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Səccad adlı İran İslam Respublikasının vətəndaşı ilə külli miqdarda – 400 qram çəkidə narkotik vasitə olan heroinin satış məqsədilə qanunsuz əldə edilərək qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Səccad adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan ş əxs 22-23 avqust 2019-cu il tarixlərində Məhkum sifariş verdiyi faktiki təmiz çəkisi 253,07 qram olan heroini, əlavə olaraq külli miqdarda təmiz çəkisi 1164,85 qram olan tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, külli miqdarda təmiz çəkisi 962,35 qram olan tünd qəhvəyi rəngli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranı, külli miqdarda quru halda təmiz çəkisi 60,11 qram olan tünd bej rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, külli miqdarda 69 ədəd bej rəngli və 10 ədəd ağ rəngli həblərin tərkibindəki ümumi təmiz çəkisi 3,16 qram (79 həbdə) olan əsas komponent narkotik vasitə - metadonu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Az ərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Astara rayonu istiqamətində keçirərək həmin rayonun ərazisində Lənkəran-Astara yolunun kənarındakı yol nişanının altında yerləşdirmiş və İrana qayıtmışdır. Bundan sonra Səccad adlı İran İslam Respublikasının vətəndaşı sifariş edilmiş narkotik vasitələrin İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə mobil telefon vasitəsilə Məhkum və Təqsirləndirilən şəxs1 məlumat vermiş, daha sonra Təqsirləndirilən şəxs1 ümumi cinayətkar niyyətə uyğun olaraq narkotik vasitələrin gizlədildiyi həmin yerə gedib onları götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib, qanunsuz daşıyaraq yaşadığı Astara rayonunun Kakalos kəndindəki evində gizlətməklə saxlamış və bu barədə Məhkum mobil telefonla məlumat vermişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 204.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə 06 (altı) il, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin ə vvəlinin 27 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, hökmün Məhkum münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə aid hissədə ləğv edilməklə və təqsirli bilindiyi digər maddələrin sanksiyalarının aşağı həddində cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs4 və digər Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apel lyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti, Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddələrlə 04 il 06 ay müddətə azadlıqdan məhr um etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 06 il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddələrlə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Təqsirləndirilən şəxs5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmaqla təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1338/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Hazırda apellyasiya instansiyası məhkəməsin in həmin qərarından Məhkum kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkib əlamətinin olmadığı iddia edilməklə ona həmin maddə ilə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərin ə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum kassasiya şikayətində törətdiyi əməldə Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsinin tərkib əlamətinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla ə laqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006- cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
22. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etm əklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
23. Məhkəmə kollegiyası Məhkum törətdiyi əməlində Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsinin tərkib əlamətinin olmadığına dair hazırki kassasiya şikayətində göstərdiyi dəlilləri nəzərdən keçirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün qanuniliyini və əsaslığını yoxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə artıq ətraflı cavablandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə işin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkə mə təcrübəsinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
24. Bununla yanaşı, məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticəni təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğu na dəlalət edən kimi qəbul edir.
25. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Az ərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə ko llegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-102/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.