Məhkəmə qərarları › İş №1(102)-1322/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1322/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1322/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-593/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 31 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 197.2 və 200.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 197.2-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 20 0.2.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 06 fevral 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-911/2021 nömrəli, 24 i yun 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 31 mart 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)194/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-911/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 31 mart 2021-ci il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi5 tərəfində n apellyasiya şikayəti verilməsinin bərpa edilməsi barədə vəsatət verilmişdir.

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən apelyasiya şikayəti verilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-593/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti vermidşdir. II. Kassas iya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti səhhətində yaranmış problemlərə görə buraxmışdır. Məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərarının qərarın ləğv edilməsi, apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu an dan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

15. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

16. Hazırki halda cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 31 mart 2021-ci il tarixli hökmünün surətini Məhkum 05 aprel 2021-ci il tarixdə almış və bunu müvafiq bildirişə imza atmaqla təsdiqləmişdir (cild 9, səh. 106).

17. Bununla belə, Məhkum və onun müdafiəçisi Müdafiəçi5 apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin b ərpa edilməsi barədə vəsatətləri 09 dekabr 2022ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Nəticədə, məhkum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 01 ildən çox vaxt keçmişdir.

18. Kassasiya şikayətində Məhkum tərəfindən birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsi onun səhhətində yaranmış psixoloji problemlərlə izah edilsə də, məhkəmə kollegiyası nəzərə alır ki, bu dəlili təsdiqləyən hər hansı sübut nə birinci, nə də ki apellyasiya instansiyası məhkəmərinə təqdim edilməmişdir.

19. Göstərilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını müəyy ən edən Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən bu instansiyada yeni sübutlar təqdim edilmir, kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən, yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayəthüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələsinə münasibət bildirilir.

20. Baxılan kassasiya şikayətinə yeni əlavə edilmiş tibbi sənədlərdə Məhkum bütün bu dövr ərzində psixoloji problemlər yaşadığı göstərilsə də, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə həmin sənədlərin hazırki mərhələdə qəbuledilməz olduğu ilə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərə istinadla apelly asiya şikayətinin vaxtında verilməməsinə dair izah ağlabatan hesab edilə bilməz ən azından ona görə ki, cinayət işinin materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 03 iyun və 24 iyun 2021-ci il tarixli məhkəmə baxış protokollarından göründüyü kimi, məhkum dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protesti üzrə məhkəmə iclaslarında dövlət tərəfindən ona təyin edilmiş müdafiəçisi ilə birlikdə iştirak etmiş, apellyasiya protestinin təmin edilməməsini xahiş etməklə sərbəst şəkildə özünün müdafiəsini həyata keçirmək iqtidarında olmuşdur (cild 10, səh. 19, 43).

21. Təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyekti v əsas mövcud olmamış, yəni, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 27 dekabr 2022-ci il və 14 fevral 2023-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2021 nömrəli, 31 mart 2021-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

22. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ər zində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir ( X5rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-593/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-593/202 3 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar