Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1322/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X6 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X13 17 aprel 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almış şəxs X9 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 18,767 qram olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2022-ci il tarixdə saat 12:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən külli miqdarda narkotik vasitə - kimyəvi tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,223 qram və 9,544 qram olmaqla ümumi təmiz çəkisi 18,767 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin a şkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X5 və X2 ibarət məhkəmə təkibində) 12 oktyabr 2023-cü il tarixli, 1(101)-1113/2023 nömrəli hökmü ilə X9 Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi üçün bəraət verilməsi, X13 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X9 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən d övlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, bəraət hökmünü ləğv edərək X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilib maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət məhkəmə tərkibində) 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestnini təmin edilməməsi, X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Ci nayətlər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(101)-1113/2023 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olmaları kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübut ları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq X7 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarı ilə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir.
8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
10. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya mü raciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi A zərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.2-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti ya radır”.
18. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
19. CPM-in 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.
20. CPM-in 139-cu maddəsi bu normada təsbit olun muş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiall ardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
26. Dövlət ittihamçısının kassasiya protestində X7 ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrinə, onun üzərindən 9,223 qram və 9,544 qr am olmaqla ümumi təmiz çəkisi 18,767 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 19 noyabr 2022-ci il tarixli protokola, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlara (narkotik vasitə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, X7 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxsə qeyd olunan maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.
27. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəm ə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
28. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya m üraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi i lə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların a raşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
32. Məhkəmələrin X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi haqqında qənaətləri X7 özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların h əqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən bəraət almış şəxs X7 istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış danışıqların statistik açıqlamaları və sms yazışmalırının mətni, şahid qismində dindirilən Şahid1, Şahid3, Şahid2 və X1 ifadələrinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1427 saylı ekspert rəyinə və digər sənədlərə əsaslanmışlar.
33. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasi ya protestində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
34. X7 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayət- prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstə rir.
35. Belə olan halda, X9 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.
36. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-125/2024 nömrəli qərarı Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.