Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1323/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Toğrul Rza oğlu Adgözəlovun və məhkumun müdafiəçisi Radmila Abul qızı Abilovanın iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-139/2022 nömrəli qərarından məhkum T.R.Adgözəlov tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 1(091)-042/17 nömrəli hökmü ilə X10 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Adgözəlov X9 Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci tarixli, 1(091)-042/17 saylı hökmündən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizə ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakim Nahid Mirzəyev) 09 dekabr 2021-ci il tarixli, 1(091)-042/17 nömrəli qərarı ilə X10 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cu maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2017-ci tarixli, 1(091)-042/17 saylı hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum X10 oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 1(107)-139/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə məhkum Toğrul Adgözəlovun apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından məhkum X10 oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X10 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətin bərpası ilə bağlı çıxarılmış apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz, əsassız və qərəzli olduğundan, ləğv edilməlidir. Belə ki, o, istər birinci instansiya, istərsə də apelyasiya instansiyası üzrə məhkəmə baxışı zamanı kifayət qədər mötəbər sübutlar təqdim etmiş və əlavə olaraq, çoxsaylı sənədlərin surətini göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kas sasiya şikayətinin dəlillərini araşdırıb, cinayət proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə X10 oğlu Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 oktyabr 2021-ci il tarixdə məhkum Adgözəlov X9 Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci tarixli hökmündən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizə ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə X10 oğlunun Azərbaycan Respublikası CM-in 178.3.2-cu maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2017-ci tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum X10 oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı ilə məhkum Toğrul Adgözəlovun apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən h ökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, məhkum T.R.Adgözəlov hökm elan edildiyi tarixdə 21 avqust 2017-ci tarixdə məhkəmə iclasında iştirak etmiş, hökm elan olunduqdan sonra hakim hökmdən kassasiya şikayəti vermə müddətini və qaydasını izah etmişdir. İş materiallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 1(091)-042/17 nömrəli hökmü məhkum X10 oğluna rəsmi qaydada göndərilmiş, X10 oğlu da 01 sentyabr 2017-ci il tarixdə qəbzə imza edərək (cild 10, i.v. 149) rəsmi qaydada qərarın surətini götürmüşdür. A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 01 sentyabr 2017-ci il tarixdən başlamış və 20 sentyabr 2017ci il tarixdə başa çatmışdır. Məhkum X10 oğlunun apelyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi 10 saylı cəzaçəkmə müəssisəsi rəisinin 29 oktyabr 2021-ci il tarixli məktubu ilə 15 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. Məhkum vəsatətini onunla əsaslandırmışdır ki, o, hökmdən hansı müddət ərzində apelyasiya şikayəti vermək hüququnun olduğunu bilmiş, lakin hökmün ədalətsiz olduğunu iddia edərək hökmdən apelyasiya şikayəti verməmişdir. Həmin halların apelyasiya şikayətinin verilmə müddətinin buraxılması ilə bağlı üzrlü səbəb kimi nəzərə alıb apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum X10 oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətində göstərdiyi dəlilləri apelyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də məhkum X10 oğlunun apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Beləliklə iş materiallarından görünür ki, apelyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq düzgün nəticəyə gəlmişdir ki, məhkum X10 oğlu tərəfindən apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apelyasiya şikayə tini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən məhkum X8 Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin məhkum Toğrul Adgözəlovun vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası cinayət proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkum X10 oğlunun apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin hazırki kassasiya şikayətinə baxılması ilə əlaqədar məhkum T.R.Adgözəlovun vəsatətinə əsasən hüquqi yardım göstərilmə si üçün dövlət hesabına ona müdafiəçi – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Abilova Radmila Abul qızı təyin edilmiş və işin baxılmasında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum X10 oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Kassasiya şikayəti təmin edilməsin. X10 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə mə hkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. X10 oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Abilova Radmila Abul qızına məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 10 (on) saat üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abilova Radmila Abul oğlunun işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün.
Məhkəmə qərarları › İş №1(102)-1323/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1323/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver