Məhkəmə qərarları › İş №1(102)-1323/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1323/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1323/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X5 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs Allahverdiyev Şahin Bəhrəm oğlunun iştirakları ilə, Allahverdiyev Şahin Bəhrəm oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 1(104)-3/2024 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, X14 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Allahverdiyev Şahin Bəhrəm oğlu 05 iyun 1972-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin həkim reanimatoloq vəzifəsində işləməklə, Tovuz rayonu Qovlar şə həri H.Aslanov küçəsi ev 16-da yaşayır.

2. Bəraət almış şəxs Allahverdiyev Şahin Bəhrəm oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, Tovuz rayon mərkəzi xəsatəxanasının (hal-hazırda “Tovuz rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin) reanimasiya şöbəsinin həkim reanimatoloq anestezioloqu vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə verilmiş 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli olduğu halda, həmin tələblərə əməl etməyər ək öz işinə vicdansız və laqeyd münasibət göstərməklə xidməti vəzifəsini yerinə yetirməyib xx.xx.2019-cu il tarixdə, saat 10:30-da Tovuz rayon mərkəzi xəstəxanasında, xx.xx.1998-ci il təvvəllüdlü, Tovuz rayonunun İbrahimhacılı kənd sakini X4 üzərində “Kesarkəsiyi” cərrahiyə əməliyyatı aparılan zaman, istərsə də əməliyyatdan sonrakı dövrdə itirilən qanın miqdarını nəzərə alaraq təxirəsalınmaz müalicə tədbirlərini həyati göstərişlə vaxtında icra etməmiş, zahı nəzarətsiz qalmaqla baş vermiş qanaxmanı düzgün qiymətləndirməyərək vaxtında qarşısını almamış və nəticədə Aytac Tağıyevada “Kesarkəsiyi” cərrahiyyə əməliyyatından sonra atonik uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş qan itirmə nəticəsində sonuncunun ehtiyyatsızlıqdan xx.xx.2019-cu il tarixdə, saat 07:29-da ölümünə səbəb olmuşdur.

3. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X11) 26 noyabr 2020-ci il tarixli, 1(062)-13/2020 nömrəli hökmü ilə Allahverdiyev Şahin Bəhrəm oğlunun Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin, hökmlə Məhkum da Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı tərəfind ən apellyasiya protesti, məhkumlar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X12 və Məhkum Böyükxan oğlundan ibarət məhkəmə tərkibində) 13 aprel 2022-ci il tarixli, 1(104)-11/2022 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, təqsirləndirilən şəxs Allahverdiyev Şahin Bəhrəm oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 1(062)-13/2020 nömrəli hökmünün Allahverdiyev Şahin Bəhrəm oğluna aid hissədə ləğv edilməsi, Allahverdiyev Şahin Bəhrəm oğluna Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, barəsində seçilm iş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış Allahverdiyev Şahin Bəhrəm oğluna əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbiri seçilməsi və qanunsuz olaraq məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi hüququnun izah edilməsi, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 1(062)-13/2020 nömrəli hökmünün mərhum təqsirləndirilən şəxs Məhkum aid hissədə dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum apellyasiya icraatı dövründə vəfat etməsi ilə əlaqədar Tovuz Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 1(062)-13/2020 nömrəli hökmündən ona cəza təyin edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq edilməsi ilə bağlı müddəaların xaric edilməsi, hökmün mərhum Məhkum münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(104)-11/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun X5 üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət məhkəmə tərkibində) 27 oktyabr 2022-ci il tarixli, 1(102)-1800/2022 nömrəli qərarı ilə kassasiya protestinin qismən təmin edi lməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və Allahverdiyev Şahin Bəhrəm oğlunun barəsində olan 13 aprel 2022-ci il tarixli hökmünün Allahverdiyev Şahin Bəhrəm oğluna aid hissədə ləğv edilməsi, həmin hissədə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi müəyyən edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X15 və X9 ibarət məhkəmə tərkibində) 23 yanvar 2024-cü il tarixli, 1(104)-3/2024 nömrəli hökmü ilə dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməməsi, təqsirləndirilən şəxs Allahverdiyev Şahin Bəhrəm oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 1(062)-13/2020 nömrəli hökmünün Allahverdiye v Şahin Bəhrəm oğluna aid hissədə ləğv edilməsi, həmin hissədə yeni hökm çıxarılması, Allahverdiyev Şahin Bəhrəm oğluna Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Allahverdiyev Şahin Bəhrəm oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış Allahverdiyev Şahin Bəhrəm oğluna əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbiri seçilməsi və qanunsuz olaraq məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçı sı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X14 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

10. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə Allahverdiyev Şahin Bəhrəm oğl una əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 1(104)-3/2024 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

11. Hökmdən bəraət almış şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun q aydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Allahverdiyev Şahin Bəhrəm oğlu kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanun iliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilm əsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Allahverdiyev Şahin Bəhrəm oğluna əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əla qələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 1(104)-3/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

23. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilmə si, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

25. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

26. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut o lunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

27. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

28. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

29. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozu ntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələb ləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

30. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Allahverdiyev Şahin Bəhrəm oğlu Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin Allahverdiyev Şahin Bəhrəm oğlunun Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham olunmasına dair mövqeyi ilə razılaşmayıb, Azərbayacan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarında öz əksini tapan mövqeylərini də nəzərə alıb təkrar (komission) məhkəmə-tibb ekspertizası təyin edib qi smən məhkəmə istintaqı aparmaqla keçirilmiş apellyasiya icraatının yekunu olaraq hesab etmişdir ki, Şahin Allahverdiyev keysəriyyə əməliyyatından sonra xəstə Aytac Tağıyevaya münasibətdə öz vəzifələrinin icrasına lazımınca yanaşmış, o cümlədən xəstənin əhvalı dəyişdikdən sonra əməliyyatı icra edən cərrah Məhkum və mama-ginekoloq Xatirə Quliyevanın xəstəxanaya gəlməsini təmin etmiş, onlarla birlikdə qanaxmanın səbəblərinin araşdırılmasında lazımınca iştirak etmiş, habelə istər birinci dəfə kesar kəsiyi əməliyyatı zamanı, istərsə də qanaxma ilə əlaqədar ikinci əməliyyat zamanı həkim anestezioloq kimi öz vəzifələrini düzgün icra etmişdir. Onun gördüyü tədbirlər nəticəsində cərrah Məhkum saat 23 radələrində xəstəxanaya gəlmiş, sonuncu növbəti gün saat 6 radələrinədək xəstənin yanında olmuşdu r. Təxminən 7 saatdan çox müddət ərzində cərrah xəstənin yanında olub özünün əməliyyatı zamanı qanaxmanın ola biləcəyini araşdırmışdır.

32. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə mərhum Aytac Tağıyevanın üzərində aparılmış keser kəsiyi əməliyyatı zamanı anestezioloq kimi iştirak edən Şahin Allahverdiyevin hərəkətərində Səhiyyə Nazirliyinin qüvvədə olan tibbi protokollarına uyğunsuzluq olmamışdır. İstintaq orqanı ona qarşı irəli sürdüyü ittihamın əsası kimi ona istinad etmişdir ki, Şahin Allahverdiyev xəstə üzərində aparılan cərrahiyyə əməliyyatından sonra Tovuz mərkəzi rayon xəstəxansının reanimasiya şöbəsində növbətçi həkim kimi gecə vaxtı növbədə olarkən mərhum Aytac Tağıyevada əməliyyatdan sonra baş vermiş qanaxmanı vaxtında müəyyən etməmiş, lazımi tədbirlər görməmiş və bu s əbəbdən sonuncu ikinci dəfə keçirilmiş cərrahi əməliyyat zamanı vəfat etmişdir. Lakin iş materiallarına əlavə edilmiş xəstəlik tarixçəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 02:00 radələrində xəstəyə Şahin Allahverdiyev, saat 04:30-da isə Məhkum tərəfindən baxış keçirilmiş və kitabçaya qanaxmanın olmaması barədə müvafiq qeydlər aparılmışdır. Bütün bu qeyd edilənlər Şahin Allahverdiyevin vicdanlı hərəkət etməsi nəticəsinə gəlmək üçün əsasdır. Hətta təkrar apellyasiya baxışı zamanı yenidən təkrar komisyon məhkəmə-tibb ekspertizası təyin edilmiş, lakin bu rəydə də Şahin Allahverdiyevin hərəkətlərində səhlənkarlıq aşkar edilməmişdir.

33. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi h alları nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – əməlində cinayət tərkibi olmaması əsası ilə Allahverdiyev Şahin Bəhrəm oğluna CinayətProsessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

34. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin həmin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM -in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

36. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 1(104)3/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Allahverdiyev Şahin Bəhrəm oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 1(104)3/2024 nömrəli hökmü dövlət ittihamçısı X14 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar