Məhkəmə qərarları › İş №1(102)-1324/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1324/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1324/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-86/2021 nömrəli,19 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki şəhəri, Məhkum küçəsi, ev 2/3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 13 may 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 iyun 2020-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə olan tiryək, külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda güclü təsir edən maddə olan tramadol tərkibli dərman preparatı əldə edib daşıyaraq yaşadığı, Şəki şəhəri, Məhkum küçəsi, ev 2/3 ünvanında, yataq otaqlarında olan dolablarda saxlamış, xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər (rayon) Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsi ndə saat 13:59 radələrində onun yaşadığı Şəki şəhəri, Məhkum küçəsi ev 2/3 ünvanında yerləşən evə keçirilmiş baxış zamanı həmin evin yataq otağındakı paltar dolabında olan plastik qabın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3.964 qram, 01 ədəd sellofan bükümdə 50.118 qram, 01 ədəd sellofan bükümdə 50.197 qram, 01 ədəd sellofan bükümdə 42.114 qram, 01 ədəd sellofan bükümdə 1.192 qram, həmin plastik qabın içərisində açıq şəkildə olan və 01 ədəd zərfə qablaşdırılmış təmiz çəkisi 16,813 qram olmaqla ümumi təmiz çəkisi 164.398 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, həmçinin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 27.690 qram və 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0.024 qram olmaqla ümumi təmiz çəkisi 27.714 qram kustar üsulla h azırlanmış külli miqdarda narkotik vasitə olan heroin, bundan başqa həmin otaqdakı digər dolabdan 01 ədəd sintetik kisənin içərisində təmiz çəkisi 1075 qram çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin digər yataq otağında yerləşən dolabdakı kağız qutunun içərisindən 110 (bir yüz on) ədəd olmaqla təmiz çəkisi 16,5 qram külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-79/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilin məsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il t arixli hökmünün ləğv edilərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Sübutların mümkünlüyü nə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 125-ci maddəsinin tələblərinə cavab verir, nə də ki, ittiham tərəfindən Məhkum verilmiş ittihamda q eyd edilən cinayətin törədilməsinə aidiyyətinin olmasını hesab etmək mümkündür. Birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmiş, işdəki mövcud ziddiyyətlər aydınlaşdırılmamış, qeyri-mötəbər sübutlara istinad edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-86/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-79/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmü apellyasiya şik ayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-86/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydası nda ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 107)-86/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

18. Məhkum yuxarıda təsvir edildiyi əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə görə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etiraf etməsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri-digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir.

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb s übutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Re spublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh e dilməsini zəruri saymır.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-86/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmə sin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-86/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar