Məhkəmə qərarları › İş №1(102)-1324/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1324/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1324/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Fərhadov Əhməd Hüseyn oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvand a yaşamış CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin hökmlə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilərək, Məhkum 68000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 68030 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, etibardan sui-istifadə etmə və ya alda tma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə "xxxx" (Şərur) MTK tərəfindən inşa edilmiş ünvan 2 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzili Şahid1 70000 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında aldıqdan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədlərini, yəni etibarnamə və Şahid1 ilə "xxxx" MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaql a aralarında etibarlı münasibət olduğundan saxlanması üçün ona etibar edilməsindən sui-istifadə edərək, Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin əmlakı satıb pulunu ələ keçirmək niyyətilə onun iradəsinə zidd olaraq sonuncunun icazəsi və razılığı olmadan xx.xx.2014-cü il tarixdə həmin mənzili digər şəxsə, yəni X1 65000 manata sataraq pulları ələ keçirməklə Zərərçəkmiş şəxs 65000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan, 106 saylı 2 otaqlı mənzilinin sonuncunun razılığı və xəbəri olmadan başqasına satması barədə məlumatı bildikdən sonra aldadıldığını bilib ondan pullarını tələb edərkən, o, təkrarən tamah niyyətilə etibardan sui -istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2014-cü il tarixdə X1 65000 manata sataraq pulunu tam almasına baxmayaraq Zərərçəkmiş şəxs yenidən yalan vədlər verməklə aldadıb guya mənzilə görə 26000 manat məbləğində nəğd pul almasını bildirib həyat yoldaşı Şahid8 məxsus ünvan 3 mənzil 52 nömrəli ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 75,5 kv/m sahəsi olan 2 otaqlı mənzili 30000 manata satacağına dair yalandan vəd verərək inandırıb aldatmış, bu məqsədlə 2014-cü ilin avqust ayında Şahid8 mülkiyyətində olan həmin mənzildə əlavə olaraq Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib həmin mənzili digər şəxsə, Şahid10 35000 manata sataraq Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla də ləduzluq etmişdir. Hökmdən Məhkum və onun müdafiəçiləri Quliyev Elxan Ağalar oğlu, Abılova Radmila Abul qızı və Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilm əsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələrinə, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında əksini tapmış izah və tövsiyələrə, habelə iş üzrə toplanmış və qismən araşdırılmış bir çox sübutlara istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandıırmışdır ki, məhkəmələr onun barəsində əsassız, qeyri-obyektiv və qərəzli qərarlar qəbul etmiş, iş üçün əhəmiyyət kəsb edən bəzi sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməm iş, məhkəmə araşdırmaları zamanı və bu araşdırmaların nəticəsində cinayət mühakimə icraatının qanunçuluq, təqsirsizlik prezumpsiyası və bir çox digər prinsipləri kobud şəkildə pozulmuş və o, heç bir dələduzluq cinayətini törətmədiyi halda əsassız olaraq məhkum edilmişdir. Belə ki, həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı o, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, bu ittiham üzrə baş vermiş hadisənin şahidi və iştirakçısı olmuş həyat yoldaşı vəfat etdikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ondan şikayət edərək onu həbs etdirmişdir. İşin faktiki hallarını mübahisələndirən Məhkum həmçinin qeyd edir ki, cinayət təqibi zamanı onun müdafiə hüququ da pozulmuş, o, latın qrafikası ilə yazıb oxumağı bilmədiyi halda müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olmamış, ittiham aktı isə ona təqdim olunmamışdır. Təqsirli bilindiyi hər iki epizod üzrə o, Zərərçəkmiş şəxs mənzilini sataraq onun pullarrını ələ keçirməmiş, sonradan da ona mənzil satmamış, ona heç bir ziyan vurmamış, sonuncunun ibtidai araşdırma orqanına təqdim etdiyi CD-diskdəki telefon danışıqlarını o, aparmamışdır. İş üzrə tam və obyektiv araşdırma aparmayan məhkəmələr isə iş üzrə toplanmış ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməyərək və həmin ziddiyyətli sübutlara əsaslanaraq onun qanunsuz olaraq törətmədiyi əmələ görə təqsirli bilinməsi barədə nəticəyə gəlmişlər. Məhkum həmçinin bildirir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün müdafiə tərəfinin verdiyi vəsatətlər də əsassız olaraq təmin olunmamış, həqiqəti bilən şahidlər apellyasiya instansiyası məhkəməsinə dəvət olunub dindirilməmişdilər. Məhkum fikrincə, o, CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edilməklə həmin maddə ilə təqsirli bilinib məhkum olunsa da, onun bu cinayət əməlini törətməsinə aidiyyətini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkə mə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəli lləri ondan ibarətdir ki, məhkəmələr ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, o, heç bir cinayət törətməməsinə baxmayaraq əsassız və qanunsuz olaraq ziddiyyətli, yəni yolverilməz sübutlar əsasında CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərt ərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarıl mış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nə ticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutla r təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətinin dəllləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafi əsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqs irsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması və həmin sübutlara da qanuna müvafiq qaydada qiymət verilməsi vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, y alnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən ə sası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalı dır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digə r əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sü but kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılması na əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) b arədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kə s, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq h üquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədaləts izliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında öz hüquqi mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə ə saslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin e ffektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Avropa Məhkəməsinin presedent hüququnun ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerin ə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məh kəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur, digər tərəfdən isə yuxarıda göstərilən tələblər üzrə sübutların toplanması və onların məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılması görünmür. Bunula əlaqədar olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına və həmin iş üzrə araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə "xxxx" (Şə rur) MTK tərəfindən inşa edilmiş ünvan 2 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzili Şahid1 70000 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında aldıqdan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədlərini, yəni etibarnamə və Şahid1 ilə "xxxx" MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlanması üçün ona etibar edilməsindən sui-istifadə edərək, Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin əmlakı satıb pulunu ələ keçirmək niyyətilə onun iradəsinə zidd olaraq sonuncunun icazəsi və razılığı olmadan xx.xx.2014-cü il tarixdə həmin mənzili digər şəxsə, yəni X1 65000 manata sataraq pulları ələ keçirməklə Zərərçəkmiş şəxs 65000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan, 106 saylı 2 otaqlı mənzilinin sonuncunun razılığı və xəbəri olmadan başqasına satması barədə məlumatı bildikdən sonra aldadıldığını bilib ondan pullarını tələb edərkən, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2014-cü il tarixdə X1 65000 manata sataraq pulunu tam almasına baxmayaraq Zərərçəkmiş şəxs yenidən yalan vədlər verməklə aldadıb guya mənzilə görə 26000 manat məbləğində nəğd pul almasını bildirib həyat yoldaşı Şa hid8 məxsus ünvan 3 mənzil 52 nömrəli ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 75,5 kv/m sahəsi olan 2 otaqlı mənzili 30000 manata satacağına dair yalandan vəd verərək inandırıb aldatmış, bu məqsədlə 2014-cü ilin avqust ayında Şahid8 mülkiyyətində olan həmin mənzildə əlavə olaraq Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib həmin mənzili digər şəxsə, Şahid10 35000 manata sataraq Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, uzun müddət ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, orada o, qı zıl alveri ilə məşğul olmuş, alver edərkən Moskva şəhərində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ondan bir neçə dəfə qızıl-zinət əşyaları almış, həmin vaxtdan onların münasibətləri yaranmış, münasibətləri tanışlıqdan rəfiqəliyə çevrilmiş və bir-birilərinin evlərinə gedib gəlmişlər. O, 2008-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş, bu səbəbdən də Zərərçəkmiş şəxs ilə münasibətləri soyumuşdur. Dəqiq tarix yadında deyil, bir gün Zərərçəkmiş şəxs ona Bakı şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o, da sonuncunu yaşadığı evə dəvət etmiş, zərərçəkmiş şəxs də 2-3 saat sonra oğlu Şahid2la birlikdə gələrək söhbət zamanı oğlunu usta peşəsinin öyrədilməsi üçün Bakı şəhərinə gətirdiyini deyi Xin onun evində qalmasını xahiş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Rusiyada işlərinin yaxşı getmədiyini bildirərdikdə, o, sonuncuya ev alqı-satqısı ilə məşğul olmasını təklif etmiş, zərərçəkmiş şəxs isə ona əlində nəğd pulunun olmadığını, lakin Abşeron rayonu, Masazır qəsəbəsində iki otaqlı mənzilinin olduğunu, həmin evi satıb pul verə biləcəyini demişdir. Bundan sonra, təxminən bir aya yaxın Zərərçəkmiş şəxs onun evində qalmış, həmin ərəfədə Zərərçəkmiş şəxs özünə məxsus evi 30000 manata satmışdır. O, Zərərçəkmiş şəxsin pulunun üstünə 20000 manat pul qoymuş və onlar birlikdə ev alıb-satmaq barədə razılaşmışlar. Bundan sonra o, Zəərərçəkmiş şəxslə birlikdə adı yadında qalmayan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında maklerdən onlara ev tapmasını xahiş etmiş, həmin şəxs də onlara Bakı şəhəri, Xətai rayonu ərazisində "x xxx" MTK-nın inşa etdiyi yeni tikilinin 15-ci mərtəbəsində 2 otaqlı mənzil olduğunu bildirmiş, buna görə o və Zərərçəkmiş şəxs adını bilmədiyi maklerlə birlikdə həmin mənzilə baxmağa getmiş, mənzil onların xoşlarına gəlmiş və onlar həmin mənzili sahibindən 50000 manata almış, mənzili isə Zərərçəkmiş şəxs adına sənədləşdirmişlər. Onların bu mənzili almaqda məqsdələri həmin yaşayış sahəsini daha baha qiymətə satmaq və gəliri bölüşdürmək olmuşdur. Bu əməliyyatdan təxminən üç gün sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getmiş, bundan on gün sonra isə aldıqları mənzili daha baha qiymətə almaq istəyən müştərinin olması müəyyən edilmiş, o, da Zərərçəkmiş şəxsə zəng vurub demişdir ki, «evi istəyən var 65000 manata, lakin evin pulundan 14000 manat borclu qalacaqdır, həmin pulla bağlı notariusd a borc müqaviləsi bağlanacaqdır». Bundan təxminən 15 gün sonra Zərərçəkmiş şəxs Moskva şəhərindən Bakı şəhərinə gəlmiş və sonuncu ilə birlikdə "xxxx" MTK-nın Bakı şəhəri, Binqədəi rayonu ərazisində yerləşən mərkəzi ofisinə getmiş, həmin vaxt orada makler Şahid5 və mənzili almaq istəyən X4, bir nəfər tanımadığı qadın və bir nəfər tanımadığı kişi olmuşlarr. Onlar ünvan 2 ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili X1 65000 manata satmış, Cəmilədən cəmisi 46000 manat pul almış, həmin puldan 2000 manatını Şahid5, 3000 manatını "xxxx" MTK-ya vermiş, 14000 manata dair isə X1 ilə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən notariusda borc müqaviləsi bağlamışlar. Eyni zamanda mənzilin satılması nəticəsində əldə olunmuş puldan o, Zərərçəkmiş şəxs 35000 manat pul vermiş, bundan sonra Zərərçəkmiş şəxs Türkiyə Respublikasına gedəcəyini və biznes quracağını bildirib çıxıb getmişdir. Bununla yanaşı, Məhkum bildirmişdir ki, Zərərçəkmiş şəxs mərhum əri Şahid8la birlikdə yuxarıda göstərilən mənzili Şahid1 almazdan əvvəl onun Masazır qəsəbəsində heç bir mənzili olmamış, o, mənzilin alınması üçün cəmisi 30.000 manat məbləğində pul vermiş, bu pulu hər hansı mənzilin satılmasından əldə etməmiş, lakin bu xüsusat istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmələr tərəfindən yoxlanılmamışdır. İş materiallarından görünür ki, Məhkum eyni məzmunlu ifadələri həmçinin apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında da vermiş və həmçinin qeyd etmişdir ki, o, sonradan, yəni əri Şahid8la Zərərçəkmiş şəxs birlikdə ünvan 2 ünvand a yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili aldıqdan sonra o, sonuncu ilə bu məsələl ilə bağlı heç bir telefon danışıqları aparmamış və zərərçəkmişin ibtidai araşdırma orqanına təqdim etdiyi CD diskdəki danışıqları o aparmamış, həmin diskdəki səs ona məxsus deyil. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında isə həmin diskə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxış keçirilməsi və bundan sonra Məhkum verilmiş suala cavab olaraq diskdə əks etdirilmiş danışıqların onun tərəfindən aparılmasının bildirilməsi qeyd olunsa da, məhkəmə iclas protokolunda bu haqda qeydlərin aparılması aşkar edilməmişdir. Digər tərəfdən, məhkəmə iclaslarında Məhkum həmin danışıqları aparılması ilə bağlı məhkəmələr tərəfindən heç bir araşdırm a aparılmamış, onun iddiasının əsaslı olub-olmaması isə yoxlanılmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclaslarında dindirilərkən ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə, yəni onun zərərçəkmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə 4000 manat məbləğində pulunu ələ keçirməsinə dair epizodla bağlı dindirilməmiş, onun həmin əməlinin mühüm hallarını aydınlaşdırmadan məhkəmələr məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi inkaredici ifadələrinin elan olunması ilə kifayətlənmişlər. Həmin ifadələrində isə Məhkum göstərmişdir ki, 2014-cü ilin aprel ayında onun həyat yoldaşı Şahid8 28.000 manata Masazır qəsəbəsinin İstiqlaliyyət küçəsində yerləşən 48 saylı evdən iki otaqlı 52 nömrəli mənzil almış və bu mə nzili almaqda onların məqsədləri sonradan onu daha baha qiymətə satıb qazanc əldə etmək olmuşdur. Lakin həmin vaxt ABŞ dollarının məzənnəsi artdığından onlar bir müddət həmin mənzili sata bilməmişlər. Zərərçəkmiş şəxs 2014-cü ilin yay aylarında dəniz mövsümü olduğu üçün yenidən Bakı şəhərinə gəlib bir müddət onun, yəni Məhkum evində qalarkən Rüstəm yuxarıda göstərilən mənzili satmaq, Zərərçəkmiş şəxs isə həmin mənzili almaq istədiklərini bildirmiş, lakin Zərərçəkmiş şəxs pulu olmadığına görə bir qədər gözləməyi xahiş etmişdir. Həmin dövrdə Zərərçəkmiş şəxs birinci mənzilin satışından əldə etdiyi pula İstanbul şəhərində dükan açmış və orada, deməsinə görə paltar alqı-satqısı ilə bığlı göstərdiyi fəaliyyətinin nəticəsində əldə edəcəyi qazancdan Şahid7nin satdığı mənzili almaq niyyətində olmu ş, mənzilin pulunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Şahid7 isə Zərərçəkmiş şəxsə inanaraq ona mənzilə sərəncam verməsinə dair etibarnamə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs Türkiyəyə qayıtmış və bir müddətdən sonra oradan zəng edib bankrot olduğunu, Şahid7nin satmış olduğu mənzili almaq istəmədiyini və həmin mənzili kimə istəyirlərsə sata biləcəklərini bildirmişdir. Buna görə 2016-ci ildə Şahid7 həmin mənzili Şahid10 adlı qadına satmışdır. O, Zərərçəkmiş şəxs 4000 manat məbləğində pul almamış və ümumiyyətlə ona qarşı dələduzluq hərəkətlərini törətməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi və xarici ölkədə (Rusiya Federasiyasının Moskva şəhərində) olduğundan məhkəmə iclaslarında iştirak etməməsi əsası ilə elan olunmuş ifadələrindən görünür ki, o, R usiya Federasiyasının Moskva şəhərində yaşayır və Məhkum təxminən 15 ilə yaxındır ki, tanıyır. Onunla Rusiya Federasiyasının Moskva şəhərində tanış olmuşlar, həmin vaxt o, Moskva şəhərində qadın paltarlarının satışı, Məhkum isə orada qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Həmin vaxtdan onun Məhkum ilə münasibəti yaranmış və onlar faktiki rəfiqə olmuşlar. Cinayət işi üzrə dindirilməzdən təxminən 7 il əvvəl o, Abşeron rayonu, Masazır qəsəbəsində kredit şərtləri ilə mənzil almış, mənzilin kreditini tam ödədikdən sonra onu satıb Bakı şəhərində başqa mənzil almaq qərarına gəlmişdir. 2014-cü ildə o, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən özünə məxsus həmin mənzili Məhkum tapdığı müştərilərə 55000 ABŞ dollarına satmış (həmin vaxt dolların məzənnəsi 0,78 manat olmuşdur), əldə etdiyi pulu isə təxminən 10 gün ərzində Məhkum yaşadığı evində saxlamışdır. Bundan sonra o, Məhkum köməkliyi ilə Bakı şəhərində tanımadığı yerdə yeni tikilmiş binada 97 kvadrat metrlik 70000 ABŞ dollarına satılan mənzil tapmış və bu mənzili almaqdan ötrü pulu çatmadığından, qızıllarını lombarda qoyub 8000 manat məbləğində pul götürmüş və qohumlarından 7000 manat da borc almışdır. O, evin pulunu topladıqdan sonra rəfiqəsi Şahid4, oğlu X, Məhkum və əri Şahid8la birlikdə mənzili almaq üçün getmiş, Məhkum tanışı, adını bilmədiyi ev alqı satqısı ilə məşğul olan bir nəfər şəxslə Bakı şəhəri, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında görüşdükdən sonra ev-alqı satqısı ilə məşğul olan makler onlara yeni tikilmiş binanın 15-ci mərtəbəsində yerləşən mənzili göstərmiş, mənzil onun xoşuna gəlmiş və buna g örə də o, Məhkum əri Şahid8 maklerə verməkdən ötrü 1000 manat beh vermişdir. Bundan sonra o, mənzilin sahibi ilə Bakı şəhərində tanımadığı yerdə yerləşən notariusda mənzilin alqı-satqı müqaviləsi bağlamış və 70000 ABŞ dollarını mənzili satan şəxsə vermiş, mənzilin onun adına rəsmilişdirilməsi üçün sonuncu ilə birlikdə evi tikən şirkətə getmiş, lakin orada mənzilin onun adına rəsmiləşdirilməsi üçün 4000 manat pul vermək lazım olduğu bildirilmiş, onun da bu məbləğdə pulu olmadığına görə, mənzili öz adına sənədləşdirilə bilməmiş və fikirləşmişdir ki, bir müddət keçdikdən sonra bu məsəlni həll etsin. Bundan sonra o, işləri ilə əlaqədar Rusiya Federasiyasına getmiş, yeni aldığı mənzilin sənədlərini isə rəfiqəsi Məhkum vermişdir ki, özündə saxlasın, həmin vaxt oğlu Xda Məhkum evində təxminən 2 aya yaxın qalmışdır. Moskva şəhərində olan vaxt təxminən 2014-cü ildə oğlu X ona zəng edərək aldığı mənzilin Məhkum tərəfindən başqa şəxsə sataraq Dubaya getməsini bildirdikdə o, telefonla Rənaya buna görə ona öz iradını bildirmiş, lakin sonuncu ona mənzili qohumuna satdığını etiraf edərək həmin şəxsin xaricdə yaşamasını, onun gəlib mənzilin pulunu verəcəyini demiş və eyni zamanda həmin şəxsin verməli olduğu 26.000 manat məbləğində pula 4000 manat da əlavə edərsə Abşeron rayonunun Masazır qəsəbəsində 30.000 manata yeni mənzil ala bilməsini təklif etmişdir. Bundan 2 ay keçdikdən sonra o, Azərbayacana gəlmiş, rəfiqəsi Şahid4, oğlu Xla bilrikdə Məhkum evinə gedib pulunu tələb etdikdə Rəna ona Bakı şəhərində 70000 ABŞ dollarına aldığı mənzili 70000 manata satdığını, mənzili alan şəxsin ona 26.000 manat məbləğində pul verməsini etiraf etmiş və 4000 manat məbləğində əlavə pulun müqabilində Masazır qəsəbəsində 30.000 manata başqa mənzil ala bilməsi ilə bağlı təklifini təkrarlamış, o, da bu təkliflə razılaşmışdır. Bundan sonra o, oğlu X, taksi sürücüsü Eldəniz adlı şəxs, Məhkum və Şahid8 birlikdə Bakı şəhərində yerləşən 14 saylı notariusa getmiş, orada Şahid8 və Məhkum özlərinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivi, İstiqlaliyyət küçəsi ev 48-də yerləşən 52 saylı mənzilə sərəncam verməsinə dair ona etibarnamə vermiş, daha sonra onlar həmin mənzilə baxmağa getmiş və orada o, yəni Zərərçəkmiş şəxs oğlu Teymurun yanında Məhkum 4000 manat pul vermiş, beləliklə də göstərilən mənzili almış və mənzilin qapısının açarlarını əldə etmiş, Məhkum isə birinci m ənzili alan şəxsin xaricdən qayıtdıqdan sonra qalan 44000 manat məbləğində pulu verəcəyini vəd etmişdir. 2016-cı ilin aprel ayında o, rəfiqəsi Şahid4 və oğlu Xla birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində "xxxx" MTK-da Məhkum onun üçün aldığı mənzili adına keçirtmək üçün oraya getmiş, lakin mənzilin giriş qapısını Rənanın ona verdiyi açarla aça bilməmiş, qapını Kəmalə adlı bir qadın açaraq ona həmin mənzili Məhkum 35000 manata aldığını bildirdikdə Şahid4 və oğlu Xlşa birlikdə Məhkum Novxanı qəsəbəsində yerləşən evinə getmiş və orada sonuncunan ona satdığı mənzili sonradan başqa şəxsə satmasına görə iradını bildirib ondan bunun səbəbini soruşduqda, Rəna mənzili satdığını etiraf etməmiş, buna görə də onlar mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o, özünü pis hiss etdiyindən oğlu təc ili tibbi yardıma zəng vurub həkim çağırmış həkimlər gələrək onu xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra o, evə buraxılmış və yenidən Məhkum evinə gedib ondan pulunu tələb edərək pulu qaytarmazsa özünü yandıracağını bildirmiş, Məhkum da qorxusundan ona olan 70000 ABŞ dollar pulu qaytaracağını vəd edərək bunun qarantı kimi özünə məxsus Novxanı qəsəbəsində yerləşən evini onun adına keçirməyi təklif etmişdir. O, bu təkliflə də razılaşdıqdan sonra onlar birlikdə notariusa getmiş, lakin orada ona bildirmişlər ki, evi almaq üçün ev sahibinin adına 40000 manat pul köçürməlidir. O, qorxduğu üçün həmin məbləğdə pulu onun adına keçirməmiş, bununla da Məhkum onu aldadıb ona məxsus mənzilləri satmaqla 70000 ABŞ dolları və 4000 manat məbləğində pullarını ələ keçirib bu məbləğlərdə maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxsin bu ifadələrinin digər sübutlarla, o cümlədən onun ilkin və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri ilə müqayisəli təhlili göstərir ki, Zərərçəkmiş şəxs cinayət təqibinin müxtəlif mərhələlərində istər "xxxx" (Şərur) MTK tərəfindən inşa edilmiş ünvan 2 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzilin, istərsə də "xxxx" MTK tərəfindən Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində inşa edilmiş 48 saylı evin 52 saylı mənzilinin alqı-satqısı, bunun üçün verdiyi pulların məbləğləri və işin digər halları barədə ziddiyətli ifadələr vermiş, bu ziddiyətlərin aradan qaldırılması üçün ibtidai araşdırma zamanı onunla həm məhkum olunmuş şəxs, həm də şahidlər arasında üzləşdirmələr keçirilsə də bu ziddiyyətlər aradan qaldırılmamış, Zərərçəkmiş şəxs göstərdiyi bir sıra xüsusatlar - məsələn, onun həqiqətən Masazır qəsəbəsində əvvəlcədən başqa yaşayış sahəsinin olması, bu yaşayış sahəsini satması, həmin əməliyyatdan hansı məbləğdə pul vəsaiti əldə etməsi, Xətai rayonunda yerləşən mənzili alarkən həmin mənzili sonradan qazanc əldə etmək üçün baha qiymətə satmaq niyyəti izləyib-izləməməsi, həmin mənzilin satılmasında iştirak edib-etməməsi, 2014-cü ilin mart ayında Azərbaycanda və ya başqa ölkədə olub-olmaması, mənzilin hələ 2014-cü ilin mart ayında satılmasına, bunun nəticəsində, deməsinə görə ona 70.000 ABŞ dolları miqdarında ziyan vurulmasına, bu haqda da hələ həmin ildə bilməsinə baxmayaraq ona qarşı Məhkum tərəfindən dələduzluq əməli törətməsi barədə yalnız 15 noyabr 2018-ci il tarixdə, yəni dörd ildən sonra hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etməsinin səbəbləri, ibtidai araşdırma orqanına təqdim etdiyi CD diskdəki danışıqları nə vaxt, hansı şəraitdə yazması və işin düzgün və qanuni həlli, yəni həqiqətin müəyən edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən bu kimi digər halların aydınlaşdırılması üçün onun məhkəmə iclasında dindirilməsi labüd olmuşdur. Mütləq olan bu zərurət həmçinin ondan irəli gəlmişdir ki, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilinərək məhkum olunduğun ittihamın əsasını müstəsna olaraq məhz Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ziddiyyətli və bəzi obyektiv sübutlarla, o cümlədən ibtidai araşdırma orqanının və məhkəmələrinin əsas sübut növü kimi qəbul etdikləri şahidlər Şahid1, Şahid3, Şahid5, Şahid6, Şahid7, mərhum Şahid8 ibtidai araşdırma v ə məhkəmə iclaslarında verdikləri ifadələrlə uzlaşmayan ifadələri təşkil etmişdir. Cinayət işinin materiallırndan görünür ki, Zərərçəkmiş şəxs hələ cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən bir neçə məhkəmə iclasında, o, cümlədən 06 və 16 mart 2020-ci il tarixlərdə keçirilən iclaslarda Məhkum təqsirləndirilən şəxs qismində dindirilərək zərərçəkmişin bütün iddialarını rədd etməsi barədə ifadələr verərkən həmin iclaslarda iştirak etmiş, lakin müəyyən edilməyən səbəblərdən onun məhkəmədə dindirilməsi təmin olunmamış və işə baxılması müxtəlif əsaslarla təxirə salınmışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olması, bu səbəbdən məhkəməyə gələ bilməməsi, ibtidai araşdırma zamanı verdiyi ifadələrini təsdiq etməsi barədə nümayəndəsi Nümayəndə vasitəsilə göndərdiyi teleqrama əsaslanaraq bunu iş üzrə nəticəyə gəlmək üçün kifayət sayıb zərərçəkmişin məhkəmə iclasında iştirakının təmin edilməsi, onun başqa üsul və vasitələrlə dindirilməsi üçün heç bir tədbir görməmiş, eyni zamanda onun məhkəmə iclasında məhkum olunmuş şəxs tərəfindən də dindirilməsi üçün şərait yaratmamış, bununla da həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiysının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələbləri pozulmuş, digər tərəfdən isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri, Azərbaycan Respublikasının qoşulduğu Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlər arasında 22 dekabr 1993-cü il tarixdə Minsk şəhərində bağlanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyada (bundan sonra mətndə Minsk Konvensiyasında), habelə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında” 22 dekabr1992-ci il tarixli Müqavilədə digər məsələlərin həlli ilə yanaşı zərər çəkmiş şəxsin məhkəməyə çağırılması və ya olduğu ölkədə dindirilməsi üçün nəzərdə tutulmuş imkanlar nəzərə alınmamış və bu imkanlardan istifadə edilməmişdir. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əley hinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. Minsk Konvensiyasının 6-cı maddəsinə görə, Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxsləri n, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında” 22 dekabr 1992-ci il tarixli Müqavilənin (bundan sonra mətndə Müqavilənin) 3-cü maddəsinə əsasən hüquqi yardım sorğu edilən razılığa gələn tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual hərəkətlərin icrasına, o cümlədən tərəflərin, müqəssirlərin və müttəhimlərin, şahidlərin, ekspertlərin dindirilməsini, ekspertizanın keçirilməsini, məhkəmə baxışını, maddi sübutların verilməsini, cinayət işinin qaldırılmasını və cinayət törədən şəxslərin verilməsini, mülki işlər üzrə məhkəmə qərarlarının tanınmasını və icra edilməsini, digər Tərəfin xa hişi ilə müqəssirlərin məhkumluğu haqqında məlumatlar təqdim edilməsini əhatə edir. Müqavilənin 4-cü maddəsində göstərilmişdir ki, razılığa gələn tərəflərin idarələri hüquqi yardım göstərilərkən, bir-biri ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu və Rusiya Federasiyasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu vasitəsi ilə əlaqəyə girirlər. Müqavilənin 8-ci maddəsinə görə isə, hüquqi yardım göstərilərkən sorğu edilən ədliyyə idarəsi öz dövlətinin qanunvericiliyini tətbiq edir. Lakin sorğu edən idarənin xahişinə əsasən sorğu edilən idarə öz dövlətinin qanunvericiliyinə zidd olmadığı halda digər raziliğa gələn tərəfin prosessual normalarını tətbiq edə bilər. Əgər hüquqi yardım göstərilməsi haqqında xahişin yerinə yetirilməsi sorğu edilən Tərəfin idarəsinin səlahiyyə tinə daxil deyilsə, o bu xahişi sorğu edilən Tərəfin səlahiyyətli idarəsinə göndərir və bu barədə sorğu edən idarəyə məlumat verir. Müvafiq vəsatət aldığı halda tapşırığın yönəldiyi ədliyyə idarəsi, tapşırığın icra vaxtı və yeri haqqında tapşırıq göndərən idarəyə məlumat verir. Tapşırıq yerinə yetirildikdən sonra tapşırığın yönəldiyi ədliyyə idarəsi, sənədləri tapşırıq verən idarəyə göndərir, hüquqi yardım göstərmək mümkün olmadıqda o, tapşırığı qaytarır və onun icrasına mane olan hallar haqqında məlumat verir. Müqavilənin 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, razılığa gələn Tərəflərdən birinin ərazisində keçirilən ibtidai istintaq və ya məhkəmə baxışı zamanı o biri razılığa gələn Tərəfin ərazisində olan şahidin və ya ekspertin gəlməsi zərurəti meydana çıxarsa, belə halard a bu Tərəfin müvafiq orqanına çağırış vərəqəsi verilməsi haqqında tapşırıqla müraciət etmək lazımdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndində nəzərdə tutulmuş hüquqa həsr olunmuş bir çox Qərarlarında, o cümlədən “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı iş” üzrə 15 dekabr 2011-ci il tarixli, “Matisına Rusiyaya qarşı iş” üzrə 27 mart 2014-cü il tarixli, “Scholer Almaniyaya qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrə 25 aprel 2013-cü il tarixli Qərarlarda bütövlükdə məhkəmə prosesinin “ədalətli məhkəmə araşdırması” standartına uyğun olub-olmamasının müəyyən edilməsi baxımından təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüququna əməl olunmasının xüsusi əhəməyyət kəsb etdiyini vurğulamış və bir sıra işlərdə, o cümlədən “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli Qərarda məhkəmənin ibtidai istintaqda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməməsinin həqiqi səbəblərini (bunu istisna edən halların gerçəkdən də olubolmamasını) araşdırmadan, məhkəmə iclasında iştirakını təmin etmək üçün kifayət qədər və səmərəli tədbirlər görmədən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin elan edilməsi ilə kifayətlənməsini və həmin sübuta ittihamı təsdiq edən material kimi məhkəmə qərarlarında istinad edilməsini Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu ki mi qiymətləndirmişdir. Avropa Məhkəməsinə görə, ilk növbədə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməsini gercəkdən də istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi hər hansı səbəblə bağlı olursa-olsun işə baxan məhkəmə şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməlidir (“Yevgeniy İvanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərar). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxsin, şahidl ərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı Avropa Məhkəməsinin Qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin də nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. Qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsin in elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazırki iş üzrə şahid E.B.Aslanovun məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedilməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” Qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək ü çün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsası nda çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-nin 51 -2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribver məməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə kollegiyası hesab edr ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmələrə göndərdiyi yazılı müraciətləri (teleqramları) belə mötəbərlik tələbinə cavab verən sübut kimi qəbul edilə və həmin şəxsin ifadəsinə bərabər tutula bilməz. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilməməsi məhkum olunmuş Məhkum onu dindirmək imkanına malik olmaq hüququndan da məhrum etmişdir. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün həmçinin 03 mart 2014-cü il tarixdə Məhkum satması iddia olunan mənzili alan X4 ümumiyyətlə dindirilməmiş, bu haqda müdafiə tərəfinin qaldırdığı vəsatətlər isə təmin olunmamışdır. Halbuki iş üzrə sübutlar arasında olan bir çox ziddiyyətli halların olması fövqündə həmin ziddiyyətlərin aradan qaldırılması üçün Xnın dindirilməsi də zəruri olmuşdur. Bununla yanaşı cinayət işi üzrə məhkəmə araşdırmalarının təhlili göstərir ki, həmin araşdırmalar zamanı işin düzgün həlli məqsədilə müdafiə tərəfinin qaldırdığı vəsatətlərin bir qismi məhkəmələr tərəfindən əsaslandırılmış qərar qəbul edilmədən sadəcə olaraq rədd edilmiş, digər qisminə isə ümumiyyətlə münasibət bildirilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. CPM-nin 121-ci maddəsinin tələbinə əsasən vəsatət və ya xahişlərə onların verilməsindən bilavasitə sonra baxılmalı və onun təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. CPM-nin 121.2-ci maddəsində təsbit edilmişdir ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə ver ilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinin tələblərinə görə, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının di gər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsində müəyyən edilmişdir ki, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. CPM-nin 323.7-ci maddəsinə əsasən isə, məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründüyü kimi, məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılmalı olması tələbi milli qanunvericiliklə yanaşı Avropa Məhkəməsinin Qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda dah a geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Şərh olunan və iş üzrə toplanmış digər sübutlara əsaslanan məhkəmələr Məhkum el an olunmuş ittiham üzrə Zərərçəkmiş şəxs qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi haqda nəticəyə gəlsələr də, məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlar belə nəticəyə gəlmək üçün kifayət etmir, araşdırılmış sübutlarla məhkəmələrin gəldikləri nəticə arasında ziddiyyətlər müəyyən edilir və bu hallar iş üzrə əlavə araşdırmanın aparılmasını tələb edir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası eyni zamanda vurğulamağı lazım bilir ki, dələduzluq cinayətinin cəhətləri CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuşdur və həmin maddəyə əsasən, bu cinayət etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamand a onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə ed ən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan suiistifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununveri ciliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından başa çatmış olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xara kterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldad ıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohum luq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın v ə ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edə rək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisəl ər yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Ümumiyyətlə Məhkum təqsirli bilindiyi ittihamın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin də razılaşdıqları həmin ittihama görə, məhkum dələduzluq cinayətini törədərkən bu cinayətin hər iki üsulundan – etibardan sui-istifadədən və aldatmadan istifadə etmişdir. Lakin, həmin üsulların Məhkum hansı hərəkətlərində ifadə olunması, onların həqiqətən mövcudluğu, digər tərəfdən Məhkum üm imiyyətlə mənzilləri satmaq hüququna malik olub-olmaması nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən aydınlaşdırılmamış, bütün bu məsələlər üzrə zəruri araşdırma aparılmamış və bu hallara dair mövcud sübutlara qanuna müvafiq qaydada hüquqi qiymət verilməmişdir. İş materiallarıdan görünür ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu dövrdə də məhkəmə müdafiə tərəfinin qaldrdığı vəsatətlər üzrə ətraflı məhkəmə araşdırmasının həyata keçirilməsindən imtina etmiş, yuxarıda göstərilən qanun pozuntularına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prote stinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları lə ğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağ a açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi q əbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildi yi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; - məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; - təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyası Məhkum barəsində ittiham hökmünün çıxarılması və apellyasiya instansiyası məhkəməsinin həmin hökmün dəyişdirilmədən saxlanılması haqqınd a qərarınının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının çıxarılmasına dair qanunvericiliyinin tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, müdafiə tərəfinin irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Beləliklə, mə hkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Ə.H.Fərhadovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək həmin şikayətin təmin edilməsini, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarının isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar