Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1325/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və Məhkum1 Fəxrəddin oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 okty abr 2021-ci il tarixli, 1(107)-175/2021 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 475-də qeydiyyatda olmaqla Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 43-də yaşamışdır. 2. 08 yanvar 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 Fəxrəddin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktik i hallarına görə, Məhkum3 10 avqust 2020-ci il tarixdə saat 03:45 dəqiqədə tanışları Məhkum1 və Məhkum2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada isə tanışları Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərinlərində olan dəmir parçası və bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaqla, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla hədə-qorxu gələrək, Zərərçəkmiş şəxs məxsus 217 manat pulu və 01 ədəd 4 0 manat dəyərində Nokia markalı mobil telefonu götürüb ələ keçirmiş, bundan sonra Məhkum3 tanışları Məhkum1 və Məhkum2 hərəkətlərindən qorxaraq hadisə yerindən yayınmaq məqsədilə tanışları Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkum1 tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan Məhkum3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olan Məhkum2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə xx.xx.2020-ci il tarixdə saat 0345 dəqiqədə müştəri kimi əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, saat 0430 radələrində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək üzərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kv adratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, deşici-kəsici küt alət təsirindən törənmiş, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində Məhkum1 hadisə yerindən yayınmaq məqsədilə tanışları Məhkum3 və Məhkum2 i lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı 22- BM646 dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkum2 xx.xx.2020-ci il tarixdə saat 0345 dəqiqədə tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan Məhkum3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8də qeydiyyatda olan Məhkum1 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparmasını üçün sürdürmüş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çat mış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərlərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticəl ənən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində Məhkum2 hadisə yerindən yayınmaq məqsədilə tanışları Məhkum3 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı 22BM-646 dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçir ərək qaçırmışdır.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-87/2021 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir.
5. H əmin hökmlə həmçinin Məhkum2 və Məhkum3da təqsirli bilinərək məhkum edilmişlər.
6. Hökmdən Məhkum3 müdafiəçisi Müdafiəçi2, Məhkum2 müdafiəçisi X5 qızı və Məhkum1 müdafiəçisi X2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 1(107)-175/2021 nömrəli qərarı ilə Məhkum3 müdafiəçisi Müdafiəçi2, Məhkum2 müdafiəçisi X5 qızı və Məhkum1 müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-87/2021 saylı hökmü apelly asiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum1 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarında cəzanın ağırlığı və yüngülləşdirici hallar nəzərə alınmamaqla məhkuma ədalətsiz cəza təyin edilmişdir.Kassasiya şikayətində qeyd edilir ki, Məhkum1 ailəlidir, 2 azyaşlı övladı var, atası vəfat etmiş, anası və ailəsi onun himayəsində olmaqla həyat yoldaşı işləmədiyindən evin yeganə qazanc gətirəni olmuşdur. O, həbs olunduqdan sonra ailəsinin maddi vəziyyəti daha da çətinləşmişdir. 10.Məhkum kassasia şikayətind ə həmçinin qeyd etmişdir ki, ilkin istintaq zamanı heç bir sübut olmadan zərərçəkmiş şəxsin ifadəsinə əsasən onun barəsində cinayət işi açılmışdır.Bunları nəzərə alaraq, məhkum cəza müddətinin azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət v erilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 13.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 14.Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 ona cəza müddətinin azaldılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 15.Odur ki, kollegiya məhkumun kassasiya şikay ətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 1(107)-175/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərd ə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılm asına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 17.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 19.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 20.Təsvir edilən cinayə t-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 21.Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum1 olmasını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilm əsi üçün əsas müəyyən etmir.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 22.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxı şlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 1(107)-175/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 1(107)-175/2021 nömrəli qərarı Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılsın.