Məhkəmə qərarları › İş №1(102)-1325/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1325/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1325/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Axura kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli 1(105)-9/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 1(012)-84/2020 nömrəli qərarı ilə (hakim: V.İ.Həsənov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2021-ci il tarixli 1(105)-233/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova (sədrlik edən), hakimlər N.R,Mövsümov və V.C.Cəfərovdan ibarət məhkəmə tərkibi) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 okty abr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 1(102)-1515/2021 nömrəli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər Ə.Ə.Novruzov və T.L.Kazımovdan ib arət məhkəmə tərkibi). Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 02 fevral 2023-cü il tarixli 1(105)-9/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov (sədrlik edən), hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdan ibarət məhkəmə tərkibi ) Abşeron Rayon Məhkəməsinin 1(012)-84/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsa sən Məhkum təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Hökmlə cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia qismən təmin olunmuş, Məhkum 169515,20 manat tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti, mülki iddiaçı və məhkum isə ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 471 saylı sərəncamına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 hektar torpaq sahəsində, razılaşdırılmış eskiz layihə əsasında, 2015-ci ilin 1-ci rübündə təməli qoyulmaqla 6 mərtəbəli, 2 girişli çox mənzilli yaşayış binası tikmiş və həmin tikdiyi binaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini bəyan etməklə vergini 10 rüb üzrə bərabər hissələrlə yəni, 2016-cı ilin 1-ci rübü üzrə 23986,16 manat, 2-ci rübü üzrə 23986,16 manat, 3-cü rübü üzrə 23986,16 manat, 4-cü rübü üzrə 23986,16 manat, 2017-ci ilin 1-ci rübü üzrə 23986,16 manat, 2-ci rübü üzrə 23986,16 manat, 3-cü rübü üzrə 23986,16 manat, 4-cü rübü üzrə 23986,16 manat, 2018-ci ilin 1-ci rübü üzrə 23986,16 manat və 2-ci rübü üzrə 23986,16 manat ödəməli ol duğu halda, həmin vergidən cəmi 6712,15 manat məbləğində dövlət büdcəsinə ödəniş etməklə, cəmi 233149,45 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini; həmçinin cari bəyannamə ilə bəyan etdiyi 2016-cı ilin aprel ayı üzrə 8,96 manat, may ayı üzrə 8,96 manat, iyun ayı üzrə 8,96 manat, iyul ayı üzrə 8,96 manat, avqust ayı üzrə 8,96 manat, sentyabr ayı üzrə 8,96 manat, oktyabr ayı üzrə 8,96 manat, noyabr ayı üzrə 8,96 manat cəmi 71,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Birinci instansiya məhkəməsi 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində d əyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan çıxış edərək hesab etmişdir ki, Məcəlləyə edilmiş dəyişikliklərə əsasən Məhkum sadələşdirilmiş vergi ödəyicisi kimi deyil, ƏDV və mənfəət vergisinin ödəyicisi hesab olunduğundan sonuncunun cinayət məsuliyyətindən cəlb edilməsi istisna olunur. Göstərilən əsasla məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etmiş və barəsində olan cinayət işi üzrə icraata xitam vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası verilmiş ittihamla razılaşsa da, məhkəmə araşdırması zamanı təyin edilən əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən xx.xx.2016-cı il tarixdə qüvvəyə minən qanuna əsasən ünvan 2 ünvanda tikdiyi 6 mərtəbəli bina (yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla) üçün dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləği 230,515,20 təşkil edir. Buna uyğun olaraq apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın, həmçinin iş üzrə mülki iddiaçı olan vergi orqanı tərəfindən irəli sürülmüş mülki iddianın həcmini 233,221,13 manat məbləğindən 230,515,20 manat məbləğinə qədər azaltmış, sonuncunun vurulmuş ziyandan 61000 manat ödəməsini nəzərə alaraq, ondan dövlət büdcəsinə keçirilməli olduğu məbləği 169515,20 manat həddində müəyyən etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq cəzanı yüngül ləşdiriən halları (məhkumun yaşadıqları yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cinayət nəticəsində vurulmuş zərərin müəyyən bir qisminin aradan qaldırılmasını) müəyyən edib, onları Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi orqanının Məhkum qarşı verdiyi, ondan 233,221,13 manat vergi borcunun tutulmasına dair mülki iddiası apellyasiya instansiya məhkəməsinin hökmü ilə əsassız olaraq qismən – yalnız 169515,20 (yekun məbləğ 230,515,20-61000) manat məbləğində pulun tutulması hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Mülki iddiaçı hesab edir ki, ibtidai istintaq zamanı əldə olunmuş sübutlar, o cümlədən məhkəmə-mü hasibatlıq ekspertizasının rəyi Məhkum məhz 233,221,13 manat vergini dövlət büdcəsinə ödəməkdən yayındığını təsdiq etdiyi halda, apellyasiya məhkəməsi düzgün olmayaraq tərəfindən keçirilmiş kompleks mühəndis texniki və əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla Məhkum büdcədən yayındırılmış verginin məbləğinin 230,515,20 manat olması haqqında nəticəyə gəlmişlər. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, mülki tələblərinin tam həcmdə təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş edir. Məhk um kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun müddəalarını, o cümlədən 125, 143-146-cı maddələrinin tələblərini pozmuş, nəticədə məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq həmin maddə ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Məhkum kassasiya şikayətində həmçinin apellyasiya instansiyası məhkəməsinin onun 2016-ci il üzrə vergi borcu olmadığı halda vergini orqanın israr etdiyi hallardan çıxış edərək onun ümumilikdə 230,515,20 manat məbləğində vergiləri (bina tikintisi fəaliyyəti ilə məşğ ul olan şəxs qismində sadələşdirilmiş vergini, eyni zamanda muzdlu işlə əlaqədar) dövlət büdcəsinə ödəməkdən yayınması barədə əsasız nəticəyə gəldiyini qeyd etmişdir. Əlavə olaraq Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq əsasız olaraq məhkum olunduğunu bildirmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, onun cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən e dir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qər arını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onların şəxsiyyətinə, əməllərinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Mülki iddiaçı müvafiq olaraq kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu, nəticədə əsassız olaraq Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərin məbləğinin azaldıldığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə onun əməlində cinayət tərkibi olmadığı və cinayət təqibini istisna əsaslar olduğu halda Azərbaycan Respublikası C inayət Məcəlləsinin 231.2.2-ci maddəsi ilə təqsirli bilindiyini, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsinə baxmayaraq göstərilən halın nəzərə alınmadığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.3, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, mülki iddiaçı və məhkumun kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 0 2 fevral 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Məhkum hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə i snad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, o, cinayət törətmədiyini, o cümlədən 2016-ci il üzrə vergi borcu olmadığı halda vergi orqanı tərəfindən ona bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi 233,221,13 manat sadələşdirilmiş və muzdlu işlə əlaqədar vergi hesablanlandığını, həmçinin hətta ittihamda qeyd olunan cinayət əməli törətməsi ehtimal olunsa belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməli olduğu iddia etməklə, əməlində cinayət tərkibinin olmadığı və cinayət təqibini istisna əsaslar olduğu halların olmasına baxmayaraq onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökmünün ləğv edilməsi, barəsi ndə cinayət işi üzrə icraata xitam verilməsi haqqında tələbini hazırki iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halların inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci mad dəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət- prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin əsaslılığını yoxlayarkən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin ittiham hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində (əlavə) göstərilənlərdən deyil, məhz ittiham hökmündə işin həqiqi halları kimi təsvir edilmiş faktiki məlumatlardan, bu faktlardan apellyasiya məhkəməsinin hasil etdiyi hüquqi n əticələrdən çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya məhkəməsində məhkəmə dinləmələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqları gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhku m Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, şahidlərin ifadələri, məhkəmə mühasibatlıq, mühəndis texniki və əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, hökmdə müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin İ.İ,Əlisoyun Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası həmçinin məhkum İ.İ,Əlisoyun cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq onun qanunsuz olaraq məhkum edilməsi ilə bağlı kassasiya şikayətində istinad etdiyi dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Re spublikasının Cinayət Məcəlləsinin 11-ci fəslində cinayət məsuliyyətindən azadetmənin əsaslarından biridə müddətin keçməsilə bağlı cinayət məsuliyyətindən azadetmədir. Müddətin keçməsilə bağlı cinayət məsuliyyətindən azad etmənin mahiyyəti qanunda göstərilən müddətin keçməsi ilə əlaqədar şəxsin törətdiyi cinayətə görə cinayət məsuliyyətinin aradan qalxmasında və ya özünü təqsirli hesab etmədiyi halda cəzadan azad edilməsindən ibarətdir. CM-in 75.1-ci maddəsində cinayətlərin qanunda fərqləndirilən dörd kateqoriyasına uyğun olaraq dörd növ cinayət məsuliyyətinə cəlbetmə müddəti nəzərdə tutulur. Böyük ictimai təhlükə törətməyən cinayətlərin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətlərin törədildiyi gündən yeddi il keçdikdə; – ağır cinayətlərin törədildiyi gündən on iki il keçdikdə; – xüsusilə ağır cinayətlərin törədildiyi gündən on beş il keçdikdə. Həmçinin qeyd olunmalıdır ki, CM-in 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının kəsilməsi anlayışı nəzərdə tutulmamışdır. Yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti cinayətin törədildiyi günün sonundan, növbəti günün əvvəlindən başlayır, yalnız cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə (CM-in 75.3), müddətin axımı dayanır və göstərilən müddət axımı, cinayət törətmiş şəxsin tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli cinayətlərin təsnifatı (CM maddə:15) baxımında az ağır cinayətlər kateqoriyasına aid olmaqla, CM-nin 75.2-ci maddəsinə əsas ən həmin cinayətlər görə cəlb etmə müddəti 7 ildir. Apellyasiya məhkəməsinin hökmünə əsasən o, 2016-cı ilin 1-ci rübündən - 2018-ci ilin 2-ci rübünədək yəni 10 rüb üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq sadələşdirilmiş vergini, həmçinin 2016-cı ilin aprel ayından – noyabr ayına qədər muzdlu işlə əlaqədar tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkum tərəfindən törədilmiş vergi cinayətlərinin 2016-cı ilin 1-ci rübündən başlamaqla 2018-ci ilin 2-ci rübünədək davam etməsi (həmin dövrü əhatə etməsi), Sumqayıt Apellyasiya Məhkəməsinin ittiham hökmünün isə 02 fevral 2023-cü il tarixə (qanuni qüvvəyə mindiyi vaxt) təsadüf etməsi nəzərə alındıqda adi riyazi hesablama ilə CMnin 75.2-ci maddəsində nəzərdə tutulmuş 7 ilik cəlb etmə müddətin keçmədiyi müəyyən olunu r. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cəzanın təyin edilməsi qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum kassasiya şikayətində özünü törədilmiş cinayətdə təqsirsiz hesab etdiyi halda, elə həmin şikayətdə də təqsirli bilindiyi CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi əsaslarının apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmadığını göstərməsi özü-özlüyündə təzad təşkil etməklə məhkumun törədilməsi ona istinad edilmiş əməlləri törətməməsinə dair verdiyi dəlilləri təkzib edir. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materiall arı Məhkum kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (apellyasiya məhkəməsinin cinayət-prosessual qanunun 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsi barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Məhkum təyin olunmuş cəzanın və onun şərti məhkum edilməsinin mübahisələndirilməsinə həsr olunmuş dövlət ittihamçısının kassasiya protestinə gəldikdə, kollegiya həmin kassasiya müraciəti ilə razılaşmaq üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa g östərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi bunu Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmə nin təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi; törədilmə halları; ilk dəfə cinayət törətməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, vurduğu ziyanın xeyli hissəsini (61000 manat) ödəməsini məhkəməyədək icraat və məhkəmə icraatı dövrlərində barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin şərtlərinə əməl edib, hər hansı pozuntuya yol verməməsi və icraatı aparan orqanların çağırışı ilə vaxtında gəlməsi kimi şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən hallar, təyin olunan tədbirin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almışdır. Apellyasiya Məhkəməsinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldığı Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya məhkəməsinin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi tərəfindən ziyanın (vergi məbləğinin) ödənilməsini ilə bağlı verilmiş mülki iddianın tam həcmdə yəni 233221,13 manat məbləğində deyil qismən 230,515,20 manat məbləğində təmin edilməsi ilə bağlı mülki iddiaçının kassasiya şikayətində istinad etmiş olduğu dəlilərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi Natiq Əliyevin 07 may 2019-cu il tarixli qərarı əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31 iyul 2019-cu il tarixli 13822 nömrəli rəyində n görünür ki, Vergi Məcəlləsinin qüvvədə olan tələblərini nəzərə almaqla Məhkum dövlət büdcəsinə ödənilməli olan vergi borcu 233221,113 manat məbləğində müəyyən edilir, o cümlədən MÖMV üzrə 71,68 manat, BTFSV üzrə 233149,45 manat. Müdafiə tərəfinin vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarına əsasən cinayət işi üzrə keçirilmiş kompleks mühəndis texniki və əlavə məhkəmə mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli 10/5448-9/6053 nömrəli rəyindən müəyyən olunur ki, Məhkum ünvan 2 ünvanında tikdiyi 6 mərtəbəli binanın ümumi sahəsinin 3751,1 kv. Metr, həmçinin mənzillərin yerləşdiyi sahə 2238 kv. metr, balkonların yerləşdiyi sahə 212,5 kv. metr, ümumi pilləkən və dəhlizin sahəsi 265,2 kv. metr, qeyr-yaşayış sahəsi 1035,4 kv metr təşkil et diyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Məhkum tərəfindən xx.xx.2016-cı il tarixdə qüvvəyə minən qanuna əsasən ünvan 2 ünvanda tikdiyi 6 mərtəbəli bina (yaşayış və qeyri- yaşayış sahələri də daxil olmaqla ) üçün dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləği 230,515,20 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə rəisinin birinci müavini Samir Seyidəhmədli tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 16 dekabr 2022-ci tarixli mülahizədə müəyyən olunur ki, vergi orqanı (mülki iddiaçı) kompleks mühəndis texniki və əlavə məhkəmə mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli 10/5448-9/6053 nömrəli rəyi ilə qismən razıdır. Digər tərəfdən öyrəni lmiş məhkəmə iclas protokollarından görünür ki, məhkəmə iclasında iştirak etmiş mülki iddiaçının nümayəndəsi əlavə ekspertizanın keçirilməsi və ya rəy vermiş ekspertlərin məhkəməyə dəvət edilərək dindirilməsi ilə bağlı vəsatətlər verməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi sözügedən kompleks mühəndis texniki və əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş Məhkum büdcədən yayındırdığı verginin məbləği 230515,20 manat məbləğində olmasından, sonuncu tərəfindən 61000 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsindən çıxış edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia qismən, yəni 169515,20 manat hissədə təmin etməsi sübutlar və sübutlar ın tədqiq edilməsinə, xüsusilə də sübutların yoxlanılmasına, ekspert rəyinin qiymətləndirilməsinə dair cinayət-prosessual qanunun tələblərini pozuntusu kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən mülki iddiaçının kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsinə dair dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin çıxışları nı dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 fevral 2023-cü il tarixli 1(105)-9/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli 1(105)-9/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar