Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1326/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6 və müdafiəçi X5 iştirakları ilə, Ağsu Rayon Mə hkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsmayılov Tahir Abdulrəhim oğlu) xx xxxx 1987-ci il ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, Ağsu rayonunun Kəlağaylı kəndində qeydiyyatda olan və yaşayanMəhkum, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 01 fevral 2018-ci ildən hesablanması qərara alımçışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən apelyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisinin apelyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X4nın apelyasiya şikayəti isə qismən təmin edilərək “könüllü gəlib təqsirini boynuna alma” müddəası hökmdən xaric edilmişd ir. Şəki Apelyаsiyа Məhkəməsinin qeyd olunan qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi) Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə) 23 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə, məhkəmə baxışına təyin edilmişdir Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ib arət tərkibdə) 30 aprel 2019-cu il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti qismən, müdafiəçinin apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6 kassasiya şikayəti verərək məhkuma ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 20 avqust 2017-ci il tarixdə saat 08 radələrində Bakı Məhkum 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi İsuzu NPR 66L markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalıdır” kimi tələblərini pozaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ona beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sol gicgah təpə nahiyəsinin qançırı və onun fonundakı sıyrığı, sol sağrı nahiyəsinin qançırı, sol əlin sıyrığı, sağ və sol diz oynağının sıyrıqları, sol ayağın sıyrığı xəsarətləri yetirərək ölümünə, habelə “xxxx” MMC-yə 300 manat məbləğində maddi ziyan vurmaqla “İsuzu NPR 66L” markalı **JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayətini onunla əsas landırmışdır ki, Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkumun zərərçəkmiş şəxsin yaxınları ilə görüşməyə, barışıq əldə etməyə cəhd etməməsi, dəymiş ziyana görə heç bir köməklik göstərməməsinə baxmayaraq barəsində CM-nin 59.1.12 və 59.1.13-cü maddələrini tətbiq etməklə əsassız şəkildə cəzasını yüngülləşdirmişdir. Məhkəmə qərarında yalnız fərziyyələrə əsaslanmış, qeyd olunan yüngülləşdirici hallardan heç birinin sübut olunmadığına baxmayaraq CM-nin 60.1-ci maddəsi tətbiq edilmiş və məhkəmə yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin, kassasiya şikayətinin məhkuma ağır cəza təyin edilməsi hissəsinin təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı kassasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası razılaşmır. Məhkum və iş üzrə şahid X5un ifadələrindən görünür ki, X6 20 dekabr 2017-ci ildə, saat 19 radələrində idarə etdiyi İsuzu NPR 66L markal ı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan zaman avtomobilin sağ yan küncü ilə Zərərçəkmiş şəxs vurmuş və buna görə avtomobili bir qədər qabağa sürüb geri dönüb qayıtmış və orada yolun kənarında hərəkətsiz vəziyyətdə olan piyadanı görmüş, tez avtomaşından düşüb həmin vaxt orada olan və vurduğu şəxsin yanında olmuş X5la zərərçəkmiş şəxsi öz avtomobilinə qoyaraq onun həyatını xilas etmək məqsədilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırmış, Zərərçəkmiş şəxs xəstəxanya təhvil verdikdən və onun vəfat etdiyini bildikdən sonra mərhumun yaxınlarının oraya gəlib ona hücüm edəcəklərindən ehtiyyat edərək oradan uzaqlaşmışdır. Həmçinin, cinayət işində olan (i. v. 60-65) məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2017-ci il tarixli rəyində (ikinci səhifə) göstərilmişdir ki, Ağsu RX-da doldurulmuş stasionar xəstənin 1907 nömrəli (1930762) xəstəlik tarixində yazılanlardan görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Rəsul oğlu 20.12.17-ci il tarixdə, saat 19:35 radələrində həmin xəstəxananın cərrahiyyə şöbəsinə.. gətirilmişdir. Gətirənlərin deməsinə görə avtoqəza zamanı xəsarət almışdır Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəm cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi məhkumun ilk dəfə cinayət törətməsinin, himayəsində azyaşlı uşağının olmasının, ailədə yeganə gəlir gətirən şəxs olmasının, özü və yaxın qohumları tərəfindən zərərçəkmiş şəxslə barışmağa, maddi köməklik göstərməyə dəfələrlə cəhd etməsinə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır, ehtiyyatsızlıqdan olan cinayət törətməsi, könüllü olaraq polisə təslim olunmasının, cinayətin açılmasına köməklik göstərməsinin, əməlində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, əksinə cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, habelə cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən CM-in 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcminin CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CP M-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslarardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6nun kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarızərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6nun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1326/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1326/2019
15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver