Məhkəmə qərarları › İş №1(102)-1326/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1326/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1326/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, bəraət almış şəxs X6 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X15 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin (sədrlik edən hakim: X16) 21 sentyabr 2021-ci il tarixli hökmü ilə 14 may 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirsiz bilinmiş və ona bəraət verilmişdir. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilmişdir. X6 təqsirliliyi cinayətin törədilməsinə aidiyyəti olmadığından, lakin qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin odlu silahın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, maddi sübut 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 m odelli yivsiz qoşa lüləli odlu ov silahının araşdırma sona çatanadək Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanılması hökm edilmiş, X11 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X23 və X8 ibarət tərkibdə) 6 aprel 2022-ci il tarixli hökmü ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmişdir. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinmiş, X18 Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 228.1 -ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası "8 noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5, 9.2.3, 9.3-cü bəndləri tətbiq edilməklə 1 (bir) il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. X6 üzərinə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Siyəzən şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmi n vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilm əsi, cəza çəkilməsi müddətinin əvvəlinin X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası X6 yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X27 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum X6 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmi şdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X24 (sədrlik edən və məruzəçi), X17 və X12 ibarət tərkibdə) 1 fevral 2023-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)- 1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya protesti təmin olunmamışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yarar lı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamış, qeyd olunan silah X3, Şahid1 və X25 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 21 avqust 2019-cu il tarixdə, gecə saat 03:00 radələrində ona məxsus evdən talanmaqla Xızı rayonu, Altıağac qəsəbəsinə aparılaraq qanunsuz saxlanılması üçün X9 verilmiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah 23 avqust 2019-cu il tarixdə saat 16:00 radələrində Sapar Bağırovun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi q eyd edir ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən sübutlar qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Rövşən Cabbarova CM-nin 228.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Siyəzən RPŞ-yə Rövşən Cabbarovun müraciəti daxil olan gün, yəni 22 avqust 2019-cu il arixdə qeyd olunan yaşayış sahəsinə şikayətçi Rövşən Cabbarovun özünün, eləcə də hal şahidləri və digər aidiyyəti şəxslərin iştirakları ilə baxış keçirilmiş və baxışın nəticələrini əks etdirən protokola əsasən Rövşən Cabbarova məxsus yaşayış evinin əsas giriş qapısının açar sistemi yoxdur və həmişə açıq vəziyyətdə olur, ev 3 otaqdan - yataq otağı, qonaq otağı və saxlanc otağından i barətdir, saxlanc otağının qapısında qıfıl var və həmin qıfıl qırılmış vəziyyətdədir və baxışda iştirak edən Rövşən Cabbarov 2 ədəd tüfəngin saxlanc olan otaqdan oğurlandığını bildirmişdir. Həmin protokolda qeyd olunanlardan belə nəticə hasil olunur ki, həmin evdə daimi yaşayış olmamış, çünki evdə yaşayış olsaydı yaşayış üçün zəruri olan məişət əşyaları, eləcə də həmin əşyaların mühafizəsi üçün evin giriş qapısında qıfıl olardı. Amma baxış zamanı qıfılın yalnız saxlanc otağının qapısında olması müəyyən olunmuşdur ki, bu da orda olan tüfənglərin mühafizəsini təşkil etmək üçün nəzərdə tutulmuşdur. Məhkəmələr təqsirləndirilən şəxs Rövşən Cabbarovun özünün müdafiə edilməsi, habelə sonuncunun valideynlərinin onu cinayət məsuliyyətindən qorumaq üçün vermiş olduğu ifadələri, eləcə də iş materiall arına əlavə edilməmiş Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli arayışı əsas götürüb tamamilə absurd bir nəticəyə gələrək qeyd etmişdir ki, guya sözügedən evdə həmişə Rövşən Cabbarovun valideynləri - Əhməd və Əminə Cabbarovlar yaşamış və Rövşən Cabbarov da valideynlərinin yanına baş çəkmək üçün arada bir oraya gəlib getmişdir. Apellyasiya məhkəməsi Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4 saylı məktuba, polis sahə rəisi R.Məmmədov tərəfindən 2 aprel 2020-ci il tarixdə tərtib edilmiş raporta diqqət yetirməmiş, işə birinci instansiya məhkəməsində baxılarkən hansı yolla əldə olunması müəmmalı olan, iş materiallarına proses iştirakçılarından xəbərsiz daxil edilən, heç bir məhk əmə iclas protokolunda qeyd olunmayan, üzərində məhkəməyə daxil olmaya dair hər hansı bir rekvizit olmayan və ən əsası da iş materiallarlarında olan və eyni məsələyə dair olan digər sənədlərlə ziddiyyət təşkil edən arayışları əslində məhkəmə kollegiyası hərtərəfli araşdırmamış və qanuni yolla əldə edilərək iş materiallarına əlavə edilən sənədlərdə göstərilənləri təkzib edərək qanunsuz olaraq iş materiallarında peyda olan iki arayışı əsas götürmüşdür. Halbuki, məhkəmə kollegiyasının əsaslandığı həmin arayışlar həqiqəti tam əks etdirmir. Belə ki, həmin arayışda X18 və ailə üzvləri ünvan 3 ünvanda qeydiyyatda olması göstərilsə də, qəsdən Şahid2 və Şahid3 da həmin ünvanda qeydiyyatda olmaları gizlədilmişdir. Yaşayış sahəsinin məhz Rövşən Cabbarovun faktiki sahibliyində olması Rövşən Cabbarov un ilkin izahatı, zərərçəkmiş şəxs qismində verdiyi ilk ifadəsi, eləcə də hazırki iş üzrə şahid qismində keçən şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələrlə təsdiq olunsa da, işə baxan məhkəmə kollegiyası bunu nəzərə almamışdır. Belə ki, X2 RPŞ-yə rəsmi ərizə ilə müraciət etdikdən sonra ondan izahat alınmış və həmin izahatında o, təsərrüfat işləri ilə məşğul olduğu ona məxsus evdən naməlum şəxs (şəxslər) tərəfindən talanmış tüfənglərin ona babası Pənahdan miras qaldığını qeyd etməklə həmin tüfənglərin göstəricilərini, konkret olaraq birinin Rusiya istehsalı olan 16 kalibrli “İJ-58” markalı qoşalüləli, digərinin isə Rusiya istehsalı olan “Toz-8” markalı təklüləli ov tüfənglərinin olduğunu və hər ikisinin də işlək vəziyyətdə olduğunu qeyd etmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı dindirilmiş Rövşən Cabbarovun atası həmin tüfənglərin markasını və digər göstəricilərini bilmədiyini və yalnız hadisədən sonra onlardan birinin “Toz-8” markalı olması barədə bildiyini göstərmişdir. İş materiallarından görünür ki, Siyəzən rayon məhkəməsinin müvafiq sorğusuna əsasən Şahid1, X3, X13 CM-in 232.2.1 və 228.2.1-ci maddələri və X5 CM-nin 228.2.1 -ci maddəsi ilə müvafiq cəzalara məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cinayət işi materiallarına əlavə edilmişdir. Həmin hökmdə qeyd olunan təqsirləndirilən şəxslər - X3 və X13 ifadələrindən də görünür ki, onlar xx.xx.2019-cu il tarixdə cinayət törətdikləri Köhnə Quşçu kəndindəki evin və həmin evdə olan 2 ədəd tüfəngin Rövşənə məxsus olmasını qabaqcadan əlbir olduqları qrupun üzvü Şahid1 eşitmişlər. Lakin iş materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü əlavə edilsə də, işə baxan məhkəmə kollegiyası orada olan ifadələrə qətiyyən münasibət bildirməmiş, yalnız işə aidiyyət olmayan məsələni, yəni Şahid1, X3, X13 CM-in 232.2.1 və 228.2.1-ci maddələri və X5 CM-in 228.2.1-ci maddəsi ilə müvafiq cəzalara məhkum edildiyini qeyd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü işə baxan məhkəmə kollegiyası üçün predyusial xarakter daşımasına baxmayaraq cinayət kollegiyası həmin halı nəzərdən qaçırmışdır. Belə olan halda həmin hökmün iş materiallarına nə kimi aidiyyətinin olduğunu başa düşmək mümkün deyil. Hazırki iş üzrə şahid qismində dindirilmiş Rövşən Cabbarovun atası Şahid2 göstərmişdir ki, sözügedən həmin 2 ədəd tüfəng ona atasından miras qalmış, oğlu Rövşənin tüfənglərdən xəbəri olmamış, həmin silahların göstəricilərini bilməmiş və Köhnə Quşçu kəndindəki evdə həmin 2 ədəd tüfəng oğurlanarkən oğlu Rövşənə gedib Siyəzən RPŞ-yə ərizə ilə müraciət etməyi tapşırmışdır. Lakin Şahid2 dindirildikdə və ondan talanmış tüfənglərin göstəriciləri barədə soruşulduqda o, həmin tüfənglərin markasını bilmədiyini, hadisədən sonra həmin tüfənglərdən birinin “Toz-8” olduğu ona məlum olduğunu qeyd etmişdir. X29 Siyəzən RPŞyə ərizə ilə müraciət etdikdən sonra ondan dərhal izahat alınmış və sonuncu, həmin izahatda talanmış odlu silahların işlək vəziyyətdə olmaqla birinin Rusiya istehsalı olan 16 kalibrli “İJ-58” markalı qoşalüləli, digərinin isə Rusiya istehsalı olan “Toz-8” markalı təklüləli ov tüfənglərinin old uğunu qeyd etmişdir. Şahid2 da ifadəsində tüfənglərin evin hansı otağında saxlanılması barədə də ziddiyyətli ifadələr vermiş, lakin məhkəmə kollegiyası bu xüsusatlara da qiymət verməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X11 CM-in 228.1-ci maddəsi ilə verilmiş əsassız bəraət hökmünü qüvvədə saxlanmışdır. Kassasiya protestində X6 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının l əğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiy yətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində X11 Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestini n dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslan dırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi hald a isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X11 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki: X18 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hazırda Siyəzən şəhərinin Sabir küçəsindəki 49 nömrəli ev də valideyni və ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən rayonu, Köhnə Quşçu kəndində valideynlərinin yaşamış olduğu (hazırda atasının vəfatından sonra anası onunla birgə yaşayır) həyətyanı torpaq sahələri və həmin torpaq sahəsində bir mərtəbə, 3 otaq və 1 eyvandan ibarət evləri vardır. Həmin evin otaqlarından biri qonaq otağı, biri yataq otağı, digəri isə müxtəlif əşyalar saxlamaq üçün anbar kimi istifadə olunur. Mərhum atası həmin həyətyanı torpaq sahəsində mal-qara saxlamış, təsərrüfatla məşğul olmuş, həmçinin müxtəlif tərəvəz bitkiləri əkmişdir. 2019-cu ilin may ayınadək mərhum atası Şahid2 və anası Şahid3 da həmin evdə yaşamışlar. Lakin, sonradan atası Şahid2 beyin insultu keçirdiyindən əvvəlcə atasını, bir müddət sonra isə anasını ünvan 4 ünvanında yerləşən evinə apar mışdır. 2019-cu illin may ayından etibarən Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərinin bütün işləri ilə özü məşğul olmağa başlamış, həmçinin, həmin evdə mərhum babası Pənah Cabbarovdan qalma iki ədəd ov tüfəngləri də olmuşdur. Belə ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndi coğrafi baxımdan dağlıq ərazidə yerləşdiyindən müxtəlif növ vəhşi heyvanlar tez-tez kəndə hücum edərək, kənd sakinlərinin mal-qarasına və təsərrüfatına ziyan vururlar. Məhz bu səbəbdən evdə silah saxlanılmışdır. Mərhum babası Pənah Cabbarov da vaxtilə həmin iki ədəd tüfəngi bu məqsədlə evdə saxlamış, babası rəhmətə getdikdən sonra həmin tüfənglərlə mərhum atası Şahid2 maraqlanmışdır. Mərhum atası Şahid2la sağ ikən söhbətləri zamanı sonuncu ona cavanlığında həmin tüfəngləri silib-təmizlədiyini bildirmişdir. Sənəds iz olsa da, kənd yeri olduğu üçün vəhşi heyvanların hücumundan qorunmaq üçün gələcəkdə bəlkə, lazım olar fikri ilə həmin tüfəngləri aidiyyəti üzrə təhvil verməmiş, nə də ki, ortaya çıxarmamışdır. Həmin tüfənglər atasının Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evində anbar kimi istifadə olunan otağın qapısının arxasında divara söykədilmiş vəziyyətdə olmuşdur. Həmin tüfənglərin güllələri olmamış, əgər olmuşdursa belə, o, evdə həmin tüfənglərə aid güllələri görməmişdir. O, 2019-cu ilin may ayından etibarən birbaşa həmin evin təsərrüfat işləri ilə məşğul olduğu zaman, tüfənglərin evdə olmasından məlumatı olsa da, atası icazə vermədiyi üçün (tüfənglər bağlı yerdə olduğundan həmin otağın açarı da atamda olmuşdur) tüfənglərə qulluq və həmin tüfənglərdən istifadə etməmişdir. Mərhum atası Şa hid2 xəstələndikdən sonra anası Şahid3 ilə bir müddət həmin evdə qalmış, bu müddət ərzində o, anasının yanında qalması, həmçinin ona təsərrüfat işlərində kömək etməsi üçün Elxan adlı qonşularını oraya aparmış, sonuncu orada qaldığı vaxt, həmin tüfəngləri görmüş və anası Əminədən həmin tüfəngləri istifadə etmək üçün icazə istəmiş, anası isə Elxana həmin tüfənglərdən istifadə etməyə icazə verməmişdir. 20 avqust 2019cu il tarixdə Elxandan ona məxsus avtomobil ilə Siyəzən rayonunda olan həmkəndlilərini Siyəzən rayonu, Köhnə Quşçu kəndinə aparmasını xahiş etmiş, o da etiraz etməyərək xahişini yerinə yetirdikdən sonra avtomobilini özünə qaytarmışdır. 21 avqust 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində yerləşən evlərinə getdiyində oradan oğurluq olduğunu və həmin evdə s axlanılan 2 (iki) ədəd ov tüfənglərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, bu barədə mərhum atası Şahid2 məlumat verdiyində sonuncu ona səhhətində baş vermiş ağrılar ucbatından polisə gedə bilməyəcəyini, bu səbəbdən də baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə yazmasını tövsiyə etmişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi yaşayış evinin özünə məxsus olmamasını, ata- baba mirası olduğunu, özünün ünvan 4 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona "sənin qoca atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar. Bundan əlavə, bildirir ki, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa da, polis əməkdaşlarının diktəs i ilə yazılmışdır. Sonradan həmin oğurluq hadisəsinin Şahid1, X25 və X3 tərəfindən törədildiyini, qeyd olunan şəxslərin həmin silahları oğurladıqdan sonra saxlaması üçün Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan X9 verdiklərini öyrənmişdir. Sözügedən tüfənglər polis əməkdaşları tərəfindən X5 yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evinin həyətindən aşkar edilərək götürülmüşdür. Beləliklə, bir daha bildirir ki, məhkəmə istintaqı zamanı təqdim etdiyi sənədlərdən də görünür ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən fərdi yaşayış evində atası və anası, o, isə ünvan 4 nömrəli evdə yaşamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş şahid, mərhum Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Rövşən Cabba rov doğma oğludur. 2019-cu ilin may ayınadək arvadı Şahid3 ilə birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış və həmin müddət ərzində oğlu Rövşən Cabbarov ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra insult keçirtdiyindən oğlu Rövşən Cabbarov onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə gətirsə də, arvadı Şahid3 bir müddət Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evdə qalmışdır. Ağlı kəsən vaxtdan həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər babasından qalmış, daha sonra atası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə otaqların birində, qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmı şdır. İnsult xəstəliyi keçirtdiyindən və həmin xəstəlik onda yaddaş dağınıqlığı yaratdığından tüfəngin gah yataq otağında, gah da anbar kimi istifadə etdikləri otaqda saxlandığı barədə qeyri-dəqiq xatırlamaları olmuşdur. Xəstəliyi ilə əlaqədar Siyəzən şəhərindəki evdə yaşadığı vaxtdan etibarən Köhnə Quşçu kəndində yerləşən evin təsərrüfat işləri ilə oğlu Rövşən Cabbarov məşğul olmuş, sonuncu təsərrüfat işlərinə kömək məqsədilə qonşuluqda yaşayan Elxan adlı şəxsi də oraya aparmış və sonuncu bir müddət orada qalaraq oğluna kömək etmişdir. Dəqiq deyə bilməsə də, xatırladığı qədəri ilə təxmini 2019-cu ilin avqust ayının axırlarında oğlu Rövşən ona Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evdən tüfənglərin oğurlandığını bildirdikdə, o, səhhəti ilə əlaqədar polisə gedib məlumat verə bilməyə cəyindən Rövşənə baş vermiş hadisə ilə əlaqədar polisə gedərək ərizə yazmasını tapşırmışdır. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatı olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin "TOZ” markalı olduğunu bilsə də, ikinci tüfəngin markası barədə hələ də məlumatı yoxdur. Qeyd edir ki, nə ova, nə də ki tüfəngə marağı olmadığından ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Sonradan onlara həmin oğurluq hadisəsinin Elxan, Camaləddin və Teymur adlı Siyəzən şəhər sakinləri tərəfindən törədildiyi, həmçinin, oğurladıqları tüfəngləri aparıb saxlanılmasından ötrü Xızı rayonunda yaşayan Sapar adlı şəxsə verdikləri məlum olmuşdur. Bildirir ki, oğurlanmış tüfənglərin evdə olması və ya kimə məxsus olması barədə oğlu Rövşənin m əlumatının olub-olmamasını bilməmişdir. Çünki, Rövşənlə ümumiyyətlə, tüfənglər və ya həmin tüfənglərin harada olması barədə heç bir söhbətləri olmamışdır. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də tüfənglərin babasından ona qalma tüfənglər olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, hazırda ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rövşən Cabbarov doğma oğludur. Bu ailəyə gəlin köçdüyü vaxtdan, daha dəqiq 1970-ci ildən etibarən həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər ərinin babasından qalmış, daha sonra qayınatası Pənah Cabbarovun sərəncamında olmuş, sonuncu vəfat etdikdən sonra isə evdə anbar kimi istifadə etdikləri ot aqda qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. 2019-cu ilin may ayınadək əri Şahid2la birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış, həmin müddət ərzində oğlu Rövşən Cabbarov ara- sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra əri Əhməd insult keçirtdiyindən oğlu Rövşən Cabbarov onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə aparmış, o, isə bir müddət qonşuluqda yaşayan və Rövşənə təsərrüfat işlərində kömək edən Elxan adlı şəxslə qalmışdır. Elxanla qalarkən sonuncu həmin tüfəngləri görmüş və tüfənglərdən istifadə etmək üçün ondan icazə istəsə də, o, Elxana tüfəngləri verməmişdir. Sonradan o, da səhhətində yaranmış problemlə əlaqədar Siyəzən şəhərinə oğlunun yaşadığı evə gəlmişdir. Daha sonra, ona evdən silahların oğurlanması barədə məlumatı oğlu Rövşən vermiş, silahlar əri Əhməd tərəfindən mütəmadi olaraq sökülüb təmizlənərək yenidən yerinə qoyulmuşdur. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatları olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin "TOZ” markalı olduğunu bilsələr də, ikinci tüfəngin markası barədə hələ də məlumatları yoxdur. Qeyd edir ki, ərinin nə ova, nə də ki, tüfəngə marağı olmadığından sonuncu ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də silahın oğlu Rövşənə aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2019-cu il tarixli, 2172 8 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ-8M modelli, yivli odlu idman-ov silahının və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahının saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı olması müəyyən edilmişdir. Cinayət işinin İ cild 106-107ci vərəqələrində olan 18 oktyabr 2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyət də olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahı iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 noyabr 2019-cu il tarixli, 011-10241-1219 nömrəli məktubundan görünür ki, 1 ədəd 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ8M modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin gülləgiliz kartotekasınkda "ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cinayət işi üzrə mübahisə doğuran yeganə hal Rövşən Cabbarova məxsus olması ittiham edilən bir ədəd zavod üsulu ilə ist ehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının həqiqətən kimə məxsus olubolmamasını müəyyən etməkdir. Oğurlanmış odlu silahın kimə Rövşən Cabbarova və ya atası Şahid2 məxsus olmasının müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanının həyata keçirdiyi yeganə əməliyyat tədbiri X21 rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşayıb-yaşaması və həmin evdə təsərrüfat işləri ilə məşğul olub-olmamasının yoxlanılması barədə 2 mart 2020-ci il tarixdə müstəntiq tərəfindən qəbul edilmiş əməliyyat tapşırığından ibarət olmuşdur. İş üzrə şahid qismində Rövşən Cabbarovun atası və anası, eyni zamanda silahı oğurlamış Şahid1 dindirilmiş, ibtidai istintaq orqanı X6 Siyəzən rayonunun köhnə Qu şçu kəndində yerləşən yaşayış evindən iki ədəd ov tüfənginin oğurlanması barədə məlumatın verilməsi haqda 22 avqust 2019-cu il tarixli ərizəsini, eyni tarixdə verdiyi izahatını, ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsini əsas götürərək, 8 aprel 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarında həmin tüfənglərin Rövşən Cabbarova məxsus olmasına dair nəticəyə gəlmiş, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsini qeyri-obyektiv qiymətləndirib, oğlu Rövşənin müdafiəsinə yönəldiyi qənaətinə gələrək həmin ifadələrin sübut kimi qəbul edilməməsi barədə qərar vermişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı bəraət almış təqsirləndirilən şəxs Rövşən Cabbarovun 22 avqust 2019-cu il tarixdə təqdim etdiyi oğurluq cinayətinin törədilməsi haqqında ərizəsini və ilkin izahatını əsas götürməklə, oğurlanmış tüfənglərin məhz sonuncuya məxsus olması barədə gəlinmiş nəticəyə dair hər hansı əsaslandırma aparmamışdır. Apellyasiya məhkəməsi X6 yuxarıda göstərilən ittiham üzrə cinayət əməlində özünü təqsirli bilmədiyini qəbul edərək buna qanunvericiliyin tələbləri baxımından müvafiq hüquqi qiymət vermiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə təqsirlililyinin sübut olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya məhkəməsi cinayət işi üzrə sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, X6 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kal ibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasında təqsirliliyinin sübuta yetməməsi əsası ilə ona Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, cinayət işinin materiallarından görünür ki, Şahid1, X1 və X13 Azərbaycan Repsublikası CM-nin 232.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin başlanmasına səbəb məhz X6 törədilmiş cinayət haqqında polis orqanına verdiyi ərizə olmuşdur. Halbuki, bu ərizə Rövşən Cabbarov tərəfindən tərtib edilsə də, qeyd edilən ərizə Şahid2 öz oğlu Rövşəndən polisə gedib həmin məzmunda ərizə yazmasını xahiş etməsi nəticəsində verilmişdir. X22 atası Şahid2 məxsus evdən edildiyi üçün və sonuncu ağır xəstə olduğu üçün uzaq məsafə getmək iqtidarında olmayan yaşlı bir adamın tələbi ilə oğlu Rövşən Cabbarov tərəfindən polisdə ərizə yazılmışdır. Şahid2 xəstə olması iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə sübuta yetirilir. Belə ki, 2020-ci ilin fevral-iyun aylarını əhatə edən tibbi sənədlərin surətlərindən görünür ki, mərhum Şahid2 sağlığında şəkərli diabet İİ tip orta ağır dərəcə, SV2. Keçirilmiş işemik insultun qalıq əlamətləri, kataral angina, xroniki daşlı xolesistit, sidik t-lu diatez sol böyrəyin daşı xəstəliklərindən əziyyət çəkmişdir. Həmçinin, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2020-ci il tarixdə veri lmiş AZ-İİ seriyalı, 098181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 10 avqust 2020-ci il tarixdə durğunluq ürək çatışmamazlığından Siyəzən şəhərində ölmüşdür. İş üzrə araşdırılmalı olan ikinci bir hal, silahın oğurlandığı evin, yəni Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən fərdi evin Rövşən Cabbarov və ya Şahid2 məxsus olubolmaması, qeyd edilən evin Rövşənə aid olması araşdırılmamış, dəqiqləşdirilməmişdir. Verilmiş ittiham üzrə istintaq orqanı tərəfindən hər hansı bir hüquqi və faktiki əsas olmadan həmin evin ona məxsus olması təəssüratı yaradılmışdır. Halbuki, iş materiallarında olan arayışlarda, eləcə də şahid ifadələrində oğurluq hadisəsinin baş verdiyi evin Rövşən Cabbarovun valideynlərinə aid olduğu, onun orada yaşamadığı, yalnız valideynlərinə görə bir övlad kimi ziyarət məqsədilə bu evə gedib-gəldiyi məlum olmuşdur. Ov silahlarının Rövşən Cabbarova məxsus olması halını əsas gətirən istintaq orqanı hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsini və həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Rövşən Cabbarovun ifadəsini əsas götürsə də, bu ifadələr Rövşən Cabbarovun ittiham edildiyi cinayət əməlinə aidiyyətinin olmamasına dəlalət edir və bu barədə aşağı instansiya məhkəmələrinin qənaəti əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cinayət işinin araşdırılması zamanı X6 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla at əş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasına dair hərəkətləri haqqında nəticəyə gəlməyə əsas verən, hər hansı bir hal müəyyən edilməmişdir. İş materiallarında heç bir mötəbər sübutla 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının məhz Rövşən Cabbarova məxsus olması, onun tərəfindən əldə edilməsi və ona məxsus evdə saxlaması təsdiq olunmur və ittiham tərəfi də belə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların təhl ilinə əsasən hesab edir ki, X6 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlaması, yəni qanunsuz olaraq odlu silah əldə etməsi və saxlamasının sübut olunmaması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan biri digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respubl ikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı Rövşən Cabbarova qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivl i odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasını təsdiq edən heç bir mötəbər sübut əldə etmədiyindən aşağı instansiya məhkəmələri ona təqsirinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuş və bu nəticənin qanuniliyi və əsaslılığı məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsaslanır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtər əfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəl i təhlilinə əsasən hesab edir ki, X6 ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar əsasında CM-in 228.1-ci maddəsi ilə ittiham elan edilməsinə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nəticə etibarı ilə İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz və buna görə də X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə aşağı instansiya məhk əmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X6 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin m üddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onu n təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyat a keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqların ın və X14 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Sadala nanlara münasibətdə kassasiya məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Rövşən Cabbarovun ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi ilə bağlı hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə it tiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Rövşən Cabbarovun CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlməsi barədə qənaəti əsaslıdır. Apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd ol unanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-ci il tarixli qərar ı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar