Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1327/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Məhkum – Məhkum, Müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Ağazadə İlkin İlqar oğlunun iştirakları ilə, Şəki Ağır Cina yətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ağazadə İlkin İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünə əsasən (sədrlik edən B.Məmmədov) xx xxxxxxx 1991-ci ildə Ağcabədi rayonu Mehrablı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, xx kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 09 fevral 2022-ci il tarixdən hesablanması, Məhkum əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X10 oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ağazadə İlkin İlqar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə saat 1830 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayon Zarağan kəndində keçən hissəsində nəqliyyat vasi tələrini idarə etmək hüququ olmadan baş etibarnamə ilə sahibliyində olan, idarə etdiyi “Vaz 21099” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətinə yolun sağ hərəkət zolağı ilə saatda 80 km/saat sürətlə hərəkətdə olarkən “X11” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli,yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, eləcə də adı çəkilən qanunun 50-ci maddəsinin 1-ci hissəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını pozaraq, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, avtomobilini sürücülük hüququ verən sürücülük vəsiqəsi olmadan yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox, yəni, 80 km/saat sürətlə idarə etmiş, nəticədə Qəbələ şəhəri istiqamətində yolun solundan sağına tərəf piyada 9,60 metr məsafə qət etmiş Qəbələ rayon Əmirvan kənd sakini xx.xx.1944-cü il təvəllüdlü X4 avtomobilinin ön sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun baş beyin qi şalarına və toxumasına qansızma, daxili qanaxma, sol ağ ciyərin əzilməsi travmatik şok, sol bazu sümüyünün açıq, sağ qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınığı, başın sol gicgah-təpə və sol təpə-ənsə nahiyəsinin, sol bazunun ön orta 1/3-nin əzilmiş cırlmış yarası, başın dərialatı hematoması, sol kürək, döş qəfəsinin sol qoltuqaltı, hər iki dirsək, sol əlin üst nahiyələrinin, hər iki dizin ön səthinin, sol baldırın içəri orta, sağ baldırın ön orta 1/3-nin və sol ayağın İ barmağının üst səthinin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən 19 iyul 2021-ci il tarixdə saat 01 radələrində Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum heç bir cinayət əməli törətməmişdir və ona qarşı verilmiş ittiham tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət ittihamdır. Məhkəmələr də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu ittihamı öz hökm və qərarı ilə təsdiq edərək Məhkum təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, ekspert rəyində piyadanın məhz piyada keçidindən istifadə etməməsinə münasibət bildirilməmişdir. Halbuki hadisə baş verən yol magistral yoldur və bir qədər aralıda piyada keçidi mövcuddur. Bundan əlavə hadisə anını əks etdirən video görüntülərə də baxış keçirilərkən həqiqətən pi yadanın piyada keçiridmdən istifadə etməməsi, Məhkum idarə etdiyi avtomobillə hərəkətdə olarkən onun yanından digər avtomobilin sürətlə gəlib keçib irəlidə qəfil yavaşlamasını və həmin an qəflətən piyadanın yolun ortasına çıxması tam aydın əks olunmuşdur. İşin bütün halları onu deməyə əsas verir ki, Məhkum həmin vaxt hadisənin qarşısını almağa texniki imkanı ola bilməzdi. Nəzərə alsaq ki, piyada tərəfindən də X11 Qanunun 40-cı maddəsinin tələbləri pozulmuşdur. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblə rinə uyğun olaraq həll edildiyi halda, bir sıra hallarda məhkəmələr işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirmir, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət vermirlər. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağ lamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, ış üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin bənddə məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X11» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Bundan əlavə, məhkəmələr Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmışdır, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı övladı vardır, həmçinin digər yüngülləşdiriçi halları nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkum bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İ.İ.Ağazadə çıxış edərək, Məhkum hadisədən 10 gün kimi qısa müddət sonra sürücülük vəsiqəsini əldə etdiyini, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, əməlindən tam səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmi ş şəxsin hüquqi varisinin heç bir şikayətinin olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsindən də göründüyü kimi zərərçəkmiş şəxsin sağlamlıq imkanları məhdud şəxs olduğunu, onun hərəkətinin mahiyyətini dərk etmədən yola çıxdığını və Məhkum texniki imkanların əl vermədiyindən maşını saxlaya bilmədiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçinin dediklərinə əlavəsinin olmadığını, tam razı olduğunu, ailənin yeganə gəlir getirən şəxsin özünün olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını və daha yüngül cəza təyin olunmasını məhkəmə kollegiyasından x ahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdak ıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən avtomobil ilə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263-1.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi nin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 8/2190 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanunun un 33-cü maddəsinin 4-cü tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məhkum avtomobili yaşayış məntəqəsində müksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspert rəyindən göründüyü kimi piyadanın vurulduğu yerə kimi qalmış tormoz izinin uzunluğu 14,75 m, piyada vurulduqdan sonra qalmış tormoz izinin uzunluğu isə 11,8 m olmuşdur. Bundan başqa, iş materialları ilə məlum olur ki, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsini piyadanı vurduğu yerdən məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan kifayət qədər böyükdür. Bu isə onu izah edir ki, təhlükə yaranandan sonra da nəqliyyat v asitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum avtomobilini sürücülük hüququ verən sürücülük vəsiqəsi olmadan yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox, yəni, 80 km/saat sürətlə idarə etmiş, nəticədə X4 avtomobilinin ön sağ hissəsi ilə vurması, ehtiyatsızlığından sonuncunun aldığı bədən xəsarətlərindən 19 iyul 2021-ci il tarixdə saat 01 radələrində Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətməsi hər iki məhkəmə ins tansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunm ası haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin t örədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəl diyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanu nunun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar himayəsində i ki nəfər azyaşlı uşağın olması yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə edilməsi), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzr ə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Ağazadə İlkin İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2 021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1327/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1327/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver