Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1327/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəfərova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(106)-931/2024 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 29 avqust tarixli, 1(099)-206/2024 nömrəli hökmü (X2 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) ilə, xx.xx.1988-ci ildə Göyçay rayonu, Şıxəmir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Şıxəmir kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası C M-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona həmin maddələr üzrə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il 7 iyul tarixdən hesablanması; xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1 və 68.1.1-1ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsi rləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2023-cü il 7 iyul tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə, həmçinin, Təqsirləndirilən şəxs1 da məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 2024-cü il 28 noyabr tarixli, 1(106)-931/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İİR-də olan digər şəxs və qeyrilərinin göndərdikləri külli miqdarda tərkibində 41,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan ümumilikdə 1030 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda 57201,56 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, külli miqdarda tərkibində 2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 50 ədəd narkotik vasitə metadon həbini və 43,55 qram çəkidə narkotik vasitə qurudul muş marixuananı Məhkum öz üzərində, tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 30 ədəd narkotik vasitə metadon həbini və 7,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 öz üzərində, tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 30 ədəd narkotik vasitə metadon həbini və 10,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda tərkibində 36,8 qram çəkidə narkotik vasitə metadon maddəsi olan 920 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda 57140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə ümumi razılıq əsasında Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə polietilen torbalarda daşımaqla saxlamışlar, daxil olmuş məlumat əsas ında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 iyul 2023-cü il tarixdə saat 00:10-da İmişli rayonu, Qaragüvəndikli kəndində yol kənarında Vaz 21093 markalı, 20- EC724 qeydiyyat nişanlı avtomobilin yaxınlığında sözügedən narkotik vasitələri üzərlərində və əllərində avtomobilə tərəf daşıyarkən saxlanılıb İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:45-dən etibarən Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 43,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda tərkibində 2 qram çəkidə nar kotik vasitə metadon maddəsi olan üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 05 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 50 ədəd narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 7,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi olan üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 3 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd narkotik vasitə metadon həbi və Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 10,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində 1,2 qram çəkidə narkotik vasitə metadon maddəsi ola n üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 30 ədəd narkotik vasitə metadon həbi, eləcə də, ümumi razılıq əsasında Məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 ədəd narıncı rəngli polietilen torbalarda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdıqları külli miqdarda tərkibində 36,8 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərlərindən aşkar edilmiş narkotik vasitə metadon maddələri ilə eyni tərkibli olan 920 ədəd narkotik vasitə metadon həbi və külli miqdarda həm öz aralarında, həm də üzərlərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə eyni tərkibli olan, altı ədəd polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 11355 qr, 9590 qr, 6060 qr, 9965 qr, 10560 qr, 9610 qr olmaqla, ümumi təmiz çəkisi 57140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində işin mahiyyəti üzrə dəlillərə toxunmadan cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində məhkəmə baxışı zamanı şahid ifadələrinin düzgün araşdırılmadığını, qiymətləndirilmədiyini və təhlil edilmədyini bildirmiş və işə ədalətli baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olun mamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qa nunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumlar kassasiya şikayətlərində əməllərinin tövsifini və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzal andırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun, k assasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkumlar Məhkum və N.Mehtiyevın cinayət əməlinin düzgün tövsif edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiya sı cinayət işi üzrə toplanmış, yoxlanılmış və mötəbər sübut növü kimi qiymətləndirilmiş sübutları hazırkı qərarda təkrarlamayaraq, həmin sübutların mötəbərliyi və məhkəmələrin əsaslandırması ilə razılaşır və qeyd etməyi vacib hesab edir ki, məhkumların cinayət əməli düzgün qiymətləndirilmiş və tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən hallar, eləcə də cəzalarını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumların təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onların barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumların kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 2024-cü il 29 avqust tarixli, 1(099)-206/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(106)-931/2024 nömrəli qərarı məhkumların kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1327/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1327/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver