Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1328/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Məhəmməd Əkbərov) 21 noyabr 2022-ci il tarixli 1(101)1860/2022 nömrəli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 20 22-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı bükümlərdə çəkiləri 520,0 qram, 505,0 qram və 38,012 qram olmaqla ümumi təmiz çəkisi 1063,012 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda çəkiləri 455,0 qram və 395,0 qram olmaqla ümumi təmiz çəkisi 850,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra istifadəsində olan ünvan 3 ünvana daşıyaraq saxlamış, 05 iyul 2022-ci il tarixdə saat 14:35 radələrində A zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 690 ünvanının yaxınlığında saxlanılaraq həmin İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən külli miqdarda - təmiz çəkisi 38,012 qram təşkil edən heroin aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 05 iyul 2022-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanına baxış keçirilən zaman evin giriş hissəsindən sol tərəfdə yerləşən otaqda sellofan torbada saxladığı cəmi 4 ədəd bağlama - 2 ədəd bağlamadan ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 qram və 505,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 1025,0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 2 ədəd bağlamadan isə ayrıayrılıqda təmiz çəkiləri 455,0 qram və 395,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 850,0 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Eldar Rəhimov və Fərid Əyyubov) 09 fevral 2023-cü il tarixli 1(103)-406/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(101)-1860/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərə k Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli 1(103)-406/2023 nömrəli qərarının ləğv edilməsini, barəsində daha ədalətli və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərar çıxararkən barəsində olan yüngülləşdirici halları nəzərə almamış və işin halları hərtərəfli araşdırmadan ona ağır cəza vermişdir. Belə ki, onun ailəli olması, himayəsində 2 azyaşlı övladının olması, yaşlı ata və anasının olması, səmimi peşmançılığı və ilk məhkumluğu nəzərə alınmamışdır. Həmçinin kassator bildirir ki, o, özü narkotik vasitə istifadəçisidir və narkotik asılılığından əziyyət çəkir. 05 iyul 2022-ci il tarixdə o, tanımadığı bir şəxsdən narkotik aldığı zaman Na rkotiklə Mübarizə İdarəsinin əməkdaşları onu həbs edib. Həbs zamanı ona məlum olub ki, ona narkotiki satan adam onların əməkdaşıdır. Onun üzərinə baxış keçirilib və üzərindən 1(kq) heroin və 1(kq) metamfetamin tapıldı. O, səmimi etiraf edir ki, o narkotik vasitələrin ona təklif olduğu qiymət çox ucuz olduğundan o, onları öz şəxsi istifadəsi üçün alıbdır ki, gələcəkdə narkotik vasitə axtarmaq üçün işdən qalmasın. Lakin, onun həmin narkotik vasitələri satmaq niyyəti olmayıb və bunu sübut edən heç bir fakt yoxdur. Onun işinə Sabunçu rayon polis şöbəsində baxılıb və oradan işi aparan müstəntiq satışla bağlı heç bir dəlil olmadığını bildirsə də ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham edərək işi məhkəməyə yönəldib. Onun işinə Bakı ACM-də baxılaraq həmin maddə ilə ağır cəza verilib. O, başa düşü r ki, üzərində tapılan narkotik vasitənin miqdarı şəxsi istifadə üçün çoxdur, lakin o, məhkəmədə və istintaqda da narkotikin ucuz olmasına aldanıb onu almışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və bunu təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qey d etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “külli miqdarda olmaqla satış məqsədi” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayə t qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlər N.Şahid1 və F.Şahid2 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avad anlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işinin materiallarından görünür ki, Məhkum ayrı-ayrı bükümlərdə çəkiləri 520,0 qram, 505,0 qram və 38,012 qram olmaqla ümumi təmiz çəkisi 1063,012 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda çəkiləri 455,0 qram və 395,0 qram olmaqla ümumi təmiz çəkisi 850,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Həmçinin onun yaşadığı evdə yuxarıda qeyd edilən narkotik vasitə və psixotrop maddələrlə yanaşı heroinin izləri olan elektron tərəzi də aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin halların a Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini m əhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri iş materiallarında sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubi yyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qər arının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələbləri ni nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1328/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1328/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver