Məhkəmə qərarları › İş №1(102)-1328/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1328/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1328/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 1(048)-32/2024 nömrəli (hakim: Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi) hökmü ilə 8 dekabr 1993-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, xxx-də fəhlə işləmiş, Lerik Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə 11 ay 8 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə Amnistiya Qərarının 4- cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, xxx-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən toplaması yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 yanvar 2024-cü i l tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 1(106)-748/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lerik Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmünə görə, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AK-74 modelli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu silahlar növünə aid avtomatı, 1 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 17 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları əldə edib üzərində daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadə olunmayan tikilinin damında gizlətməklə saxlamış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, avtomat silahın üzərində «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, istintaqla müəyyən edilməmiş dəqiq t arixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 35.258 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadə olunmayan köhnə tikilinin damında gizlədərək saxlamış, əldə etdiyi narkotik vasitə marixuanadan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni gümüşü rəngdə kağızlarda təmiz çəkisi 0,774 qram olan narkotik vasitə qurudulmuş marixuananı 3 ədəd bükümlərə ayıraraq üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə, saat 12:40-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik şəhər avtovağzal ərazisində saxlanılaraq Lerik rayo n polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 13:08-dən saat 13:30-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sağ yan cibində 3 ədəd bükümdə təmiz çəkisi 0,774 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində təqdim etdiyi Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən köhnə tikilinin damına həmin tarixdə, saat 15:00-dan saat 15:38-dək baxış keçirilərkən orada gizlətdiyi bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 34,484 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafi əçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmuş, sübutlar tədqiq edilərkən onun təqsirini ehtiva edən sübutlar məcmusunu ittiham tərəli əslində təqdim edə bilməmişdir. Belə ki, sübutlar məcmusuna daxil olan sənədlər, ifadələr və digər xüsusatlar Məhkum təqsirsizliyinə dəlalət etmişdir. Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə şahidlərin ifadələrini oxşar və eyni məzmunlu hesab etmiş və onların ifadəsini hökmə yazmamışdır. Əslində isə ifadələr oxşar və eyni məzmunlu olmamışdır. Məhkəmə prosesinin video-qeydiyyatına baxmaq kifayətdir ki, həmin məqamları müşahidə etmək mümkün olsun. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavablar alarkən əsl həqiqət məlum olmuşdur. Belə ki, şahid ifadələri arasında olan ziddiyyətlər əslində onların yalan ifadə vermələrini əks etdirmiş olur ki, buna da məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində şahidlərin vermiş olduğu ifadələrin arasındakı çoxsaylı ziddiyyətlər əslində onların yalan ifadə vermələrinə dəlalət etdiyindən və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələr işin faktiki halları ilə üst-üstə düşmüş olduğundan məhkəmə ittiham hökmü çıxarmalı deyildi. Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyası da birinci instansiya məhkəməsinin yol vermiş olduğu ciddi nöqsanlara düzgün hüquqi qiymət verməmişdir və apelyasiya instansiyası məhkəməsi də məhz bu baxımdan həm maddi həm də prosessual pozuntulara yol vermişdir. Məhkum şəxsiyyət əleyhinə ağır cinayətləri və ya xüsusi t əhlükəli dövlət cinayətlərini törətməsi, belə cinayətləri törətməyi hazırlaması və buna cəhd etməsi barədə Lerik Rayon Polis Şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamış və bu baxımdan “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunun tələblərinə uyğun olaraq məhkəmənin qərarı olmadan onun güdülməsi üçün heç bir əsas olmamışdır. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi bütün sübutlar ittihamın nə dərəcədə əsassızlığından və şübhəliliyindən xəbər vermiş olur ki, bütün bunlara birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olduğu halda, tam əksinə onun ziyanına şərh olunmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətlərinə və qərarlarına da adekvat hüquqi qiymət verilməmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının bəraətverici əsaslarla ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsin in qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kolle giyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmu ş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyy ən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yara tdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti həmçinin ondan da irəli gəl ir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası öz növbəsində cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokol, “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional B ölməsinin 11 yanvar 2024-cü il tarixli 19/22 nömrəli rəyi, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 yanvar 2024-cü il tarixli 24/62 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli 23 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibində daşıdığı 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,39 qr, 0,41 qr və 0,36 qram olan narkotik va sitəyə oxşar kütləni təqdim edərək bildirmişdir ki, Lerik şəhər zibilxanasının yaxınlığında köhnə tikilinin damında 1 ədəd avtomat silahı və narkotik vasitə saxlayır. Üzərindən götürülmüş 3 ədəd bükümdə olan kütlələr qablaşdıralaraq götürlmüşdür. Həmçinin “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki,, əməliyyat-axtarış tədbirləri davamı olaraq 10 yanvar 2024-cü il tarixdə saat 15:00-dan saat 15:38-dək Lerik şəhər zibilxanasının yaxınlığında olan köhnə tikiliyə Məhkum iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı tikilinin damında 1 ədəd sellofanda narkotik vasitəyə oxşar 39,40 qram çəkidə kütlə, 1 ədəd avtomat silahı, 1 ədəd daraq və 17 ədəd patron aşkar edilərək götürülüb qablaşdırılmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında “narkotik vasitələrin və silah və onun hissələrinin ona aid olmaması ilə əlaqədar” verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “.... zibil anbarına zibil atdığı zaman zibillərin içində ağ rəngdə kisədə 1 ədəd avtomat silahını, 1 ədəd darağını və 17 ədəd patronu görüb götürmüş, silahı və patronları polisə təhvil verməkdə qorxaraq zibil anbarının yaxınlığında yerləşən köhnə, istifadə olunmayan tikilinin damında gizlətmiş, silah tapdığını heç kəsə bildirməmiş, narkotik vasitə marixuanadan ara-bir istifadə etdiyinə görə buna tələbatı vardır. Narkotik vasitə marixuananı ötən dövrdə Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə ed ib istifadə etmiş, təxminən 15-20 gün bundan əvvəl Lənkəran şəhərində olduğu zaman ehtiyacına, yəni istifadə etməsi üçün tanımadığı şəxsdən 100 (bir yüz) manat verib qurudulmuş marixuana alaraq bir hissəsini aparıb zibil anbarının yanında olan tikilinin damında saxladığı avtomat silahının yanında gizlətmiş, az miqdarda hissəsini isə ara-bir siqaret kimi çəkib istifadə etmək üçün siqaret qutusunun içində olan gümüşü rəngdə kağızlara bir dəfə istifadə etmək üçün normaya ayırıb 3 ədəd büküm düzəldib cibinə qoyaraq üzərində gəzdirmişdir....”. Göstərilənlərə qiymət verərək kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin sübutların obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apelly asiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, himayəsində iki azyaşlı uşağının olması) və ağırlaşdıran (əməlində cinayətin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyi şikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar