Məhkəmə qərarları › İş №1(102)-1329/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1329/2019

10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1329/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, mülkü iddiaçı – Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Depa rtamentinin nümayəndəsi X4 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ramin Qurbanov) 1(104)30/2017 nömrəli 01 dekabr 2017-ci il tarixli hökmü ilə 03 mart 1959-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum edilməklə qazancının 20 faiz i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun bir gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə üç gün hesabı ilə hesablanaraq üç gün islah işləri cəzasına bərabər tutulmaqla, təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum edilməklə qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. İş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş və ondan 25.617.35 (iyirmi beş min altı yüz on yeddi) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: İttihama əsasən Məhkum “xxxx” MMC-nin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirib təşkilatın maliyyə təsərrüfat fəaliyyəti uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla bağlı vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1,16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103-105, 150, 155, 157, 168, 173, 174, 177, 180.1 və 196-202-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə t əhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 215.191,58 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum hüquqi ünvanı ünvan 2 Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınıb Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2013-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 60.026,27 manat, ƏDV-ni 10804,73 manat, büdcəyə ödənilməli ƏDV-ni 10.804,73 manat göstərməli olduğu halda vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 53.442,78 manat, ƏDV-ni 9.619,70 manat, büdcəyə ödənilməli ƏDV-ni 9.619,70 manat göstərib 1.185,03 manat ƏDV-ni az; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 135.635,55 manat, ƏDV-ni 24.414,40 manat, büdcəyə ödənilməli ƏDV-ni 24.414,40 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 135.635,55 manat, ƏDV-ni 24.414,40 manat, əvəzləşdirilən ƏDV-ni 13.340,50 manat, büdcəyə ödənilməli ƏDV-ni 11.073,90 manat göstərərək 13.340,50 manat ƏDV-ni az; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 74.548,94 manat, ƏDV-ni 13.418,81 manat, büdcəyə ödənilməli ƏDV-ni 13.418,81 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 60.234,97 manat, ƏDV-ni 10.842,29 manat, büdcəyə ödənilməli ƏDV-ni 10.842,29 manat göstərərək 2.576,52 manat ƏDV-ni az; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 515.336,50 manat, ƏDV-i 92.760,57 manat, büdcəyə ödənilməli olan ƏDV-i 92.760,57 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etd iyi bəyannamədə ƏDV tutulan dövriyyəni 372.527,32 manat, ƏDV-ni 67.054,92 manat, əvəzləşdirilən ƏDV-ni 41.880,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 25.174,92 manat göstərib 39.303,47 manat ƏDV-ni az; 2014- cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 43.506,00 manat, ƏDV-ni 7.831,08 manat, büdcəyə ödənilməli ƏDV-ni 7.831,08 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə 0 dərəcə ilə ƏDV tutulan dövriyyəni 23.420,00 manat və əvəzləşdirilən ƏDV-ni 16.409,99 manat, büdcədən qaytarılan ƏDV-ni əsassız olaraq 16.409,99 manat göstərib 24.241,07 manat ƏDV az; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 48.484,56 manat, ƏDV-ni 8.727,22 manat və büdcəyə ödənilməli ƏDV-ni 8.727,22 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ƏDV-nin olmadığı nı göstərərək 8.727,22 manat ƏDV-ni az; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 42.798,76 manat, ƏDV-ni 7.703,78 manat, büdcəyə ödənilməli ƏDV- ni 7.703,78 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 64.646,08 manat, ƏDV-ni 11.636,29 manat və büdcəyə ödənilməli ƏDV-ni 11.636,29 manat göstərərək 3.932,51 manat ƏDV-ni artıq; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 24.793,69 manat, ƏDV 4.462,86 manat, büdcəyə ödənilməli ƏDV 4.462,86 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 56.735,80 manat, ƏDV-ni 10.212,44 manat, büdcəyə ödənilməli ƏDV-ni 10.2012,44 manat göstərib 5.749,58 manat ƏDV-ni artıq; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 104.513,49 manat, ƏDV-ni 18.812,43 manat, büdcəyə ödənilməli ƏDV-ni 18.8 12,43 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 36.125,62 manat, ƏDV-ni 6.502,61 manat və büdcəyə ödənilməli ƏDV-ni 6.502,61 manat göstərərək 12.309,82 manat ƏDV-ni az; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 36.125,62 manat, ƏDV-ni 6.502,61 manat, büdcəyə ödənilməli ƏDV-ni 6.502,61 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ƏDV-nin olmadığını göstərib 6.502,61 manat ƏDV-ni az; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 302.618,04 manat, ƏDV-ni 54.471,25 manat, büdcəyə ödənilməli ƏDV-ni 54.471,25 manat göstərməli olduğu halda, vergiyə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 123.021,36 manat, ƏDV-ni 22.143,84 manat, əvəzləşdirilən ƏDV-ni 1.800,00 manat, büdcədən ödənilməli ƏDV-ni 20.343,84 manat göstərərək 34.127,40 manat ƏDV-i az cəmi 132.631,53 manat məbləğində ƏDV-ni; 2013- cü il üzrə vergi orqanına təqdim etdiyi əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 42.798,00 manat, bir faiz dərəcə ilə büdcədə ödənilməli olan əmlak vergisini 427,98 manat göstərməli olduğu halda, əmlakın qalıq dəyəri 42798,40 manat, vergiyə cəlb edilən əmlakın qalıq dəyəri 40.937,00 manat, bir faiz dərəcə ilə büdcəyə ödənilməli olan əmlak vergisini 409,37 manat göstərib 18,61 manat əmlak vergisi; 2013-cü ilin 4-cü rübü üzrə cəmiyyət tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə vergi orqanında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 236.183,42 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 f aiz dərəcə ilə 33.065,68 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 33.065,68 manat ödəmə mənbəyində tutulan vergini; 2014-cü ilin birinci rübü üzrə cəmiyyət tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə vergi orqanında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 34.120,57 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14% dərəcə ilə 4.776,88 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergiyə bəyannamə təqdim etməməklə 4.776,88 manat ödəmə mənbəyində tutulan vergini; 2014-cü ilin 2-ci rübü üzrə cəmiyyət tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə vergi orqanında uçota alınmayan fiziki şəxslərə hesablamal ı olan 25.165,85 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə görə 14% dərəcə ilə 3.523,22 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 3.523,22 manat ödəmə mənbəyində tutulan vergini, cəmi 41365,78 manat ödəmə mənbəyində tutulan vergini; həmin cəmiyyətin 2013-cü il üzrə ümumi gəliri 1.351.956,32 manat, gəlir əldə edilməsi ilə bağlı xərcləri 1.126.630,27 manat, vergiyə cəlb olunan mənfəəti 225.326,05 manat və bundan 20 faiz dərəcə ilə mənfəət vergisi 45.065,21 manat olduğu halda, vergi orqanına mənfəət vergisi bəyannaməsində ümumi gəlirinin 1.351.956,32 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 1.332.508,57 manat, vergiyə cəlb edilən mənfəəti 19.447,55 manat və bundan 20 faiz dərəcə ilə mənfəət vergisi 3889,55 manat göstərərək 41.175,66 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini, ümimilikdə külli miqdar təşkil edən 215.191,58 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov, (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) 11 mart 2019-cu il tarixli hökmü ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı bir gün təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, mülki iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iddia 153,854,73 manat miqdarında təmin edilmişdir Apellyasiya instansiyası məhkəməsinin hökmünd ən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli hökmü ləğv edilsin və məhkumun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, əvvəllər bir sıra vergi səyyar yoxlama zamani Məhkum vaxtı-vaxtında vergiləri ödəmiş, vicdanlı vergi ödəyicisi olmuşdur. İş materialına əlavə edilmiş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Məhkumluğu yoxdur, tibbi sənədlərə əsasən o, “Qeyri-stabil stenokardiya, Hipertoniya - İİİ mərhələ” xəstəliyindən əziyyət çəkir və onun üzərində “PTKA-stertt tətbiq edilməklə" cərrahi əmə liyyatı keçirilmişdir. Məhkum cəza təyin edilərkən ilk dəfə cinayət əməl törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini və mülki iddia məbləği üzrə dövlət büdcəsinə ödənişlər etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı idi. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Kassator kassasiya şikayətinin sonunda təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəz asına Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, ona təyin edilmiş cəzanın şərti hesab edilməsini və 6 ay müddətində sınaq müddəti təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum X2 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, əməlini e tiraf etməklə səmimi peşmançılıq bildirməsini, ürək xəstəliyindən əziyyət çəkməsini və mülki iddia məbləği üzrə dövlət büdcəsinə ödənişlər etməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd etməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsinin sanksiyasının aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Məhkum törətdiyi cinayət əməlində peşman olmasının səmimiliyi onun cəza çəkdiyi müddət ərzində davranışı ilə də təsdiq edilir. Bu birinci növbədə özünü vergidən yayınmış məbləğin azaldılması istiqamətində gördüyü tədbirlərdə biruzə verir. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 3 və 10 dekabr 2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, 24 080 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Bundan əlavə, vəkil Müdafiəçi sorğusu əsasında Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Məhkum ictimai faydalı əməyə münasibəti normaldır, aparılan islah və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, psixoloji xarakteristikasına görə dayanıqlıdır, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirir. Məhkum barəsində tənbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Məhkum ərizə ilə müraciət edərək ona hesablanan aylıq əmək haqqını tam olaraq barəsində müəyyən edilmiş borca tutulmasını xahiş etmişdir. Cəza çəkdiyi dövrdə məhkumun əmək haqqından tutulmaqla 523,80 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Azə rbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə təsbit olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məc musu müstəsna hal hesab edilə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 8-ci bəndində izah olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür, bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır, məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfind ən müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu, xüsusən də cəza çəkdiyi müddətdə davranışını, məhkəmə tərəfindən müəyyən edilmiş borcun ödənilməsinə çalışmasını müstəsna hallar kimi nəzərə almaqla hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq olunmasına və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsinə əsaslar vardır və məhz belə cəza təyin edilməklə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 11 mart 2019-cu il tarixli hökmü dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 11 mart 2019-cu il tarixli hökmü dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi il ə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, onun bir gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin və Məhkum 129.774,73 (bir yüz iyirmi doqquz min yedd i yüz yetmiş dörd manat 73 qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar