Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1329/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçi – Nəsibov Kamandar Rəfi oğlunun və Müdafiəçi2, Məhkum - Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tar ixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlu və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-96/2021 nömrəli, 07 may 2021-ci il tarixli (Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrli edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxxx 1999-cu ildə Lənkəran rayonu, Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətə ndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 6, mənzil 4-də yaşamış, hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyul 2020-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsin in hökmünə əsasən Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran şəhər sakinləri olan tanışları Rahmanov Ruslan Rafaddin oğlu, Məmmədov Məhərrəməli Valeh oğlu və sonuncunun dostu, Əli kimi tanıdığı Bakı şəhər sakini Əliyev Nurəli Mehman oğlu ilə 17 iyul 2020-ci il tarixdə saat 00 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 7 saylı binanın yanında rastlaşıb, görüşərkən hər üçünün onu həmin yerdə tək qoyub getmələrini, Ruslan Rahmanovun əvvəlki günlərdə də ona etinasız yanaşmasını özünə təhqir kimi qəbul edib, onların bu hərəkətlərindən əsəbiləşərək, 18 iyul 2020-ci il tarixdə saat 19:40 radələrində istifadəsində olan mobil telefonun “Whatsapp” proqramı ilə Məhərrəməl i Məmmədovun mobil telefonuna nalayiq ifadələrdən ibarət çoxsaylı yazılı və səsli mesajlar göndərmiş, həmin vaxt sonuncudan bu barədə məlumat alan Ruslan Rahmanov onunla eyni proqram vasitəsi ilə əlaqə saxlayarkən aralarındakı münasibətə “aydınlıq gətirmək” üçün sonuncu ilə Lənkəran şəhəri, Sahil küçəsində görüşmək barədə razılaşdıqdan sonra yaşadığı evdən özü ilə mətbəx bıçağı götürüb həmin gün saat 23:30 radələrində qeyd edilən yerə getmişdir. Məhərrəməli Məmmədovla söhbət edərkən ondan təhqir olunmasının səbəbini soruşan Məhərrəməli Məmmədova aqressiv cavab vermiş, bu vaxt Ruslan Rahmanovun onların söhbətinə müdaxilə etdiyinə görə xuliqanlıq niyyəti ilə, sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan, zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 220 mm, tiyəsinin uz unluğu 125 mm, eni əsasında 22 mm, ortada 21,5 mm və ucunda 1 mm təşkil edən, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Ruslan Rahmanovun həyatı üçün əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsi və qarın boşluğu nahiyələrinə bir dəfə zərbə endirərək, ona döş və qarın boşluqlarına nüfuz edib, sol plevra, ürəyin sol mədəciyini və nazik bağırsağı zədələyən, daxili vəxarici qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid iki ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətlər yetirmiş, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Ruslan Rahmanovun onu özündən kənara itələməsi, Məhərrəməli Məmmədovun isə hadisənin gedişinə müdaxilə edib əlində olan bıçağı almaq məqsədi ilə cəld şəkildə onun arxa sına keçib hər iki bilək nahiyəsindən tutaraq özünə tərəf çəkib saxlaması səbəbindən Ruslan Rahmanovun oradan kənarlaşdığına görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilmədiyini görüb, ictimai borcunu yerinə yetirməklə Ruslan Rahmanovun hadisə yerindən uzaqlaşmasına şərait yaradan Məhərrəməli Məmmədovu da Ruslan Rahmanovu müdafiə etməsini bəhanə edib heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, Məhərrəməli Məmmədovun müqavimətini qıraraq əlində tutduğu həmin bıçaqla sonuncunun əvvəlcə sol bud nahiyəsinə, zərbənin təsirindən müvazinətini tirərək arxası üstə yerə yıxılmasından sonra həyat üçün əhəmiyyətli olan döş qəfəsi, sol bud, sol baldır və sağ əl nahiyələrinə qəsdən zə rbələr endirib, ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol bud və sol baldır nahiyələrində kəsilmiş-deşilmiş yaralar, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən döş qəfəsi və əl nahiyələrində kəsilmiş yaralar, hər iki dirsək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, bədən səthinə yenidən bıçaqla nizamsız zərbələr vurarkən Məhərrəməli Məmmədov yerdə arxası üstə uzanıqlı vəziyyətdə ayaqları ilə aktiv müqavimət göstərərək həmin zərbələrin qarşısını aldığından, hava şəraitinin qaranlıq olmasından, habelə şəxsiyyətləri müəyyən edilməyən kənar şəxslərin səs-küy salaraq hadisə yerinə doğru gəldiklərini görüb, hadisə yerindən qaçmış, bu zaman Məhərrəməli Məmmədov özü də Ruslan Rahmanovu avtomobili ilə vaxtında xəstəxanaya çatdıraraq sonuncuya i xtisaslı tibbi yardım göstərildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək, iki şəxsi - Rahmanov Ruslan Rafəddin oğlunu və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Məmmədov Məhərrəməli Valeh oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-13/2022 saylı, 18 fevral 2022-ci il tarixli (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-96/2021 nömrəli, 07 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılm ışdır. Qərardan Məhkum müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlu və Müdafiəçi2 tərəfindən birlikdə kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və ya kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətində göstərir ki, Qəsdən adam öldürmə cinayətində qəsd qeyri müəyyən (konkretləşdirilməmiş) də ola bilər. Qeyri müəyyən qəsdlə cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr-ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və s. əhatə oluna bilər. Bu halda təqsirkarın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa CM-nin 126-cı maddəsi ilə tövsif olunacaqdır. Məhkəmə təcrübələrində qəsdən ada m öldürmə cinayətini qəsdən adam öldürməyə cəhddən fərqləndirmək çətinliklərə səbəb olur. Elə Məhkum əməlinə də məhkəmələr tərəfində hüquqi qiymət verildiyi kimi. Ona görə də məhkəmələr belə fərqi müəyyən etmək üçün cinayəti törədən zaman cinayətkarın qəsdinin məzmunu və istiqamətlərini dəqiq aydınlaşdırılmalıdır. Əgər təqsirkarın zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, zərərçəkmiş şəxsin həyatı üçün mühüm olmayan orqanlarına zərər vurulması hallarında əməl qəsdən adam öldürməyə cəhd kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Bu halda zərərçəkmiş şəxs ölərsə, təqsirkarın əməli qəsdən adam öldürməyə qəsd kimi deyil, ya ehtiyatsızlıqdan adam öldürmə (CM-nin maddəsi), ya da törədilən əmələ və baş verən nəticəyə psixi münasibət in formasından asılı olaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma (CM-nin 126.3-cü maddəsi kimi tövsif ediləcəkdir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir. AR CM-nin 120-ci maddəsində nəzərdə tutulan cinayət qəsdən adam öldürmə cinayətinin əsas tərkibidir. Törədilən cinayətin CM-in 120.1 -ci maddəsi ilə tövsif edilməsi üçün CM-nin 120.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı, habelə 121 -ci, 122-ci, 123-cü və 135-ci maddələrində nəzərdə tutulan yüngülləşdirici hallar olmamalıdır. Əgər törədilən əməldə ağırlaşdırıcı və yüngülləşdirici hallarda adam öldürmə cinayətinin hər hansı birinin əlaməti olarsa, cinayət CM-in həmin əlamətləri ilə nəzərdə tutulduğu müvafiq maddəsi ilə tövsif ediləcəkdir. Başqa sözlə CM-nin 120.1-ci maddəsi “sadə adam öldürmə” cinayətini nəzərdə tutur. Məhkəmə təcrübəsində şəxsi münasibətlər zəmnində qəsdən adam öldürmə əməlləri bəzən səhv olaraq xuliqanlıq niyyətilə qəsdən adam öldürmə kimi tövsif edilir. Xuliqanlıq niyyəti ilə adam öldürmə (CM-nin 120.2.2-ci maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı aşıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeyidliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan- açığa hörmətsizlik, birgəyaşayış qaydaları və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. İş materiallarından göründüyü kimi Məhkum uzun müddət dostluq münasibətində olduğu yalnız Bakı şəhərindən qonaq gəlmiş cinayət işinin materiallarında adı Əli kimi hallanan Əliyev Nurəli Mehman oğluna görə münasibətləri pozulmuş və qonağına qarşı hörmətsizlik etdiyi üçün onu cəzalandırmaq məqsədilə görüşə çağıran Məmmədov Məhərrəməli Valeh oğlunun və Rahmanov Ruslan Rafaddin oğlunun professional boksçu və hündür boylu olmaqla qat- qat ondan fiziki cəhətdən üstün olmalarını nəzərə alaraq özünü müdafiə etmək məqsədilə evdən çıxanda özü ilə mətbəxt bıçağı götürmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 23:30-da Lənkəran şəhəri Sahil küçəsində görüşdükləri zaman qonağına görə ondan incik düşmüş Məhərrəməli Məmmədovla aralarında olan anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə təklikdə söhbət etmək üçün onunla irəlidə gedib söhbət edən zaman Ruslan Rahmanov onların söhbətinə müdaxilə etməyə səy göstərmişdir. M. Əskərzadə ona irad bildirmiş və bundan narazı qalan Ruslan Rahmanov arxadan yaxınlaşaraq onun baş nahiyyəsinə yumruqla vurmuşdur. Vəziyyəti belə görüb bunun ardınca onu döyüb ağır xəsarətlər yetirəcəklərini düşünərək M. Əskərzadə özünü müdafiə etmək məqsədi ilə geriyə baxmadan ondan arxada durmuş Ruslan Rəhmanova özündə olan bıçaqla ani vəziyyətdə həmlə etmişdir. R. Rahmanov gedib öz avtomobilinə əyləşdikdən sonra orada qalan və ona daş atan Məhərrəməli Məmmədovu da özündən uzaqlaşdıqrmaq məqsədi ilə bıçaqla onun ayaq nahiyyəsinə xəsarətlər yetirmişdir. Onun həmin şəxsləri öldürmək niyyəti olsa idi, Ruslan Rahmanov öz avtomobilində oturduğu zaman təkrar olaraq ona bıçaq xəsarətləri yetirə bilərdi və yerdə uzanıqlı vəziyyətdə olan Məhərrəməli Məmmədovu da çox asanlıqla öldürə bilərdi. B undan əlavə Məhkum hadisədən az öncə Ruslan Rahmanovun avtomibilinin arxa oturacağında zərərçəkmişlərlə birlikdə hadisə yerinə getmişdir. Onun onları öldürmək məqsədi olsa idi elə avtomobilin salonunda onların hər ikisini çox asanlıqla öldürə bilərdi. Bunlardan əlavə Məhkum əməlində ölümə sui-qəsd cinayətinin tərkibini yaratmaq məqsədilə müstəntiqin göstərdiyi səylərə baxmayaraq cinayət işinin materiallarında Məhkum zərərçəkmişləri öldürmək niyyətinə gəlməsi üçün heç bir əsaslar mobcud deyildir. Azərbaycan Respublikası CPM-nin 419.11-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Belə bir zəruriyyət yarandığına görə kassasiya şikayətində tərəfimizdən birinci və apelyasiya instansiyalarında araşdırılmamış faktlar qeyd olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 18 fevral 2022-ci İ tarixli 1 (106)13\2022 saylı qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2; 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hissəsində dəyişdirilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.2; 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) və ya CM-nin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilsin və ona həmin maddənin sanksiyası həddində yüngülləşdirici hallar nəzərə alınmaqla müvafiq cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçilərinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək cina yət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, M.Ə.Əsgəezadənin əməli Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə tövsif edilməli olduğu halda əsassız olaraq CM-nin 29, 120.2.2, 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ağır cəzaya məhkum edildiyi iddia edilir və buna dair dəlillərə istinad olunur. Apellyasiya məhkəməsinin qərarında əməlin tövsifi ilə əlaqədar göstərilmişdir: “...məhkum edilmiş şəxs Məhkum CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə özünü təqsirli bilməsə də, onun göstərilən cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Rəhmanov Ruslan Rafəddin oğlu və Məmmədov Məhərrəməli Valeh oğlunun, şahid qismində dindirilmiş Əsədov İlham Vəliməmməd oğlu, Əskərov Bəxtiyar Xanəhməd oğlu və digərlərinin verdikləri ifadələr, «hadisə yerinə baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli protokol, Məhkum məxsus «mobil telefona baxış keçirilməsi haqqında» 19 iyul 2020-ci il tarixli, həmçinin təkrar baxış keçirilməsi haqqında 21 iyul 2020-ci il tarixli protokollar, 21 iyul 2020-ci il tarixli «əşyanın tanınmaya təqdim edilməsi haqqında» protokol, «ifadənin yerində yoxlanılması haqqında» 21 iyul 2020-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 21 iyul 2020-ci il tarixli, 543 və 542 saylı, 13 avqust 2020-ci il tarixli, 628 saylı rəyləri, məhkəmə-kompüter-texniki ekspertizasının 24 avqust 2020-ci il tarixli, 5/508 və 5/510 saylı rəyləri, komp leks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli, 568 saylı rəyi və digər sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum isə ifadəsində göstərdiklərini təsdiq edərək Məhərrəməli və Ruslanı öldürmək məqsədinin olmadığını, məqsədi özünü qorumaq və onları qorxutmaq olmuşdur”. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlmiş, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötə bər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəllə sinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digə r sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bundan əlavə sübutların tətqiq edilməməsi və ya düzgün qiymətləndirilməməsinin nəticəsi kimi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, həmçinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində əməlin tövsifində səhvə yol verildikdə CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarı kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Əməlin tövsifi məsələsinə gəldikdə Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı il ə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)... Məhkəmə kollegiyası baxılan iş üzrə əməlin tövsifində mühüm əhəmiyyət kəsb edən bir sıra hallarıda qeyd etməyi vacib hesab edir. Belə ki, aydın məsələdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda həmin cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilir və bu halda əməli əlavə olaraq faktiki baş vermiş hər hansı nəticəni nəzərdə tutan maddə ilə tövsif etmək tələb olunmur. Lakin bəzən bu kimi cinayətlərdə qəsd-qeyri müəyyən olaraq konkret xarakter daşımaya da bilər. Belə olduğu halda qeyri müəyyən qəsdlə cinayət törədən şəxsin qəsdi ilə baş vermiş kriminal nəticə - yəni ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və s. əhatə oluna bilər. Yəni ölüm baş verməmişdirsə ictimai təhlükəli əməl sağlamlığa ağır zərər vurma (CM-126-cı mad.), sağlamlığa az ağır zərər vurma (CM-127-ci mad.) maddələri ilə tövsif edilməlidir. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, əməl qəsdən adam öldürməyə cəhd kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Lakin məhkəmələr yuxarıda qeyd edilən hallara uyğun əməli düzgün tövsif etmək üçün cınayət törədən zaman təqsirkarın qəsdinin məzmunu və istiqamətini dəqiq aydınlaşdırmalıdırlar. İşə baxan məhkəmə təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini ayd ınlaşdırarkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı, işin faktiki hallarını dəqiq müəyyən etməli, xüsusilə zərərçəkmiş şəxsə yetirilən bədən xəsarətlərinin xarakterini, sayını, cinayət hərəkətlərinin kəsilməsi səbəbini, habelə təqsirkarın şəxsiyyətini, onun zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti, onunla hadisədən əvvəl və hadisə vaxtı davranışı haqqında məlumatları tətqiq etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli hesab edərkən verilmiş ittiham üzrə əməlin tövsif edilməsində müəyyən şübhələrin mövcudluğunu və yuxarıda göstərilən xüsusatları nəzərə almamış dır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr müdafiə tərəfinin irəli sürdüyü dəliləri ətraflı yoxlamamış, bunun üçün müvafiq tədbirlər görməmiş, ittiham tərəfinin təqdim etdiyi sübutları tam tədqiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticə də əməlin tövsifində qeyd edilən şübhələr aradan qaldırılmamışdır. Belə ki, məhkəmə qərarına əsasən müəyyən olunur ki, hadisə zamanı məhkumun sərxoş olması, psixotrop maddələrdən istifadə etməsi və bu halın qəsdin məzmunu və istiqamətinə təsiri müəyyən edilməmiş, Məhkum ilə zərərçəkmiş şəxslərin əvvəllər normal münasibətlərinin olması, heç bir düşmənçilik və ədavətlərinin olmaması, ümumilikdə onun zərərçəkmiş şəxslərlə qarşılıqlı münasibəti, onların hadisədən əvvəl və hadisə vaxtı davranışı qiymətləndirilməmiş, həmçinin Məhku m qəsdinin məhz zərərçəkmiş şəxslərin həyatdan məhrum edilməsinə yönəlməsi, yəni cinayət törədərkən təqsirkarın qəsdinin məzmun və istiqaməti dəqiq müəyyən olunmamış, əməlində xuliqanlıq niyyəti ilə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə bağlı qəsdən adam öldürməyə cəhd cinayətlərinin tərkib əlamətlərinin olmasına dair əsaslı şübhələr aradan qaldırılmamışdır. Belə olan halda Məhkum xuliqanlıq niyyəti ilə - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin edilməsi və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd cinayətinin obyektiv cəhətini təşkil edən h ərəkətlərin edilməsi mötəbər sübutların məcmusu ilə təsdiq olunmasını müəyyən etmək mümkün deyil. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınmasını güman etmək və s. kimi əlamətini nəzərdə tutur. Bu əlamətlər əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. CinayətProsessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkə mədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsir liliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, əməlin tövsifinin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə istintaqı araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə kollegiyasının qənaətinə görə buna d iqqət yetirilməlidir ki, iş materiallarından göründüyü kimi, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etdiyi mövqeyində olan məhkəmələr (bunun üçün yuxarıda göstərildiyi kimi, kifayət qədər əsasların olmadığına baxmayaraq) bunların hansı niyyətlə edilməsi, xuliqanlıq niyyətinin, ən başlıcası, Məhkum qəsdən adam öldürmək niyyətinin olub-olmadığı məsələlərini kifayət qədər ətraflı araşdırmamış, bu məsələlər üzrə mövqelərini faktiki olaraq əsaslandırmamışlar. Məhkum xuliqanlıq niyyəti ilə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd etdiyi mövqeyində olan məhkəmələr bu qənaətə gələrkən qəsdən adam öldürmə cinayətinin subyektiv cəhətini – yəni təqsirkarın zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olub-olmam asını ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən müdafiəçilərin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15 -ci maddəsində (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəz ərdə tutulmuş əsasla mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Pro sessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlu və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1329/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1329/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver