Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-133/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs2 nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixl i qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Eldar Mikayılovdan ibarət tərkibdə) 01 may 2018-ci il tarixli hökmü ilə xx xxxxx 1977-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 8 (səkkiz) il 7 (y eddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 may 2018-ci il tarixdən hesablanmışdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddiaları qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs 115.522 manat Zərərçəkmiş şəxs1, 54.987 manat isə Zərərçəkmiş şəxs2 xeyrinə tutulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən «LG» markalı kondisionerlərin Bakı şəhərinə gətirilməsi və «xxxx» Ticarət Mərkəzində satışını təşkil etdikdən sonr a qazanc ilə birlikdə pulunu da qaytaracağına dair yalan vəd verib aldadaraq 2015-ci ilin aprel ayında ünvan 2 ünvanda yerləşən FHN-nin «Mülki Müdafiə Qoşunları»-nın inzibati binasının yanında həmin dövrə olan milli məzənnə ilə 56.710,80 (əlli altı min yeddi yüz on manat səksən qəpik) manat təşkil edən 54.000 (əlli dörd min) ABŞ dolları məbləğdə və təxminən 2-3 gündən sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən «Meydan» deyilən yerdə həmin dövrə olan milli məzənnə ilə 58.811,20 (əlli səkkiz min səkkiz yüz on bir manat iyirmi qəpik) manat təşkil edən 56.000 (əlli altı min) ABŞ dolları məbləğdə nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 cəmi 115.522 (yüz on beş min beş yüz iyirmi iki) manat məbləğdə, külli miqdarda maddi ziya n vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən müxtəlif məişət texnikası avadanlıqlarının Bakı şəhərinə gətirilməsi və «xxxx» Ticarət Mərkəzində satışını təşkil etdikdən sonra qazanc ilə birlikdə pulunu da qaytaracağına dair yalan vəd verib aldadaraq 2014-cü ilin iyun ayının axırında Bakı şəhəri Qaradağ rayonu "xxxx" Ticarət Mərkəzində işlədiyi məişət texnikası satışı mağazasında həmin dövrə olan milli məzənnə ilə 15.686 (on beş min altı yüz səksən altı) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları; 2014-cü ilin noyabr ayında Bakı şəhəri Qaradağ rayonu "xxxx" Ticarət Mərkəzində işlədiyi məişət texnikası satışı mağazasında hə min dövrə Olan milli məzənnə ilə 7.843 (yeddi min səkkiz yüz qırx üç) manat təşkil edən 10.000 (on min) ABŞ dolları; 20 mart 2015-ci il tarixdə eyni ünvanda həmin dövrə olan milli məzənnə ilə 10.486 (on min dörd yüz səksən altı) manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 21 may 2015-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda həmin dövrə olan milli məzənnə ilə 20.972,0 (iyirmi min doqquz yüz yetmiş iki) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğdə nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 cəmi 54.987 (əlli dörd min doqquz yüz səksən yeddi) manat məbləğdə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qail Məmmədov (sədrlik edən və məruzəçi), Rizvan Səfərov və Əflatun Qasımovdan ibarət tərkibdə) 30 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 ildən 8 ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X4 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 v ə Zərərçəkmiş şəxs1 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs2 onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, iş üzrə məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı törətdiyi cinayət əməlini etiraf etməmiş, məsuliyyətdən yayınmağa çalışmışdır. Hər iki məhkəmə instansiyasında məhkuma dəfələrlə edilmiş təkliflərə baxmayaraq zərərçəkmiş şəxslərə yetirdiyi ziyanı ödəməkdən qərəzli surətdə yayınmışdır. Məhkum zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanın əhəmiyyətsiz bir his səsini, 20-30 min ABŞ dolları məbləğinin ödənilməsini təklif etsə də, realda bu da belə olmamışdır. Həmçinin birinci instansiya məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslərin mülki iddiaları əsasız olaraq qismən təmin edilmişdir. Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs1 onunla əsaslandırır ki, cinayət işinin materiallarına diqqətlə nəzər yetirildikdə məhkum Təqsirləndirilən şəxs əməlində heç bir yüngülləşdirici halın olmadığı halda apellyasiya məhkəməsinin ona təyin olunmuş cəzanı azaldaraq yüngül cəza təyin etməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin ilkin dəlilləri məhkəmələr tərəfindən mülki iddialarının tam təmin edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 181-ci maddəsinin tələbinə əsasən şəxs cinayət işi üzrə mülki iddianı o vaxt verə bilər ki, ziyan ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş olsun. İşdən görünür ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs2 mülki iddiasını qismən təmin etmiş, məhkum Təqsirlə ndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə 54.978 manat tutulmuşdur. Həmçinin görünür ki, zərərçəkmiş şəxslərin mülki iddiaları dolların cinayət baş verən vaxtda məzənnəsi ilə ittiham məbləği həddində təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr mülki iddiaların baxılmasını və həll edilməsini qanunvericiliyə uyğun olaraq həyata keçirmişlər. Zərərçəkmiş şəxslərin kassasiya şikayətinin digər dəlilləri məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsin ə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə sinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qə sdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması kimi halı cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində həddində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmçinin onun ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alıb cəza həddini 8 ilə kimi endirmişdir. Nəzərə alınsa ki, məhkumun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyada beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur, ona təyin olunmuş yeddi il müdddətə azadlıqdan məhrum etmə cəzası cəzanı heç də yüngül hesab etmək olmaz. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğundur və cəzanın ağırlaşdırılması üçün isə işdə heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kassasiya şikayətlərinə münasibətdə ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayə tlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2
Məhkəmə qərarları › İş №1(102)-133/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-133/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver