Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-133/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.4, 178. 2.2, 178.2.4, 310, 32.4,312.2-ci maddələri təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.Məmmədov, hakimlər R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) xx.xx.1969-cu ildə Quba rayonunun Vəl-vələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonunun Vəl-Vələ kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu ünvan1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CMnin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən, 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə, CM-in 310-cu maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən 01 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətə, CM-in 32.4, 312.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən tə yin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Sumqayıt şəhər sakini X9 2017-ci ilin sentyabr ayında oğlu X3 dövlət orqanlarının birində rəsmi işə qəbul edilməsində köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən parkda görüşləri zamanı öz başına özünü X1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Xidmətinin Müdafiə Nazirliyinə nəzarəti həyata keçirən polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Məhəbbət Salahovu işlədiyi Xidmətin İİ şöbəsinə işə düzəldə biləcəyini yalandan bildirib, təxminən 1 ay sonra onunla qeyd edilən parkda görüşdükləri vaxt Məhəbbət Salahov barəsində yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsi və hərbi biletin surətlərini almış, görəcəyi işdə inam yaratmaq məqsədilə 2018-ci ilin fevral ayında Mehdiabad qəsəbəsində yerləşən “Qarant” yaşayış massivinin həyətində görüşərək həmin sənədlərin əslini ondan alaraq, qəsdən X1 oğlunun Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinin müsbət həllinə görə yaxın münasibətdə olduğu həmin Xidmətdə yüksək vəzifədə işləyən şəxslərə özünün v asitəsilə dolayı yolla, yəni 4.000 (dörd min) manat dəyərində qonaqlıq verməklə onu həmin işə düzəldəcəyini yalandan vəd edərək, həmin adla X1 2018-ci ilin fevral-aprel aylarında hissə-hissə olmaqla üç dəfəyə cəmi 4.000 (dörd min) manat məbləğində pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivinin həyətində alıb, X1 işə qəbul barədə qərarın tezliklə veriləcəyini, müvəqqəti olaraq isə məxfilik məqsədilə oğlunun Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Təmiz şəhər” müəssisəsində mühafizəçi kimi işləyəcəyini bildirib X1 oğlunun zəruri sənədlərini öz tanışı, “Təmiz şəhər” müəssisəsində nəzarət ölçü cihazları üzrə mühəndis işləyən cinayətdən xəbərsiz olan X26 təqdim etməsinə nail olub, sonradan isə guya həmin işin alınmamasını bildirərək, özbaşına özünü vəzifəli şəxs kimi təq dim edərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, aldatma və etibardan sui-istifadə yolu ilə X9 4.000 (dörd min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin iyun ayında tanışı X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon polis idarəsində polis nəfəri vəzifəsində işləyən oğlu X30 polis zabiti olması üçün Daxili İşlər Nazirliyinin Akademiyasına q əbul edilməsində köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar özbaşına özünü X4 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edib özünün Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olması, həmin əlaqələrindən istifadə edərək X30 həmin Akademiyaya qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni həmin Nazirliyin yaxın münasibətdə olduğu yüksək vəzifəli şəxsinə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin adla 3 gün sonra axşam saatlarında ilkin olaraq 10.000 (on min) manatı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində, qalan 3.000 (üç min) manat pulu isə 15 gün son ra yenidən həmin qəsəbədə X4dən alıb, X30 2019-cu ilin yanvar ayından Akademiyada təhsil almağa başlayacağını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə yolu ilə X4 13.000 (on üç min) manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X4 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi lə 2018-ci ilin iyun ayında tanışı X5 işlədiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi vəzifəsindən azad edilməklə ölkədən çıxışına 30.06.2017-ci il tarixdə qadağa qoyulması ilə əlaqədar həmin vəzifəsinə bərpa edilməsi və ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsində köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar özbaşına özünü X5ə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyinə nəzarəti həyata keçirən əməkdaşı, eyni zamanda Daxili işlər Nazirliyinin generalının qızı kimi təqdim edib özünün yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək onu vəzifəsinə bərpa etdirmək və ölkədən çıxışına qoyulan məhdudiyyəti götürmək imkanına malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu yüksək vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin adla 2018-ci ilin iyul ayında 3.000 (üç min) manat məbləğində pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evində, cinayətdən xəbərsiz olan oğlu X11 vasitəsilə X5dən alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqəda r edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X5i təkrarən təhrik etmiş, bundan sonra, 2018-ci ilin avqust ayında X5dən eyni məqsədlə əlavə olaraq 4.000 (dörd min) manat pul istədikdə, X5 aldadıldığını başa düşərək həmin məbləği verməkdən imtina etdiyindən, o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə X5 xeyli miqdarda 7.000 (yeddi min) manat əmlakın ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin iyul ayında tanışı X19 övladı Azərbaycan Respublikası Müdafiə Nazir liyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən X40 adının “Azərbaycan Respublikasının Sülhməramlı silahlı qüvvələri”nin sırasına daxil edilməsində köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Xidmətinin polkovnik rütbəli rəisi kimi təqdim edib özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək X40 adını qeyd edilən siyahıya saldırmaq imkanına malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu yüksək vəzifəli şəxsinə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin adla bir həftə sonra Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitalın qarşısında X19dan 5.000 (beş min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə X19u təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tanış olduğu, həmin hərbi hissədə kəşfiyyat müşahidə tağımının komandiri vəzifəsində işləyən X6 hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmasında köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar özbaşına özünü Harun Alqayevə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edib özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək onu hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis etdirmək imkanına malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat pul ver ilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin adla 2018-ci ilin oktyabr ayında X6dan 7.000 (yeddi min) manat məbləğində pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evində alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X6 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən ald atma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin sentyabr ayında tanış olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində İİ tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində işləyən X10 Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsində köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar özbaşına özünü X10 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edib özünün həmin Xidmətin yüksək vəzifədə işləyən şəxslərilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək onu işə qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla m addi nemət olan 12.000 (on iki min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin adla X10dan qeyd edilən məbləğdə pulu istəyib onu xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə təkrarən təhrik etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxskimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, lakin X10 onun cinayətkar niyyətini başa düşüb 12.000 (on iki min) manat məbləğində pulu verməkdən imtina etdiyindən, o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyə rək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X10un əmlakını təkrarən xeyli miqdarda – 12.000 (on iki min) manat ziyan vurmaqla ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X15 Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsində köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar özbaşına özünü X15ə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edib özünün həmin Xidmətin yüksək vəzifədə işləyən şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək onu həmin Xidmətdə 6 ay kurs keçdikdən sonra, 950 (doqquz yüz əlli) manat əmək haqqı almaqla leytenant hərbi rütbəsinə işə qəbul etdirmək imkanı na malik olduğunu yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalandan vəd edərək, həmin məqsədlə 21 noyabr 2018- ci il tarixdə, saat 16 radələrində Zaqatala rayonunun Katex kəndi ərazisində yerləşən “xxxxx” adlı restoranda istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Müdafiə Nazirliyinin polkovnik hərbi rütbəli hərbi səhra geyim formasında X15 ilə görüşərək sonuncudan həmin niyyətlə 7.000 (yeddi min) manat məbləğində pulu alıb, həmin məsələnin müsbət həll olunması üçün 10.000 (on min) manat pulun tam verilməli olmasını, buna görə yaxın günlərdə ona qaytarması şərtilə öz üzərində olan 2.000 (iki min) manat pul u da həmin pulun üzərinə qoyub, sonradan özünün 1.000 (bir min) manat əlavə edərək tam həcmdə onun işə düzəlməsini həyata keçirəcəyi səlahiyyətli vəzifəli şəxsə təqdim edəcəyini bildirməklə X15i xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə təkrarən təhrik etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, X15in onun qanunsuz əməlləri barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinə rəsmi müraciəti ilə əlaqədar Səbail Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərarı əsasında həmin vaxt keçiril ən əməliyyat tədbiri ilə əlaqədar, o, qeyd edilən restoranın 2 nömrəli otağında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əlində olan ağ rəngli kağız parçasının içərisindən 2.000 (iki min) manat və üzərində xüsusi texniki vasitə ilə “rüşvət” sözləri yazılmış 70 ədəd əsginasdan ibarət 7.000 (yeddi min) manat pul, cəmi 9.000 manat məbləğində pul aşkar olunaraq götürüldüyündən, o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə X15in əmlakını təkrarən xeyli miqdarda - 10.000 (on min) manat ziyan vurmaqla ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Eyvazov Akif Məhərləm oğlu oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 30 iyul 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlində qeyd olunan cinayətlərin tərkib əlamətlərinin olmaması əsasları ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə etdiyi şəxs təqsirləndirildiyi maddələrdən CM-nin 310 və 32.4, 312.2-ci maddələri ilə özünü təqsirli hesabetməmişdir. Məhkum barəsində 7 epizod əsasında cinayət işi açılmış, həmin epizodlardan biri üzrə məsuliyyətə cəlb edilmişdir. Yerdə qalan 6 epizod bilavasitə onun səmimi etirafı əsasında açılmışdır. Müdafiə etdiyi şəxs ona bu barədə sual verilmədən belə özü törətdiyi bütün əməlləri istintaq orqanına bildirmişdir. Bütün bunlar onun səmimi etirafı əsasında formalaşmışdır. Ancaq ona yuxarıda qeyd edilən CM-nin 310 və 34.1, 312-ci maddələri ilə də ittiham etmək doğru və ədalətli deyil. İstintaq orqanı apardığı istintaq hərəkətlərində şəxsə qarşı dələduzluq cinayətinin olmasını şərh ed ərkən həm də ittihamın sonunda vəzifəli şəxsin səlahiyyətini mənimsəmə, vəzifəli şəxsə özünün vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmə motivi ilə əsassız ittiham elan etmişdir. Məhkum vəzifəli şəxs deyildir. Onun hər hansı bir şəkildə rüşvət vermə ilə bağlı heç bir konkret hərəkətləri mövcud deyildir. Burada təhrik etmə ilə bağlı ittihamdan söhbət gedə bilməz. İşin hallarından da aydın olur ki, 7 epizod üzrə heç bir şəxs müdafiə etdiyi şəxsdən şikayət etməmişdir. Əməl 178-ci maddənin əhatə dairəsinə düşsə də, həmin hüquq normasında nəzərdə tutulan cinayət dələduzluq cinayətidir ki, bu halları da müdafiə etdiyi şəxs səmimi olaraq etiraf etmişdir. Digər məsələlərə münasibətdə hər epizod öz-özlüyündə müdafiə etdiyi şəxsin özünün səmimi etirafıdır. CM-nin 32.4-c ü maddəsində deyilir ki, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət töreətməyə sövq edən şəxs təhrikçi sayılır. Qanunun normasından da göründüyü kimi burada təhrikçi məfhumu başqa şəxsi sövq edən şəxs hesab edilir. Qanunun norması istintaq orqanı tərəfindən düzgüı müəyyənləşdirilməmişdir. Əgər ittihamın mövqeyi düzgündürsə, bu zaman belə bir sual yaranır ki, müdafiə etdiyi şəxs əgər təhrikçidirsə, onda qanunun normasında qeyd edildiyi kimi cinayət törətməyə sövq edilən şəxs kimdir. Əgər o şəxs mövcuddursa, belə olan halda şəxs hansı səbəbdən cinayət məsuliyyətinə cəlb edilməyib? Digər tərəfdən əgər heç bir şəxs cinayət məsuliyyətinə cəlb edilməyibsə, bu əməldə müdafiə etdiyi şəxs hansı qaydada təhrikçi ola bilər. O, hansı qaydada rüşvət vermədə təhrikç i olaraq qiymətləndirilə bilər. Rüşvətvermə cinayəti mövcuddursa, burada rüşvətalma cinayəti də mövcuddur. İşin hallarına diqqət yetirilsə tam olaraq görünər ki, hazırkı cinayət əməlində zərərçəkənlərin heç biri rəsmi şikayət verməmişdir. Bir epizod istisna olmaqla digər epizodlar yəni 6 epizod müdafiə etdiyi şəxsin səmimi etirafı ilə üzə çıxmışdır. Müdafiə etdiyi şəxs bir qadındır, əvvəllər məhkum edilməmişdir. Müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxslərin heç biri tərəfindən şikayət və tələb yoxdur. Etmiş olduğu cinayət əməlinin 7 epizodundan 6-sı onun könüllü, səmimi etirafı ilə açılmışdır. Bu səbəbdən də müdafiə etdiyi şəxs barəsində qeyd etdiyi halların nəzərə alınmasını, onun barəsində ədalətli bir qərarın qəbul edilməsini xahiş edir. Odur ki, göstərilənlərə əsasən, apellyasiya mə hkəməsinin qərarını ləğv etməklə Məhkum əməlində qeyd olunan cinayətlərin tərkib əlamətlərinin olmaması əsasları ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbayc an Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh o lunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310, 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunma lıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, apellyasiya məhkəməsi həmin dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddələr ilə nəzərdə tutulmuş cinayətləri törətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü dəyişdiril mədən saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş 21 noyabr 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X28 16 noyabr 2018-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək tanış olduğu Məhkum özünü ona Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli şəxsi kimi təqdim edərək, həmin Xidmətdə böyük nüfuza malik olduğunu, buna görə də onu həmin quruma işə qəbul etdirəcəyini bildirərək onu inandırdığını demişdir. Ərizəçi İsaBədəlovMəhkumondanDövlətTəhlükəsizliyiXidmətinə işə qəbulolmaq üçün əvvəlcə 7.000 (yeddimin) manat, sonralar isə 10.000 (onmin) manat məbləğində pul vəsaitiistədiyinibildirmişdir. Ərizəçi həmçinin qeyd etmişdir ki, o, yuxarıda qeyd olunan məbləğdə pul vəsaitini Məhkum verdikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətində işlə təmin edilərək, leytenant hərbi rütbəsinin alınması üçün 6 ay müddətində müvafiq kurslara cəlb olunacaqdır. Həmçinin, həmin protokoldan görünür ki, qeyd olunanlarla əlaqədar Məhkum pulun İsa Bədəlovdan götürülməsi üçün 21 noyabr 2018-ci ildə Zaqatala rayonunda yerləşən "xxxxx” restoranında görüş təyin etmiş və baş tutacaq görüş zamanı, müraciətdə göstərilən xüsusatlara dair mahiyyəti üzrə aparılacaq danışıqların audio və video yazının aparılması üçün şikayət müəllifinin əynindəki paltara xüsusi texniki avadanlıq yerləşdirilmiş və Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsindən götürülmüş, əvvəlcədən xüsusi vasitələrlə rüşvət sözü yazılmış və ilkin olaraq ərizəçi tərəfindən Məhkum ödəniləcək: A41335304, A32291197, B07294412, A07427897, A32587494, A11766775, A92727523, B03994338, A28594130, A53597061, A97464612, A23101726, A45410434, A25405146, A47427639, B01697880, A40602041, A01159831, A23840019, C08704775, A76790791, A90801691,49592683, A********. A66346329, A54498916, A50948068, A48340918, A14556803,B10571765, A71160394, A23116896, A37936025, A43740429, B08333228, C99887887,A56691453, D20802808, A23479180, D00764609, A96129777, A85355257, A********.D00764610, B11054456, A90127420, A49169307, B00096410, A23202483, A26838980,A71730567, A95816474, A15511816, C66436078, B04031929, A74574908, A61638762,A88441232, B11508756, A46748361, A47735434, A51162531, A39164735, A73406063, A46089003, A87848633, A52352298, A70630642, A92032900, A40103940 seriya nömrəli 7000 manat məbləğində pul vəsaiti X15ə verilmiş, həmçinin üzərindəki avadanlıq dan istifadə etmə qaydaları ona izah olunmuşdur (cild 1, səh 12). Cinayət işinin materiallarına əlavə olunmuş 21 noyabr 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zaqatala rayonunun Katex kəndində fəaliyyət göstərən "Fontan” adlı restoranın 2 saylı otağında əyləşmiş Məhkum üzərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Məhkum əlində olan olan ağ rəngli kağız parçasına bökülmüş 9000 (doqquz min) manat aşkar edilmişdir. Qeyd edilən əsginaslar xüsusi işıqlandırma ilə işıqlandırılmış və 7000 (yeddi min) manat pulun üzərində xüsusi texniki vasitə ilə “Rüşvət" sözləri əks olunduğu müəyyən edilmişdir. Həmin məbləğdə pullar qablaşdırılaraq “DTX zərflər üçün 99 №-li” möhürü ilə möhürlənmişdir. Məhkum üzərində olan hərbi səhra geyiminin ön sol cibindən 137 (yüz otuz yeddi) manat aşkar edilmiş və “DTX zərflər üçün 99 №-li” möhürü ilə möhürlənmişdir. Məhkum üzərində olan hərbi səhra geyiminin sağ cibindən ağ və qızılı rəngli, üzərində “Mİ” sözləri yazılmış mobil telefon aşkar edilib götürülmüşdür. Məhkum əllərinə xüsusi işıqlandırma ilə baxış keçirilərkən texniki vasitələrlə tozlanmış pul əsginaslarının tozları Məhkum əlində aşkar olunmuşdur. Məhkum yanında, masanın üzərində olan, içərisində müxtəlif sənədlər və şəkillər olan qara rəngli qovluq aşkar edilmişdir. Baxış zamanı üzərində 'Rüşvət" sözləri yazılan A41335304, A32291197, B07294412, A07427897, A32587494, A11766775, A92727523, B03994338, A28594130, A53597061, A97464612, A23101726, A45410434, A25405146, A47427639, B01697880, A40602041, A01159831, A23840019, C08704775, A76790791, A90801691, A495926 83, A09832849, A66346329, A54498916, A50948068, A48340918, A14556803, B10571765, A71160394, A23116896, A37936025, A43740429, B08333228, C99887887, A56691453, D20802808, A23479180, D00764609, A96129777, A85355257, A85061264, D00764610, B11054456, A90127420, A49169307, B00096410, A23202483, A26838980, A71730567, A95816474, A15511816, C66436078, B04031929, A74574908, A61638762, A88441232, B11508756, A46748361, A47735434, A51162531, A39164735, A73406063, A46089003, A87848633, A52352298, A70630642, A92032900, A40103940 seriya nömrəli 70 ədəd yüzlük, eləcə də A57282032, C08704774, A31610296, A45763489, C65568502, A78902069, A13036436, C53490132, C37251234, A73406063, A65603770, C37251235, A42601851, C70789509, A41964161, A47867983, D01729404, A86076158, A92512013, A73812226 seriya nömrəli 20 ədə d 100-lük və A32759768 seriya nömrəli 1 ədəd 100-lük, B52354325, A93542319, B45177944 seriya nömrəli 3 ədəd 10-iuq, C44877595 seriya nömrəli 1 ədəd 5-lik, F49734515, D11220511 seriya nömrəli 2 ədəd 1-lik əsginaslar qablaşdırılaraq götürülmüşdür (cild 1, səh. 14). Cinayət işinin materiallarına əlavə olunmuş 21 noyabr 2018-ci il tarixli baxış protokolundan görünür ki, 21 noyabr 2018-ci ildə Məhkum Zaqatala rayonunun Mazıx kəndində müvəqqəti kirayədə yaşadığı evə baxış keçirilmişdir. Həmin tarixli protokoldan o da görünür ki, baxış aparılan ev 2 mərtəbəlidir. Evin 2-ci mərtəbəsi 1 ədəd yataq otağından və 1 ədəd mətbəxdən ibarətdir. Evin 2-ci mərtəbəsindəki yataq otağından masanın üzərindəki əl çantasının içərisində Məhkum adına verilmiş 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd ümumi vətəndaş pasport u, 1 ədəd doğum haqqında şəhadətnamə və X11 adına verilmiş doğum haqqında şəhadətnamə aşkar edilərək götürülmüşdür (cild 1, səh. 17). Cinayət işinin materiallarına əlavə olunmuş 24 noyabr 2018-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Məhkum üzərindən aşkar edilərək götürülmüş pul əsginaslarının seriya nömrələrinin oxunaqlılığı təmin edilməklə masanın üzərinə düzülmüşdür. Daha sonra pul əsginaslarının üzərində hər hansı bir qeydin olub- olmamasının yoxlanılması üçün “354 NM” markalı dalğa uzunluğu olan ultra-bənövşəyi şüa verən cihazla onların baxışı keçirilmişdir. Baxış zamanı Məhkum üzərindən aşkar edilərək götürülmüş A41335304, A32291197, B07294412, A07427897, A32587494, A11766775, A92727523, B03994338, A28594130, A53597061, A97464612, A23101726, A45410434, A25405146, A 47427639, B01697880, A40602041, A01159831, A23840019, C08704775, A76790791, A90801691, A49592683, A09832849, A66346329, A54498916, A50948068, A48340918, A14556803, B10571765, A71160394, A23116896, A37936025, A43740429, B08333228, C99887887, A56691453, D20802808, A23479180, D00764609, A96129777, A85355257, A85061264, D00764610, B11054456, A90127420, A49169307, B00096410, A23202483, A26838980, A71730567, A95816474, A15511816, C66436078, B04031929, A74574908, A61638762, A88441232, B11508756, A46748361, A47735434, A51162531, A39164735, A73406063, A46089003, A87848633, A52352298, A70630642, A92032900, A40103940 seriya nömrəli 70 ədəd 100-lü k pul əsginaslarının üzərində üzərində “Rüşvət” qeydinin olduğu görünmüşdür. Həmçinin, həmin protokoldan görünür ki, Məhkum üzərindən aşkar edilərək götür ülmüş və zərərçəkmiş şəxs X15 Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunması üçün sonuncunun ona verdiyi 7000 (yeddi min) manat məbləğində pulun üzərinə əlavə etdiyi A57282032, C08704774, A31610296, A45763489, C65568502, A789Q2069, A13036436, C53490132, C37251234, A73406063, A65603770, C37251235, A42601851, C70789509, A41964161, A47867983, D01729404, A86076158, A92512013, A73812226 seriya nömrəli 20 ədəd 100-lük pul əsginaslarının, eləcə də Məhkum üzərindən aşkar edilərək götürülmüş digər pul əsginasları 1 ədəd A32759768 seriya nömrəli 100-lük, 3 ədəd B52354325, A93542319, B45177944 seriya nömrəli 10-luq, 1 ədəd C44877595 seriya nömrəli 5-lik, 2 ədəd F49734515 və D11220511 seriya nömrəli 1-lik əsginaslarının üzəri “354 NM” dalğa uzunluğu olan ultra-bənövşəyi şüa verən cihazla işıqlandı rılmış və hər hansı qeydin olmadığı görünmüşdür (cild 1, səh. 97). Cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 205). Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 29, 178.2.2, 29, 178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxs Məhkum, şahidlər X32,X30, X1, X12, X21, X28, X16 və X22 ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktik hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143- 146-cı maddələrinin tələblərinə əməl edilərək, Məhkum olunduğu cinayət əməlini törətməkdə təqsirli olması barədə kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxs Məhkum cinayət əməli CM-in 29, 178.2.2, 29, 178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, apelyasiya şikayətinin Məhkum təyin edilən cəzanın onun şəxsiyyətinə uyğun olmaması və ona görə də CM-in 310, 29, 312.2-ci maddələri ilə əsassız ittiham edildiyindən, CM-in 29, 178.2.2, 29, 178.2.4, 178.2.2 və 178.2.4-ci maddələri ilə hüquqi qiymət verilməli, 310, 32.4 və 312.2-ci maddələrinin ittihamdan xaric edilməli, Məhkum əməli CM-in 29, 178.2.2, 29, 178.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə qiymətləndirilərək həmin maddələrin sanksiyasında cəzaya münasibətdə CM-in 70-ci maddəsinin tətbiq edilməli olması barədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası bu dəlillərin əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum istintaq zamanı həm şübhəli şəxs qismində həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki,..X40 özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki kimi təqdim etmişdir...Həmin vaxtdan bir neçə ay sonra X40 ona X15 adlı dostunun özünə iş axtardığını bildirmiş, X40 onu Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki kimi tanıdığı üçün X15i 7.000-10.000 manat müqabilində həmin Xidmətə işə düzəldə biləcəyini demişdir. X40 X15in 7.000 və ya 10.000 manat pul verdikdən sonra əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında zabit kursu keçəcəyini, bundan sonra isə leytenant kimi işə qəbul olunacağını demişdir”...21 noyabr 2018-ci il tarixdə səhər saatlarında...X15i Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyinə inandırmaq və sonuncuda olan pul vəsaitini almaq üçü n görüşə xüsusi səhra geyim formasında və polkovnik hərbi rütbəsində getmişdir....X15dən 7.000 manat pulu götürmüş, qalan 3.000 manat pulu isə sonuncunun əvəzinə tapıb 7,000 manat pulun üzərinə qoyacağını X15ə demişdir. X15i inandırmaq üçün elə oradaca üzərində olan 2.000 manat şəxsi pulunu X15ə göstərərək 7.000 manat pulun üzərinə əlavə etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, aldatma və etibardan sui-istifadə yolu ilə X13 4.000 (dörd min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəx sə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X1 təhrik etmiş, aldatma və etibardan suiistifadə yolu ilə X4 13.000 (on üç min) manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X4 təkrarən təhrik etmiş, 2018-c.i ilin avqust ayında X5dən eyni məqsədlə əlavə olaraq 4.000 (dörd min) manat pul istədikdə, X5 aldadıldığını başa düşərək həmin məbləği verm əkdən imtina etdiyindən, o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə X5 xeyli miqdarda - 7.000 (yeddi min) manat əmlakını ələ keçirməklə dələduzluq etməyə cəhd etmiş, X20 5.000 (beş min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birb aşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə X20 təkrarən təhrik etmiş, 2018-ci ilin oktyabr ayında X6 7.000 (yeddi min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə X6 təkrarən təhrik etmiş, 12.000 (on iki min) manat pul verilməsi müqabilində həll etdirə biləcəyini yalan dan vəd edərək, həmin adla X10dam qeyd edilən məbləğdə pulu istəyib onu xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə təkrarən təhrik etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, lakin X10 onun cinayətkar niyyətini başa düşüb 12.000 (on iki min) manat məbləğində pulu verməkdən imtina etdiyindən, o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə X10un əmlakını təkrarən xeyli miqdarda – 12.000 (on iki min) manat ziyan vurmaqla ələ keçirməklə dələduzluq etməyə cəhd etmiş, X15i xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə təkrarən təhrik etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, İsa Bədəlovun onun qanunsuz əməlləri barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinə rəsmi müraciəti ilə əlaqədar bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui- istifadə etmə yolu ilə X15in əmlakını t əkrarən xeyli miqdarda - 10.000 (on min) manat ziyan vurmaqla ələ keçirməklə dələduzluq etməyə cəhd etmişdir. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin bu işlərdə niyyəti CM-in 178.1-ci maddəsində nəzərdə tutulan kimi, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə etmək məqsədi daşımışdır. Başqa sözlə, təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmamış, əksinə onun özgə əmlakının talanmasına yönəlmiş niyyəti həmin əmlakı əldə edənədək artıq onda yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əmə l o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. CM-in 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsinə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə başa düşülür. Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 24- cü bəndində göstərilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərini n əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. CM-in 312.2-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 26-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Ona görə də, məhkəmə kollegiyası Məhkum təqsirləndirilməsinə dair cinayət işindən CM-in 310, 29, 312.2-ci maddələri ilə verilmiş ittihamın xaric edilməsi və bu hissədə hökmün ləğv edilməsi barədə apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. CM-in 41,2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin alınması məqsədlərinə xidmət edir. Bu zaman cəza vu rulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dər əcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri, yəni qəsdin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdə, təqsirin forması - cinayətin qəsdən törədilməsində, cinayətin ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulmasında ifadə olunur. Təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, qadın olması kimi cəzasını yüngülləşdirən halların, CM-in 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi və cinayəti hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə etməklə törətməsi kimi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi cəza təyin edilərkən nəzərə alınmış və birinci instansiya məhkəməsi ona əsas və əlavə cəzanı qismən toplamaqla aşağı həddə ədalətli cəza təyin etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən əməlinə görə ona təyin edilmiş iki il altı ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi islah təsiri baxımından yetərli hesab edilə və təqsirləndirilən şəxs Məhkum barədə CM-in 70-ci maddəsi tətbiq oluna bilməz. Qanunun mənasına əsasən, şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olu nmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsa slanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunveric ilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tap mayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Yuxarıda göstərildiyi kimi, kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas ola bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların e lə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29, 178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310, 32.4,312.2-ci mad dələri təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-133/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-133/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver