Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-133/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Hüseynov Xaliq Nazim oğlunun, Məhkum3 müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlunun, Məhkum2 müdafiəçisi Vəliyev Ramil Əmirxan oğlunun, Məhkum1 müdafiəçisi Həsənov Fərid İzafət oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə, Məhkum3 CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə, Məhkum4 CM-nin 228.1, 228.4, 234.4.3 və 307.3-cü maddələri ilə, Mə hkum2 CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə və Məhkum1 CMnin 228.1, 234.1 və 307.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs müdafiəçisi Hüseynov Xaliq Nazim oğlu, Məhkum3 müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu, Məhkum4, Məhkum2 müdafiəçisi Vəliyev Ramil Əmirxan oğlu və Məhkum1 müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Bakı Ağır Cinayətlər Məhkəməsindən Gəncə Ağır Cinayətlər Məh kəməsinə ezam olunmuş hakim Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxxx il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməyən, Füzuli-Qubadlı hərbi məhkəməsinin 03 fevral 2010-cu il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünanda yaşamış, CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətm əkdə təqsirli bilinib CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə, CM-nin 214.2.1, 214.2.3, 214.2.6-cı maddələri ilə 15 (on beş) il 6 (altı) ay müddətə, CM-nin 220.1-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə, CM-nin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 278.2-ci maddəsi ilə 16 (on altı) il müddətə, CM-nin 279.11-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 281.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-nin 315.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının ilk 4 (dörd) ilini həbsxanada, qa lan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum3, xx xxxxxx il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 2 ünvanda yaşamış, CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə, CM-nin 214.2.1, 214.2.3, 214.2.6-cı maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə, CM-nin 220.1-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-nin 228.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə, CM-nin 279.11-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 281.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CMnin 315.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum4, xxxxxxxx il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləm əyən, əvvəllər 02.08.1993cü il Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 02 avqust 1993-cü il arixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, CM-nin 228.1, 228.4, 234.4.3 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejtmli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2, xx xxxx il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2007-ci il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddə tə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum1, xxxxxxxx il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 yevral 2006-cı il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 11 may 2006-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək endirilmiş, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən 17 may 2013-cü il tarixdə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5da yaşamış, CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin X6, X104 və X87 CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansia məhkəməsinin hökmünə əsasən, X6 09.01.2018-ci il tarixdə saat 22 radələrində Gəncə şəhərindən tanışları olan digər şəxslərlə birlikdə qrup halında Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisinə gedərək orada X52, X88, X53, X54, X121, X105, X122, X71, X55, X89 və digər şəxslərlə görüşüb cinayət aləmində nüfuz sahibi hesab etdikləri X16 və X56 arasında nüfuz dairəsinin bölünmə si ilə bağlı məsələni ayırd etmək bəhanəsi ilə mübahisə edərək kobud söyuşlər işlədilməsi, odlu silahdan havaya atəş açması ilə üstün nüfuz sahibləri olduqlarını nümayiş etdirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, özünün də qəsdi ilə əhatə olunan və qrupun üzvü tərəfindən qarşı tərəfi təşkil edən şəxsləri əsaslı səbəb olmadan həyatdan məhrum etməkdən ibarət vahid niyyətlə bıçaqla X57 həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi qarın nahiyəsinə və buduna zərbələr vuraraq ona qəsdən qarnının sağ tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, nazik bağırsaq ilgəklərinin eventerasiyası, nazik və yoğun bağırsaqların, böyü k piyliyin, qaraciyərin yaralanması və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaralanması, hemorragik, travmatik şok ilə nəticələnən, həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarət yetirilməsi, qarışıqlıq yaranması ilə əlaqədar digər şəxsləri də qəsdən öldürmək imkanından məhrum edilmələri və Ruslan Əsgərova vaxtında zəruri tibbi yardım göstərilməklə həyatının xilas edilməsi nəticəsində iki və daha çox şəxsi bir qrup şəxslə, xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə ifadə olunan cinayətkar niyyətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları olan digər şəxslərlə qabaqcadan cinayət əlaqəsinə girib əlbir oduğu qrupda 15.05.2018-ci il tarixdə saat 22 radələrində Gəncə ş əhəri, Natəvan küçəsinin yaşayış sahəsi olmayan ərazisində “Çəkillik” adlanan yerdə X32 həyatı və sağlamlığı üçün təhlükəli olan zoraklıqla bağlı basqın edib yumruq və təpiklə vuraraq sağ göz ətrafı nahiyəsinin yumşaq toxmalarının əzniyi, hemotoması, alın, burun nahiyələrinin qançırları ilə müşayiət edilib sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə X24a məxsus 5.500 AZN dəyərində “xxxx” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomaşını və həmin avtomaşının saxlanc yeri hesab olunan salonunda olan 7.850 AZN nağd pulu, ümumilikdə 13.350 AZN məbləğində xeyli miqdarda əmlakını ələ keçirərək quldurluq etmiş, təkrarən, X24un xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədi ilə onu həmin tarixdə saat 23 radələrində qr up üzvləri ilə birlikdə X25un idarə etdiyi xxxx markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşında Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən "Sərçə bazarı" adlanan əraziyə zor tətbiq etməklə gətirib, öldürəcəyi ilə bağlı zor göstərmə hədəsi ilə X24a on gün müddətində 11.000 AZN verməli olduğunu bildirməklə xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. X6, məhkum, X104 və Məhkum3 2017-2018-ci illərdə Gəncə şəhərində və ətraf rayonlarda İslam dininin müddəalarını və yaxın münasibətlərdə olduqları şəxslərin törətdikləri hüquqazidd əməllərə görə barələrində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini yanlış ifadə etməklə, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə yönələn hərəkətlərin yerli icra hakimiyyəti orqanlarına nifrət və dini radikalizm zəminində reallaşdırılmasına nail olmaq üçün eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşdüklərindən mütəşəkkil dəstədə qeyriləri ilə birləşib, qabaqcadan razılaşdırılmaqla müəyyən edilmiş vəzifə bölgüsünə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirib Azərbaycan Respublikasının hakimiyyət nümayəndələrini, hüquq mühafizə orqanlarının məsul vəzifəli şəxslərini qanuna uyğun xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq üçün qəsdən həyatdan məhrum edib öldürməklə respublikada ictimai təhlükəsizliyi pozmaq, əhali arasında ajiotaj, xaos, vahimə yaratmaq və başqa ictimai-təhlükəli nəticələrin baş verməsi məqsədilə terror aktları törətmək, belə ağır nəticələrlə hakimiyyəti n zorla ələ keçirilib dəyişdirilməsi niyyəti ilə ölkə əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarının dəfələrlə müzakirə olunmasında, bu məqsədlə X99in mütəmadi olaraq Rusiya Federasiyasının Moskva şəhərinə gedərək müxtəlif toplantılarda azərbaycanlılarla təmaslarda olub, onların qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində hərbi təlimlər keçməkdən ötrü Suriya Ərəb Respublikasına göndərilmələri üçün İran İslam Respublikasında olan “X” ləqəbli X58 yanına səfərlərinin təşkil olunmasında iştirak edərək, habelə həmin məqsədlə 2017-ci ilin əvvəllərində dəstə üzvləri X77 və Təqsirləndirilən şəxs birlikdə İran İslam Respublikasının Qum şəhərinə gedib X99lə görüşərək mütəşəkkil dəstədə gələcək fəaliyyətləri ilə əlaqədar aldıqları təlimatlar əsasında dəstə üzvləri Təqsirl əndirilən şəxs, X66, Məhkum3 və digərləri ilə mobil telefon, “Whatsapp“ proqramı və digər vasitələrlə müntəzəm əlaqə saxlayıb vəzifələrin müəyyən edilməsini, terror aktlarının icrasında istifadə üçün mütəşəkkil dəstədə qanunsuz olaraq əldə edilən və gəzdirilən zavod üsulu ilə istehsal edilməklə hücum təyinatlı, istifadəyə yararlı döyüş sursatı olan 1 ədəd UZRQM-2 tipli alışdırıcı ilə xxx tipli qəlpəli əl qumbarasının, kəsici-deşici soyuq silah olan 1 ədəd qılıncın X77də, zavod üsulu ilə istehsal edilməklə hücum təyinatlı, istifadəyə yararlı döyüş sursatı olan 1 ədəd xxx tipli qəlpəli əl qumbarasının, “X” konstruksiyalı avtomatlar üçün 56 ədəd 5,45 mm kalibrli patronun və 1 ədəd sandıqçanın X66də saxlanılmasını təmin etmişlər. 10.07.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibat i binasının qarşısındakı meydanda tələblərindən biri ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X88 oğlunun cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın təşkil edilib onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olunması və mütəşəkkil dəstənin cinayətkar niyyətlərinin reallaşdırılması istiqamətində nəzərdə tutulmuş terror aktlarını aksiya zamanı ictimai asayişi qoruyacaq polis heyətinin yüksək rütbəli əməkdaşlarını terrorçuluqla əlaqədar qəsdən öldürməklə icra etməyə yönələn tədbirlər görülərək, quldurluq, özgə əmlakını hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinə görə axtarışda olan X77in 06.07.2018-ci il tarixdə gizləndiyi Goranboy rayonunun Yenikənd kəndində Məhkum2 evinin həyətində sonuncunun iştirakı ilə “Samsung Duos” markalı mobil cihazından istifadə edərək özünün və X88un fotoşəkilləri fonunda terrorçuluq müstəvisində sonuncunun cinayətlərinə tərəfdar çıxdığını ifadə edib əhalini hakimiyyətə qarşı silahlı mübarizəyə, qan tökməyə, hakimiyyəti zorla ələ keçirməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə səsləyən video müraciətindən ibarət hazırlanmış dövlət əleyhinə açıq çağırışlarını planlaşdırılan terror aktlarının törədilməsindən sonra geniş əhali kütləsi arasında yayılması məqsədilə Məhkum3 mobil cihazına ötürülüb yaddaşında saxlanılmış, eyni məqsədlə mü təşəkkil dəstənin üzvləri ilə birlikdə Məhkum3 “İphone” markalı mobil telefonu üzərindən “WhatsApp” sosial şəbəkəsində X88 tərəfindən törədilmiş terror aktının görüntülərini, terrorçuluğa, dövlət hakimiyyəti əleyhinə, dini ədavət və düşmənçilik zəminində zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar paylaşılmış, şəxsi görüş və söhbətlərində 10.07.2018-ci il tarixdə saat 20-də Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında X88un müdafiəsi adı altında dövlət orqanları ilə razılaşdırılmamış mitinq keçirilməsinə çağırışlar etməklə zəruri işlərin koordinasıyasında iştirak etmişlər. X77 07.07.2018-ci il tarixdə Gəncə şəhərinə gələrək X144 şəhəri, Kəpəz rayonu, A.İmanquliyeva küçəsi, 20 ünvanında yerləşən evində gizlənməsindən və 10.07.2018-ci il tarixdə saat 2 0 radələrində bacısı əri X72 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, V-14 ünvanında saxladıqları qılıncı götürdükdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə özü qılıncı sellofan torbada götürməklə Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gələrək mütəşəkkil dəstədə üzərlərinə düşən vəzifələri yerinə yetirib ictimai qaydanın pozulmasına yönələn hərəkətlərlə, yəni özlərində olan qılıncın X77 tərəfindən başı üzərində havaya qaldırılıb nümayiş etdirilərək yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirməklə, təhrik olunmuş şəxslərin hərəkətlərini ictimai asayişin davamlı pozulmasına, insanların və nəql iyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olmağa istiqamətləndirib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabe olmamaqla, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına silah qismində istifadə olunan daş, şüşə parçaları və sair predmetlər atılmaqla bədən xəsarətləri yetirilib on ların sağlamlıqlarına zərər vurulması ilə zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq olunmaqla silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmiş, mütəşəkkil dəstədə törədilməsi nəzərdə tutulan terror aktlarının bilavasitə icra olunması üçün X77in dəstə üzvü Təqsirləndirilən şəxs tərəfindən bir başa istiqamət verilməklə özündə olan qılıncla kütləvi iğtişaş zamanı meydanın cənub tərəfində qanunsuz hərəkətlərin qarşısının alınması və ictimai asayişin bərpası üzrə tədbirlər keçirən polis əməkdaşlarının fəaliyyətinə xidməti geyimdə rəhbərlik edən Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki X12 qəsdən döş qəfəsinin sağ yan səthinin döş boşluğuna keçərək diafraqmanı, sağ ağciyəri və ağciyər arteriyası kötüyünü zədələyən bir ədəd və sağ döş boşluğundan qarın boşluğuna keçib qaraciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yaraları nəticəsində kəskin daxili və xarici qan itirmə ilə müşayiət olunan, həyat üçün təhlükləli olub sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olan bədən xəsarətləri, Gəncə şəhəri, Nizami rayon polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı X73 qəsdən döş qəfəsinin sol yarısının ön-yan səthinin sol döş boşluğuna keçərək sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən, kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət, həyat üçün təhlükləli olub sağlamlığa ağır zərərvurmaqla ölümə səbəb olan və qarnının ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarasından ibarət, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək onları mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar ümumi niyyətlə qəsdən öldürməsindən, X55 təkrarən, meydanın şərqində qanunsuz hərəkətlərin qarşısının alınması və ictimai asayişin bərpası üzrə polis əməkdaşlarını fəaliyyətinə xidməti geyimdə rəhbərlik edən Gəncə şəhər Baş Polis İdarəsinin taborunun qərargah rəisi, polis baş leytenantı X33 və digər polis əməkdaşlarını, yəni iki və daha artıq şəxsi mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar ümumi niyyətlə qəsdən öldürmək üçün X77 ona istiqamət verən dəstə üzvü Təqsirləndirilən şəxs ilə birlikdə basqın edərkən eyni cinayətkar əqidə və radikal dini baxışları ilə kütləvi iğtişaşların təşkilində və gedişində fəal iştirak edən, X77in qılıncı qana bulaşmış vəziyyətdə havaya qaldırmasını gördükləri anda cinayət ə məllərini daha azğınlıqla davam etdirərək polis əməkdaşlarının, yəni iki və daha artıq şəxsin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar qəsdən öldürülməsi niyyəti ilə ona və X77ə köməklik etmək üçün əlbir olub qrupda birləşən digər şəxslərin köməkliyi ilə yaradılmış şəraitdə X77in qılıncla vurub X92a qəsdən sağ bud nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunub sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vuran və sol dirsək nahiyəsinin sıyrığından ibarət olub sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsindən, lakin X92un fəal müqavimət göstərməsi, ətrafında olan digər şəxslərin və polis əməkdaşlarının mane olması ilə sonuncuya və digər polis əməkdaşlarına növbəti zərbələri endirmək imkanından məhrum edilməsin ə və X92un vaxtında müalicə müəssisəsinə çatdırılaraq tibbi yardım almasına görə iki və daha artıq şəxsin xidməti vəzifələrini yerinə yetirmələri ilə ələqadar terrorçuluq zəminində mütəşəkkil dəstədə və bir qrup şəxslə qəsdən öldürülməsindən ibarət vahid qəsdlə əhatə olunan cinayətkar niyyətlərini iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişlər. Bundan dərhal sonra Təqsirləndirilən şəxs istiqamətləndirməsi əsasında birlikdə hərəkət edən X77in meydanın mərkəzində xidməti geyimdə ictimai təhlükəsizliyin mühafizəsi üzrə post-patrul xidməti aparan kiçik polis heyəti qrupunun fəaliyyətinə rəhbərlik edən polis baş serjantı X90 mütəşəkkil dəstədə ümumi niyyətlə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə qılıncla vurarkən onlarla əlbir olub qrupda birləşən şəxslər tərəfindən X91un qəsdən öldürülməsinə nail olmaq niyyəti ilə təklənərək basqın edilib zərbələr endirilməsi üçün sonuncunun, eləcə də yanında xidmətdə olan digər polis əməkdaşları, Taborun polis nəfərləri, polis baş serjantı X34, polis serjantı X35, polis kiçik serjantı X48, polis kiçik serjantı X91 və başqalarının qarşısını kəsib itələməklə, onlara özləri ilə qabaqcadan gətirib silah qismində istifadə etdikləri daş, şüşə parçaları və digər predmetlər ataraq mümkün müqavimətlərini qırmaqla şərait yaradılmasına baxmayaraq, X93 tərəfindən “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada xidməti istifadəsində olan “CondorGL-108/CS” markalı göz yaşardıcı qaz tətbiq olunaraq zərbə endirmək imkanından məhrum edilməsinə görə X91un xidməti vəzifələrin i yerinə yetirilməsi ilə ələqadar terrorçuluq zəminində mütəşəkkil dəstədə və bir qrup şəxslə qəsdən öldürülməsindən ibarət vahid qəsdlə əhatə olunan cinayətkar niyyətlərini iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib geri çəkilərək hadisə yerindən qaçmışlar. Bundan sonra 2018-ci ilin iyul ayının 10-dan 11-nə keçən gecə Məhkum3 mütəşəkkil dəstədə üzərinə düşən vəzifələri yerinə yetirib Gəncə şəhərində görüşdüyü X77i, habelə cinayətlərin aləti olmuş qılınc, eləcə də F-1 tipli əl qumbarasını götürüb əmisi oğlu, taksi sürücüsü X7 idarə etdiyi VAZ-21015 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Məhkum4 Samux rayonunun Ziyadlı kəndində yerləşən evinə gətirməklə Məhkum3 köməkliyi ilə X77 həmin evdə gizlənərək gecələmiş, cinayətin aləti olan qılıncı həmin evdə gizlə tmişdir. X77in 11.07.2018-ci il tarixdə digər məkana avtomaşınla aparılması barədə tapşırığını icra edən X94 razılaşdırılmış görüş yeri olan Gəncə şəhəri, Kəpəz rayonu ərazisindəki “Şanxay” adlanan yerdə dəmir yolu keçidinin yanına gecikdiyinə görə sonuncu Məhkum4 oğlu X95 vasitəsilə gizli yola salınaraq X17 Şəmkir şəhərinin Morul yaşayış massivində yerləşən evinə getmiş, 13.07.2018-ci il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin ünvanda zərərsizləşdirilməklə, dəstə üzvlərinin istifadəsində olan 1 ədəd F-1 tipli əl qumbarası, 21.07.2018-ci il tarixdə keçirilən istintaq hərəkətləri nəticəsində yaddaşında dövlət əleyhinə açıq çağırışları əks etdirən video müraciətin təsbit olunduğu mobil cihaz saxlanılmaq üçün verildiyi Şəmkir rayonu, Posanlı kənd sakini X59, 1 ədəd F -1 tipli əl qumbarası, 56 ədəd 5,45 mm kalibrli patron və 1 ədəd sandıqça X66in yaşadığı ünvanlarda aşkar edilərək götürülmüşdür. X8 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq, yəni 56,265 qram xalis çəkidə kustar üsulla hazırlanmış tiryəkdən ibarət külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış, gəzdirmiş və daşımış, 24.07.2018-ci il tarixdə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitə onun yaşadığı ünvanda 1 bükümdə aşkar edilib götürülmüşdür. Məhkum4 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlamış, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış, habelə qanunsuz olaraq soyuq silahı əldə etm işdir. Belə ki, X2 10 iyul 2018-ci il tarixdə ağır və xüsusilə ağır, mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki X13 və Gəncə şəhəri, Nizami rayon polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı X74 qəsdən öldürməsindən, Gəncə şəhər Baş Polis İdarəsinin qərargah rəisi, polis baş leytenantı X33 və digər polis əməkdaşlarını, yəni iki və daha artıq şəxsi mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar ümumi niyyətlə qəsdən öldürməyə cəhd əməlini törətdikdən sonra 2018-ci ilin iyul ayının 10-dan 11-nə keçən gecə Məhkum3 mütəşəkkil dəstədə üzərinə düşən vəzifələri yerinə yetirib Gəncə şəhərində görüşdüyü X77i, habelə cinayətlərin aləti olmuş qılıncı və F-1 tipli əl qumbarasını götürüb əmisi oğlu, taksi sürücüsü X96un idarə etdiyi VAZ-21015 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Samux rayonunun Ziyadlı kəndindəki Məhkum4 məxsus evə gətirmiş, X77in həmin evdə gecələməsini təmin etmiş, o X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayət əməllərini bilmiş, bundan sonra cinayətin aləti olan qılıncı X77dən qəbul edib öz evində gizlədərək ona kəsici-deşici xassəyə malik bıçaq vermiş, növbəti gün axşam saat 18-19 radələrində oğlu X133 kəndi yaxşı tanımadığından onu taksi ilə Gəncə şəhərinə yola salmağı tapşırmış, bununla da X77in gizlənməsini təmin etmək məqsədilə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum4 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə kül li miqdarda, yəni 846,008 qram xalis çəkidə qurudulmuş marixuanadan ibarət narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış, həmçinin döyüş sursatı olan 1 ədəd RQD-5 tipli əl qumbarasını və 60 ədəd 5,45 mm kalibrli patronu əldə etməklə saxlamış, 24.07.2018-ci il tarixdə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və döyüş sursatları ona məxsus Samux rayonu, Ziyadlı kəndindəki evdə aşkar edilib götürülmüşdür. Məhkum2 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamışdır. Belə ki, o, ağır və xüsusilə ağır cinayət əməli olan qəsdən adam öldürməyə cəhd, quldurluq, hədə-qorxu ilə tələb etm ə cinayət əməlləri törədən X77in axtarışda olduğunu bilərək, Goranboy rayonunun Yenikənd kəndindəki evində sonuncunun bir neçə gün ərzində gizlənməsini təmin etməklə, evinin həyətində 06.07.2018-ci il tarixdə özünün də iştirakı ilə “Samsung Duos” markalı mobil cihazdan istifadə edərək X77 özünün fotoşəkli fonunda terrorçuluq müstəvisində X88un cinayətlərinə tərəfdar çıxdığını ifadə edib əhalini hakimiyyətə qarşı silahlı mübarizəyə, qan tökməyə, hakimiyyəti zorla ələ keçirməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə səsləyən video müraciətindən ibarət dövlət əleyhinə açıq çağırışlar hazırlamaqla bu istiqamətdə hərəkətlər etməyə başlamış, ağır və xüsusilə ağır cinayət əməlləri törətməyi hazırlayan X77in məsuliyyətdən yaxa qurtarması məqsədi ilə 03.07.2018-ci il tarixdən 07.07.2018-ci il tarixədək yaşadığı evdə gizlənməsini təmin etməklə törədilmiş hadisələr barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2,5 qram narkotik vasitə olan heroin, həmçinin döyüş sursatı olan 1 ədəd F-1 tipli əl qumbarası, F-1 tipli əl qumbarasının 1 ədəd alışdırıcısı, içərisində 45 ədəd 5,45 mm kalibrli patron olan 1 ədəd avtomat silahının sandıqçası, 14 ədəd 5,45 mm kalibrli patron 24 iyul 2018-ci il tarixdə yaşadığı Goranboy rayonu, Yenikənd kəndində yerləşən evində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür. Məh kum1 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamışdır. Belə ki, o ağır və xüsusilə ağır cinayət əməli olan qəsdən adam öldürməyə cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayət əməlləri törədən X77in axtarışda olduğunu bilərək onu idarə etdiyi “Mercedes E” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2018-ci ilin iyul ayının əvvəllərində bir neçə dəfə Gəncə şəhərinə və Goranboy rayonunun Ağcakənd qəsəbəsinə aparmış, x Goranboy rayonunun Ağcakənd qəsəbəsində qaldığı 56 gün ərzində isə bir neçə dəfə oraya gedib X və X34lə yeyib-içmiş, sonuncu dəfə isə X onun xahişinə əsasən Goranboy rayonunun Dəl iməmmədli kəndinə aparmış, X69 cinayətlərinə tərəfdar çıxdığını, əhalini hakimiyyətə qarşı silahlı mübarizəyə, qan tökməyə, hakimiyyəti zorla ələ keçirməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə səsləyən video müraciətindən ibarət dövlət əleyhinə açıq çağırışlar hazırlamaqla bu istiqamətdə hərəkətlər etməyə başladığını bilərək, ağır və xüsusilə ağır cinayət əməlləri törətməyi hazırlayan X77in məsuliyyətdən yaxa qurtarması məqsədilə onun gizlənməsini təmin etmək üçün hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı kibrit qutus una qablaşdırılmış 2,6 qram narkotik vasitə olan heroin, həmçinin döyüş sursatı olan 1 ədəd F-1 tipli əl qumbarası, 1 ədəd alışdırıcı, 7 ədəd 7,62 mm və 38 ədəd 5,45 mm kalibrli patronlar 26 iyul 2018-ci il tarixdə yaşadığı Goranboy rayonu, Yenikənd kəndində yerləşən evində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum3 müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu, Məhkum2 və onun müdafiəçisi Vəliyev Ramil Əmirxan oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Hüseynov Xaliq Nazim oğlu və X183 oğlu, Məhkum1 və onun müdafiəçiləri Əliyev Muğan Xasay oğlu və Həsənov Fərid İzafət oğlu, Məhkum4 və onun müdafiəçisi X107, məhkum Məhkum4 müdafiəçisi Kazımov Kamran Əjdər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 28 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü məhkumlar Məhkum2 və Məhkum1 münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum2 CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 CM-nin 228.1, 234.1 və 307.3cü maddələri ilə təyin edilmiş cəzalar da CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamanılqla ona cinayətləri n məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarından: - məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X.N.Hüseynov kassasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini; - Məhkum3 müdafiəçisi Q.C.İbrahimov kassasiya şikayəti verərək Məhkum3 CM-nin 120.2.1, 120.2.3-cü və digər maddələri ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetmədiyindən, Məhkum3 bəraət verilməsini, - Məhkum4 kassasiya şikayəti verərək əməlində CM-nin 228.1, 228.4, 234.4.3-cü maddələri ilə cinayət tərkibinin ol maması əsası ilə bəraət verilməsini və cəzadan azad edilməsini; - Məhkum2 müdafiəçisi R.Ə.Vəliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum2 bəraət verilməsini; - Məhkum1 müdafiəçisi F.İ.Həsənov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum2 barəsinsə olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X.N.Hüseynov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı, həm də işə baxan məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərar qərəzli və qan unsuzdur ona görə ki, bu qərarlar polis əməkdaşları olan şahidlarin ifadələri əsasında çıxarılmışdır. Kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslərin ifadələrinə, işə əlavə edilmiş videogörüntülərə istinad edən müdafiəçi X.N.Hüseynov daha sonra qeyd edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2018-ci il tarixdə meydanda olarkən faktiki olaraq orada baş vermiş kütləvi iğtişaşlarda iştirak etməmiş, polis əməkdaşlarına zor göstərməklə onelara müqavimət göstərməmiş, X77lə birlikdə polis əməkdşalarının öldürülməsində, onlara xəsarətlər yetirilməsində iştirak etməmiş, hər hansı silahlı və ya mütəşəkkil dəstənin dəstənin tərkibində olmamış, onun ittiham olunaraq təqsirli bilindiyi digər cinayət əməllərini də törətməmişdir. Bu qənaəti ilə bağlı iş üzrə araşdırılmış bir çox sü butlara əsaslanan müdafiəçi kassasiya şikayətində qeyd etdiklərinin nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirən və bununla bağlı araşdırılmış sübutlara, X88un və digər şəxslərin ifadələrinə, cinyət və cinayət-prosessual qanunvericiliyinin normalarına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edən və əsaslanan Məhkum3 müdafiəçisi Q.C.İbrahimov kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları lazımi qaydada araşdırmamış, gəldikləri nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Cinayət işinin materialları ilə təsdiq olun ur ki, X88 10 iyul 2018-ci il tarixdə axşam saat 22:30 radələrinədək Gəncə şəhərindən kənarda olmaqla orada baş vermiş kütləvi iğtişalşlarda iştiirak etməmiş, X77lə birlikdə heç kimin öldürülməsində və ya qəsdəm adam öldürməyə cəhd etməkdə iştirak etməmiş, hər hansı silahlı və ya mütəşəkkil dəstənin üzvü olmamış, habelə X55ə elan olunmuş ittiham üzrə digər cinayət əməllərini də törətməmişdir. Həmçinin müdafiəçi qeyd edir ki, X30 10 iyul 2018-ci il tarixdə saat 23 radələrində Gəncə şəhərindən götürüb avtomaşınla Ziyadlı kəndinə apararkən X məhz həmin vaxt polis əməkdaşlarını vurmasını ona bildirmiş, X88 isə buna görə ona öz iradını söyləmişdir. Araşdırılmış sübutlarla təsdiq olunan bu hal da ona dəlalət edir ki, X185 B törətdiyi əməllər barəsində xəbərsiz olmuş və belə olan halda hüquqların ı müdafiə etdiyi şəxsin hansısa mütəşəkkil dəstənin üzvünün olmasından söhbət gedə bilməz. İşə baxan məhkəmələr isə bu kimi sübuta yetirilmiş hallara əhəmiyyət verməyərək onları təsdiq edən sübutlara düzgün qiymət verməmiş və X88 törətmədiyi əməllərə görə qanunsuz olaraq təqsirlibilənərək məhkum olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müdafiəçi Q.C.İbrahimov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində qəbul edilmiş qərar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, o, özünü 228.1, 228.4, 234.4.3-cü maddələri ilə təqsirli bilmir, həmin əməlləri törətməmişdir. Kassasiya şikayətində Məhkum4 qeyd edir ki, o, X77 tərəfindən törədiləcək cinayət barəsində cinayətin hazırlanmasını bilmiş, lakin bu haqda lazımi orqanl ara xəbər verməmiş, bu əməlinə görə də o, CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, həmin maddə ilə təyin olunmuş cəzasını isə çəkib qurtarmışdır. Buna görə kassasiya şikayətinin müəllifi həmin şikayətinin təmin olunmasını və CM-nin 228.1, 228.4, 234.4.3-cü maddələri ilə cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilərək cəzasının çəkilməmiş hissəsindən azad edilməsini xahiş edir. İş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların qanunsuz olmasına istinad edən Məhkum2 müdafiəçisi R.Ə.Vəliyev kassasiya şikayətini əsaslandırarkən qeyd etmişdir ki, Məhkum2 qarşı irəli sürülən ittihamda göstərilən xüsusatlar hər hansı bir mötəbər sübutla təsdiq edilmir. Müdafiəçi həmçinin göstərir ki, istər Məhkum2, isətrsə də hazırki iş üzrə məhkum olunmuş digər şəxsl ərin evlərində aşkar edilməsi göstərilən narkotik vasitələrin, silah və döyüş sursatlarının qablaşdırılması, bu hərəkətin protokollaşdırılması və həmin əşyalarını ekspertizaya göndərilməsi kobud qanun pozuntularına yol verilməklə aparılmış, nəticə etibarı ilə isə qeyd edilən əşyaların aşkar edilib götürülməsi sübuta yetirilməmişdir. Məhkum2 həmçinin CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasını da qanunsuz hesab edən müdafiəçi bildirir ki, onun hər hansı ağır və xüsusilə ağır cinayətin törədiləcəyindən xəbəri olmamış və o, X77in gizlədilməsində iştirak etməmişdir. 10 iyul 2018-ci il tarixdə saat 20-də Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında X88un müdafiəsi adı altında dövlət orqanları ilə razılaşdırılmamış mitinqin keçirilməsi barədə məlumat “whatsa pp” proqramı vasitəsilə, demək olar ki, Gəncə sakinlərinin əksəriyyətinə, o cümlədən Məhkum2 da göndərilmişdir, bu isə hüquqlarını müdafiə etdiyi şəxsin törədilməsi planlaşdırılmış cinayəti barədə bilib xəbər verməməsinə dəlalət etmir və bu halı təsdiq edən hər hansı bir mötəbər sübut əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İşin faktiki hallarını eyni qaydada mübahisələndirən Məhkum1 müdafiəçisi F.İ.Həsənov kassasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin X77 tərəfindən Gəncə hadisələrindən əvvəl törədilmiş quldurluq və digər cinayətlər barədə heç bir məlumatı olmamışdır. X55in bu cinayətləri törətməsi hüquq-mühafizə orqanlarına bəlli idi və sonuncu buna görə axtarışda olmuşdur. CM-nin 307.3-cü maddəsinin mənasına görə isə Məhkum1 həmin maddə ilə təqsirli bilinərək məhkum olunması üçün onun törədilmiş və ya törədiləcək cinayətlər barəsində əvvəlcədən məlumatının olması və bu haqda xəbər verməməsi sübuta yetirilməli idi. Müdafiəçi F.İ.Həsənov kassasiya şikayətində Məhkum1 CM-nin 228.1 və 234.1-ci maddələri ilə əsassız və qanunsuz olaraq məhkum olunmasına dair bildirir ki, onun yaşadığı evində axtarış qanun pozuntularına yol verilməklə aparılmış, faktiki olaraq isə həmin evdən dövriyyəsi qadağan olunmuş hər hansı əşya (narkotik vasitələr və döyüş sursatı) aşkar edilməmiş və götürülməmiş, bunun la bağlı həm istintaq orqanının, həm də məhkəmələrin əsaslandıqları sübutlar isə ziddiyyətli olmuşdur. Bu isə Məhkum1 CM-nin 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri tö rtmədiyinə dəlalət edir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanan müdafiəçi F.İ.Həsənov onun həmin şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının Məhkum1 aid olan hissədə ləğv edilməsini və sonuncunun barəsinsə olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edr. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkumlar Məhkum4, Məhkum2 və Məhkum3 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bunun üçün məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər X60, X108, X61, X109, X10, X93, X76, X94, X95, X62, X39, X34, X124, X35, X36, X91, X111, X77, X96 və zərər çəkmiş şəxslərin hüquqi varisləri X22 və X112 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumların, zərər çəkmiş şəxslərin və zərər çəkmiş şəxslərin hüquqi varislərinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum4, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X.N.Hüseynovun, Məhkum3 müdafiəçisi Q.C.İbrahimovun Məhkum2 müdafiəçisi R.Ə.Vəliyevin və Məhkum1 müdafiəçisi F.İ.Həsənovun kassasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, məhkumların onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxslərin əməllərində cinayə tərkibi olmadığı halda onlar əsassız və qanunsuz olaraq məhkum edilmişdilər. Beləliklə, Məhkum4 və müdafiəçilər X.N.Hüseynov, Q.C.İbrahimov, R.Ə.Vəliyev və F.İ.Həsənov öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilirlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11 maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 41 6.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum4 və müdafiəçilər X.N.Hüseynovun, Q.C.İbrahimovun, R.Ə.Vəliyevin və F.İ.Həsənovun şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum4, Təqsirləndirilən şəxs, Məhkum3, Məhkum2 və Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələlər i üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsas lardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət- prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyası nın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd olunur ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmu ş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində göstərilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv ara şdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki,cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Qanunun bu normasının mənasına görə, bu tələbə təkcə cinayət törətmiş şəxslərə deyil, eyni zamanda cinayət prosesinin bütün iştirakçılarına, o cümlədən cinayət xarakterli qəsdlərdən zərər çəkmiş şəxslərə də münasibətdə əməl olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən isə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145-ci maddəsində hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilm əsi və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsi tələb olunur. CPM-nin 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Məhkum olunmuş şəxslər Məhkum4, Təqsirləndirilən şəxs, Məhkum3, Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdırma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırma qla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumların hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkumların birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlə təqsirli bilindikləri cinayət əməllərini törətmələrinə dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Müdafiəçilərin kassasiya şikayətlərində irəli sürdükləri dəlillərə cavab verilməsi üçün kassasiya kollegiyası məhkəmələrin müəyyən etdikləri faktiki hallardan (onların iş üzrə gəldikləri nəticədən) çıxış edərək həmin halları təsdiq edən bir sıra sübutların təhlil edilməsini və eyni zamanda cinyət və cinayət-prosessual qanunvericiliklərinin normalarının aşağıdakı qaydada təfsir verilməsini məqsədə uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittham üzrə təqsirli bilməyərək cinayət təqibinin həmin mərhələsində göstərmişdir ki, X88 oğlunu sosial şəbəkələrdə İcra Hakimiyyəti başçısına hücum edərək öldürmək istəyən şəxs kimi görsə də onu tanımır, X77i isə Gəncə şəhərində anasını əxlaqsızlığa görə öldürən, tüfeyli həyat tərzi keçirən, gah ibadətlə məşğul olan, gah da narkotik vasitə qəbul edən “X76” ləqəbi ilə tanımışdır. 2014-cü ildə “Şahsevən” məscidində x45 adlı dostu vasitəsi ilə “X37” ləqəbli X89la tanış olmuş, o nunla münasibətlər saxlamış, 2013-cü ildən etibarən bir neçə dəfə Məşhəd və Kərbəla ziyarətlərində olmuş, 2017-ci ildə Məşhədə ailəsi ilə birlikdə gedib dini təhsil almaq üçün 8-9 ay Qum və Qəzvin şəhərlərində qalmış, həmin ərəfələrdə bir dəfə X11lə görüşmüşdür. X78 Gəncə şəhər sakini və X77lə birlikdə cəza çəkmiş şəxs kimi tanıyır, bir dəfə məsciddə olarkən X33in dostu və yaxın əlaqəsi olan şəxs kimi tanıdığı X99 ona “X76”, yəni X77lə birlikdə Rusiyada işlədiklərini danışmışdır. “İnstagram” sosial şəbəkəsində “atas0020” adlı profili ilə qeydiyyatdan keçmişdir, “WhatsApp” proqramından da istifadə edir, 03 iyul 2018-ci il tarixdən əvvəl ailəvi tanışı X12 adlı şəxs xuliqanlığa görə tutulmuş, onunla birlikdə cinayət törətmiş X isə axtarışda olmuş, X13lə maraqlanmaq üçün X66i tapıb Xı soruşmuş, X16 isə X “Mehdiçilər” təriqətinə qoşulduğunu, onunla hərdən əlaqə saxladığını demişdir. 08 iyul 2018-ci il tarixdə X53 adlı dostu “WhatsApp” proqramı ilə ona 10 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında sabiq icra başçısının əleyhinə aksiya keçiriləcəyi ilə bağlı fotoşəkil göndərmiş, o, da, yəni Təqsirləndirilən şəxs 10 iyul 2018-ci il tarixdə saat 15 radələrində ailəsi ilə birlikdə Göygöl rayonu, Nurut kəndindən Gəncə şəhərinə gəlmiş, saat 19 radələrində isə X53lə zəngləşib “Kəkotu” adlı çay evində görüşmüş və onlar birlikdə Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısına getmişlər. Bundan bir qədər sonra binanın qarşısında camaat arasında səs-küy yarandığını, X77in əlində xəncərlə aqressiv formalı şüarlar səsləndirib iğtişaş olan tərəfə qaç dığını və əlindəki xəncərlə polis əməkdaşlarına xəsarət yetirdiyini görmüş, X meydana qayıtdıqdan sonra o, da X53lə birlikdə Xın yanına getmiş, aksiyada X17, X18, X19, eynəkli X20 və “İso” ləqəbli, eləcə də adlarını bilmədiyi tanışlarını görmüş, polis əməkdaşı ondan aksiyadan uzaqlaşmağını tələb etsə də o, polis əməkdaşını itələyərək aksiyada fəal iştirakını davam etmiş, xüsusi təyinatlı polis dəstəsinin yaxınlaşdığını görüb evinə qaçmışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərmişdir ki, kütləvi iğtişaşın təşkilatçısı barədə onun hər hansı məlumatı yoxdur, X37, X79, X23, X63, X38, X39, X64, X80, X40, X65, X24, X41, X66, X113, X42, X43, X25, X26, X27, X14, X44, X97, X67, X45, X125, X18, X28 isə o, tanımır və onlarla heç bir əlaqəsi olmamışdır. Həmçinin hazırki cinayət işi üzrə məhkum o lunmuş digər şəxs X104 ibtidai istintaq zamanı göstərmişdir ki, X77 ona Təqsirləndirilən şəxs ilə birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmək üçün İrana getdiklərini demiş, eləcə də X77 03 iyul 2018-ci ildə X88un törətdiyi əməllərlə bağlı hadisə baş verdikdən sonra ondan Təqsirləndirilən şəxs telefon nömrəsini almış, X onun evində qaldığı müddətdə Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsilə onlara 10 iyul 2018-ci ildə Gəncədə iğtişaş olacağı barədə məlumat göndərmiş, X da öz növbəsində X51 və başqa şəxslərlə bu barədə yazışmışdır. X11 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 10 iyul 2018-ci il tarixdə, aksiyadan əvvəl özünün ***-***-**-** nömrəli mobil telefonunu Təqsirləndirilən şəxs sonuncunun xahişi ilə vermiş və x33, sonradan məlum olduğu kimi, həmin telefonla X77ə zən g vurub danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X114 göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz rayon polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyul 2018-ci il tarixdə saat 20-də mərkəzi meydanda “Yunisə dəstək” adı altında etiraz aksiyasının keçiriləcəyi barədə məlumatlarla əlaqədar polis əməkdaşlarına xidmət aparacaqları postlar üzrə bölünərkən meydana nəzarət etmək, ictimai asayişin pozulması hallarının qarşısını almaq barədə göstərişlər verilmişdir. İğtişaş zamanı əynində qara köynək olan X77 adlı şəxs əlindəki xəncərlə polis zabitləri X54i və X57u vurub öldürmüş, X92u və digər əməkdaşları da vurmaq istəyərkən polis əməkdaşlarının müdaxiləsi və qaz tətbiqi nəticəsində onun hərəkətlərinin qarşısı alınmışdır. O, iğtişaş zam anı Təqsirləndirilən şəxs X77in yanında görmüş və onun dini xarakterli şüarlar səsləndirdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon polis idarəsində təhqiqatçı vəzifəsində işləyir. İnternet sosial şəbəkələrindən məlum olduğu kimi, 2018-ci il iyul ayının 10-da saat 20 radələrində Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında icazəsiz mitinq keçirilməsinə çağırış var idi. Saat 20:15 radələrində radio rabitə vasitəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki X54 bütün polis əməkdaşlarının Gəncə şəhər icra hakimiyyətinin qarşısına meydana gəlmələrinə göstəriş vermişdir. Buna görə, o, həmin vaxt digər polis əməkdaşları kimi meydana gəlmiş və orada sonradan tanıdığı Təqsi rləndirilən şəxs görmüşdür. O, əlində taxta parçası ilə polislərə müqavimət göstərib polis əməkdaşı X61u monitorun yanında vurmuşdur. Cinayət işinin materialarından göründüyü kimi, şahid qismində dindirilmiş digər polis əməkdaşları X62, X63, X64 və başqaları da Təqsirləndirilən şəxs 10 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısındakı meydanda baş vermiş kütləvi iğtişaşlarda fəal iştirak etməsi və həmin vaxt polis əməkdaşlarına zor tətbiq etməklə onla müqavimət göstərməsi barədə ifadələr vermişlər. Hazırki iş üzrə məhkum olunmuş şəxslərin, zərər çəkmişlərin və şahidlərin cinayət təqibinin müxtəlif mərhələlrində Təqsirləndirilən şəxs törətdiyi əməllər barədə verdiyi ifadələrindən, iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarından araşdırılmış digər süb utların təhlilindən belə nəticə hasil olur ki, Təqsirləndirilən şəxs 10 iyul 2018-ci il taixdə kütləvi iğtişaşın baş verdiyi müddətdə Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısındakı meydanda olması, həmin kütləvi iğtişaşda iştirak etməsi (CM-nin 220.1-ci maddəsi), hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına müqavimət göstərməsi (CM-nin 315.2-ci maddəsi) həmin sübutlarla tam təsdiq edilir və bununla bağlı onun müdafiəçisinin kassasiya şikayətində məhkum Oqtay Hüseynzadənin ifadələri üzərində qurulmuş dəlilər qəbuledilməz sayılmalıdır. O, ki qaldı Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin digər maddələri - CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (ağırlaşdırıcı hallarda qə sdən adam öldürməyə cəhd etmə), 214.2.1, 214.2.3, 214.2.6 (ağırlaşdırıcı hallarda terrorçuluq), 228.3 (mütəşşəkil dəstənin tərkibində odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə, saxlama və gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 278.2 (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi), 279.1-1 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində qanunsuz silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak et mə), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsinə dair məhkəmələrin gəldikləri nəticəyə, məhkəmə kollegiyası qeyd edir ki, mövcud sübutlar, o cümlədən çoxsaylı şahidlərin ifadələri, hətta X64nin 10 iyul 2018-ci il tarixlədək X104 və X98 ilə telefon əlaqələrinin, “WhatsApp” üzərindən X77lə mesajlaşmanın olmasına, habelə 2017-ci ildə X55 İranda olduğu dövrdə onun da İranda olmasına dair məlumatlar, o cümlədən mesajların məzmunu belə Təqsirləndirilən şəxs mütəşəkkil dəstənin üzvü olması, mütəşəkkil dəst ədə onun rolu, X77in əməllərinə hansı hərəkətləri ilə konkretliklə hansı töhvəni verməsi barədə nəticə çıxarmaq üçün kifayət etmir və bu sübutlar əsasında adı çəkilən məhkumun yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş cinayətkar hərəkətlərin nədən ibarət olması, bu cinayətləri törətməsi barədə qənaətə gəlmək mümkün deyil ( CM-in 220.1 (kütləvi iğtişaş) və 315.2-ci (polisə müqavimət göstərmə) maddələri istisna olmaqla). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi X.N.Hüseynovun kassasiya şikayəti qismən təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı və onunla bağlı Cəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 228.4, 278.2, 279.1-1 və 281.2-ci təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməli və onun təqsirliliyi sübuta yetirilmədiyinə görə (CPM-nin 39.2-ci maddəsi) cinayət təqibinə həmin hissədə xitam verilməlidir. CPM-in 39.2-ci maddəsinə görə, həmin maddə əsasında hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Müdafiəçi X.N.Hüseynovun kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən X64nin törədilməsi sübuta yetirilmiş əməllərinə münasibətdə CM-nin Xüsusi hissəinin müvafiq normalarınının düzgün tətbiq edilib-edilməməsi məsələsini yoxlayan məhkəmə kolle giyası vurğulayır ki, adı çəkilən məhkumun hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməsi əməlləri həmin əməlləri törədərkən, yəni 10 iyul 2018-ci il tarixdə onların tövsif edilməsini tələb edən CM-nin 315.2-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin dövrdə qüvvədə olan CM-nin 315.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbi q etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 20 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 315-ci maddəsində dəyişiklik edilərək həmin maddə aşağıdakı redaksiyada verilmişdir: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. Göründüyü kimi Təqsirləndirilən şəxs hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə əməllərini törətməsinə görə məhkumun təqsirli bilindiyi CM-nin 315.2-ci maddəsindən fərqli olaraq hakimyyət nümayəndələrinin (polis əməkdaşlarının) xidməti vəzifələrini yerinə yetirərərkən onlara qarşı zor tətbiq etmə əməlləri hal hazırda qüvvədə CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır, həmin maddənin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə, yəni 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzalar nəzərdə tutulmuşdur. Bu hal isə Təqsirləndirilən şəxs vəziyyətinin yüngülləşdirilməsinə səbəb olmasına dəlalət etdiyindən, məhkəmə kollegiyası CM-nin 10.3-cü maddəsinin tələblərinə (məhk um olunmuş şəxsin vəziyətini yüngülləşdirən cinayət qanunu normasının geriyə qüvvəsi olması haqqında) əsaslanaraq hesab edir ki, adı çəkilə məhkumun 01 iyun 2020-ci il tarixdə qüvvədə olmuş CM-nin 315.2-ci maddəsindən həmin tarixdə qüvvəyə minmiş CMnin 315-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azaddlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çə kmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkum3 müdafiəçisi Q.C.İbrahimovun kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarını təhlil edərək məhkəmə kollegiyası həmçinin adı çəkilən məhkumun CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinin də sübuta yetirilməməsi və onun törətdiyi əməlinin düzgün tövsif edilməməsi qənaətinə gəlir. Belə ki, Məhkum3 ibtidai istintaq zamanı dindirilərkən göstərmişdir ki, 2009-cu ildən etibarən ***-***-**-** saylı mobil telefon nömrəsini işlədir və “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçmişdir, X6 ilə Gəncə şəhərində 5 saylı məktəbdə oxuduğu vaxtdan münasibətləri olmuş, hərbi xidmətdə olarkən X həbs edildiyini bilmiş, xidmətini başa vurub Gəncəyə qayıtdıqdan bir müddət sonra 4-5 dəfə 6 saylı cəzaçəkmə müəssisəsinəXa görüşə getmiş, daha sonra Rusiyanın Moskva şəhərində olarkən ticarət mərkəzində oğurluq etdiyinə görə həbs edilib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş və yenidən Gəncə şəhərinə qayıtmışdır. X77 2017-ci ildə Xanlar rayonu, Qızılca kəndində kriminal “razborka”da iştirak etdiyinə görə axtarışda olmuş, daha sonra Xın 2018-ci ilin əvvəllərində Gəncə şəhərində yerləşən Dəmiryolu vağzalının yaxınlığında adını bilmədiyi şəxsin avtomaşınını əlindən alaraq qaytarılması üçün pul tələb etdiyinə görə axtarışda olduğunu eşitsə də, bununla əlaqədar Xla söhbəti olmam ışdır. 03 iyul.2018ci il tarixdə sosial şəbəkələrdə paylaşılan xəbərlərdən tanımadığı və hər hansı münasibəti olmadığı X88 adlı şəxsin Gəncə şəhər icra hakimiyyətinin başçısı X65ə sui-qəsd etdiyini bilmiş, bundan 3-4 gün sonra X77 zəng edərək onunla “Xəmsə Park” adlı ticarət mərkəzinin yaxınlığında saat 17 radələrində görüşmüş, X ona 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində X88a dəstək aksiyası olacağını, özünün də həmin aksiyada fəal iştirak edərək şəhid olacağını və qanlar töküləcəyini demiş, əhalini ayağa qalxmağa səslədiyi bir video çəkdiyini və aksiya günü ona göndərəcəyini bildirib, həmin videonu internetdə paylaşmağını tapşırmış, o da Xla razılaşaraq həmin videonu dediyi formada paylaşacağına söz vermişdir. 10 iyul 2018-ci il tarixdə saat 12 radələrində o, yəni Məhkum3 dostları X67, X68 və X69la birlilkdə sonuncuya məxsus “Fiat” markalı avtomaşınla çayda çimmək üçün Daşkəsən rayonunda yerləşən “Bahar” adlanan restorana getdiyindən həmin aksiyada iştirak etməmiş, saat 19 radələrində X sonu 79-33 rəqəmləri ilə bitən mobil telefon nömrəsindən ona “WhatsApp” proqramı üzərindən mesaj yazaraq video göndərəcəyini bildirib, özünə bir şey olacağı halda həmin videonu “Youtube” və “Facebook” internet saytlarında paylaşmağını tapşırmış, o da Xa videonu yaymağa söz vermiş, həmin video ona çatdıqdan sonra videoya baxmış və şəhərə gedəndə internetdə paylaşmağa qərar vermişdir. Həmin videoda X insanları ayağa qalxmağa, qiyamlar törətməyə səsləmişdir. Axşam saat 22 radələrində o, yəni Məhkum3 dostları ilə birlikdə Daşkəsən rayonundan Gəncə şəhərinə qayıtmaq üçün yola çıxmış, bu v axt X tanımadığı nömrədən zəng edərək onu Pivə zavodu küçəsindən götürməyini xahiş etmiş, o, isə Daşkəsəndə olduğunu, avtomaşınının olmadığını deyib danışığı başa çatdırmış, evə gəldikdən sonra isə ailə üzvlərindən öyrənmişdir ki, Gəncə şəhərində aksiya baş vermiş və iki nəfər polis zabiti öldürülmüşdür. Həmin vaxt X77in ona “WhatsApp” proqramında Gəncə şəhərində yerləşən “Metromarket”in arxasındakı binaların arasında olduğunu və onu oradan təcili götürməyi barədə mesajını oxuduqdan dərhal sonra “Dıqı” ləqəbi ilə tanıdığı X70 ***-***-**-** mobil nömrəsindən ona zəng edərək əmisi oğlu X81 birlikdə olduğunu demiş, o isə Xa kömək etməli olduqlarını X70ə bildirmişdir. X70 təxminən 10 dəqiqə sonraX71ın idarə etdiyi “VAZ-21015” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlib onu yaş adığı evdən götürərək X dediyi əraziyə aparmış, az sonra əynində qara rəngli köynək və qara rəngli şaivar olan X77 arxada onun yanında oturmuş, dərhal şalvarının yan tərəfindən təxminən 50-60 sm uzunluğunda metal xəncəri çıxarıb ayağının altında gizlətmiş, aksiya zamanı 3 nəfər polis əməkdaşına xəncərlə xəsarət yetirdiyini, polis əməkdaşlarından birini ürəyindən, digərini kürək nahiyəsindən, X99 adlı polis əməkdaşını isə yerdə olarkən ayağından vurduğunu, başqa polis əməkdaşları onu gördüyü üçün hadisə yerindən qaçdığını bildirmişdir. O, X71 və X70lə birlikdə Xa bu çətin vəziyyətdə kömək etməli olduqlarına qərar vermiş, bu məqsədlə onu “Poçtavoy” adlanan yolla Samux rayonu, Ziyadlı kəndində yaşayan dostu Məhkum4 evinə aparmışlar. Kəndə çatana yaxın Məhkum4 zəng vurub darvazanı açacağını və avtomobili heç kimin görməməsi üçün evin həyətinə sürmələrini tapşırmış, onlar da X98n dediyi qaydada evin həyətinə daxil olmuşlar. Məhkum4 yaşadığı evin həyətində olarkən X yenə polis əməkdaşlarına hansı qaydada xəsarət yetirməsi barədə onlara danışmış, bir qədər sonra X98 və X həyətdə olan tualet istiqamətinə gedərək təxminən 5 dəqiqə sonra qayıtmışlar. X ona, X71 və X70 getməyi, növbəti gün onun zəngindən sonra onu X98n evindən götürüb aparmağı tapşırmış və avtomaşının ayaqaltı hissəsinə qoyduğu xəncəri götürərək oturduqları stolun üstünə qoymuş, onlar da sağollaşıb Gəncə şəhərinə qayıtmışlar. Növbəti gün saat 12 radələrində o, Məhkum4 zəng edərək X barədə soruşduqda, X92 ona üstüörtülü formada “bəs balıq tutmağa gedəcəkdik, nə oldu niyə gəlmədin”-demiş, bunu deməkdə məqsəd Xdı gizlətm ələrinə işarə vurmaq olmuş, o isə avtomaşın tapa bilmədiyini Xda demiş, sonuncu onda qalan 115 manat məbləğində pulunu göndərməyi istəmiş, doğrudan da Xdın Moskva şəhərində taksi sürücüsü işləyən dostu X46 hadisədən 3-4 gün əvvəl Moskva şəhərindən İkram adlı şəxsin vasitəsi ilə “Goranboy magazin” adlanan yerdə olan valyuta dəyişmə məntəqəsinə 115 manat pulu Xda verməsi üçün göndərmiş, həmin pulu Xda necə çatdırmağı soruşduqda Məhkum4 pulu Ziyadlı avtobusunun sürücüsünə verib kənddə qarpız satan X adlı şəxsə çatacağını deməsini, pulu Xan götürəcəklərini bildirmiş, o da Ziyadlı kəndinə işləyən “Mercedes Sprinter” markalı avtobusun sürücüsünə 115 manat pulu açıq formada verərək X adlı şəxsə verməsini xahiş etmişdir. Bundan sonra o, Məhkum4 zəng edərək bu haqda ona məlumat vermişdir. 13 iyul 2 018-ci il tarixdə Xdın Şəmkir rayonu ərazisində polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürüldüyünü eşitmiş, X göndərdiyi videonu xatırlamadığı tarixdə telefonundan silmişdir. Məhkum3 həmçinin göstərmişdir ki, Moskva şəhərindən Xa, eləcə də öz atasına “Goranboy magazin” adlanan yerdə olan valyuta dəyişmə məntəqəsi vasitəsilə pul göndərən X93la və “X” ləqəbli X70lə birlikdə 2017-ci ilin oktyabr ayında İran İslam Respublikasına gedib 20 gün qalmaqla, Qum və Məşhəd, eləcə də X və X6 şəhərlərində ziyarətlərdə olmuşlar. Əvvəllər Məhkum4 evində iki-üç dəfə, o cümlədən iki il əvvəl X7 bacısı oğlu X8 ad günü münasibətilə olmuş, X, X71, X93, X53, X88, X51 və oğlu X52 də həmin məclisdə iştirak etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 göstərmişdir ki, 10 i yul 2018-ci il tarixdə saat 19 radələrində işdən çıxıb taksilik etmək üçün birbaşa “Şah Saray" restoranının qarşısına getmişdir. Həmin vaxtlarda bir nəfər tanımadığı müştəri onun XXX markalı XXXXX dövlət qeydiyyat nişanlı avlomobilinə minmiş və onu “Avtozavod” tərəfə aparmışdır. Ondan sonra isə yenidən “Şah Saray" restoranının qarşısına gəlmişdir. Təxminən 23 radələrinə kimi orada taksi fəaliyyəti ilə məşğul olmuş və yorulduğuna görə ”Bulvar" tərəfdə çay içmək istəmişdir. Ona görə də "Kəpəz" otelin qarşısındakı yoldan keçərək bulvarın kənarında avtomobilini saxlamış və ayaq körpüsü ilə bulvarın içərisinə doğru getmişdir. Körpünün üzərində olarkən köhnə tanışı “X” ləqəbi ilə tanınan X81 onu səsləmişdir. Bu vaxt ona əmisi oğlu X91 "Şah Saray” restoranının yaxınlığında onu gözlədiyini və təci li ora getməli olduqlarını bildirmişdir. Bundan sonra onunla birlikdə “Şah Saray" restoranının arxa tərəfinə getmişdir. Həmin vaxt X88 onu orada gözləmişdir və ona yaxınlaşan kimi avtomobilin arxa oturacağına əyləşmişdir. Ya X88, ya da X70 ondan avtomobili “Komsomol” adlanan ərazidə yerləşən "Metro" marketin arxasına sürməyi tələb etmişdir. Üçü birlikdə “Komsomol” adlanan ərazidə yerləşən ”Metro" marketin arxasına tərəf getmiş və avtomaşını orada saxladıqdan sonra avtomaşına Urfanla birlikdə köhnə tanışı X77 də əyləşmişdir. X oxuduğu 5 saylı məktəbdən tanımışdır. X avtomobilə əyləşəndən sonra onunla salamlaşmış və hal–əhvalını soruşmuş, X ondan avtomobili “Poçtavoy” istiqamətində sürməyi istəmiş və ona görə də o, həmin istiqamətə doğru hərəkət etməyə başlamışdır. Bundan sonra "Poçtavoy" ad lanan ərazinin içərisinə getmişlər və daha sonra oradan çıxıb avotomobillə dairə vurub yenidən “Poçtavoy” adlanan ərazinin içərisinə girmişlər. Həmin dairəni vurmağı ondan X tələb etmiş və tez-tez avtomobilin arxa pəncərəsindən arxaya baxmışdır. Ondan sonra o, Samux rayonu istiqamətində sürməyi tələb etmiş və ona görə də qatar reyslərini keçdikdən sonra sol tərəfə, Samux rayonuna tərəf hərəkət etməyə başlamışdır. Yolda olarkən X iki polis zabitini vurduğunu söyləmişdir. Onlar birlikdə Samux rayonunun, Sərkar kəndinə çatdıqda X ondan sol tərəfə, Ziyadlı kəndi istiqamətinə getməyi tələb etmişdir. Sol tərəfə dönüb təxminən 2–3 km getdikdən sonra Ziyadlı kəndinə çatmışlar. Bir qədər getdikdən sonra avtomobili əvvəllər olmadığı evin darvazasının qarşısında saxlamağı tələb etmişdir. Avtomobili ç öldə saxlamış və bir nəfər “saqqalı” kişi onları qarşılamışdır. X həmin şəxslə birlikdə evin həyətinə tərəf getmişlər. Təxminən 2–3 dəqiqədən sonra qayıtmış və X onlardan getməyi istəmişdio. Onun bu sözündən sonra onlar üçün birlikdə - X1, X70 və o, oradan birbaşa evlərə getmişlər. X77in “Samsunq” markalı mobil telefonuna baxış keçirilməsi haqqında 22 iyul 2018ci il tarixli protokolundan görünür ki, X77 hadisəyə qədər özünün və X88un şəkillərinin fonunda videomüraciət hazırlayaraq, həmin videomürciətdə o cümlədən “əynimdəki köynək deyil, kəfəndir", "söz demək qurtardı, indi qan töküləcəkdir”, “mən bu gün, sabah ola bilsin ki, həyatda olmayacam, yəni mən canımı verəcəm, bunu həyata keçirəcəyəm”, “mən buradan insanlara, oğrulara, avaralara, lotulara, nə qədər yaxşı insan var hamısına sizləri İmam Mehdiyə tərəf çağırıram” kimi sözlərlə çağırış edir; həmin videomüraciət 10 iyul 2018-ci ildə təxminən saat 19.19-də X77 tərəfindən Məhkum3 möbil telefonuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə linqivistik-dinşünaslıq ekspertizasının 12 oktyab 2018-ci il tarixli 26785 saylı rəyindən görünür ki, X3 məxsus “Samsung” markalı “SM-J106H/DS” modelli mobil telefona dair baxış protokolunda təsvir edildiyi kimi, fonunda X77in fotoşəkli olan videofayldakı müraciətin mətnində dini ədavət və düşmənçilik zəminində dövlət hakimiyyəti əleyhinə, habelə zorakılığa və terrorçuluğa yönələn çağırışlar mövcuddur. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-linqvistik ekspertizasına dair 12 oktyabr 2018-ci il tarixli 26036 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş əksər telefonlarda fotoşəkillər olaraq-İran siyasi liderlərinin, din xadimlərinin, Gəncə hadisələrinin əsas iştirakçısı X88un fotoları, audio materiallar olaraq-mərsiyyələrin, dindarların səsli çıxışları, hadisələrin törədilməsində işarələnən söhbətlər, video-materiallar olaraq Gəncə hadisələri, X88un və onun həyat yoldaşının nitqi, Azərbaycanlı din xadimlərinin nitqləri, çıxışları, meyxanaçıların meyxana demələri, X65ə həsr olunmuş neqativ məzmunlu şeir, tək-tək Gəncə sakinlərinin danışıqları, bəzi hallarda isə “Meydan” TV-yə aid reportaj çəkilişləri yer almışdır. Ekspert araşdırmasından sonra müəyyən olunmuşdur ki, təqdim edilmiş materiallar sıravi vətən daşların mobil telefonlarından köçürülmüş məlumatlardan ibarətdir. Müxtəlif şəxslərə aid telefonlarda ən fərqli məzmunlu məlumatlar müşahidə olunur. Aşkarlanan telefon materiallarında şəxsi xarakterli fotoşəkillərdən tutmuş siyasi aksiyaların görüntüləri, din xadimlərinin moizələri, mərsiyyələr kimi yazılı və şifahi nitq nümunələri əks olunmuşdur. Əksər telefonlarda yerləşdirilmiş məlumatlarda dini mövzu üstünlük təşkil edir. Belə ki, din adı altında birliyə çağırış, İran meylli fikirlər, İran liderinin fikirlərinə istinad xarakterli danışıqlar aşkar olunmuş materiallar arasında çoxluq təşkil edir. Məhkum3 “İphone” markalı və Məhkum2 “Samsunq” markalı mobil telefonlarında aşkar olunmuş materiallarda terrorçuluğa, dövlət hakimiyyəti əleyhinə, milli, dini ədavət və düşmənçilik niyyəti ilə zo rkılığa və kütləvi ixtişaşlara çağırış xarakterli məlumatlar müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında 16 avqust 2018-ci il tarixli protokoldan görünür ki, 08 iyun 2018-ci ildə X77in ******-**-** nömrəsindən Məhkum3 ***-***-**-** nömrəsinə zəng edilib 29 saniyə danışıq aparılmış, 13 iyun 2018-ci ildə saat 15.35-də Məhkum3 nömrəsindən X77in ***-***-**-** nömərsinə zəng cəhdi edilmiş, Məhkum3 nömrəsindən Məhkum4 ***-***-**-** nömrəsinə 10 iyul 2018-ci ildə saat 23.37-də və 23.44-də zənglər edilib danışıqlar aparılmış, Məhkum3 möbil nömrəsi ilə X68 və Məhkum1 mobil nömrələri arasında da danışıqlar olmuşdur. 10 iyul 2018-ci ildə saat 22.50-də şahid X1, saat 22.51-də Məhkum3 X96a zəng etmişdir. X20 mobil telefonu ilə “WhatsAp p” proqramı vasitəsi ilə aparılmış yazılı və səsli ismarıclara baxış keçirilməsi haqqında 22 iyul 2018-ci il tarixli protokola görə X77 10 iyul 2018-ci ildə, yəni artıq hadisədən dərhal sonra RF-də olan mobil telefonla – “kəbleyi”ilə, səsli mesejla danışaraq X77 tapa bilmədiyini, zənginə cavab vermədiyini, onu təcili maşınla gəlib götürmək lazım olduğunu demişdir. Həm şərh edilən, həm də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutların təhlili məhkəmə kollegiyasına belə nəaətə gəlmək üçün əsas verir ki, həmin sübutlar, hətta 2018-ci ilin 10 iyul tarixlərinək və 10 iyuldan sonrakı X77lə, digərləri ilə telofon əlaqələrinin, “WhatsApp” proqramı vasitəsilə göndərilmiş mesajlarda olan məlumatların məzmunu belə Məhkum3 mütəşəkkil dəstənin üzvü olmaqla həmin dəstədə onun qabaqcad an müəyyən edilmiş rolunun olması, onun X77in əməllərinə hansı hərəkətləri ilə nə kimi töhvə verməsi barədə nəticə çıxarmaq üçün kifayət etmir. Bu sübutlara görə, hadisə günü – 10 iyul 2018-ci ildə təxminən saat 14-dən 21.25-dək Məhkum3 dostları ilə Daşkəsən rayonunun Bayan kəndində istirahətdə olmuş və yalnız hadisədən sonra təxminən saat 21.36-da Gəncə şəhərinə qayıtmış, X77 hadisə yerindən uzaqlaşmaq üçün X61 telefon əlaqəsi yaratmaq istəsə də, buna müvəffəq ola bilməmiş, yalnız digər şəxslər onunla əlaqə yaratdıqdan sonra saat 22-23 radələrində X71 və X72lə birlikdə X85 şəhərindən götürüb Samux rayonunun Ziyadlı kəndinə Məhkum4 evinə aparmış, yolda X77in törətdiyi cinayətlər barədə məlumat almasına baxmayaraq, Məhkum4 yaşadığı evində X55i və onun ittiham olunduğu cinayətlərin törədilmə sində istifadə etdiyi qılıncı gizlətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mütəşəkkil dəstənin üzvü olduğu və rolunun əvvəlcədən müəyyən olunduğu iddia edilən şəxsin – Məhkum3 hadisə günü, o cümlədən aksiya vaxtı başqa rayonun ərazisində istirahət etməsi ittihamın əsaslılığına şübhə salmaya bilməz. Bundan başqa, təhlil edilən sübutlarla həmçinin müəyyən edilir ki, X77 videomüraciətini ancaq 10 iyul 2018-ci ildə təxminən saat 19.19-da aksiyadan bir neçə dəqiqə əvvəl Məhkum3 telefonuna göndərmiş, bu videonun, eləcə də Məhkum3 telefonunda olan digər ekstremist məzmunlu məlumatların Məhkum3 tərəfindən paylaşıldığını (yəni onun dövlət əleyhinə açıq çağırışlar etməsini) təsdiq edən sübutlar əldə edilməmişdir. Məhkum3 ifadəsinə görə o, videonu silmiş, ona görə də X77 təqsirli bilindiyi madd ələr üzrə onun cinayətkar hərəkətlərinin konkret olaraq nədən ibarət olması və nə kimi sübutlarla təsdiq olunması barədə əsaslandırılmış mühakimə yürütmək çətindir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum3 10 iyul 2018-ci il tarixdə X77in ağır və xüsusilə ağır cinayət əməlləri olan ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd etmə, ağırlaşdırıcı hallarda terrorçuluq, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi və digər cinayət əməlləri törətməsini və onun axtarışda olmasın ı bilərək sonuncunu və onun cinayətlərin törədilməsində istifadə etdiyi, soyuq silah hesab edilən xəncəri Samux rayonunun Ziyadlı kəndində, Məhkum4 yaşadığı evində gizlədilməsini təmin etməklə xüsusilə ağır cinayətləri qabaqcadan vəd etmədən gizlətmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi Q.C.İbrahimovun kassasiya şikayəti təmin edilməklə Məhkum3 cinayət əməli CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələrindən CM-nin 307.3-cü maddəsinə (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) tövsif edilməli, ona həmin maddənin sanksiyası həddidə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, bu əsasla da Gəncə Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı Məhkum3 aid hissədə dəyişdirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası həmin qərarın ləğv edilərək Məhkum3 barəsindəki cinayət təqibinə bəratverici əsaslarla xitam verilməsi üçün isə (kassasiya şikayətində irəli sürülmüş tələb) əsasların olmamasını qeyd edir. Məhkum4 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum4 hökmdə təsvir edilmiş aşağıdakı əməlləri törətməkdə - onun qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməsi, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlaması, külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması və qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməsi heç bir şübhə doğurmayan, CPM-nin 14 3-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum4 heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı hazırki iş üzrə digər məhkumların, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin şikayətə şikayətdə Məhkum4 irəli sürdüyü tələbin - apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələbinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində mücərrəd şəkildə əksini tapmış təsvirini deyil, iş üzrə bi rinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla, o cümlədən Məhkum4 ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə işin faktiki halları belə müəyyən edilir ki, X6 10 iyul 2018-ci il tarixdə ağır və xüsusilə ağır, mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki X13 və Gəncə şəhəri, Nizami rayon polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı X74 qəsdən öldürməsindən, Gəncə şəhər Baş Polis İdarəsinin qərargah rəisi, polis baş leytenantı X33 və digər polis əməkdaşlarını, yəni iki və daha artıq şəxsi mütəşəkkil dəstədə terrorçuluqla əlaqədar ümumi niyyətlə qəsdən öldürməyə cə hd əməlini törətdikdən sonra 2018-ci ilin iyul ayının 10-dan 11-nə keçən gecə X30 götürüb əmisi oğlu, taksi sürücüsü X96un idarə etdiyi VAZ-21015 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Samux rayonunun Ziyadlı kəndindəki Məhkum4 məxsus evə gətirmiş, Məhkum4 isə X77in həmin evdə gecələməsini təmin etmiş, o, X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayət əməllərini bilmiş, bundan sonra cinayətin aləti olan qılıncı X77dən qəbul edib öz evində gizlədərək ona kəsici-deşici xassəyə malik bıçaq vermiş, növbəti gün axşam saat 18-19 radələrində oğlu X133 Böyükkişiyevin kəndi yaxşı tanımadığından onu taksi ilə Gəncə şəhərinə yola salmağı tapşırmış, bununla da X77in gizlənməsini təmin etmək məqsədilə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəf indən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum4 istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 846,008 qram xalis çəkidə qurudulmuş marixuanadan ibarət narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış, həmçinin döyüş sursatı olan 1 ədəd RQD-5 tipli əl qumbarasını və 60 ədəd 5,45 mm kalibrli patronu əldə etməklə saxlamış, 24 iyul 2018-ci il tarixdə isə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və döyüş sursatları ona məxsus Samux rayonu, Ziyadlı kəndindəki evdə aşkar edilib götürülmüşdür. İş materiallarına görə, ibtidai araşdırma zamanı onu aparan orqan tərəfindən Məhkum4la yanaşı onun evindən narkotik vasitələrinin götürülməsində iştirak etmiş Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları ş ahid qismində dindirilmiş və həmin şəxslər də yalnız keçirdikləri əməliyyat-axtarış tədbirinin (baxış və götürmənin) hallarını təsdiq edərək Məhkum4 narkotik vasitələri satış məqsədilə əldə etməsini və bu məqsədlə saxlamasını təsdiq edən heç bir dəlil irəli sürməmiş, belə dəlili təsdiq edən hansısa sübutlara istinad etməmişlər. İş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ittiham orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirlli bilinməsi üçün sübut kimi təqsirləndirilən şəxsin və adları yuxarıda göstərilən şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apelly asya instansyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda olması əsası ilə Məhkum4 qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sürülmüş və bu ittihamın yalnız ehtimallara əsaslanmasına baxmayaraq o, birinci instansiya məhkəməsi tərəfindən həmin ittiham üzrə təqsirli bilinərək cəzalandırılmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilin məsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərkən və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək Məhkum4 narktik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yo xdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs in (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 1 45-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 351.2-ci maddəsinə əsasən isə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum4 ittiham olunaraq təqsirli bilindiyi CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onları müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməs i tələb edilir: - şəxs maddələnin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanu nsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə t utulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəm iyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işinin materiallarından görünür ki, Məhkum4 qanunsuz olaraq narkotik vasitələr əldə etmə əməlinə görə 09 aprel1993-cü il tarixdə Gəncə şəhəri, Nizami RPŞ tərəfindən CM-nin 226-1.1 maddəsi ilə həbs edilmiş, 02.08.1993-cü il tarixdə Gəncə şəhəri, Nizami rayon xalq məhkəməsinin hökmü ilə barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 fevral 1994-cü il tarixdə Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə CM-nin 50-2 maddəsinə əsasən 02 ay 01 gün əməyə mütləq cəlb edilməklə cəzadan şərti azad edilmişdir. Məhkum4 ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, əvvəllər narkotik istifadəçisi olmaqla Gəncə şəhərində narkoloji dispanserdə müalicə almışdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum4 əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərtin – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Məhkum4 ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum4 inkar olun mayan ifadələrinə əsasən, onun əməlinin predmeti olan narkotik vasitələrdən istifadə etməsi və onların alınması zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu vasitə və maddələri bir dəfəyə külli miqdarda əldə edib saxlaması ağlabatan görünür. CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham yalnız axtarışda və götürmədə iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır, bu ifadələrin məzmunundan isə Məhkum4 evində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlarla da əldə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Məhkum4 kassasiya şikayəti qismən təmin edilməklə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli CMin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və bu əsasla da Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı adı çəkilən məhkum aid olan hissədə dəyişdirilməlidir. Məhkum2 müdafiəçisi R.Ə.Vəliyevin və Məhkum1 müdafiəçisi F.İ.Həsənovun, hər birisinin ayrı-ayrılıqda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarından verdikləri kassasiya şikayətlərinə gəldikdə isə, həmin şikayətlərdə göstərilən əsas dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum2 və Məhkum1 da hökmdə təsvir edilmiş əməlləri törətməkdə təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, y əni hazırki iş üzrə məhkum olunmuş Məhkum1 və Məhkum2 müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələrlə yanaşı hazırki iş üzrə digər məhkumların, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Odur ki, müdafiəçilər F.İ.Həsənovun və R.Ə.Vəliyevin kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və Məhkum2 və Məhkum1 bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki hal ları rəhbər tutacaqdır. Belə ki, iş üzrə toplanmış və tam, hərtərfli və obyektiv sürətdə araşdırlımış sübutlarla müəyyən edilmişdir ki, Məhkum2 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamışdır. Belə ki, o, ağır və xüsusilə ağır cinayət əməli olan qəsdən adam öldürməyə cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayət əməlləri törədən X77in axtarışda olduğunu bilərək, Goranboy rayonunun Yenikənd kəndindəki evində sonuncunun bir neçə gün ərzində gizlənməsini təmin etməklə, evinin həyətində 06.07.2018-ci il tarixdə özünün də iştirakı ilə “Samsung Duos” markalı mobil cihazdan istifadə edərək X77 özünün fotoş əkli fonunda terrorçuluq müstəvisində X88un cinayətlərinə tərəfdar çıxdığını ifadə edib əhalini hakimiyyətə qarşı silahlı mübarizəyə, qan tökməyə, hakimiyyəti zorla ələ keçirməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə səsləyən video müraciətindən ibarət dövlət əleyhinə açıq çağırışlar hazırlamaqla bu istiqamətdə hərəkətlər etməyə başlamış, ağır və xüsusilə ağır cinayət əməlləri törətməyi hazırlayan X77in məsuliyyətdən yaxa qurtarması məqsədi ilə 03.07.2018-ci il tarixdən 07.07.2018-ci il tarixədək yaşadığı evdə gizlənməsini təmin etməklə törədilmiş hadisələr barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum2 istintaqa mə lum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2,5 qram narkotik vasitə olan heroin, həmçinin döyüş sursatı olan 1 ədəd F-1 tipli əl qumbarası, F-1 tipli əl qumbarasının 1 ədəd alışdırıcısı, içərisində 45 ədəd 5,45 mm kalibrli patron olan 1 ədəd avtomat silahının sandıqçası, 14 ədəd 5,45 mm kalibrli patron 24 iyul 2018-ci il tarixdə yaşadığı Goranboy rayonu, Yenikənd kəndində yerləşən evində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür. Həmçinin məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum1 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, qanunsuz olaraq döyüş sursatı əldə etməklə saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməkl ə saxlamışdır. Belə ki, o ağır və xüsusilə ağır cinayət əməli olan qəsdən adam öldürməyə cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayət əməlləri törədən X77in axtarışda olduğunu bilərək onu idarə etdiyi “X” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2018-ci ilin iyul ayının əvvəllərində bir neçə dəfə Gəncə şəhərinə və Goranboy rayonunun Ağcakənd qəsəbəsinə aparmış, X Goranboy rayonunun Ağcakənd qəsəbəsində qaldığı 56 gün ərzində isə bir neçə dəfə oraya gedib X və X22lə yeyib-içmiş, sonuncu dəfə isə X onun xahişinə əsasən Goranboy rayonunun Dəliməmmədli kəndinə aparmış, X69 Səfərovun cinayətlərinə tərəfdar çıxdığını, əhalini hakimiyyətə qarşı silahlı mübarizəyə, qan tökməyə, hakimiyyəti zorla ələ keçirməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməy ə səsləyən video müraciətindən ibarət dövlət əleyhinə açıq çağırışlar hazırlamaqla bu istiqamətdə hərəkətlər etməyə başladığını bilərək, ağır və xüsusilə ağır cinayət əməlləri törətməyi hazırlayan X77in məsuliyyətdən yaxa qurtarması məqsədilə onun gizlənməsini təmin etmək üçün hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək X77 tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Bundan başqa, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı kibrit qutusuna qablaşdırılmış 2,6 qram narkotik vasitə olan heroin, həmçinin döyüş sursatı olan 1 ədəd F-1 tipli əl qumbarası, 1 ədəd alışdırıcı, 7 ədəd 7,62 mm və 38 ədəd 5,45 mm kalibrli patronlar 26 iyul 2018-ci il tarixdə yaşadığı G oranboy rayonu, Yenikənd kəndində yerləşən evində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür. Hazırki qərarda işin yuxarıda təsvir edilən faktiki hallarını təsdiq edən sübutları təkrarən şərh etməyə zərurət görməyən məhkəmə kollegiyası qeyd edir ki, bu sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq həmin sübutları Məhkum2 və Məhkum1 onların yuxarıda göstrilən əməllərin törədilməsi üzrə təqsirli olmalarına dəlalət edən sübutlar kimi qəbul etmiş, həmin məhkumların sonradan, o cümlədən məhkəmə iclasında verdikləri ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri iş üzrə çıxarılmış hökm və yekun qərarın əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum2, Məhkum1 və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər han sı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası həm Məhkum2, həm də Məhkum1, hər birisinin cinayət əməllərinin CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə tövsif edil məsini düzgün sayır və həmin əməllərin başqa cür tövsif edilməsi üçün əsaslar tapmır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçilərinin kassasiya şikayətlərinin dəliləri əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən adları çəkilən məhkumlarınun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də həmin kassasiya şikayətlərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum2 və Məhkum1 aid hissələrdə ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin olunması haqda mə hkəmə iclasında iştirak edən məhkumların və müdafiəçilərin, həmin şikayətlərin təmin edilməməsi, lakin Təqsirləndirilən şəxs və Məhkum3, hər birisinin 1 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməllərinin həmin tarixdə qüvvəyə minmiş CM-nin 315-ci maddəsinə tövsif edilməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X.N.Hüseynovun, Məhkum3 müdafiəçisi Q.C.İbrahimovun və Məhkum4 kassasiya şikayətləri qismən təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı və onunla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 228.4, 278.2, 279.1-1 və 281.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissələrdə ləğv edilməklə həmin hissələrdə cinayət işinin icraatına Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı adı çəkilən məhkuma və məhkumlar Məhkum3 və Məhkum4 aid hissələrdə dəyişdirilməklə Təqsirləndirilən şəxs 1 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin tarixdə qüvvəyə minmiş CM-nin 315-ci maddəsinə tövsif edilməli, ona bu maddə ilə və CM-nin 220.1-ci maddəsi ilə təyin olunmuş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qi smən toplanılmaqla qəti cəza təyin edilməli, Məhkum3 CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə tövsif edilmiş cinayət əməlləri həmin maddələrdən CM-nin 307.3-cü maddəsinə, Məhkum4 qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması əməlləri CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona da həmin maddə ilə və CM-nin 228.1, 228.4 və 307.3-cü maddələri ilə təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs və Məhkum3, hər birisinin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən olunmalı, müdafiəçilər R.Ə.Vəliyev və F.İ.Həs ənov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, kassasiya qaydasında mübahisələndirilən qərar həmin şikayətlərə münasibətdə və məhkumlar Məhkum2 və Məhkum1 aid hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq QƏRARA Cinayət-Prosessual A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X.N.Hüseynov, Məhkum3 müdafiəçisi Q.C.İbrahimov və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə, Məhkum3 CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 1 20.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə, Məhkum4 CM-nin 228.1, 228.4, 234.4.3 və 307.3-cü maddələri ilə, Məhkum2 CM-nin 228.1, 234.1 və 307.3cü maddələri ilə və Məhkum1 CM-nin 228.1, 234.1 və 307.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı həmin kassasiya şikayətlərinə münasibətdə və məhkumlar Təqsirləndirilən şəxs, Məhkum3 və Məhkum4 aid olan hissələrdə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı və onunla bağlı Cəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü Təqsirlənd irilən şəxs CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 228.4, 278.2, 279.1-1 və 281.2-ci maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata bu hissədə xitam verilsin. Təqsirləndirilən şəxs hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə əməlləri 01 iyun 2020-ci il tarixədəkə qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsindən həmin tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilsin və ona həmin maddə əsasında 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X120 Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 220.1-ci maddəsi ilə və hazırki qərarla CM-nin 315-ci maddəsi ilə təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkum3 CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri ilə tövsif edilmiş cinayət əməlləri həmin maddələ rdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkum4 qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin və ona həmin maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 175 Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 228.1, 228.4 və 307.3-cü maddələri ilə və hazırki qərarla CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qis mən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 müdafiəçisi R.Ə.Vəliyevin və Məhkum1 müdafiəçisi F.İ.Həsənovun kassasiya şikayətləri təmin edilməsin, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-133/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-133/2021
22.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver