Məhkəmə qərarları › İş №1(102)-133/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-133/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-133/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234..1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-121/2024 nömrəli 27 mart 2024-cü il tarixli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Abşeron rayonu Qobustan kəndində anadan olmuş, işləməyən, evli, yetkinlik yaşına çatmayan 2 uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində qeydiyyatda olan, hal hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcının 10 avqust 2022-ci il tarixdən hesablanması, Məhkum barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 0,172 qr olan narkotik vasitə heroin və qalıq çə kisi 0,559 qr olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılması, Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,862 qr olan narkotik vasitə heroin və qalıq çəkisi 2,837 qr olan psixotrop maddə metamfetamin həmin narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı (220010573 nömrəli) cinayət işindən ayrılmış materiala əlavə edilməsi və həmin iş üzrə istintaqın-araşdırmanın davam etdirilməsi ilə əlaqədar olara q Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılması, iş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi, iş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protest iverilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1147/2024 saylı, 25 iyul 2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim Həsən Əhmədov, hakimlər Zaur Hüseynov və Əfqan Ələkbərovdan ibarət tərkibdə) hökmü ilə şikayət təmin edilməmiş, protest təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(101)121/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, iş üzrə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və o, ərazi (yaşa yış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınması hökm edilmişdir. Hüquqi məsələlər Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli hökmünün ləğv edilib Məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi xahiş edilmişdir. 9 dekabr 2024-cü il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan ger i qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar