Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1330/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsini n (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov X6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: C.Ş.Səfərli (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkm əsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmədən saxlanmışdır. Məhkum1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkil məmiş hissəsi 6 (altı) ay azaldılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum1 CM-in 234.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, müəyyən edilməmiş vaxtda məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan ümumi təmiz çəkisi 16,629 qram kustar üsulla hazırlanmış heroini əldə edərək onu üzərində daşımaqla Cəlilabad şəhəri, M.Hüseyn küçəsində 29 mart 2021-ci il tarixdə saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı baxış keçirilərkən qeyd edilən narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum1 əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum1 üzərində aşkar edilmiş narkotik vasitə olan 16,629 qram çəkidə heroinin külli miqdarda olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassa siya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinc i və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum1 əməlinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət b ildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Nark otik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində o lan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəs inin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtər əfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyə n olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM- nin 145.1-ci maddəsinin tələblərinə müvafiq ol araq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, Məhkum1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ildən artıq müddətdir ki, mütəmadi olaraq narkotik vasitələrin aludəçisidir. 29 mart 2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində tanımadığı ş əxsdən şəxsi istifadəsi üçün 10 manata təxminən 1 qram narkotik vasitə heroin almış, həmin gün saat 21 radələrində evdən çıxaraq yaşadığı küçədə piyada gəzən zaman üç nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onu narkotik maddələrin istifadəsində şübhəli olaraq saxladıqlarını və Cəlilabad rayon polis şöbəsinə aparacaqlarını bildirmişlər. Cəlilabad rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükülüdə narkotik maddə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyulmuş, protokol tərtib edilmişdir. Tanımadığı şəxsd ən əldə etdiyi narkotik vasitənin qramı təxminən 1 qram olmuş, lakin şəxsi axtarış zamanı onun üzərindən təxminən 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsus deyil, polis şöbəsində olan zaman həmin narkotikin polis əməkdaşları tərəfindən cibindən götürülərək daha artıq çəkidə narkotik vasitənin cibinə qoyulduğunu düşünmüşdür. Əməlindən peşmançılıq keçirməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum1 üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmi şdir. İş materiallarında Məhkum1 narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, Cəlilabad şəhər sakini Məhkum1 narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq üzərində saxlaması, daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılaraq 29 mart 2021-ci il tarixdə təxminən saat 21 radələrində Məhkum1 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində saxlanılmış, ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruş ulmuş, sonuncu öz növbəsində üzərində 1 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Məhkum1 üzərində şəxsi axtarış aparılması məqsədi ilə Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum1 üzərində şəxsi axtarış aparılan zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirərək cibindən bir büküm çıxardaraq təqdim etmiş, Məhkum1 cibində xırda bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək üzərindən çıxan bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində tünd rəngli, xüsusi iyə malik narkotik vasitə olan heroinə bən zər maddə olması aşkar olunmuş, aşkar olunmuş maddə qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkum1 hər hansı bir təzyiq göstərilməmiş, onun narkotik vasitələrinin satışı ilə məşğul olması barədə konkret fakt olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Cəlilabad rayon polis şöbəsində əməliyyat müvəkkili Şahid1, X4 və Şahid2 ifadələrində məhkumun əvvəllər konkret olaraq kimə narkotik vasitə satmasını müəyyən etmədiklərini göstərmişlər. Cinayət işində olan raportda və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda da göstərilmişdir ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Məhkum1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmu şdur. Yəni Məhkum1 narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi və daşıması barədə konkret hər hansı məlumatın olduğu qeyd edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən daxil olan 12 aprel 2021-ci il tarixli raportlardan görünür ki, Məhkum1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsinin müəyyən edilməsi ilə bağlı müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan telefon danışığına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 istifadə etdiyi ***-***-**-** saylı «sim» kart nömrəsindən müxtəlif nömrələrə zəng edilərək danışıqlar olmuş və sms göndərilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və a şağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Məhkum1 ətrafında əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları onun narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, Məhkum1 istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum1 əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestin in dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 03 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1330/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1330/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver