Məhkəmə qərarları › İş №1(102)-1330/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1330/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1330/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlunun, Məhkum Təqsirləndirilən şəxs2 Möhsün qızının müdafiəçisi, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Məhərrəmov Polad Müseyib oğl unun iştirakları ilə xx xxxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə, 12 avqust 1982-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin həkim nevropatoloqu vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlu tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), H.S.Əliyev (məruzəçi) və F.Z.Hümbətov) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 308.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına, CM-in 313-cü maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 - CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilmiş və o, cəzadan azad edilmişdir Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov ( sədrlik edən), M.Ə.Rzayev və E.M.Əhmədov) verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməs inin 28 iyul 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı həmin maddə ilə ona cəza təyin edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı həmin maddə ilə ona cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona görə təqsirləndirilmişlər ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi X10 xx.xx.2008-ci il tarixli 236 №-li əmri ilə Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın 1-ci bəndinə əsasən, tibb müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil etmək, əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil etmək, müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdiri lməsi üçün lazımi tədbirlər həyata keçirmək,müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxs kimi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlavə müalicəyə ehtiyacın olması qeyd olunduğu üçün 11 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid1 əlillik təyinatının aparılması mümkün olmadığı barədə qərar qəbul edilməsinə baxmayaraq, xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlər indən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid1 barəsində əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə ünvan 5 ünvanında yerləşən Abşeron rayonu Saray qəsəbə xəstəxanasının inzibati binasındakı qəbul otağında 30 sentyabr 2020-ci il tarixdə xəstəxananın inzibati binasının birinci mərtəbəsindəki qəbul otağında Şahid1 qəbul etdikdən sonra sonuncuya xəstəxanada 15 gün müddətinə stasionar qaydada müalicə olunmamasına baxmayaraq, ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış veriləcəyini vəd verib, xəstəxananın həkim nevropatoloqu vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 xəstəlik tarixindən saxta çıxarış verilməsinin zəruri olmasını so nuncuya bildirərək, bununla əlaqədar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xəstəxananın ünvan 5 ünvanında yerləşən inzibati binasında xx.xx.2020-ci il tarixdə xəstəlik tarixindən nömrəsiz çıxarışın məzmununa Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 guya 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada xəstəxanada 15 gün müddətinə müalicə olunması, “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” xəstəliyindən müalicə alaraq evə yazılmasına dair bilə-bilə yalan məlumatlar daxil edilib imzalandıqdan sonra həmin çıxarışı şəxsən xəstəxananın möhürü ilə təsdiq edib, həmin sənədi 14 oktyabr 2020-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs2 vasitəsi ilə təqdim etməklə, Azərb aycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Saray Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əlilliyin təyin edilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi,sosial rifahın əldə edilməsi kimi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətlərini n dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 Mönsün qızının müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs2 Mönsün qızının barəsində olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, nə istintaq materiallarında, nə məhkəmə hökmündə Təqsirləndirilən şəxs2 həkim səlahiyyətindən kənara çıxmasının nədən ibarət olduğu göstərilməmiş və yaxud belə bir sübut mövcud deyildir. O, Şahid1 müalicəsi üçün zəruri olan prosedurları etdikdən sonra xəstəni palataya yazmışdır. Bundan sonra xəstəyə növbətçi həkim və palata həkimi nəzatət edir. Lakin istintaq orqanı həmin şəxsl əri müəyyən edib dindirmədən, yalnız Şahid1 ifadəsi əsasında Təqsirlənririlən şəxs 2 ittiham vermişdir. 20 illik həkim stajı olan, 3 uşaq anası, cəmiyyətdə və iş yerində müsbət xarakterizə edilən bir şəxsin ifadəsinə və rəsmi sənədlərə əhəmiyyət verilmir. "Bibisi oğlunun adını və ünvanını xatırlamadığı Şahid1 ifadəsi ilə xanım həkim təqsirli bilinir. Məhkəmə hökmündə də əsasən Təqsirləndirilən şəxs1 əməlinə qiymət verilmiş, Təqsirləndirilən şəxs2 isə yalnız xəstəlik vərəqəsindəki imzasına görə təqsirli bilinmişdir ki, həmin xəstəlik vərəqəsi də möhürsüz adi bir kağız parçasıdır. Müdafiəçi həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Mönsün qızı həkim olmaqla vəzifəli şəxs hesab olunmur və CM-in 313-cü maddəsinin subyekti deyildir. Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəf indən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs1 barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 200 manat məbləğində rüşvətion alınması və saxta epikrizin verilməsi iş materialları ilə təsdiq olunmadığı halda, məhkəmələr rüşvətin alınması hissəsində onun təqsirinin sünuta yetirilməməsin nəticəsinə gəlsələr də, Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrinədn həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif etmiş və həmin maddələrlə onu əsassız məhkum etmişlər. Məhkəmələrin gəldikləri nət icə anlaşılan deyildir. Belə ki, iş materiallarından görünür ki, 25 sentyabr 2020-ci il tarixli ərizəsində Şahid1 göstərir ki, baş həkim Təqsirləndirilən şəxs1 ondan 200 manat pul istəmiş və 30 sentyabrda o həmin pulu Təqsirləndirilən şəxs1 vermişdir. Şikayət müəllifləri qeyd edirlər ki, ilkin sənədləşmədə yol verilən qanunsuzluqlar, istintaqın sonrakı mərhələsində də davam etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 CM-in 311.2-ci maddəsi ilə iottiham verilməsi üçün əsas sübut kimi istinad olunmuş “Diskə baxış keçirilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli protokolda göstərilənlər həqiqəti əka etdirmir. Belə ki, protokoda Şahid1 Təqsirləndirilən şəxs1 200 manat məbləğində pulun verilməsinin diskdə öz əksini tapması qeyd edilsə də, məhkəmə baxışı zaman ı diskin nümayişi zamanı və keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə Şahid1 Təqsirləndirilən şəxs1 pul verməsinin görüntülərinin diskdə aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, protokolda diskdə 2 nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs1 və Şahid1 danışığının və görüntülərinin olduğu qeyd edilsə də, həmin vaxt 3-cü şəxs də olmuş, lakin əməliyyat orqanının sənədlərində həmin şəxs gğöstərilməmişdir. Cinayət işinin apelyasiya baxışı zamanı 3-cü şəxsin X5 olduğu müəyyən edilmiş və dindirilmişdir. Şahid1 ifadələrində Təqsirləndirilən şəxs1 ondan aldığı pulu cibinə qoyduğunu göstərdiyi halda, X11 Şahid1 rərqli olaraq Təqsirləndirilən şəxs1 pulu dəftərin arasına qoyduğunu bildirmişdir. X11 həmçinin istintaq zamanı dindirildiyini və Təqsirləndirilən şəxs1 lə üzləşdirildiyini göstərsə də, iş materiallarında həmin sənədlər aşkar edilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs1 əməlinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısı hesab edir ki, Təqsirləndirilən şəxs1 Şahid1 200 manat məbləğində rüşvət alması iş üzrə toplanmış şahid ifadləri, məhkəmə- ekspertizası rəyləri və digər sübularla təsdiq olunmuşdur. O cümlədən, məhkəmənin təşəbbüsü ilə təyin olunmuş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1421 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Rəyə əsasən videogörüntüdə Təqsirləndirilən şəxs1lə Şahid1 arasında aşağıdakı məzmunda dialoq baş tutur: “Təqsirləndirilən şəxs1: Bunu oxuyacaq, bunu verəcəyəm həkimə, deyərəm bir az da ağırlaşdırar yazar. Şahid1-Aha hamısı. Şəkər məndə ağırdı, o birisi hamısı Təqsirləndirilən şəxs1: Hamısını deyərəm, ağır-ağır yazar.” Dövlət ittihamçısının fikrincə, rəyə əsasən videogörüntüdə olan dialoqda Şahid1 “Yanı 200 manat arasına qoyuram ki, yaxşı yazsın” sözlərindən sonra Təqsirləndirilən şəxs1 “heç onu verməsən də, olar” deyə cavab verir, Şahid1 isə “yox, yox, sağ ol, sağ ol yenə də. Əziyyət çəkirsiniz, Allah köməyiniz olsun” ifadələrini işlədir. Qeyd edilən xüsusatlar Təqsirləndirilən şəxs1 200 nıanat məbləğində pul vəsaitini rüşvət qismində istəyib Şahid1 almasını təsdiq edir. Dövlət ittihamçısı hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 311.2ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddə ilə məhkum olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə a raşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər P.Məhərrəmovun və M.Abbasovun və məhkum Təqsirləndirilən şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həm in hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs1 əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə tövsif etmişdir. Məhkumla Təqsirləndirilən şəxs1 müdafiəçisi ilə birgə və Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində isə təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə” görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinə görə “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Res publikası CM-in 308.1-ci maddəsinə görə “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə görə “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri aras ında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 2 7 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlər inin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhk umların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsi baxışı zamanı araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqədar təhlil edərək aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs1 əməllərinin CM-in 311.2-ci maddəsi ilə tövsif edilməli olduğu göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma cinayətini törətməsi faktı mötəbə r sübutlarla təsdiq olunmur. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(001)-930/2020 nörməli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində qərar qəbul edildiyi gündən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması əməliyyat-axtarış tədbirlərin keçirilməsinə icazə verilmişdir. İstintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etdiyi sənədlər 25 sentyabr 2020-ci il tarixli “Pul vəsaitinin təqdim edilməsi” haqqında və “Diskə baxış keçirilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli protokollar olmuşdur. Cinayət işinin materiallarında olan 25 sentyabr 2020-ci il tarixli “Pul vəsaitin in təqdim edilməsi” haqqında protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə Xidmətindən götürülmüş 2 (iki) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət ümumilikdə 200 (iki yüz) manat məbləğində pul əməliyyatçı tərəfindən təqdim edilmiş və pulun Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədi ilə Şahid1 üzərindəki paltara “Stayer” markalı xüsusi avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış protokolunda müs təntiq Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat məbləğində pulu verdiyini, Təqsirləndirilən şəxs1 həmin pulu götürdüyünü qeyd etmişdir. İş materiallarından görünür ki, “Diskə keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüyə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müstəntiq tərəfindən protokolda təhrifə yol verildiyi, görüntülərdə 3 nəfər şəxsin iştirak etdiyi, səs və görüntünün qarışıq olduğu müəyyən edilmişdir. Buna görə də görüntülərdəki danışığının məzmununun müəyyən edilməsi, görüntüdə 200 (iki yüz) manat məbləğində pul verilməsi halının olub-olmaması məqsədi ilə müvafiq ekspertiza təyin edilmişdir. Məhkəmə fonoskopik ekspertizasının rəyinə əsasən görüntülərdə Təqsirləndirilən şəxs1 Şahid1 pul istəməsi, Şahid1 Təqsirləndirilən şəxs1 pula bənzər əşyanın verilməsi müəyyən edilməmişdir. Həmçinin, “Pul vəsaitinin təqdim edilməsi” haqqında protokolda Şahid1 verilmiş pulların seriya və nömrəsi qeyd edilməmiş, həmin protokolda audio və video yazan qurğunun Şahid1 paltarına 25 sentyabr 2020-ci il tarixdə quraşdırıldığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs verilən ittihama görə rüşvət qismində 200 manat pul ona 30 sentyabr 2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi, 25 sentyabr 2020-ci iltarixdən 30 sentyabr 2020-ci il tarixədək Baş Prokurorluğun maliyyə Xidmətindən götürülmüş pulun, qurğunun harada və necə saxlanması barədə cinayət işində heç bir məlumat yoxdur. Həmçinin qeyd olunan görüntülərdə audio və video yazının 3-cü şəxs tərəfindən yazıldığı görünür. Cinayət işinin m ateriallarında isə bununla əlaqədar heç bir qeyd yoxdur. Yalnız Şahid1 məhkəmədə ifadə verərkən 3-cü şəxsin anket məlumatlarını xatırlamadığı “bibisi oğlu” olduğunu bildirmiş, üzərində quraşdırılmış qurğu nasaz olduğu üçün çəkilişin “bibisi oğlu” tərəfindən aparıldığını qeyd etmişdir. Bundan əlavə maliyyə xidmətindən Şahid1 verilmiş 200 manat pulun əməliyyat tədbirindən sonra da harada olması, hadisə günü pulun Təqsirləndirilən şəxs1 verilməsindən dərhal sonra əməliyyatçıların xəstəxana ətrafında olmalarına baxmayaraq 200 manat pulun Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanması məqsədi ilə əməliyyat tədbirlərini hansı səbəbdən davam etdirməmələri barədə cinayət işinin materiallarında heç bir qeyd yoxdur. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının istinad etdiyi isti ntaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə isə təqsirləndirilən şəxsin 200 (iki yüz) manat məbləğində rüşvət almasını əldə etməsini təsdiq edən heç bir sübut və dəlil müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və tam əsaslı olaraq Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə düzgün t övsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Kassasiya protestinin dəlillərinə münasibət bildirilərkən bununla bağlı geniş şərh verildiyindən, məhkəmə kollegiyası təkrar geniş şərhə zərurət görməyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Həmçinin məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şkayətinin dəlillərini təhlil edərək qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs2 ona istinad edilən ittihamla bağlı özünü təqsirli bilməsə də, özünün məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi, digər Təqsirləndirilən şəxs1 ifadəsi, şahidlər Şahid1 və Şahid2 ifadələri, cin ayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarış, 13 oktyabr 2008-ci il tarixli 193 nömrəli əmrdən çıxarış və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, Şahid1 təqsirləndirilən şəxslər tərəfindən 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək stasionar qaydada xəstəxanada 15 gün müddətinə müalicə olunması barədə çıxarışın verilməsi işin mübahisələndirilməyən halıdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 Şahid1 çıxarışı almaq üçün 14 gün sonra gəlməyini, hətta özü gələ bilməyəcəyi təqdirdə çıxarışı götürmək üçün başqa şəxsə göndərə biləcəyini bildirmişdir. Bu da bilavasitə Şahid1 stasionar qaydada müalicə olunmaması na baxmayaraq, ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarışın verilməsinin təsdiq edir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarından hər hansı biri müəyyən edilmir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, t əqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs2 Möhsün qızının müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar